Məhkəmə qərarları › İş №1(003)-37/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-37/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-37/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayına kimi olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən nomrəsiz fərdi yaşayış evində 09 avqust 2007-ci ildə Kürdəmir rayonunda anadan olmuş Zərərçəkmiş şəxs Cəlal qızı ilə sonuncunun on altı yaşına çatmayan şəxs olduğunu bildiyi halda cinsi ehtirasını təmin etmək məqsədi ilə onunla təbii yolla cinsi əlaqədə olmaqla qızlıq pərdəsinin tamlığını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxslə tanış olmuş, bir-birilərini ciddi istəmişlər. O, zərərçəkmiş şəxsin bibisi ilə tanış olmuş və tanış olduqdan sonra da bibisi də ona Emilyanın 17 yaşı olduğunu bildirmişdir. O, zərərçəkmiş şəxsin bibisinə Emilya ilə münasibətlərinin ciddi olduğunu və nişanlanmaq istədiyini bildirmişdir. Bibisi də onunla razılaşmışdır. 2023-cü ilin aprel ayında Emilyanı istəməyə getmişlər və iyun ayının 11-də nişan mərasimi olmuşdur. Emilya ona anasının vəfat etdiyini demişdir. O və ailəsi zərərçəkmiş şəxsin anasının sağ olduğunu bilmirmişlər. Sonradan Emilyanın anası ortaya çıxmış və ona mesaj yazmışdır. Mesajda ondan qızını ona kimin verdiyini soruşmuşdur. O da Emilyanı ona Humay xanımın verdiyini bildirmişdir. Beləliklə, aralarında söz-söhbət olmuşdur. Sonradan Emilyanın anası o, və ailəsi ilə tanış olmaq üçün onları rayona dəvət etmişdir. Daha sonra onlar rayona getmiş və Emilyanın anası ilə oturub söhbət etmişlər. Həmin danışıq zamanı zərərçəkmiş şəxsin anası toyla bağlı imkanının olmadığını bildirmişdir. Onlar da özlərinin toyu edəcəklərini bildirmişlər. Toya 1 ay qalmış zərərçəkmiş şəxsin nənəsi ona telefonla zəng edərək Emilyanı gəlib aparmağını bildirmişdir. Onlar da zərərçəkmiş şəxsi evlərinə gətirmişlər. Toya 1 həftə qalmış zərərçəkmiş şəxs ona cinsi əlaqədə olmağı təklif etsə də, lakin o, bununla razılaşmamışdır. Toya bir neçə gün qalmış o, zərərçəkmiş şəxsin telefonda kiminləsə danışdığını görmüş və zərərçəkmiş şəxs qorxuya düşüb qaçmışdır. Təqsirləndirilən şəxs son sözündə cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, Turalla sosial şəbəkə olan “Whatsapp” vasitəsilə tanış olmuşdur. Sonradan Turalla görüşüb danışıblar. Onlar bir-birini tanıyıb istəmişlər. Turalla normal münasibəti olmuşdur. Daha sonra sevgili olmağı qərara almışlar. Sonradan normal cinsi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Tural əsgərlikdən gəldikdən bir neçə ay sonra evlənmək istədiyini, bir qzı sevdiyini bildirmişdir. O Turaldan həmin qızın kim olduğunu və harada tanış olduğunu soruşan zaman sosial şəbəkədə tanış olduğunu ona demişdir. O da Turala evliliyin tez olduğunu bildirmişdir. Ona “əsgərlikdən gəlmisən, sənin həyatın hələ qabaqdadır” demişdir. Üzərindən bir ay keçəndən sonra Tural ona həmin qızı istəməyə getməli olduğumuzu bildirmişdir. Bundan sonra o da vaxtı uzatmağa çalışırmış. Sonradan onlar tort alaraq 28 may tərəfdə yaşayan bibisinin yanına getmişlər Həmin vaxtı bibisi qızın anası olduğunu bildirmişdir. Onlar oraya getdikdən sonra oğlunun münasibəti barədə söhbət etmişlər. Gənclərin bir-birini sevib bəyəndiklərini bildirmişlər. Həmin bibisinin yanında bir qadın da var imiş. Həmin şəxsi də bibisi kimi təqdim etmişdir. Həmin bibisi olan qızın anası olduğunu, digəri isə qızın bibisi olduğunu demişlər. Həmin vaxtdan etibarən həmin şəxslər yalan danışmağa başlayıblarmış. Onlar söhbət etmiş və nişan etməyi qərara almışlar. Bir neçə ay sonra, 2023-cü ilin mayın ayının 11-də nişan etmişlər. Onlar el adəti ilə qızgilə xonçalar aparmışlar. Nişan olduqdan sonra ona “Whatsapp”dan səsli mesaj gəlmişdir. O da mesajı açan zaman qızın həqiqi anasının kobud formada ona səs atdığını görmüşdür. Ona bildirmişdir ki, o, Emilyanın anasıdır. Bununla bağlı nişanda söhbət olmuşdur. Emilyanın anası Emilyanı 5 yaşında atıb başqa kişi ilə qaçıb getmişdir. Emilya da nənəsi ilə bibisinin yanında böyümüşdür. Orada söhbət edən zaman aydın olmuşdur ki, Emilyanın əmisi onun anasını döyürmüş. Bu səbəbdən də Emilyanın anası evdən qaçıb getmişdir. Daha sonra qızın ad günü olmuşdur. Oğlu ona hədiyyə alıb vermişdir. Qızın anası ona qızını gəlib ondan istəməli olduğunu mənə bildirmişdir. Qızın anasının razılığını almaq üçün o, yenidən qohumları və rəfiqələri ilə birlikdə rayona getmişlər. Anasından da razılığını almışlar. Orada olan söhbət zamanı o, qızın 18 yaşı tamam olduqdan sonra toy ödəcəyini bildirmişdir. Qızın anası isə ona toyu etməyi, nikaha sonra düşə biləcəklərini demişdir. O da razılaşmışdır. Emilya ilə oğlu 7 ay nişanlı qalıblar. 2023-c ilin dekabr ayının 23-də toy olmalı idi. Hər şey danışılmışdır. Behlər verilmiş, saç və makiyajla bağlı danışılmışdır. Qızıllar alınıb verilmişdir. Emilya onlara onu rayondan gətirməli olduğunu demişdir. O da cavab olaraq “biz hər şeyi burada, yəni Bakı şəhərində danışmışıq. Əgər belə fikrin var idisə, gərək əvvəlcədən demək lazım idi.” Demişdir. Emilya ona qohumlarının yaslarının düşdüyünü bildirdi. O da Emilyaya əgər elə bir iş varsa onu 2 həftə qabaqcadan gəlib götürə biləcəyini demişdir. Onu Turalla birlikdə rayondan götürmüşlər. Daha sonra toya hazırlaşırmşlar. Toya təxminən 7-10 gün qalan zaman Emilyanın həmin vaxtda da əlindən telefon düşmürmüş. Tural da həmin zaman işləyirmiş. Səhər çıxıb, gecə qayıdırmış. Bir gün onun digər oğlu gördü ki, Emilyaya mesaj gəlir. X9 çəkib qırağa “sən başqa oğlanlarla yazışırsan.” demişdir. Qız isə cavab olaraq yazışmadığını bildirmişdir. Dah sonra Əlihüseyn qardaşı Turala Emilyanın başqa oğlanlarla yazışdığını bildirmişdir. Tural da Emilyaya “sən telefonu ver baxsınlar.” demişdir. Emilya da telefonu verməyəcəyini, demişdir. Daha sonra o da Emilyaya telefona baxmaq üçün verməli olduğunu desə də, lakin Emilya yenidən telefonu verməyəcəyini bildirmişdir. Bundan sonra Emilya telefonu sinəsinə qoyaraq sinəsini cırmağa başlamış, divanın üzərinə tullanmış, oradan da evin pəncərəsinə tullanaraq evdən qaçıb getmişdir. Bu hadisədən dərhal sonra Emilyanın atalığına zəng edib hadisə barədə məlumat vermişdir. Atalığı da ona “gərək siz orada onun başını üzərdiniz” bildirmişdir. O da cavab olaraq insan öldürməklə məşğul olmadığını demişdir. Bu hadisədən sonra Emilya oğluna daimi şəkildə mesajla yazırmış ki, “sən mənim ərimsən, sən mənimlə evlənəcəksən?” Tural da ona bildirmişdir ki, “mənimki səninlə bitdi, sən təmiz qız deyilsən.” Tural aşpaz kimi çalışırdı. Həmin vaxtlarda oğlum Tural Almaniyaya aşpaz kimi işləməyə getməli imiş. Bununla bağlı xarici pasport düzəldirmiş. Pasportu götürməyə gedən zaman polis onu tutmuşdur. Tutulan zaman Tural ona zəng edərək polisin onu saxladığını bildirmişdir. Daha sonra Turalı bölməyə aparmışlar. Polisdə onlara bu məsələnin Emilya ilə bağlı olduğunu bildirmişlər. Onlar həmin zaman şoka düşmüşlər. Daha sonra Turalı oradan məhkəməyə göndərmişlər. Məhkəmə də Tural barəsində həbs qətimkan tədbiri seçmişdir. Bundan sonra Turalı AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına göndərmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Turalın toyu olmalı idi. Qızı istəmişlər, daha sonra nişan olmuşdur. Emilya ilə Turalın toy vaxtları təyin edilmişdir və həmin zaman hər şey qaydasında olmuşdur. Lakin sonradan Emilya başqa oğlanlarla danışmağa başlamış və o, bunu bilmişdir. Sonradan Emilya da bildirmişdir ki, onun bakirəliyini Tural pozmuşdur. O, Emilyanın başqa oğlanla yazışmasını tutduqdan sonra Emilya evdən qaçmış və Emilya Turalla prinsip aparmağa başlamış, qardaşını şərləyib tutdurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, qardaşı rəhmətə getmişdir. Qardaşının qırx mərasimində qızı Emilya onlara gəlmişdir. Qızı gələn zaman ona nişanlandığını bildirmişdir. Qızı onu Bakıya verdiklərini demişdir. Həmin nişan mərasimində qızının bibisi, nənəsi və atası iştirak etmişdir. Lakin o, orada iştirak etməmişdir. Həmin zaman o, Şuşada işləyirmiş. O, Turalın anası Maya xanıma zəng etmiş və Maya xanım onlara Emilyanın anasının öldüyünü bildirmişlər. Daha sonra o, Mayaxanımgili öz evinə qonaq çağırmışdır. Həmin zaman onlara Maya xanım, Tural və Maya xanımın rəfiqəsi gəlmişdir. Bundan sonra o, yenidən Şuşaya qayıtmışdır. Daha sonra o, qızına nişanı qaytarmalı olduğunu demişdir. Sonradan Maya xanımla danışan zaman ona artıq işin işdən keçdiyini bildirmiş, ona 20 manat da kəbin pulu verilmişdir. O da dini kəbin üçün gedən zaman qızının uşaq olduğunu, ona kəbin düşmədiyini demişlər. Daha sonra qızının nişan mərasimi olmuş, o, orada iştirak etməmişdir. Qızını bibisi, nənəsi və atası vermişdir. O uşağını ayırmamışdır. Onun uşağını gəzmək adı ilə götürüb aparıblar. Daha sonra o, anasına zəng edərək Emilya evdə olduğunu soruşmuş, anası isə ona Emilyanın Turalla qoşulub qaçdığını bildirmişdir. Daha sonra onun uşağını döyüb evdən qovublar. Sonradan o, polis idarəsinə məlumat vermişdir. Sonda onu da qeyd etmişdir ki, onun uşağının hər hansı bir pis işi vardırsa, ilk öncə ona zəng edilib deyilməli idi. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Hacıqabul rayon şöbəsinin 20 dekabr 2023-cü il tarixli, 414 saylı tibbi ekspertiza rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin arxa səthinin piqmentasiya sahəsi(sıyrıgın sağalma izi).Döş qəfəsinin ön səthinin piqmentasiya sahəsi(sıyrığın sağalma izi). Yuxarıda qeyd olunan xəsarətlər küt əsyanın (əşyaların)təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Müddəti müayinədən 8-9 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. X2 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftdən artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab edilmir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 məhkəmə psixoloji ekspertizanın 04 may 2024-cü il tarixli 1260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvmir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Emosional-iradı sferasında, fərdi-psixi xüsusiyəttələrində. Hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs fərdi-psixioloji xüsusiyyətləri əqli və yaş xüsusiyyətlərinə uyğunduro. Emosional iradı sferası yaşına uyğundur. Ünsiyyətçil, verilən suallara sakit və ətraflı şəkildə cavab verir. Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs ilə cinsi əlaqəyə girən zaman cinsi əlaqənin məna və xarakterini dərk edə bilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağları massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxəş zamanı zərərçəkmiş şəxs X5 həmin fərdi yaşayış evində Təqsirləndirilən şəxs ilə ilk dəfə 2022-ci ilin noyabr ayında təbii yolla cinsi əlaqədə olduğunu qeyd etmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsi həyata keçirilmişdir. İş materiallarında olan 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla 23 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-208/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni 23 may 2024-cü il tarixdən 12 iyun 2024-cü il tarixədək üzadılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş fləş-kartda iş üzrə mahiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” (maddənin dispozisiyası və sanksiyası əvvəlki redaksiya verilmişdir, belə ki, cinayət əməli 2022-ci ilin noyabr ayından etibarən törədilmişdir) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin, Şahid3 ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş fləş-kart iş üzrə maddi sübut kimi qəbul edilməsin və iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar