Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-371/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri H.Əliyev küşəsi, ev 6, mənzil 16-daqeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivi nömrəsiz evdəyaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivində X2 yaşadığı nömrəsiz fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yerdən götürdüyü taxta nərdivanla Rəsmiyə Piriyevanın sifət nahiyəsindən vurmuş, daha sonra qarın və bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq, baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, boynun sıyrığı, sağ bazunun nöqtəşəkilli qansızmaları, sağ və sol bazunun qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Piriyeva Rəsmiyə onun hasar qonşusudur və Rəsmiyə ilə münasibəti normal olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Rəsmiyənin evindən yüksək müsiqi səsi və yüksək səslər gəldiyindən uşaqlar yata bilmədiyi üçün evdən çıxıb onun evinin darvazasını döymüş, qapıya çıxan Rəsmiyəyə uşaqların yata bilmədiyini və bir az sakit olmalarını demişdir. Rəsmiyə ona kinayə ilə səs-küy salmayacaqlarını deyəndə, o, əsəbiləşib Rəsmiyənin evinin onun həyətinə baxan pəncərəsini hörməyini demiş və buna görə də aralarında mübahisə baş vermişdir. Həmin vaxt Rəsmiyənin həyətinə daxil olmuşdur. Həyətdə Rəsmiyənin rəfiqələri olmuş, ancaq o, Rəsmiyənin bacısından başqa heç kəsi tanımamışdır. Rəsmiyəni itələmiş və Rəsmiyə müvazinətini itirərək yerə yıxılmışdır. Rəsmiyə onu söydüyü üçün o, yerdən taxta nərdivanı götürərək onun başından bir dəfə vurmuşdur. Rəsmiyənin rəfiqələri və onun ardınca gələn qardaşı Elçin onları ayırmış və o, çıxıb evə getmişdir.İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Rəsmiyəilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Rəsmiyənin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 göstərdi ki, o, 2011-ci ildən uşaqları ilə Xəzər rayonu Binə qəsəbəsi nömrəsiz evdə yaşayır və Səbail rayonunda yerləşən "Nərmin studio" gözəllik salonunda xadimə işləyir. Bacısı Şahid1 isə Ağcabədi rayonu Yuxarı Qıyamanlı kəndində yaşasa da bəzi vaxtlar onun yaşadığı evə qonaq gəlir və uzun müddət qalır. Şəfəq eyni zamanda "Ayna Sultanova" deyilən yerdə adı olmayan gözəllik salonunda saç ustası işləyir. xx xxxx 2020-ci il tarixdə saat 22:30 radələrində o, Şəfəq, rəfiqələri Gülnar, Cəmilə, Nailə, Xatun və Ayşən "Nərmin studio" gözəllik salonundan taksi ilə onun yaşadığı evə gəlmişlər. Onlar evdə çay içib söhbət edirmişlər. Təxminən saat 23 radələrində onun evinin çöl qapısı döyülmüş, o, qapıya çıxmış və onun ardınca da Şəfəq gəlmişdir ki, qapını döyənin kim olduğunu bilsin. O, qapını döyənin qonşusu Rövşən olduğunu görmüşdür. Rövşən ona səs-küy yaratdıqlarına görə uşağının yata bilmədiyini demiş, o isə Rövşənə daha səs-küy olmayacağını demişdir. Bundan başqa, Rövşən ona həyətinə baxan evinin balaca pəncərəsini səhərə qədər hörməli olduğunu deyərək onun ünvanına təhqiramiz söyüşlər söymüşdür. O və Şəfəq ona öz evində çox vaxt gecə saat 02-yə qədər yüksək səslə maqnitofon oxutduğunu, ancaq onların işdən yorğun gəlsələr də də heç vaxt irad bildirmədiklərini demişdir. Rövşən onların heç bir söz və irad bildirə bilməyəcəklərini deyərək çöl qapını təpiklə vurub həyətə daxil olmuş və səs-küyə evində olan rəfiqələri həyətə çıxmışlar. O, qapını bağlayaraq Rövşəni içəri buraxmaq istəməmişdir. Lakin Rövşən güclə içəri daxil olmuş və onu əli ilə itələmişdir. Həmin vaxt o, həyətdə olan dəmir yelləncəyin üzərinə yıxılmış və başından xəsarət almışdır. Rövşən onların yanında həyətdə olan taxta nərdivanı yerdən götürərək onun başına vurmuş, bacısı və rəfiqələri Rövşəni aralamışlar, lakin Rövşən yenə də söyüş söyə-söyə onu təpiklə qarnına və digər nahiyələrinə vurmağa davam etmişdir. Bu zaman Rövşənin qardaşı Elçin həyətə daxil olaraq Rövşəni ondan ayırmış və evlərinə aparmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 00:05-də Şəfəq DİN "102" xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və onun qonşu tərəfindən döyüldüyünü, buna görə də şikayətçi olduğunu bildirmişdir. Sonra onlar 2 taksi sifariş vermişlər. Rəfiqələri və Şəfəq taksiyə minib əvvəlcə "Nərmin studio" gözəllik salonuna getmişlər. Sonradan isə ağrıları artdığı üçün Şəfəq "103" təcili tibbi yardıma zəng etmişdir. Oradan həkim briqadası onu götürüb 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Bacısı da xəstəxanaya gəlmiş, Gülnar, Cəmilə, Nailə, Xatun və Ayşən isə öz evlərinə getmişlər. Hazırda Rövşən ilə barışmışdır, Rövşən ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Rövşənbarəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da zərərçəkmiş şəxs X2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmişŞahid2, X1 və Şahid4 elan olunmuş ifadələri ilə onların da Şahid1 və zərərçəkmiş şəxs X2 ifadələri ilə oxşar, eyni məzmunlu ifadələr vermələri müəyyən edildi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmişŞahid5 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və onlar hasar qonşularıdır. Piriyeva Rəsmiyə də onların qonşularıdır. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində o, Rövşəngildə olan zaman Rəsmiyənin evindən yüksək müsiqi səsi və yüksək səslər gəldiyindən uşaqlar yata bilmədiyi üçün Rövşən Rəsmiyəgilə sakit olmalarını demək üçün getmiş, 2-3 dəqiqə sonra o da evdən çıxıb Rövşənin arxasınca getmişdir. Rəsmiyəgilin həyətində o, Rövşənlə Rəsmiyənin dalaşdığının şahidi olmuşdur. O, Rəsmiyə və Rövşəni aralamış və onlar çıxıb evə getmişlər. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 611 saylı, xx xxxx 2020-ci iltarixlirəyindəngörünürki, X2 bədənində aşkar edilmiş xəsarətlər – baş-beynin silkələnməsi halnda olan qapalı kəllə beyin travması, boynun sıyrığı, sağ bazunun nöqtəşəkilli qansızmaları, sağ və sol bazunun qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İşüzrətəyinedilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci iltarixli, 1823 saylı rəyindəngörünürki, Təqsirləndirilən şəxs ŞİZOD TİPLİ ŞƏXSİYYƏT POZUNTUSU müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şiziod tipli şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs tərətdiyi törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs X3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Rövşən ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Rövşənin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs X2 və şahidlərinifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxsCM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-371/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-371/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver