Məhkəmə qərarları › İş №1(003)-368/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-368/2022

25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-368/2022 25.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Rusiya Federasiyası, Yaroslavl vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, işləməyən, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 07 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olub fərdi yaşayış evinin otaqlarından 350 manat dəyərində 200 metr 04 mm-lik elektrik naqillərini gizli yolla talayaraq zərər çəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 08 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə qapısı olmayan zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin zirzəmisindən və otağından 60 manat dəyərində 20 metr 0,6 mm-lik, 50 manat dəyərində 30 metr 0,4 mm-lik elektrik naqillərini, fərdi yaşayış evinin sanitar qovşağından 70 manat dəyərində bir ədəd əl-üz yuyan və 100 manat dəyərində bir ədəd unitazı gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 20 mart 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda X4 məxsus fərdi yaşayış evinə zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin otağından və zirzəmisindən 190 manat dəyərində 150 metr 0,4 mm-lik elektrik naqillərini, 40 manat dəyərində ağ rəngli su borusunu və 60 manat dəyərində 20 metr dəmir profilini gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 24 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Yarımçıq korpus” adlanan ərazinin yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə qapısı olmayan zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin zirzəmisindən otaqlara çəkilmiş 200 manat dəyərində 200 metr 0,6 mm-lik, 160 manat dəyərində 200 metr 0,4 mm-lik, fərdi yaşayış evinin zirzəmisindən 40 manat dəyərində 20 metr ağ rəngli 3 xətli elektrik naqilini gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümimilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni ümumi təmiz çəkisi 0,528 qram, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində üzərində saxlayaraq daşımış, 04 aprel 2022-ci il tarixdə saat 15:50 dəqiqədə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda saxlanılaraq Xəzər RPİnin 3-cü Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş və yaşadıqları evə daxil olmuş, evi axtarmış, lakin evdən heç bir şey çıxmamışdır. Sonra onu polis bölməsinə aparmışlar, orada ona demişlər ki, “sən oğurluq etmisən”. O, oğurluq etmədiyini demiş, bu zaman polis əməkdaşları onu vurmağa başlamışlar. O, dözə bilmədiyindən məcbur qalıb oğurluq etdiyini demiş, həmçinin atasına xəbər vermək üçün polislərə demişdir ki, “gəl gedək oğurladığım əşyaları sizə göstərim”. Yaşadıqları evə getmiş, evdə olan, atasına məxsus laqondanı, dreli və bir parça məftili göstərmişdir ki, guya bunları oğurlamışdır. Atasına da xəbər vermişdir ki, polis əməkdaşları onu döymüş, oğurluq etdiyini məcbur olaraq etiraf etdirmişlər. Polis əməkdaşları dreli və laqondanı götürüb polis idarəsinə aparmışlar. Polis idarəsində ona “oğurluğu nəyə görə etmisən” deyərək, yarım qram “şüşə” adlı narkotik vasitəni də cibinə qoymuş və demişlər ki, “bu da sənindir, narkotik almaq üçün oğurluq etmisən”. O, etiraf edir ki, narkotik vasitə istifadə etmişdir, lakin həmin zaman onun üzərində narkotik vasitə olmamışdır. Bu hadisədən 2 ay keçmiş və onu 3 saylı İT-na aparmışlar. Bundan sonra həmin dreli və laqondanı da atasına qaytarmışlar. Onu sonradan yenə müvəqqəti saxlama yerinə gətirmişlər, ona demişlər ki, “səninlə oğurladığın əşyaların yerini göstərməyə gedəcəyik, sən göstərəcəksən bizdə sənin şəkillərini çəkəcəyik”. O, da demişdir ki, “mən oğurluq etməmişəm”, bu zaman ona demişlər ki, “istəyirsən səni 1 kilo narkotiklə sənədləşdirək”. Məcbur qalaraq razılaşmış və sonradan onlar getmişlər, dedikləri kimi yerləri göstərmiş və onun şəkillərini çəkmişlər. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətməiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Lələtəpə kimi tanınan ərazidə özünə məxsus, təmiri başa çatmayan, yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə mütəmadi olaraq gedib gəlmir. Maddi imkanı aşağı olduğuna görə həmin fərdi yaşayış evində təmir işlərini dayandırmışdır. Həmin evdə sonuncu dəfə 02 mart 2022-ci il tarixdə saat 14 radələrində olmuş, həmin fərdi yaşayış evində yaşayış olmasa da, qonşuluqda yaşayan Cəfər adlı şəxsə fərdi yaşayış evinin açarını vaxtı olanda həmin evə nəzarət etməsindən ötrü vermişdir. 08 mart 2022-ci il tarixdə X11 ona zəng edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu Lələtəpə adlanan ərazidə yerləşən, ona məxsus fərdi yaşayış evinə gəlməyini xahiş etmiş, Cəfər fərdi yaşayış evindən oğurluq hadisəsi baş verməsini bildirmişdir. Həmin evə gəldikdə özünə məxsus fərdi yaşayış evindən oğurluq hadisəsi törədilməsini aşkar etmişdir. Belə ki, ona məxsus fərdi yaşayış evinin plastik pəncərəsini açaraq evə daxil olmaq yolu ilə fərdi yaşayış evinin otaqlarında olan 200 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilləri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. 200 metr 0,4 mm-lik elektrik naqilindən başqa ona məxsus fərdi yaşayış evindən heç nə oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsi onun yaşadığı, yəni oğurluq olan evinə gətirmişdilər. Orada olan zaman Tariel evin yolunu, nəyin harada olmasını bilməmişdir. O, Tarieldən onun evindən oğurluq edib-etmədiyini soruşmuş, həmin zaman Tariel ona “Bəli, mən oğurluq etmişəm” demişdir. O, Tarieldən evinə hardan daxil olmasını, əşyaları haradan götürməsini soruşmuşdur. Tarielin vermiş olduğu və göstərmiş olduğu yerlərin hamısı səhv olmuşdur. Bu zaman o, polis əməkdaşlarına demişdir ki, bu adamın oğurluqdan xəbəri yoxdur, bu şəxsi onun evindən çıxarsınlar. Bu zaman polis əməkdaşı onu kənara çəkərək “Sənə nə lazımdır? Sənə dəyən ziyan ödəniləcək, kimsə həbs olunub gedəcək onsuzda, sənə dəymiş ziyan da batıb gedəcək.” Onun evindən 3 dəfə oğurluq olmuşdur. Əgər onun evindən oğurluq edən şəxs düzgün tapılsa idi, onun evindən 3 dəfə oğurluq olmazdı. Onun evindən oğurluq hadisəsi, evində usta işləyəndən sonra olmuşdur. Onun evində usta işləmişdir, həmin ustanın qohumu gələndən sonra evində oğurluq olmuşdur. O, bu şeyləri araşdırandan sonra bilmişdir ki, həmin şəxs rayona qaçıb getmişdir. O, ustaya məlumat vermiş və həmin şəxsi çağırmasını bildirmişdir. Usta dayısına zəng edərək qohumu Rahimin harada olmasını soruşmuşdur. O, bu barədə hətta şikayət etmiş, 102 məlumat mərkəzinə məlumat vermişdir. Rahim adlı şəxs Xəzər RPİ-nin 3-cü PŞ-si tərəfindən axtarışda olmuşdur. Həmin şəxsi tapa bilmədiklərindən Tarielin üzərinə bu oğurluq cinayətini yıxmışlar. O, evindən olan oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda ona məxsus yarım tikili halda, hal-hazırda təmir-tikinti işləri aparılan fərdi yaşayış evi var. Həmin yarım tikili evdə sonuncu dəfə 05 mart 2022-ci il tarixdə saat 18 radələrində olmuş, 25 mart 2022-ci il tarixdə saat 16 radələrində qeyd edilən evə gəldikdə yarım tikili evin təmiri başa çatmayan otağından suvaq altında olan elektrik naqillərinin oğurlandığını aşkar etmiş, daha sonra yarım tikili evin zirzəmisinə baxdıqda oradan 140 metr uzunluğunda çəkilmiş 0,4 mm-lik elektrik naqillərinin, ağ rəngli, 15 metr uzunluğunda su şlanqının və 20 metr uzunluğunda dəmir profilin oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin ona məxsus yarım tikili fərdi yaşayış evinin zirzəmisindən evə daxil olduğu məlum olmuşdur. Ona məxsus, yarım tikili fərdi yaşayış evinin otaqlarında suvaq altında olan 10 metr uzunluğunda 0,4 mm-lik elektrik naqili, yarım tikili evin zirzəmisindən 140 metr uzunluğunda çəkilmiş 0,4 mm-lik elektrik naqili, 15 metr uzunluğunda ağ rəngli su şlanqı, 20 metr uzunluğunda dəmir profil oğurlanmışdır. 150 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilinin qiyməti 190 manat, ağ rəngli su şlanqının qiyməti 40 manat, 20 metr uzunluğunda dəmir profilinin qiyməti 60 manat olmaqla ona ümumilikdə 290 manat maddi ziyan dəymişdir. Qeyd edilən əşyalardan başqa ona məxsus fərdi yaşayış evindən heç nə oğurlanmamışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yarımçıq korpus adlanan ərazinin yaxınlığında ona məxsus təmiri başa çatmayan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evində təmir tam başa çatmadığına görə daimi yaşayış yoxdur. 24 mart 2022-ci il tarixdə saat 18:30 radələrindən 25 mart 2022-ci il tarixdə saat 14:00 radələrinədək həmin fərdi yaşayış evində olmamış, 25 mart 2022-ci il tarixdə saat 14 radələrində həmin evə gəldikdə evdə olan elektrik naqillərinin yerindən qopardılaraq oğurlandığını aşkar etmişdir. Belə ki, oğurluğu törədən şəxs fərdi yaşayış evinin qapısı olmayan zirzəmisindən fərdi yaşayış evinə daxil olaraq zirzəmidən fərdi yaşayış evinin otaqlarına çəkilmiş elektrik naqillərini oğurlamışdır. Həmin elektrik naqilləri 200 metr uzunluğunda 0,6 mm-lik, 200 metr uzunluğunda 0,4 mm-lik, 20 metr uzunluğunda ağ rəngli 3 xətli elektrik naqilləri olmuşdur. 200 metr uzunluğunda 0,6 mm-lik elektrik naqili 200 manat, 200 metr uzunluğunda 0,4 m-lik elektrik naqili 160 manat və 20 metr uzunluğunda ağ rəngli 3 xətli elektrik naqili 40 manat olmaqla ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir. Qeyd edilən əşyalardan başqa ona məxsus fərdi yaşayış evindən heç nə oğurlanmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, metal qəbulu məntəqəsi işlədir. Tarieli polis əməkdaşları onun işlətdiyi metal qəbulu məntəqəsinə gətirmişdilər. Orada Tariel ona nəisə satdığını demişdir. Onun isə Tariel adlı şəxs yadında qalmamışdır. Belə ki, ay ərzində çox sayda insanlar gəlib metal qəbulu məntəqəsinə metal satırlar hər kəsin üzünü yadında saxlaya bilmir. Sonradan onu Polis İdarəsinə çağırmışlar. Orada olan zaman Tariel onun üzünə metal satdığını demiş, bundan sonra da o, Tarielin dediyinə görə ondan metal aldığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Vüsal X1 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozu Lələtəpə kimi tanınan ərazidə fərdi yaşayış evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı əməliyyat tapşırığı daxil olmuş, əməliyyat tapşırığının icrası ilə əlaqədar hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən, o cümlədən həmin ərazidə törədilmə üsuluna görə oxşar oğurluq hadisələrinin xx.xx.1990-cı ildə Rusiya Federasiyası, Yaroslav vilayətində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr yaradan əməliyyat məlumatları daxil olmuş, bu şübhələri aydınlaşdırmaq və Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək məqsədilə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə 04 aprel 2022-ci il tarixdə saat 15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozuna yollanmış, 04 aprel 2022-ci il tarixdə saat 15:50 dəqiqədə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda “Dövran İnşaat” marketin yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxs diqqətini cəlb etmiş və Şahid2 ilə birlikdə həmin şəxsə yaxınlaşmışdır. Şahid2 ilə birlikdə xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxsdən özünü təqdim etməyi tələb etmiş, həmin şəxs özünü xx.xx.1990-cı ildə Rusiya Federasiyası, Yaroslav vilayətində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Qoşabulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Südçülük sovxozunda baş verən, törədilmə üsuluna görə oxşar olan fərdi yaşayış evlərindən oğurluq hadisələrinin törədilməsində şübhəli olduğunu bildirmiş və onu Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasına dəvət etmişdir. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasına gəlmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gələrkən özünü çox şübhəli və həyəcanlı aparması, ona verilən suallara qarşı qeyri-adekvat davranış göstərməsi, narkotik vasitə istifadəçilərinə xas hərəkətlər etməsi onda və Şahid2 onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əsaslı şübhələr yaratmış, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Şöbənin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədova təhvil verilmiş, Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulma haqqında qərar elan olunaraq müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılacağı bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Həmin psixotrop maddəni Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1814 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zəflər üçün №244” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,528 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 may 2022-ci il tarixli, 2613 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Rusiya Federasiyasında doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3, 234.1, 68.1.1-1, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 və 36-cı bəndlərinə əsasən cəzadan azad edilməsi narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis-mayoru Rəhman Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 04 aprel 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:35- 16:50 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 000800, 000801, 000803, 000804 saylı ifadənin yerində yoxlanması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə onun ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan oğurluq cinayətləri üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə, Şahid1 və Şahid2 ifadələrinə, ekspert rəylərinə, xx.xx.2022ci il tarixli, 000800 saylı ifadənin yerində yoxlanılması barədə protokola, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması və istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini əldə edərək daşıması hissəsində cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi və istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini əldə edərək daşıması tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxslər X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs X4 məxsus 190 manat dəyərində 150 metr 0,4 mm-lik elektrik naqillərinin, 40 manat dəyərində ağ rəngli su borusunun və 60 manat dəyərində 20 metr dəmir profilinin oğurlanması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 200 manat dəyərində 200 metr 0,6 mm-lik, 160 manat dəyərində 200 metr 0,4 mm-lik, 40 manat dəyərində 20 metr ağ rəngli 3 xətli elektrik naqilinin oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus 60 manat dəyərində 20 metr 0,6 mm-lik, 50 manat dəyərində 30 metr 0,4 mm-lik elektrik naqillərinin, 70 manat dəyərində bir ədəd əl-üz yuyanın və 100 manat dəyərində bir ədəd unitazın oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxsin ifadəsindən - Şahid3 ifadəsindən - İfadənin yerində yoxlanılması protokollarından ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayətləri üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində həmin oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu cinayət əməllərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadəsinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə marağı olan şəxsdir və onlar, yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, onun evindən olmuş oğurluq cinayətini Təqsirləndirilən şəxs törətməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması zamanı oğurluq olmuş evə necə daxil olması, oğlurlanmış əmlakların haradan və necə oğurlanmasını göstərə bilmədiyini qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid3 ifadəsinə qiymət verərkən bildirir ki, Şahid3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində təqsirləndirilən şəxsi əvvəllər tanımadığını yalnız polis əməkdaşları tərəfindən onun işlətdiyi metal qəbulu məntəqəsinə gətirildiyi zaman gördüyünü, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Tariel Məmmmədovun onun üzünə metal satdığını deməsindən sonra o, Tarielin dediyinə görə Tarieldən metal aldığını qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokollarına qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisəsinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş, zərər çəkmiş şəxslərin ifadəsi, Şahid3 ifadəsi, xx.xx.2022-ci il tarixli, 000801, 000803 və 000804 saylı ifadənin yerində yoxlanılması protokolları Təqsirləndirilən şəxs aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X4 məxsus fərdi yaşayış evinə zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin otağından və zirzəmisindən 190 manat dəyərində 150 metr 0,4 mm-lik elektrik naqillərini, 40 manat dəyərində ağ rəngli su borusunu və 60 manat dəyərində 20 metr dəmir profilini gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 290 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə qapısı olmayan zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin zirzəmisindən otaqlara çəkilmiş 200 manat dəyərində 200 metr 0,6 mm-lik, 160 manat dəyərində 200 metr 0,4 mm-lik, fərdi yaşayış evinin zirzəmisindən 40 manat dəyərində 20 metr ağ rəngli 3 xətli elektrik naqilini gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümimilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə qapısı olmayan zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin zirzəmisindən və otağından 60 manat dəyərində 20 metr 0,6 mm-lik, 50 manat dəyərində 30 metr 0,4 mm-lik elektrik naqillərini, fərdi yaşayış evinin sanitar qovşağından 70 manat dəyərində bir ədəd əl-üz yuyan və 100 manat dəyərində bir ədəd unitazı gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə zərər çəkmiş şəxslər X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əşyaların oğurlanması hissəsində sübuta yetirilmir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməlidir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin tərkib əlamətləri vardır və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən himayəsində yaşlı ata və anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci ilə təqsirli bilinərək, CM-nin 68.1.1-1, 66.2 və 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4 və 36-cı bəndlərinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmiş,cəzadan azad edilməsi narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndində bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, amnistiya qərarına əsasən şəxsin üzərindən məhkumluğu götürülmüş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən “Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənildiyindən, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında barışıq əldə edildiyindən, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs şikayət və tələbinin olmamasından, həmçinin təqsirləndirilən şəxsin himayəsində yaşlı ata və anası olduğundan AR CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, AR CM-nin 234.1-ci madəsi ilə isə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,478 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir.İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinə qapısı olmayan zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin zirzəmisindən və otağından 60 manat dəyərində 20 metr 0,6 mm-lik, 50 manat dəyərində 30 metr 0,4 mm-lik elektrik naqillərini, fərdi yaşayış evinin sanitar qovşağından 70 manat dəyərində bir ədəd əl-üz yuyan və 100 manat dəyərində bir ədəd unitazı gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 280 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 20 mart 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda X4 məxsus fərdi yaşayış evinə zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin otağından və zirzəmisindən 190 manat dəyərində 150 metr 0,4 mm-lik elektrik naqillərini, 40 manat dəyərində ağ rəngli su şlanqı və 60 manat dəyərində 20 metr dəmir profilini gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümumilikdə 290 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Yarımçıq korpus” adlanan ərazinin yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinə qapısı olmayan zirzəmidən qanunsuz daxil olub fərdi yaşayış evinin zirzəmisindən otaqlara çəkilmiş 200 manat dəyərində 200 metr 0,6 mm-lik, 160 manat dəyərində 200 metr 0,4 mm-lik, fərdi yaşayış evinin zirzəmisindən 40 manat dəyərində 20 metr ağ rəngli 3 xətli elektrik naqilini gizli yolla talayaraq zərər çəkmiş şəxsə ümimilikdə 400 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, oan AR CM-nin 177.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və AR CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,478 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar