Məhkəmə qərarları › İş №1(003)-37/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-37/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-37/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi– Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi– Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, digər cinayət işi üzrə hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Beyləqan rayonunda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda AR ƏNPX-nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 30 dekabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə bələdiyyəsinin balansında olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi «Aviasiya Akademiyası»ın yaxınlığında olan Xristian qəbirstanlığından 01 ədədi 200 manat olmaqla ümumi dəyəri 800 manat olan 04 ədəd dəmir barmaqlıqları gizli yolla talayaraq Binə bələdiyyəsinə ümumilikdə 800 manat (səkkiz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 30 dekabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əldir olan bir qrupp şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbə bələdiyyəsinin balansında olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi «Aviasiya Akademiyası»ın yaxınlığında olan Xristian qəbirstanlığından 01 ədədi 200 manat olmaqla ümumi dəyəri 800 manat olan 04 ədəd dəmir barmaqlıqları gizli yolla talayaraq Binə bələdiyyəsinə ümumilikdə 800 manat (səkkiz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilməyərək göstərdi ki, işdən gələn zaman qəbirstanlığın yanında yığılmış zibildən dəmir parçalarını götürmüşlər. Həmin dəmir parçalarını metala vermişlər. Daha sonra onları tutmuşlar. O, təzyiq altında cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilməyərək göstərdi ki, onlar qəbirstanlığın yanı, hasarın bu tərəfində yığılmış zibildən 4-5 dəmir parçası götürmüşlər. Həmin dəmir parçalarını metala vermişlər. Daha sonra onlar dərhal saxlanılmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, Xəzər rayon Binə bələdiyyəsinin daimi komisyasının sədri vəzifəsində işləyir. 30 dekabr 2022-ci il tarixdə axşam saatlarında Binə qəsəbəsi «Aviasya Akaddemiyası»nın yaxınlığında yerləşən rus qəbirstanlığından Bələdiyyənin balansında olan məzarların kənarından hər biri 3 metrilik olmaqla bir ədədi 200 manat olan 04 ədəd barmaqlıqlar oğurlanaraq Binə bələdiyyəsinə 800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilmiş, dəmirlər qaytarılmışdır. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınması xahiş olunur. Məhkəmə iclasında Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, Binə qəsəbəsi, Südçülük savxozunda qaz-maye yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən əlvan metal qəbulu məntəqəsini işlədir. 30 dekabr 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində məntəqədə olan zaman nömrəsini xatırlamadığı “Qazel” markalı avtomobil ilə 2 nəfər birinin adı Samir, digərinin adı isə Tərlan olan şəxslər dəmir barmaqlıqdan ibarət təxminən 3-4 metr uzunluğunda olan 3 ədəd dəmir konustriksiya gətirib satmaq istədiklərini bildirmişlər. O, əvvəlcə həmin dəmirlərin oğurluq-olub olmasını soruşmuş, həmin şəxslər oğurluq olmadığını və özlərini məxsus olduğunu demişlər. Bundan sonra həmin metalları maşının yük yerindən boşaltmışlar və tərəzidə çəkdikdən sonra ümumilikdə 100 manat pul müqabilində həmin metalları almışdır. O, pulu verən zaman polis əməkdaşlarının ora yaxınlaşdığını görmüşdür. Daha sonra Samir pulu ondan götürüb oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra həmin metallar polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin şəxslər saxlanılmış və polis şöbəsinə aparılmışlar. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzədn görünür ki, Xəzər rayonu Binə bələdiyyəsinə məxsus Xristian qəbirstanlığından oğurlanmış hər biri 03 metr olmaqla 04 ədəd dəmir barmaqlığı baş müstəntiq Rafiq Qarayevdən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olan Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyan ödənilmişdir, yəni oğurlanan dəmirlər qaytarılmışdır. Bu səbəbdən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il azadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 111-ci maddənin 1-ci hissəsi, 23-1 təqsirli bilinərək 01 il əməyə mütləq cəlb olunmaqla cəzası şərti hesab edilmiş, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2, 221.3-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinmiş və və CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri ilə təqsirli bilinmiş və CM-nin 66.5-ci maddəsi tətbiq olunmaqla qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilərək Xəzər Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli İş N- 1(003)-338/2023 nömrəli qərarı ilə barəsində 16 avqust 2023-cü il tarixli 12002/23 saylı Axtarış İşi olan Təqsirləndirilən şəxs2 16 iyun 2023-cü il tarixdə saxlanılaraq üzərinə baxış zamanı ondan bir büküm heroin aşkarlanmış, polis şöbəsində Xəzər rayonu Binə qəsəbəsində bir neçə evlərdə oğurluq hadisəsini törərməsini etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-401/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş 1000 manat cərimə cəzasından, 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 207 manat 98 qəpik onun əmək haqqından tutularaq dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-474/2023 saylı xx.xx.2023-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama başqa, zərərçəkmiş şəxslərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında özlərini təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər öz ifadələrində ibtidai istintaq zamanı təzyiq altında cinayət əməlini etiraf etmələrini bildirsələr də məhkəmə istintaqı zamanı həmin faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Onun digər cinayət işi üzrə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının ödənilməmiş hissəsi olan 792,02 manat cərimə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına və 792,02 manat məbləğində cərimə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən 07.01. 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə və 792,02 manat məbləğində cərimə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası və 792,02 manat məbləğində cərimə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzasının ödənilməmiş 792,02 manatı müstəqil icra olunmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi maddi sübut olan 04 ədəd dəmir barmaqlıq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs Binə bələdiyyəsinə dəymiş 800 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(008)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən 07.01. 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 digər cinayət işi üzrə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının ödənilməmiş hissəsi olan 792,02 manat cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və 792,02 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə və 792,02 manat məbləğində cərimə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 792,02 manat məbləğində cərimə saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzasının ödənilməmiş 792,02 manatı müstəqil icra olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi maddi sübut olan 04 ədəd dəmir barmaqlıq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs Binə bələdiyyəsinə dəymiş 800 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (90 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar