Məhkəmə qərarları › İş №1(003)-369/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-369/2025

15.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-369/2025 15.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşayan və Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi ev 139-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qeydiyyatsız yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Babək küçəsində yerləşməklə Binə Bələdiyyəsinin istifadəsində olan hasarlanmış 04 sot torpaq sahəsinin içərisində inşa etdiyi özünə məxsus 01 mərtəbəli 04 otaqlı fərdi yaşayış evini satmaq istədiyi vaxt qonşusu Zərərçəkmiş şəxs həmin evi almaq istədiyini bilib özünü işgüzar şəxs kimi göstərərək 22000 manat pul verdiyi halda həmin evini ona satacağına və onun adına qeydiyyat sənədləri düzəltdirəcəyinə dair yalan vəd verib inandırmaqla razılaşdıqdan sonra aldadaraq Zərərçəkmiş şəxs ona satdığı evin ümumi pulunu ödəməsinə hesablayacağını deyib hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə eyni niyyətlə ilkin olaraq xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsindəki “Qarabağ” marketdə yerləşən “Milli Ön” ödəmə terminalı aparatı vasitəsilə əvvəlcədən S. Nemətovaya verdiyi özünün istifadəsində olan istintaqa məlum olmayan hesab nömrəsinə satdığı evə görə beh adı ilə 3000 manat məbləğində pul ödətdirməklə alıb, bundan 2 gün sonra Zərərçəkmiş şəxs yolnəqliyyat hadisəsi törətdiyi üçün pula ehtiyacı olduğunu deyib ondan Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən Xəzər RPİ-nin 3-cü PŞ-nin yaxınlığında 6000 manat məbləğində pulu əlbəəl nağd alıb, bundan bir neçə gün sonra 2023-cü ilin fevral ayında dəqiq tarixini müəyyənləşdirmək mümkün olmayan vaxtda evin sənədləşdirilməsi üçün əlavə 4000 manat lazım olduğunu deyib Zərərçəkmiş şəxs yaşadığı Xəzər rayonu Binə qəsəbəsi Babək küçəsində yerləşən nömrəsiz evinə gəlib orada 4000 manat məbləğində pulu əlbəəl nağd alıb, 2023-cli ilin fevral ayının ortalarında dəqiq tarixini müəyyənlaşdirmək mümkün olmayan vaxtda Zərərçəkmiş şəxs satdığı evin işıq, qaz və suyunun sayğaclarını və komunal ödəniş sənədlərini onun adına keçirtdirəcəyi adı ilə Xəzər rayonu Binə qəsəbəsi Babək küçəsində 3000 manat məbləğində pulu əlbəəl alıb, həmin ilin fevral ayında dəqiq tarixini müəyyənləşdirmək mümkün olmayan vaxtda Zərərçəkmiş şəxs ona satdığı evin həyətində kirayədə yaşayan şəxsə olan borcunu ödəyəcəyi adı ilə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 343 saylı uşaq baxçasının yanında 2600 manat məbləğində pulu əlbəəl nağd alıb, bir müddət sonra 2023-cü ilin fevral ayının sonlarında dəqiq tarixini müəyyənləşdirmək mümkün olmayan vaxtda Zərərçəkmiş şəxs həmin ayın sonuna qədər istintaqa məlum olmayan lombarda olan borcunu ödəyəcəyi adı ilə hissə-hissə olmaqla cəmi 3400 manat məbləğində pulu əlbəəl nağd alıb verdiyi vədlərə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə 22000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və onunla münasibətləri normal olmuşdur. Onun atası xərçəng xəstəsi olduğundan onun müalicəsi üçün Sənubərdən 2023-cü ilin yanvar ayında 3000 manat pul borc almışdır. Bundan sonra onun atası rəhmətə getdiyindən o evini satmaq qərarına gəlmişdir və həmin evi Sənubərə 22000 manata razılaşmışlar. O, Sənubərdən həmin pulu hissə-hissə almışdır. Bundan bir müddət sonra o Sənubərə bidirmişdir ki, həmin evi Esmira adlı qonşusuna 25000 manata satacaqdır. Sənubər də, onunla razılaşdı ki, Esmiradan aldığı pulu ona qaytaracaqdır. Bundan sonra o, Esmiraya evi satdı, lakin Esmira ona pulu hissə-hissə verdiyindən o, da həmin pulu digər problemlərinə xərclədiyindən Sənubərə pulu qaytara biməmişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə hissə hissə 22000 manat evi ona satmağına görə almışdır, lakin borcları çox olduğundan Esmira ona ev üçün 25000 manat verdiyindən o, evi Esmiraya satdı və Esmiradan aldığı pulu isə digər borclarını qaytarmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X3 2023-cü ilin yanvar ayında onun qonşusu Heydərin anası və atası rəhmətə getdiyindən yaşadığı evi satacağını ona bildirdi. O da qızı Aytacın yaşayış şəraitini yaxşılaşdırma məqsədi ilə həmin evi Heydərdən almaq istəmişdir Beləliklə o, Heydərlə 22000 manata onun təqdim etdiyi hasarlanmış 4 sot torpaq sahəsinin içərisində 1 mərtəbəli 4 otaqlı evini almağa razılaşmışlar. O, həmin zaman Heydərə 3000 manat beh olaraq xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində “Qarabağ”marketdə milliön aparatından onun göndərdiyi kart hesabına göndərmişdir. Qalan pulu isə evin sənədləri düzəldikdən sonra verəcəyini Heydərə bildirmişdir. Heydərdə onunla razılaşdı. Bundan 2 gün sonra Heydər ona zəng edərək bidirdi ki, Binə qəsəbəsində mərkəzdə idarə etdiyi avtomaşınla bir nəfər şəxsi vurmuşdur və ona təcili 6000 manat pul lazımdır. O, da 6000 manat pulu evdən götürərək qızı Turacla birlikdə Binə qəsəbəsində 3- cü Polis Şöbəsinin yaxınlığında Heydərlə görüşərək qızının yanında ona vermişdir. Lakin həmin gün bir müddətdən sonra Heydər ona yenə zəng edərək əlavə 4000 manat pul lazım olduğunu dedi. O, da ona evdən gəlib götürə biləcəyini dedi. Heydər də həmin gün özünün idarə etdiyi markasını və dövlət nömrə nişanı yadında olmayan avtomaşınla gəldi və əri Tələt Rəsulovun yanında evdə Heydərə 4000 manat pul vermişdir. Bundan sonra 2023-cü ilin fevral ayının ortalarında Heydər ondan sadığı evin işığın, qazın və suyun sayğaclarını onun adına keçirmək üçün ümumilikdə 3000 manat pul aldı. Beləliklə o, Heydərə xx.xx.2023-cü il tarixdən 2023-cü ilin fevral ayının ortalarına qədər 16000 manat pul vermişdir. Sonradan Heydər ona bildirdi ki, onun məhəlləsində kirayədə yaşayan tanımadığı qonşusuna 2600 manat borcu vardır, onu da vermək lazımdır. O, da 2023-cü ilin fevral ayında 2600 manat Heydərə 343 saylı bağçanın yanında vermişdir. Bir müddətdən sonra Heydər ona bildirdi ki, onun lombardlara və əl borcu olaraq 3400 manat borcu vardır. O, da xırda-xırda həmin pulu 2023-cü ilin aprel ayının sonuna qədər ona vermişdir. Bundan sonra o, Heydərdən evi ona təhvil verməyini bildirdi. Lakin Heydər ona komunal xidmətləri adına keçirməsini tam başa çatdırmadığını dedi. O, həmin ərəfələrdə eşitmişdir ki, o, ona satdığı evi digər qonşusu Esmira adlı şəxsə 35000 manata satmışdır. O, qonşusu Esmiranın evinə gedərək ondan həmin evi o, aldığıni və pulunu verdiyni dedikdə Esmira ona bildirdi ki, Heydərin onların mağazasına xeyli miqdarda pul borcu olduğundan evi 35000 manata qiymətləndirirək onlara satmış, borcunu çıxdıqdan sonra qalan pulu Heydərə verəcəklər. Həmin günü axşamı Heydər onlara gəlmiş və həyətdə maşının qarşısında onunla görüşərək nə üçün onu aldatdığını soruşmuşdur. Heydər ona bildirmişdir ki, evi Esmira çox pul verdiyinə görə ona satmış, ona olan 22000 manat pulu hissə hissə Esmiradan pulu aldıqca ona qaytaracaqdır. Lakin Heydər pulu qaytarmadı. Esmira da Heydərin evini təmir edərək digər tanımadığı şəxsə satdı. xx.xx.2023-cü il tarixdə Heydər onlara gəlmiş və ondan komunal xərclərə aldığı 2800 manat pulu geri qaytarmışdır. 2800 manat pulu o, Heydərə evin pulu olaraq deyil, 22000 manatdan əlavə vermişdir. Heydər 2800 manat pulu qaytardıqdan sonra ona bildirmişdir ki, “mən sənə 22000 pul verirəm bəs səhər sən evi mənə verməsən onda sənə necə subut edə bilərəm ki, sənə pul vermişəm”. Bu zaman Heydər bildirdi ki, kağız yazıb verə bilər. O da ona öz xətti ilə əlyazma yazı yazdırmış və həmin yazıda ona 22000 manat borclu olduğunu və həmin pulu xx.xx.2023-cü il tarixədək verəcəyini qeyd etdi. O da Esmiranın ona pul verəcəyini deməsinə inanaraq onu gözləməyə başlamışdır. Lakin Heydər mobil telefon nömrəsini söndürərək yoxa çıxdı. Təqsirləndirilən şəxs ona demişdir ki, evi ona o təqdim edəcəkdir. Lakin Təqsirləndirilən şəxs ondan 22000 evin pulunu aldıqdan sonra həmin evi Esmiraya 35000 manata satdı, ona isə pulumu qaytarmamışdır. Zərərçəkmiş şəxs əlavə olaraq məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 22.000 manatdan heç bir ödəniş olmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, onun adı Şahid1 olsa da el arasında ona Esmira deyə müraciət edirlər və hamı onu Esmira olaraq tanıyır. O, 2023-cü ilin yaz aylarında qonşuluqda yaşayan Heydər evini satdığını öyrənmişdir. O, bu barədə Heydərdən soruşanda Heydər evi 25000 manata satdığını bildirdi. O, gecə ilə evə baxmağa getmişdir və evə baxdıqdan sonra evin sənədləri barədə Heydərdən soruşmuşdur. Heydər ona evin sənədlərinin qaydasında olduğunu dedi. O, Heydərin sözünə inananaraq həmin günü Heydərə 3000 manat beh olaraq vermişdir. Bundan sonra o, yenidən evi təmir etmək üçün gedən zaman evin nəmişlikdən yararsız vəziyyətə düşdüyünü görmüşdür və Heydərə bu barədə bildirmişdir. Bundan əlavə o, Heydərdən sənədləri tələb edən zaman məlum oldu ki, evin heç bir rəsmi sənədi də olmamışdır. Buna görə də o, Heydərə bildirdi ki, evi almaqdan imtina etmişdir. Lakin Heydər ona evin nəmişliyinə və sənədlərinə görə 5000 manat endirim etdiyini dedi. O, da təxminən 2 aydan sonra Heydfərin qalan 17000 manat pulunu vermişdir. Bundan sonra qonşuluqda yaşayan Sənubər bizə gələrək ona bildirmişdir ki, Heydərin ona borcu olmuşdur və Heydərin pulunu verən zaman ona xəbər etmişdir. O, da Heydərin pulunu verən zaman zəng edərək Sənubərə bu barədə məlumat vermişdir. Heydərin evi ondan əlavə Sənubərə satdığından xəbəri olmamışdır. Sənubər ona bildirmişdir ki, o, evin pulunu Heydərə verən zaman ona xəbər etmişdir. Mən də pulu Heydərə verən zaman bu barədə Sənubərə xəbər vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şahid2 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayında onun qonşusu olan və hal-hazırda Bakı şəhərində yaşayan Murad ona zəng edərək bilirdi ki, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qonşusu Sənubər adlı qadının pulunu Heydər adlı Liman şəhərindən olan şəxs alıb qaytarmır, ona köməklik etmək lazımdır. O da Murada mobil nömrəsini Sevincə verməyini istəmişdir. Bir müddətdən sonra Sənubər ona zəng edib ağlayaraq bildirdi ki, o, Heydər adlı şəxsdən 16000 manat pula ev almış, lakin Heydər onu aldadaraq evi başqasına satmışdır. O, Sevincə bidirmişdir ki, gedib polisə müraciət etsin, lakin Sənubər ağladığından bildirmişdir ki, o, işləmir, heç bir gəlir yeri yoxdur, Sənubər də bildirdi ki, onun yol xərcini və qalmaq xərcini qarşılayar. O də, təxminən 15 gündən sonra Bakı şəhərinə gəlmişdir və Binə qəsəbəsinə gedərək orada Heydərə zəng edərək Sənubərin qohumu olduğunu, yerli olduğunu Sənubərin pulunu qaytarmalı olduğunu demişdir. Bundan sonra biz Binə qəsəbəsində kafelərin birlində əyləşərək söhbət etdik, Söhbət əsnasında Heydər bildirdi ki, başına gələn problemlərə görə evini Sənubərə satmışdır, lakin ora Sənubəri yerləşdirməmişdir. Bundan sonra o, Sənubərə zəng edərək onların yanına gəlməyini istəmişdir. Bir neçə dəqiqədən sonra Sənubər onunla Heydərlə əyləşdikləri kafeyə gəldi. X7 bildirdi ki, evin sənədləri düz olmadığına görə evi Sənubərə satmayacaq, onun əvəzində Binə qəsəbəsində torpağını satdıqdan sonra pulunu verəcəkdir. O, da Sənubərə bildirmişdir ki, bundan sonra pulunu Heydər ona qaytarmasa polisə müraciət etsin. O da həmin gün oradan çıxıb yaşadığı Lənkəran şəhərinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -12 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Axtarışda olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; -15 mart 2025-ci il tarixli sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, iş üzrə istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd A4 vərəqədə yazı olan vərəqə onun iştirakı ilə baxış keçirdim.Baxış keçirərəkən müəyyən olundu ki, vərəqin yuxarı hissəsində sağ tərəfdə Bakı şəhəri Xəzər rayonu Binə qsəbəsi 3 saylı polis bölməsinə ortadan; izahat: sol tərəfdən abzasdan; Mən Təqsirləndirilən şəxs xx.xx.1999 təvəllüdlü Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 22000 manat borcum var. Mən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 17:00radək X5 borcunu verməsəm Azərbaycan Respublikasının cinatyət işini daşımağa razıyam. Yazılı şəkildə öz izahatımı imzalayıram Təqsirləndirilən şəxs xx.xx.2023 imza yazıları vardır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, bu vərəqi Təqsirləndirilən şəxs ona yazıb vermişdir. -15 mart 2025-ci ik tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/42/2-6134/2025 saylı məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və və ya əmlak hüquqlarını əldə etmə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs X4 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) zərərçəkmiş şəxslə barışıq əldə etməməsini və ona dəymiş ziyanı ödəməməsini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuniqüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar