Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-368/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1999-cu ildə Şəki rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəki rayonu, Köndələn kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, xx.xx.1998-cı ildə Qobustan rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Hərbi şəhərcik, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə, xx.xx.1994-cü ildə Masallı rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xil kəndində qeydiyyatda olan və Bakı əhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 25 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12nın yaxınlığında yerləşən «MM» klubunda tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında qeyd olunan klubda etdiyi sifarişlər müqabilində orada həmin vaxt müdiri əvəz edən Zərərçəkmiş şəxs2 təqdim etdiyi hesabla razılaşmayıb əsaslı bir səbəb olmadan sonuncu ilə mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib orada olan işçi və müştərilərin gözü qarşısında ucadan nalayiq sözlər işlətməklə əvvəlcə Təqsirləndirilən şəxs1 bir dəfə alın nahiyyəsi ilə qəsdən Zərərçəkmiş şəxs2 ağız nahiyyəsinə vuraraq yerə yıxmaqla ona üst dodağın selikli qişasının əzilmiş yarası və sol dirsəyin sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, özü isə Təqsirləndirilən şəxs3lə birlikdə sillə və təpiklə qəsdən Zərərçəkmiş şəxs2 fiziki ağrı yetirməklə klubda olan masa və oturacaqları aşırıb zədələyərək və stolu qaldırdıqda üzərindəki qab-qacaqları yerə atıb sındırmaqla məhv etməsi nəticəsində obyektin icarədarı Zərərçəkmiş şəxs1 cəmi 600 manat maddi ziyan vuraraq qəsdən xuliqanlıq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 25 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12nın yaxınlığında yerləşən «MM» klubunda tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında qeyd olunan klubda etdiyi sifarişlər müqabilində orada həmin vaxt müdiri əvəz edən Zərərçəkmiş şəxs2 təqdim etdiyi hesabla razılaşmayıb əsaslı bir səbəb olmadan mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib orada olan işçi və müştərilərin gözü qarşısında ucadan nalayiq sözlər işlətməklə bir dəfə alın nahiyyəsi ilə qəsdən Zərərçəkmiş şəxs2 ağız nahiyyəsinə vuraraq yerə yıxmaqla ona üst dodağın selikli qişasının əzilmiş yarası və sol dirsəyin sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər, habelə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də sillə və təpiklə qəsdən Zərərçəkmiş şəxs2 fiziki ağrı yetirməklə klubda olan masa və oturacaqları aşırıb zədələyərək və stolu qaldırdıqda üzərindəki qab-qacaqları yerə atıb sındırmaqla məhv etməsi nəticəsində obyektin icarədarı Zərərçəkmiş şəxs1 cəmi 600 manat maddi ziyan vuraraq qəsdən xuliqanlıq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 25 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, X12nın yaxınlığında yerləşən «MM» klubunda tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında qeyd olunan klubda etdiyi sifarişlər müqabilində orada həmin vaxt müdiri əvəz edən Zərərçəkmiş şəxs2 təqdim etdiyi hesabla razılaşmayıb əsaslı bir səbəb olmadan sonuncu ilə mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib orada olan işçi və müştərilərin gözü qarşısında ucadan nalayiq sözlər işlətməklə Təqsirləndirilən şəxs1 bir dəfə alın nahiyyəsi ilə qəsdən Zərərçəkmiş şəxs2 ağız nahiyyəsinə vuraraq yerə yıxmaqla ona üst dodağın selikli qişasının əzilmiş yarası və sol dirsəyin sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, özü isə Təqsirləndirilən şəxs2lə birlikdə sillə və təpiklə qəsdən Zərərçəkmiş şəxs2 fiziki ağrı yetirməklə klubda olan masa və oturacaqları aşırıb zədələyərək və stolu qaldırdıqda üzərindəki qab-qacaqları yerə atıb sındırmaqla məhv etməsi nəticəsində obyektin icarədarı Zərərçəkmiş şəxs1 cəmi 600 manat maddi ziyan vuraraq qəsdən xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən daş karxanasında fəhlə kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində tanışları Payızxan, Elməddin və Ehtibar adlı şəxslərlə birlikdə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “MM” adlanan klubda bir stolda oturub pivə içmişlər. Pivə içdikdən sonra orada olan musiqiçiyə oynamaq üçün musiqi sifariş vermiş və tanışları ilə birlikdə oynamışlar. Həmin vaxt sərxoş olmuşdur, musiqiçi musiqini ləngitdiyinə görə ona iradını bildirmişdir, bundan sonra o, musiqini normal vermişdir, lakin bir neçə dəqiqədən sonra musiqini saxlamışdır. Ona yaxınlaşıb iradını bildirmişdir ki, “mən pul verib sifariş verdiyim musiqini nəyə görə saxlayırsan”. Bu söhbətdə aralarında mübahisə yaranmış, tanışları və orada olan tanımadığı şəxslər onlara yaxınlaşıb aranı sakitləşdirdilər, sonra da gedib yerlərində oturub pivə içməyə davam etmişlər. Artıq xx.xx.2023-cü il saat 00:30 radələri çıxıb getmək istəmişlər, hesabı istəmişlər, hesab masaya gələndə görmüşdür ki, hesabda məbləğ çoxdur, buna görə həmin musiqiçiyə iradını bildirmişdir ki, “niyə hesabımız çoxdur, yəqin musiqi sifarişlərini də hesaba yazmısan”. O, isə dəftəri göstərib demişdir ki, musiqinin pulu hesaba əlavə edilməyib. Buna baxmayaraq yenə də hesab çox olduğuna görə aralarında mübahisə yaranmışdır və Təqsirləndirilən şəxs1 əsəbləşib alın nahiyyəsi ilə onun sifətinə vurmuşdur, zərbədən Elvin yerə yıxılmışdır, bu zaman onunla gələn tanışları Payızxan və Elməddin də söhbətə qarışmışlar, Ehtibar isə onları aralaşdırmış və sakitləşdirməyə çalışmışlar. Musiqiçi aradan çıxıb klubdan bayıra çıxmış və bundan sonra ara sakitləşmışdır. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində mübahisə zamanı Təqsirləndirilən şəxs1 alın nahiyyəsi ilə onun dodaq nahiyyəsinə vurması, zərbə nəticəsində yerə yıxılması, zərbədən dodağı, yıxılarkən isə sol dirsək nahiyyəsi xəsarət alması, sonra orada olan tanışları ona sillə və təpiklə vurması, daha sonra isə klubda olan masaları, stulları və stolun üstündə olan qab-qacaqları yerə töküb sındırmalarını bildirməsi barədə verilən suallara cavab olaraq bildirmişdir, hesab masaya gələndə hiss etmişdir ki, hesab artıq yazılıb, ona görə musiqiçidən dəqiqləşdirmək üçün ondan maraqlanmış və iradını bildirmişdir, bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşib alın nahiyyəsi ilə onun sifətinə vurmuş, o, da yerə yıxılmış, həmin vaxt tanışları Payızxan və Elməddin də ona dəstək olmaq üçün yaxınlaşıb onu döymüşlər, Ehtibar isə orada olan şəxslərlə birlikdə onları ayırmışlar. Hadisə zamanı orada olan müştərilər olduğunu, onları tanımadığını, onlardan başqa klubda işləyən bir nəfər xanım ofisant olduğunu və hadisə təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Hərbi Şəhərcik, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsdində yerləşən göbələk yetişdirilən istixanada fəhlə kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışları Elməddin, Röyal və Ehtibar adlı şəxslərlə birlikdə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “MM” adlanan klubda bir stolda oturub pivə içmişlər. Pivə içdikdən sonra orada olan musiqiçiyə oynamaq üçün musiqi sifariş vermiş və getdiyi tanışları ilə oynamışlar. Artıq xx.xx.2023-cü il saat 00-dan keçmişdir, həmin vaxt sərxoş olmuşdur, hadisənin dəqiq nədən başladığını xatırlamır, bunu xatırlayır ki, birdən görmüşdür tanışı Röyal ilə musiqiçi mübahisə edirlər, özü və Elməddin onlara yaxınlaşmış, mübahisəyə qoşulmuş, birdən Röyal musiqiçiyə başı ilə sifətinə vurmuşdur, o, zərbədən yerə yıxılmışdır, bu zaman musiqiçi onları nalayiq ifadələrlə təhqir etdiyinə görə Elməddinlə birlikdə onu döymüşlər, Ehtibar, orada işləyən ofisant xanım və klubda olan müştərilər onları ayırmışlar. Sonra musiqiçi aradan çıxıb klubdan uzaqlaşmışdır. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadaəsində Röyal adlı şəxs onunla mübahisə zamanı alın nahiyyəsi ilə onun dodaq nahiyyəsinə vurması, zərbə nəticəsində o, yerə yıxılması, zərbədən dodağı, yıxılarkən isə sol dirsək nahiyyəsi xəsarət alması, sonra onun yanında olan digər tanışları ona sillə və təpiklə vurması, daha sonra isə klubda olan masaları, stulları və stolun üstündə olan qabqacaqları yerə töküb sındırmısını bildirməsi barədə verilən suallara cavab olaraq bildirmişdir ki, özü həmin vaxt sərxoş olmuşdur, birdən görmüşdür ki, Röyal musiqiçi ilə mübahisə edir, onlara yaxınlaşıb söhbətə qarışmış, Röyal musiqiçini vurandan sonra musiqiçi onları söydüyünə görə Elməddinlə birlikdə onu döymüşlər. Hadisə zamanı orada olan müştərilər olduğunu, onları isə tanımır, onlardan başqa klubda işləyən bir nəfər xanım ofisant olduğunu və hadisə təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsdində yerləşən göbələk yetişdirilən istixanada fəhlə kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 20-21 radələrində tanışları Payızxan, Röyal və Ehtibar adlı şəxslərlə birlikdə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “MM” adlanan klubda bir stolda oturub pivə içmişlər. Pivə içdikdən sonra onunla oturan tanışlarından Ehtibar və Röyal orada olan musiqiçiyə oynamaq üçün musiqi sifariş vermişlər və biz birlikdə oynamışlar. Həmin vaxt sərxoş olmuşdur, tulaletə gedib stola qayıdanda görmüşdür ki, tanışlarının əhvalı pozulub, onlardan nə baş verdiyini soruşmuş, onlar demişlər ki, oynadıqları zaman musiqiçi musiqini birdən saxladığına görə Röyal əsəbləşib musiqiçi ilə aralarında mübahisə olmuşdur. Bu zaman yenidən musiqi səslənmiş və onlar durub oynamışlar və əhvalları da düzəlmişdir. Bundan sonra yenə də oturub pivə sifariş vermişlər və içməyi davam etmişlər. Artıq xx.xx.2023-cü il saat 00:30 radələri olmuşdur ki, birdən görmüşdür tanışı Röyal ilə musiqiçi mübahisə edirlər, özü və Payızxan onlara yaxınlaşmış, nə baş verdiyini soruşmuş, birdən Röyal musiqiçiyə başı ilə sifətinə vurmuş, o, zərbədən yerə yıxılmış, bu zaman musiqiçi onları söydüyünə görə Payızxanla birlikdə onu döymüşlər, Ehtibar isə həmin vaxt səhv etmirsə tualetə getmişdir, səs-küyə gəlmişdir, Ehtibar, orada işləyən ofisant xanım və klubda olan müştərilər ayırmışlar, sonra musiqiçi aradan çıxıb klubdan uzaqlaşmışdır. İlkin araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadaəsində Röyal adlı şəxs onunla mübahisə zamanı alın nahiyyəsi ilə onun dodaq nahiyyəsinə vurması, zərbə nəticəsində o, yerə yıxılması, zərbədən dodağı, yıxılarkən isə sol dirsək nahiyyəsi xəsarət alması, sonra onun yanında olan digər tanışları ona sillə və təpiklə vurması, daha sonra isə klubda olan masaları, stulları və stolun üstündə olan qabqacaqları yerə töküb sındırmısını bildirməsi barədə verilən suallara cavab olaraq bildirmişdir ki, birdən görmüşdür ki, Röyal onunla mübahisə edir, Payızxanla onlara yaxınlaşıb söhbətə qarışmışdır, Röyal onu vurandan sonra o, onları söydüyünə görə Payızxanla onu döymüşlər. Hadisə zamanı orada olan müştərilər olduğunu, onları tanımadığını, onlardan başqa klubda işləyən bir nəfər xanım ofisant olduğunu və hadisə təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə qonşusu Vasif adlı şəxs ondan xahiş etmişdir ki, icarəyə götürüb işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “X12”nın yaxınlığındakı “MM” adlandırılan klubda bir saatlıq onu əvəz edib bəzi işlərə nəzarət etsin. O, da Vasifin xahişinə görə axşam saat 21 radələrində klubda həm musiqi sifarişinə həm də hesaba nəzarət etmək üçün getmişdir. Klubda stolda oturan müştərilərdən biri, adını sonradan bildiyi Ehtibar adlı şəxs ona yaxınlaşaraq 2 manat pul verib musiqi sifariş vermişdir, həmin vaxt başqa müştərinin musiqisini səsləndirdiyi üçün ona demişdir ki, gözləsin bir azdan onun sifarişini verərəm. Bundan sonra Ehtibar pulu stolun üstündən götürüb getmişdir. Bir neçə dəqiqədən sonra onun sifarişini səsləndirmiş və Ehtibar gəlib 2 manat pulu stolun üstündə qoymuş, Elvin pulu götürmək istəməsə də, Ehtibar pulu onun cibimə salmışdır. İfa getdikcə onunla bir stolda oturan şəxslər oynamışlar. Vasif gec gəldiyinə görə bir neçə saat orada qalmalı olmuşdur. Artıq xx.xx.2023-cü il saat təxminən 00:30 radələrində onlardan sonradan adını bildiyi Röyal adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, “2 manat sənə musiqi sifarişinə görə pul verilib, buna baxmayaraq ümumi hesaba musiqi sifarişinin də pulunu əlavə olaraq yazmısan”. Bundan sonra Elvin dəftəri açıb ona göstərmişdir ki, musiqi sifarişinin pulunu ümumi hesaba yazmamışdır. Bu söhbətdə aralarında mübahisə yaranmış və mübahisə zamanı Röyal başı ilə onun dodaq nahiyyəsinə vurub xəsarət yetirmişdir. Bundan sonra onunla birlikdə olan şəxslərdən iki nəfər onun üstünə gedib ona xəsarət yetirməsələr də sillə və təpiklə vurmuşlar, onlar eyni zamanda klubda olan stol və stullara təpiklə vuraraq sındırmışlar, stolun üstündə olan qabları yerə töküb sındırmışlar. O, özünü müdafiə etmək üçün əyilmiş və aradan çıxa bilmişdir. Klubdan bayıra çıxıb oradan uzaqlaşmışdır ki, yenidən dava düşməsin, yəni onu vurmasınlar. Bir neçə dəqiqədən sonra həmin klubu işlədən Vasif adlı qonşusu ona zəng vurub onu kluba çağırmış və Elvin də ora getmişdir. Konkret kim tərəfindən vurularaq xəsarət yetirilməsi barədə verilən suala cavab verərək bildirmişdir ki, əvvəlcə Röyalla aralarında mübahisə yaranmış və başı ilə onun dodaq nahiyyəsinə vurub xəsarət yetirmişdir, sonra isə yanında olan adlarını sonradan bildiyi Payızxan və Elməddin onu sillə və təpiklə varmuşlar, onlarla gələn sonradan adını bildiyi Ehtibar adlı şəxs, klubda işləyən Aysel adlı ofisant və klubda olan digər müştərilər onları ayırmışlar. Hadisə təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Hadisə baş vermiş klubda işləmədiyini, sadəcə qonşusu Vasif ondan bir saatlıq onu əvəz edib nəzarət etməyi xahiş etdiyini, həmin müddətdə orada olduğu zaman hadisə baş verdiyini, aldığı xəsarətlərə görə ekspertiza müayinəsindən keçmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən X12nın yaxınlığında MM adlanan klubu icarəyə götürüb işlədir. Həmin klub hər gün saat 19:00-dan gecə saatlarına kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə saat təxminən 00:30 radələrində klubda işləyən işçilər zəng edib məlumat vermişlər ki, klubda dava olmuşdur və orada bəzi işləri həvalə etdiyi Elvin adlı şəxsi də döyüb xəsarət yetirmişlər. Tez kluba gəlmiş və görmüşdür ki, artıq klubda dava olub və ara sakitləşib, onları polisə məlumat verməyi ilə qorxutmuşdur ki, çıxıb getsinlər. Nəticədə ara tam sakitləşmiş və onlar çıxıb getmişlər. Qeyd etmişdir ki, kluba gələndə Elvin orda olmamışdır, yenidən döyülməməsi üçün çıxıb oradan uzaqlaşmışdır. Sonadan Vasif ona zəng vurub çağırmışdır, Elvin də ora gəlmişdir, gəldikdən sonra görmüşdür ki, onun dodağında və qolunda xəsarətləri var. Elvin hadisəni ona danışıb bildirmişdir ki, klubda musiqi sifarişi üstündə müştərilərlə aralarında mübahisə olmuş, mübahisə zamanı onu döyüb xəsarət yetirmişlər və klubun masalarını, stullarını və qab-qacaqlaını da sındırmışlar. Gecə olduğuna görə, eyni zamanda işi ilə əlaqədar vaxtı olmadığna görə həmin vaxt polisə məlumat verməmişdir, səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə bu barədə Xəzər RPİ-nə gedib ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 icarəyə işlətdiyi “MM” klubda işçi kimi işləmədiyini, qonşusu olduğunu, həm də çox etibarlı olduğu üçün həmin gün işi ilə əlaqədar bir neçə saatlıq orada olmadığına görə ondan xahiş etmişdir ki, gedib orada onu əvəz etsin, məhz hadisə də həmin vaxt baş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən “X11”ndəni yaxınlığındakı “MM” klubda xidmətçi (ofisant) işləmişdir. Həmin klub Zərərçəkmiş şəxs1 tərəfindən icarəyə götürülüb işlədilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində dörd nəfər tanımadığı, lakin üzdən tanıdığı şəxslər müştəri qismində kluba gəlib birlikdə stolda oturmuşlar. Onlar pivə sifariş vermişlər, onların oturduğu stola pivə vermiş və onlara xidmət etmişdir. Onlar bir neçə dəfə musiqi sifariş vermiş və əylənmişlər. Buna baxmayaraq özlərini çox kobud aparmışılar. Bir neçə saat keçmişdir, artıq xx.xx.2023-cü il saat 00:30 radələrində həmin şəxslərdən biri musiqi sifariş vermək üçün musiqi mərkəzi yerləşdirilən masaya yaxınlaşmış, həmin masada oturan Elvin adlı şəxslə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı yüksək səslə nalayiq ifadələr işlətməyə başlamış və bu zaman onunla birlikdə oturan digər şəxslər də yaxınlaşıb mübahisəyə başlamışlar, yüksək səslə nalayiq ifadələr işlətmişlər. Onlardan biri, adını blmədiyi şəxs birdən başı ilə Elvinin sifətinə vurub xəsarət yetirmişdir. Elvin zərbədən yerə yıxılmış və digərləri isə ona təpiklə vurmağa başlamışlar. Orada olan digər müştərilər və özü onları aralaşdırmağa çalışmışlar. Onlar klubda olan masaları qaldırıb aşırmış, stolun üstündəki pivə bakallarını və digər qab-qacaqları yerə salıb sındırmışlar, təpiklə stullara vuraraq, eyni zamanda götürüb yerə çırparaq sındırmışlar. Aranın sakitləşməsi üçün polisə məlumat verəcəyini onlara bildirmiş, onlar bunu eşidən kimi sakitləşib klubdan çıxıb getmişlər. Hadisə zamanı hadisənin şahidi özü və ondan başqa həmin vaxt klubda olan müştərilər olduğunu, onları isə mən tanımadığını bldirmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etdiyini, Zərərçəkmiş şəxs2 həmin klubda işçi kimi işləmədiyini, sadəcə klubun icarədarı Zərərçəkmiş şəxs1 bir neçə saatlıq işi olduğundan qonşusu olduğuna görə ona etibar etdiyini, olmadığı müddətdə onu bir neçə saatlıq əvəz etmək üçün gəldiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin 31 oktyabr 2023-cü il tarixli, 1301 saylı ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – üst dodağın selikli qişasının əzilməsi yarası, sol dirsəyin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu ildə Şəki rayonu, Köndələn kəndində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci ildə Qobustan rayonu, Nabur kəndində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 02 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə barəsindədi 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndinə əsasən əsas cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs3 Xəzər RPİ-nin icraatında olan ********* saylı cinayət işi üzrə AR CM-nin 152.1-ci maddəsi ilə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 19:40-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 26 oktyabr 2023-cü il tarixdə, saat 21:20-də Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Zərərçəkmiş şəxs2 tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunduğu üçün cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 01 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində axtarış elan olunduğu üçün cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində tutulmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-45-3/2-432 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılaraq aidiyyəti üzrə Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 10:25 radələrində tutulmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-45-3/2-438 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saxlanılaraq aidiyyəti üzrə Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində tutulmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-45-3/2-422 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə saxlanılaraq aidiyyəti üzrə Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan 17 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzlənmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 22 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli, 1(003)-112/2017 saylı hökmünə əsasən X2 AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs3 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəza müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, onlara dəymiş ziyanı ödəmələrini, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələbinin olmamalarını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduqları cinayət əməlini səmimi etiraf etmələrini, səmimi peşman olmalarını, ilk dəfə cinayət əməli törətmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin nəzərdə tutulduğu AR CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onların şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 oktybar 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək və 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 oktybar 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək və 17 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 26 oktybar 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixədək və 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış sahəsi ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyimir) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyimir) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, ümumilikdə 192 (bir yüz doxsan iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyimir) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-368/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-368/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver