Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-372/2023 17.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 oğlunun, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.2005-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Nizami küçəsi, ev 123-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Cəngıimran kəndində qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivi nömərsiz ünvanda yerləşən taxta sexinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 250 manat olan, ümumi dəyəri 1000 manat təşkil edən 4 ədəd «Bosch» markalı naqilsiz direli, hər birinin qiyməti 110 manat olan ümumi dəyər 220 manat təşkil edən 2 ədəd «Makita» markalı elektriklə işləyən direli, hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən 2 ədəd «Makita» markalı laqondanı, hər birinin qiyməti 180 manat olan ümumi dəyəri 720 manat təşkil edən 4 ədəd «Bosch» markalı laqondanı, 1 ədəd 600 manat dəyərində qaynaq aparatını və 1 ədəd 160 manat dəyərində «Makita» markalı perefaratoru gizli yolla talayıb Amil Hətəmova cəmi 3000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivi nömərsiz ünvanda yerləşən taxta sexinə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 250 manat olan, ümumi dəyəri 1000 manat təşkil edən 4 ədəd «Bosch» markalı naqilsiz direli, hər birinin qiyməti 110 manat olan ümumi dəyər 220 manat təşkil edən 2 ədəd «Makita» markalı elektriklə işləyən direli, hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən 2 ədəd «Makita» markalı laqondanı, hər birinin qiyməti 180 manat olan ümumi dəyəri 720 manat təşkil edən 4 ədəd «Bosch» markalı laqondanı, 1 ədəd 600 manat dəyərində qaynaq aparatını və 1 ədəd 160 manat dəyərində «Makita» markalı perefaratoru gizli yolla talayıb Amil Hətəmova cəmi 3000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər həmin sexdə rəngsaz işlədiyi üçün sexin sahibi Zərərçəkmiş şəxs tanıyır. Oradan işdən çıxdıqdan sonra ayrı-ayrı yerlərdə avto yuma məntəqələrində yuyucu işləmişdir, gündəlik ödənişli evlərdə qalmışdır. Maddi vəziyyəti yaxşı olmadığına görə oğurluq etməyi fikirləşmiş, xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində dostu Ravin ilə birilkdə olarkən əvvəllər işlədiyi Zərərçəkmiş şəxs məxsus taxta sexinə getmişlər. Sexin qarşısında olarkən Alimin öz işçiləri ilə sexdən çıxdığını görmüşdür. Lakin Alim onları görməmişdir. Onlar getdikdən sonra sexin içinə girmiş, oarada işləyən Ağa kimi tanıdığı Soltanağa adlı şəxs ikinci mərtəbədə olmuşdur. Dostu Ravin ilə birlikdə Soltanağanın yanına çıxmışlar, bir qədər oturduqdan sonra Soltanağa sexdən çıxmış, lakin hara getdiyini bilməmişdir. Həmin vaxt sexin açarını Soltanağanın stolunun üstündən götürüb Ravin ilə birlikdə aşağı düşmüşlər. Sexin qapsını açarla açıb içəridən 2 ədəd böyük laqonda 4 ədəd balaca laqonda, 4 ədəd naqilsiz, 2 ədəd elektrik enerjisi ilə işləyən direlləri götürüb sexdən çıxıb bir qədər kənarda gizlətmişlər. Daha sonra yol ilə keçən taksi saxladıb oğurladıqları alətləri taksi ilə təxminən saat 2 radələrində Suraxanı rayonu ərazisində «Dostluq» kafesinin yaxınlığında yerləşən təkər təmiri sexinə aparmışlar. Orada olan tanımadığı şəxslərə təmir alətləri satmaq istədiyiklərini demiş, bir nəfər şəxs həmin alətlərə baxıb alacağını demişdir. Həmin alətləri 80 manata satmaq istədiyiklərini desə də həmin şəxs cəmi 70 manata alacağını bildirmiş, onunla razılaşıb oğurladqları alətləri həmin şəxsə 70 manta satmışlar. Əldə etdikləri pulu 35 manat omaqla 2 yerə bölmüşlər öz ehtiyaclarına xərcləmişər. Təqsirləndirilən şəxs1 bundan başqa heç bir oğurluq və başqa cinayət əməli törətmədiyini, həmin əşyaları oğurluq yolla əldə etmələri barədə həmin şəxsə heç nə demədiklərini, həmin əşyaların özlərinə məxsus olduğunu, işdən çıxdıqları üçün satmaq istədiklərini bildirdiyini, əşyaları apardıqları taksini yoldan keçərkən işarə edib saxlatdığı üçün markasını və dövlət qeydiyyat nişanının bilmədiyini, eyni zamanda həmin əşyların oğurluq və ya hansı yolla əldə olunması barədə sürücüyə heç nə demədiklərini, sürücü də bizdə bu haqda heç nə soruşmadığını, oğurluq edərkən yanında özlərindən başqa heç kimin olmadığını, oğurluq etmələri barədə heç kimə demədiyini, heç kimin onları görmədiyini, ailə üzvlərinin xəbəri olmadığını, sexdən hansı əşyaları oğurladıqlarını səmimi olaraq etiraf etdiklərini, həmin sexdən qaynaq aparatı və perefarator oğurlamadıqlarını bildirmişdir. Bundan başqa bildirmişdir ki, qeyd olunan oğurluq hadisəsindən 4-5 gün əvvəl həmin sexin yanında olarkən Soltanağa onlara taksi tapmalarını və yığdığı bəzi dəmir, mis və sair metalları aparıb satmaq üçün ona kömək etmələrini xahiş etmiş, taksi tapıb onun yığdığı bəzi metalları köməkləşib Binə qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Soltanağa metalları təhvil verib müəyyən qədər pul alsa da onlara pul verməmiş, Soltanağa metalları satarkən 1 ədəd də dördkünc qutu görmüş, onun qaynaq aparatı olmasını ehtimal etdiyi üçün ilkin araşdırma zamanı izahatımda qaynaq aparatını Soltanağanın oğurladığını bildirmiş, lakin Soltanağanın həmin sexdən qaynaq aparatı və ya perefarator götürdüyünü görməmiş, işləmədiyi üçün və pula ehtiyacı olduğu üçün məcbur olub oğurluq etmiş, narkotik, psixotrop və bu kimi maddələrdən istifadə istifadə etməmiş tututduğu əməlin cinayət məsuliyəti yaradacağını dərk etməklə əməlimdən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 Akif oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 Lerik rayonundan tanıyır. İsmayıl Lerik rayonunda olarkən ona məxsus mobil telefonu satmışlar, telefonu satdığı üçün anasından qorxub İsmayıl ilə birilkdə Bakı şəhərinə gəlmişlər. Bir müddət İsmayıl ilə birlikdə gündəlik evlərdə qalmışlar, lakin İsmayıl Binə qəsəbəsində qohumu olduğunu, onlarda da qaldığını demiş, həmin ərəfədə pulları olmadığı üçün oğurluq etməyi qərara almışlar. İsmayıl əvvəllər Binə qəsəbəsində taxta sexində rəngsaz işlədiyi sexdən oğurluq etməyi təklif etmiş, onunla razılaşmış və birlikdə xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində həmin taxta sexinə getmişlər. Sexin qarşısında olarkən sexdə işləyənlər sexdən çıxmış, lakin onları görməmişlər. Onlar getdikdən sonra sexin içinə girmişlər, oarada işləyən sonradan adıını Soltanağa kimi bildiyim şəxsin ikinci mərtəbədə olan yerinə qalxmışlar. İsmayıl əvvəllər həmin sexdə işlədiyi üçün Soltanağanı tanımışdır. Bir qədər oturduqdan sonra Soltanağa sexdən çıxmış, lakin onun hara getdiyini bilməmişdir. Həmin vaxt İsmayıl oradan sexin açarını götürmüş və birlikdə aşağı düşmüşlər. Sexin qapsını açarla açıb hər ikisi içəri daxil olmuşlar. İçəridən 2 ədəd böyük laqonda 4 ədəd balaca laqonda, 4 ədəd naqilsiz, 2 ədəd elektrik enerjisi ilə işləyən direlləri götürüb sexdən çıxıb bir qədər kənarda gizlətmişlər. Daha sonra yol ilə keçən taksi saxladıb həmin alətləri taksi ilə Suraxanı rayonu ərazisinə olan «Dostluq» kafesinin yaxınlığında yerləşən təkər təmiri sexinə aparmışlar. Orada olan tanımadığı şəxslərə təmir alətləri satmaq istədiyiklərini demişlər, bir nəfər şəxs həmin alətlərə baxıb alacağını demiş, alətləri 80 manata satmaq istədiklərini desələr də həmin şəxs cəmi 70 manata alacağını demiş, onunla razılaşıb oğurladqları alətləri həmin şəxsə 70 manta satmışlar. Əldə etdikləri pulu 35 manat omaqla 2 yerə bölüb öz ehtiyaclarına xərcləmişər. Təqsirləndirilən şəxs2 bundan başqa heç bir oğurluq və başqa cinayət əməli törətmədiyini, həmin əşyaları oğurluq yolla əldə etmələri barədə həmin şəxsə heç nə demədiklərini, həmin əşyaların özlərinə məxsus olduğunu, işdən çıxdıqları üçün satmaq istədiklərini bildirdiyini, əşyaları apardıqları taksini yoldan keçərkən işarə edib saxlatdığı üçün markasını və dövlət qeydiyyat nişanının bilmədiyini, eyni zamanda həmin əşyların oğurluq və ya hansı yolla əldə olunması barədə sürücüyə heç nə demədiklərini, sürücü də bizdə bu haqda heç nə soruşmadığını, oğurluq edərkən yanında özlərindən başqa heç kimin olmadığını, oğurluq etmələri barədə heç kimə demədiyini, heç kimin onları görmədiyini, ailə üzvlərinin xəbəri olmadığını, sexdən hansı əşyaları oğurladıqlarını səmimi olaraq etiraf etdiklərini, həmin sexdən qaynaq aparatı və perefarator oğurlamadıqlarını bildirmişdir. Bundan başqa bildirmişdir ki, qeyd olunan oğurluq hadisəsindən 4-5 gün əvvəl həmin sexin yanında olarkən Soltanağa onlara taksi tapmalarını və yığdığı bəzi dəmir, mis və sair metalları aparıb satmaq üçün ona kömək etmələrini xahiş etmiş, taksi tapıb onun yığdığı bəzi metalları köməkləşib Binə qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Soltanağa metalları təhvil verib müəyyən qədər pul alsa da onlara pul verməmiş, Soltanağa metalları satarkən 1 ədəd də dördkünc qutu görmüş, onun qaynaq aparatı olmasını ehtimal etdiyi üçün ilkin araşdırma zamanı izahatımda qaynaq aparatını Soltanağanın oğurladığını bildirmiş, lakin Soltanağanın həmin sexdən qaynaq aparatı və ya perefarator götürdüyünü görməmiş, işləmədiyi üçün və pula ehtiyacı olduğu üçün məcbur olub oğurluq etmiş, narkotik, psixotrop və bu kimi maddələrdən istifadə istifadə etməmiş tututduğu əməlin cinayət məsuliyəti yaradacağını dərk etməklə əməlimdən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində taxta sexi var, həmin sexdə taxta qapı, pəncərə, stol, stul və sair əşyalar düzəldib və ya təmir edib satır. Hazırda sexdə onunla birlikdə Şahid1 da işləyir, eyni zamanda sexdə qalır. Təxminən 1 il əvvəl sexdə Təqsirləndirilən şəxs1 da işləmiş, lakin 6 ay əvvəl işdən çıxmışdır. xx.xx.2022-ci il tarixdə sexdə olmadığı vaxt Təqsirləndirilən şəxs1 sexə gələrək orada işləyən Şahid1 təkrar gəlib işləmək istədiyni demiş, həmin gün orada olmasa da bu bardə ona Soltanağa məlumat vermişdir. Lakin o, İsmayılı görməmişdir. xx.xx.2022-ci il tarixdə iş qurtardıqdan sonra sexi bağlayb getmiş, Şahid1 isə həmişəki kimi sexdə qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında sexi açıb içəri girdikdə sexdə olan təmir alətlərinin olmadığını görmüşdür. Ona görə də dərhal sexin daxilində və bayır hissəsində quraşdırdığı müşahidə kameralarının görüntülərinə baxdıqda Təqsirləndirilən şəxs1 və onun yanında olan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 18:00-dan 19:00 radələrinədək olan müddət ərzində sexin qapsını açıb içəridən 4 ədəd hər birinin qiyməti 250 manat olan, ümumi dəyəri 1000 manat təşkil edən «Bosch» markalı naqilsiz, 2 ədəd hər birinin qiyməti 110 manat olan ümumi dəyər 220 manat təşkil edən «Makita» markalı elektriklə işləyən direlləri, 1 ədəd 600 manat dəyərində qaynaq aparatını, 2 ədəd hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən «Makita» markalı laqondanı, 4 ədəd hər birinin qiyməti 180 manat olan ümumi dəyəri 720 manat təşkil edən «Bosch» markalı laqondanı, 1 ədəd 160 manat dəyərində «Makita» markalı perefaratoru oğurladıqlarını müəyyən etmişdir. İsmayılı axtarıb alətləri almaq istsə də tapa bilmədiyi üçün bu bardə polisə məlumat verib şikayət etmişdir. Zərərçəkmiş şəxs oğurlanmış alətlərin qiymətlərini aldığı qiymətlərlə hesablayaraq oğluruq nəticəsində ona cəmi 3000 manat dəyərində maddi ziyan dəydiyini bildirməklə müşahidə kameralarının görüntülərinə baxdıqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sexdən direl və laqondalardan başqa 1 ədəd qaynaq aparatını və 1 dədə perefaratoru da çıxararaq oğurladıqlarını gördüyünü, həmin görüntüləri polis işçilərinə təqdim etmək üçün kameraların yaddaş daşıyıcısını çıxardıqda görüntülərin texniki nasazlıq səbəbindən silindiyini, bu səbəbdən həmin görüntüləri təqdim edə bilmədiyini, Təqsirləndirilən şəxs1 əvvəllər sexidə rəngsaz işlədiyi üçün tanıdığını, lakin Təqsirləndirilən şəxs2 Akif oğlunu tanımadığını, onlarla heç bir mübahisə və ədavəti olmadığını, Soltanağanın sexə yığılmış bəzi lazımsız dəmirləri və sair metalları yığıb satdığnı, bundan məlumatı olduğnu, çörək pulu qazanması üçün Soltanağaya metlları satmağa özü icazə verdiyini, Soltağa Əliyevin ona məxsus sexdən oğurluq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs R.Qafaraov tərəfindən cinayət nəticəsində ona dəymiş ziyandan 1800 manat ödənilmiş, bu səbəbdən də onunla barışmış, Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur, lakin Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayəti yoxdur, lakin ziyanının ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində sexdə olarkən əvvllər həmin sexdə işləmiş Təqsirləndirilən şəxs1 yanında sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2 ilə sexə gəlmiş, həmin vaxt o, sexdə 2-ci mərtəbədə öz yerində olmuşdur. Onlar da 2-ci mərtəbəyə çıxmış, orada bir qədər oturub söhbət etdikdən sonra İsmayıla bir qədər gözləməsini və yaxınlıqda olan mağazaya gedib qayıdacağını demişdir. Təxminən 1 saatdan sonra qayıtdıqda İsmayıl və yanında olan şəxsin orada olmadığnı görmüş, bundan 2 gün sonra ona məlum olmşdur ki, İsmayıl və yanında olan Ravin adlı şəxs sexdən çıxarkən Zərərçəkmiş şəxs məxsus alətləri oğurlayaraq aparmışlar. Ona görə də Ailm bu barədə polisə şikayət etmiş, ona görə də də polis işçiləri gəlib onu da şöbəyə aparmışlar. Şöbədə ona bildirmişlər ki, guya həmin sexdən oğurluq edibdir. Lakin o, sexdən heç bir oğluruq etmədiyini, çox vaxt gecələri də həmin sexdə qaldığını, oğurluq baş vermiş sexin açarının da onda olduğunu, oğurluq etmək fikri olsaydı gecələri orada qalarkən oğurluq edə biləcəyəini bildirmişdir. Bir müddət əvvəl xırda-xırda yığdığı metalları metal qəbulu məntqəsinə təhvil vermək üçün İsmayıl və Ravinə ona taksi tapmaqda və təhvil verməkdə köməklik göstərmələrini xahiş etmiş, yığdığım bəzi mis, dəmir və sair metalları Ravin və İsmayılın köməkliyi ilə Binə qəsəbsində yerləşən məntəqəyə aprıb satmış, həmin vaxt onların içində bir ədəd də dəmir qutu olmuş, həmin qutu elektrik açarlarını yığıldığı dəmir qutu olmuş, onu da yerdən tapıb digər dəmirlərin içinə atmış, sexdən heç bir oğurluq etməmişdir. İsmayıl və Ravinin sexdən oğurluq etmələri barədə Zərərçəkmiş şəxs oğurluq hadisəsinin baş veridiyini bidikdən sonra məlumat olduğunu, həmin günə qədər məlumatı olmaığını, İsmayılın əvvələr sexdə işlədiyi üçün tanıyıdığını və onun sexdən oğurluq edəcyini düşünmədiyi üçün sexin açarlarını onun yanında qoyub çıxdığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında axşam saatlarında 3 nəfər şəxs qırmızı rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı maşınla işlədiyi metal qəbulu məntəqəsinə gələrək özləri ilə gətirdikləri bir miqdar dəmir və sair metalları satmıq istədiklərin demişlər. Həmin metalları növlərinə görə çəkib çəkilərinə görə onlardan birinə, yəni yaşlı olan şəxsə pul vermişdir. Lakin metalların neçə kilo olduğunu və ona neçə manat verdiyini dəqiq xatırlamır. Onların 2-si cavan uşaq, biri isə yaşlı olmudur. Metalları ona satan yaşlı kişi onları küçədən və işlədiyi yerdən hissə-hissə yığdığını, özünə məxsus olduğunu dediyi üçün ondan hər hansı şəxsiyyətinin təsdiq edən sənəd almamışdır. Həmin metalları isə məntəqədə yığılmış digər metallarla birlikdə metal əitmə zavodlarına təhvil verdiyi polislərə təqdim edə bilməmişdir. Həmin şəxslər metalları satarkən onların başqa şəxs və ya şəxslər olmamış, onlar 3 nəfər olmuş, onları əvvəllər tanımamış, əvvəllər ona hər hansı metal və ya əşya satmamışlar. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2005-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2006-cı ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 29 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 dekabr 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 29 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 dekabr 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 30 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polismayoru Ülvi Novruzov tərəfindən Təqsirləndirilən şəxs1 30 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 30 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polismayoru Ülvi Novruzov tərəfindən Təqsirləndirilən şəxs2 30 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər RPİ-in 3-cü Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-45-3/2-6205 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 08 iyun 2023-cü il tarixdə Xəzər rayonu, Binə Atçılıq YYS-də saxlanılaraq aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər RPİ-in 3-cü Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-45-3/2-8100 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 24 iyul 2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində tutularaq aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 1(003)-372/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri, “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Xəzər RPİ-in 3-cü Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-45-3/2-11368 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 13 oktyabr 2023-cü il tarixdə könüllü olaraq PŞ-nə gələrək təslim olmuş və aidiyyəti üzrə AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16- 17/40/2-4897/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 13 oktyabr 2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs R.Qafaraov tərəfindən cinayət nəticəsində ona dəymiş ziyandan 1800 manat ödənilmiş, bu səbəbdən də onunla barışmış, Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur, lakin Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayəti yoxdur, lakin ziyanının ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün, xx.xx.20223-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə tutulduğu 02 (iki) gün, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün, ümumilikdə 01 (bir) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lerik rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saata görə 102 (bir yüz iki) manat, ümumilikdə 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 19 saata görə 114 (bir yüz on dörd) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 234 (iki yüz otuz dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-372/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-372/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver