Məhkəmə qərarları › İş №1(003)-37/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-37/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-37/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bərdə rayonunda Lənbəran kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 21 sentyabr 2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, fərdi evdə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 23 mart 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2056 saylı bağ evinə qanunsuz daxil olub, oradan 01 ədəd «Beko» markalı kondisionerin 2000 manat dyərində aqreqatını, 01 ədəd 150 manat dəyərində köhnə alminium samovarı, 01 ədəd 150 manat dəyərində «Bocsh» markalı şirə çəkən maşını və 01 ədəd 200 manat dəyərində «Bocsh» markalı ət çəkən maşını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2022-ci ilin mart ayında Mərdəkan qəsbəsində yerləşən Nicat adlı şəxsin evinin damını təmir etmişdir. Evin həyət darvazası olmasa da evin açarları həyətdə olan dolabın içində olmuşdur. xx.xx.2022-ci il tarixdə sözügedən evdə tək işləyən vaxtlarda sevdiyi qızın ad günü olmuşdur. Həmin vaxt da pulu olmadığına görə, məcbur olub xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Nicat adlı şəxsin evinin giriş qapsını açarla açıb içəri daxil olmuş, evin qonaq otağından 1 ədəd samovarı və evin çöl divarından «Beko» markalı kondisionerin aqreqatını çıxartmışdır. Əşyaları həyətdən çıxardıqdan sonra dəmir almaq üçün maşınla məhlələrin arası ilə dolaşan tanımadığı şəxsə çəkisinə görə ümumilikdə 100 manata satmışdır. Bundan bir neçə gün sonra ev sahibi Nicat evə gəlmiş və evdən oğurluq olduğunu bilmişdir. Bu barədə ondan və orada usta işləyən şəxslərdən soruşmuş, Nicata bu haqda heç bir məumatı olmadığını demişdir. Həmin gündən sonra ora getməmişdir. Bu hadisədən təxminən 10-15 gün sonra Nicat ona zəng vurub evindən oğurluq etdiyini bildiyini demişdir. Nicata səmimi olaraq oğurluq etdiyni etriaf etmişdir. Nicata şikayət etməmsini oğurladığı kondisionerin və samovarın pulunu ödəyəcəyini demişdir. Lakin maddi imkanı olmadığı üçün Nicata pul verə bilməmiş və istifadə etdiyi telefon nömrəsi də bağlandığı üçün Nicat ilə əlaqəni itirmişdir. Bundan başqa heç bir oğlurulq və başqa cinayət cinayət hadisəsi törətməmişdir. Zərərçəkmiş şəxs evindən oğurlayaraq satdığı əşyaları dəmir alan şəxsə satmış və həmin şəxsin haqqında heç bir məlumatı olmamışdır. Oğurluq edərkən yanında heç kimin olmamış və onu heç kimin görməmişdir. Pula ehtiyacı olduğu üçün məcbur olub oğurluq etmişdir. Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı əşyaları səmimi olaraq etiraf etmiş, oradan ət çəkən maşın və şirə çəkən maşın oğurlamadığını, samovarı evin bağlı otağından, kondisionerin aqreqatını isə evin çöl divarından oğurladığını bildirmişdir. Həmin evdə işi evin damını təmir etmək olduğu üçün evə və evin otaqlarına girməyə icazəsi olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin omadığını, hərbi xidmətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin noyabr ayından etibarən Bakı şəhəri, Xərər rayonu, Mərdəkan qəsəbəsi 2056 saylı bağ evində fərdi yaşayış evi tikdirir. Evin tikintisi tam başa çatmayıb və ona görə də yaşayış yoxdur. Evdə bir neçə usta işləyib. Onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Qabil evdə dam örtüyü ustası işləmişdir. xx.xx.2022-ci il tarixdə evə baş çəkmək üçün getdikdə naməlum şəxs və ya şəxslərin evin həyətində dirvara quraşdırılmış «Beko» markalı kondisionerin 2000 manat dəyəridə 01 ədəd aqreqatını, evin qonaq otağından isə 01 ədəd 150 manat dəyərində köhnə samovarı, 01 ədəd 150 manat dəyərində «Bocsh» markalı şirə çəkən maşını və 01 ədəd 200 manat dəyərində «Bocsh» markalı ət çəkən maşını oğurladıqlarını müəyyən etmişdir. Oğurluq hadisəsi baş verdikdən sonra evdə işləyən ustalara oğurluq hadisəsi barədə demiş, onlar bu hadisədən məlumatları olmadığnı bildirmişlər. Ona görə də həmin vaxtlarda polisə məlumat verməmiş, özü müəyyən araşdırma aparmış və həmin oğurluq hadisəsini evdə dam ustası işləyən Təqsirləndirilən şəxs törətdiyini müəyyən etmişdir. Qabilin telefon nömrəsini tapıb onunla danışmış, həmin vaxt Qabil ona oğurluq hadisəsini törətdiyini samovarın özündə olduğunu, gətirib qaytaracağını, kondisioneri isə sata bilmədiyi üçün hissələrə ayıraraq əlvan metal alan şəxslərə çəkisinə görə satdığını demişdir. Qabillə danışdıqdan sonra bu barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə yazmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2500 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs evin otaqlarına girməyə icazə verməmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-457/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Bakı şəhəri, Xəzər RPİ-nin 1ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 10398/22 saylı axtarış işi açılmış Təqsirləndirilən şəxs Binə qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx-5121 nömrəli məktubdan görünür ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)-457/2022 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətitrilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(039)-507/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 27 iyul 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 2 (iki) ay 25 (iyirmi beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Barışmasının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il taixli, 1(003)-507/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Ələddin oğluna Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 15 (on beş) saat hüquqi xidmətə görə 90 (doxsan) manat, məhkəmədə göstərilmiş 12 (on iki) saat hüquqi xidmətə görə 60 (altmış) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il taixli, 1(003)-507/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və üzərində qəti olaraq 06 ay 01 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan yəni, 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadak dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 150 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar