Məhkəmə qərarları › İş №1(003)-369/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-369/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-369/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Qəbələ rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli təhsilli, əvvəllər məhkum olunmamış, subay, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı ünvanın həyətində Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq söyüşlər söyüb təhqir etməsindən, şəxsi münasibətlərinin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı qəsdən yumuruqla Zərərçəkmiş şəxs qaşından bir zərbə vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sol qaşın əzilmiş yarası və hematoması ilə ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərərvurma xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı ünvanın məhələsində olarkən qoşusu Qabilin uşağının tanımadığı qız sinif yoldaşına qar topu atdığını görüb uşağa öz iradını bildirərək nəyə görə qızı qar topu ilə vurduğunu demişdir. Uşağ isə ona irad bildirdiyi üçün yaşadığı evə gedib atası Qabili onun üstünə çağırmış, oda uşağın arxasınca gedib demək istəyirmiş ki, «burda nə varki atavı çağıracaq». Lakin uşağ atasını çağırdığı üçün Qabil qapılarının ağzında, onu həyətə içəri çağırmışdır ki, «nə olub nə baş verir» və onun üstünə qışqıraraq söyüşlə onu təhqir edib nə üçün uşağının üstünə qışqırdığını bildirmişdir. O, Qabilə vəziyyəti başa salmaq istəsə də Qabilin onu söydüyündən əsəbləşib oda Qabilə söyərək Qabilin həyətində qapının yaxınlığında yumuruqla qaşından bir zərbə vurmuşdur. Bundan sonra oradan uzaqlaşıb öz evinə getmişdir. Qeyd etdiyi kimi o, yalnız Qabili bir dəfə yumuruqla vurmuşdur. 11 yanvar 2023-cü il tarixdə saat 13-14 radələrində onların yaşadığı Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evinin həyətində qapısının qarşısında baş vermişdir. Orada yalnız o və Zərərçəkmiş şəxs olmuş, başqa kənar şəxslər olmamışdır, məlum olduğu kimi hadisə Qabilin yaşadığı evin həyətində olmuşdur. Həmin xəsarətləri hadisə zamanı Qabilin onun ünvanına söyüş söydüyündən əsəbləşib oda Qabili söyərək yumuruqla bir dəfə vurmasından almışdır. Hadisə mənim Qabilin uşağına qıza qar topu atmasını irad bildirməyi üçün Qabilin qapısının ağzına çıxaraq onu həyətinə çağırıb, həyətdə ünvanına söyüş söyüb qışqırması səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində oğlu evə gələrək ona demişdir ki, məhələdə yaşayaın Fərid oğlunun üstünə qışqırıb. O, məsələyə aydınlıq gətirmək üçün qapının ağzına, yəni küçəyə çıxmaq istəyən zaman qonşusu Fəridin qapının ağzında olduğundu görüb Fəridi həyətə, içəri çağırmışdır. Fəridə öz iradını bildirmişdir ki, nə üçün uşağın üstünə qışqırmısan. Fərid əvvəlcə inkar etsədə sonrada guya onun uşağının hansısa qıza küçədə qar topu atdığı üçün oğluna irad bildirmək üçün oğlunun üstünə qışrıqmışdır, oda əsəbləşib Fəridin ünvanına söyüş söyüb üzərinə qışqırdığı anda onun yaşadığı ünvanın həyətində qapının ağzında Fərid anidən yumuruğu ilə onun qaş nahiyəsindən bir zərbə vurmuşdur. O, həmin zaman qaşından qan gəldiyini görüb dəsmalı götürüb qaşına qoymuşdur, Fərid həyətdən çıxıb oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Hadisə 11 yanvar 2023-cü il tarixdə saat 13-14 radələrində onun yaşadığı Qala qəsəbəsi yeni yaşayış sahəsində yerələşən evinin həyətində, qapının ağzında baş vermişdir. Hadisə onun yaşadığı ünvanın həyətində olduğundan hadisənin şahidləri olan olmamışdır. O, ilkin olaraq düşünmüşdür ki, Fərid əlində olan hər hansısa bir əşya ilə vurduğundan ona xəsarət yetirilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, xəsarət aldığı hissə, yəni qaşı həssas nahiyə olduğundan əzilmişdir. Yəni həmin zaman o, əsəbi olduğu üçün həmin formada fikrini izah etmişdir. Bir daha qeyd edmişdir ki, dəyən zərbə bərk olduğundan o, ilk öncədən hanısa əşya ilə vurulduğunu başa düşdüyü üçün Fərid tərəfindən yetirilmiş xəsarətin küt əşya ilə vurulduğunu bildirmişdir. Tibbi ekspertiza rəyində qeyd edilmiş xəsarətləri hadisə zamanı Fərid tərəfindən ona həyətində yumuruq vurulduğundan almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 33 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol qaşın əzilmiş yarası və hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb muayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci ildə Bakı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat, ümumilikdə 60 (altmış) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar