Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-373/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim X11, Məhkəmə iclas katibi X5, Xususi ittihamçı X2 və onun vəkili (müqavilə üzrə) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs X7 və onun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 8 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi1 iştirakı ilə Xüsusi ittihamçı X2 təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X3 təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs onun keçmiş qaynı - X12 yalan olduğunu bilə-bilə onun barəsində müxtəlif dövlət orqanlarına müraciət etməklə və eyni məzmunlu video çəkərək “Tik-tok” internet səhifəsində paylaşmaqla ona böhtan atmışdır. Belə ki, təxminən 2 (iki) il öncə onun bacısı X1 həyat yoldaşı X6 rəsmi olaraq boşanmış və uşaqları atalarının yanında qaldığı üçün bacısı - onlara rəsmi olaraq hər ay aliment ödəyir. Bir müddət öncə M.Kazımov “Whatsapp” proqramı vasitəsilə onunla əlaqə saxlayıb onu təhqir etsə də, ona əhəmiyyət verməmiş, sonradan yəni 17-18 aprel 2025-ci il tarixlərində M.Kazımov onun barəsində həqiqətə uyğun olmayan məlumatları “Tik-tok” səhifəsində paylaşaraq ona böhtan atmışdır. Belə ki, guya onun ailəsinin dağılmasına o, səbəb olmuşdur və guya o, “DOST” iş mərkəzinin işçilərinin (fəhlələrinin) əmək haqlarını mənimsəmiş, guya onun evinə verilən su onun göstərişi ilə kəsilmiş, həmçinin o, cinayət barədə yalan məlumat verərək onun guya M.Kazımova hədə-qorxu gəlməsi və onun narkotik bitkilər əkib-becərməsi barədə yalan məlumatlarla polis orqanlarına müraciət etmiş və bu hal araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Eləcə də həmin məlumatları yaymaqla onun işgüzar nüfuzuna xələl gətirən, onu cəmiyyətdə hörmətdən salan məlumatları qərəzli olaraq yaymaqda davam edir. Təqsirləndirilən şəxs bu məlumatların yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yuxarıda qeyd etdiyi internet platformalarında da yaymaqla ona qarşı böhtan atmışdır. Onun qeyd edilən cinayət əməlini törətməsi “Tik-tok” səhifəsində paylaşdığı video, Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru A.İsayevin HK- 1-818 saylı xx.xx.2025-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarı, Xəzər rayon Prokurorluğunun 2-2-312/C-373/24 saylı, xx.xx.2024-cü il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərarı, Xəzər rayon İcra Hakimiyyətinin və AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin məktubu ilə təsdiq edilir. Həmçinin, o, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir, bu məlumatlar onun işində müəyyən çətinliklər yaratmaqdadır və onun vəzifədə irəliləməsinə, gələcək kariyerasına ciddi maneələr yaradır. Göründüyü kimi, X12 “Tik-tok” səhifəsində, yəni internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə onun barəsində həqiqətə uyğun olmayan, yalan məlumat yerləşdirməklə ona böhtan atmışdır. Bununla da bir daha sübuta yetirilir ki, barəsində yayılan məlumat və görüntülər X12 tərəfindən qisas motivi əsasında, həqiqətə uyğun olmayan məlumatları, yalan olduğunu bilə-bilə, internet informasiya resurslarında yaymaqla bu cinayəti qəsdən törətmiş, onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları internet informasiya resurslarında yaydığını dərk etmiş və bununla bağlı nəticəni arzu etmişdir. Xüsusi ittihamçı yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.1, 37.2, 47.1-ci, 293 və 347-ci maddələrini, 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsini, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktını və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsas tutaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı çıxış edən xüsusi ittihamçı X3 məhkəməyə yazılı ərizə ünvanlayaraq bildirmişdir ki, hal-hazırda, o, xüsusi ittiham qaydasında şikayətindən imtina edir. X8 qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, o, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı çıxış edən xüsusi ittihamçı X2 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, onun hüquqlarını müdafiə etdiyi şəxs xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətindən imtina etmişdir. Belə ki, hal-hazırda, xüsusi ittihamçının – təqsirləndirilən şəxs X8 qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, o, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı çıxış edən təqsirləndirilən şəxs X12 bildirmişdir ki, hal-hazırda xüsusi ittihamçı şikayətini geri götürmüşdür. Buna görə də, o, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında çıxış edən təqsirləndirilən şəxs X7 vəkili Bakı Şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 xüsusi ittihamçı şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X7 Azərbaycan Respublikasının CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır.Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir.Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X3 xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyindən və bu fakt onun məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən təsdiq olunduğundan şikayət üzrə cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxs X7 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 7 saat hüquqi xidmətin dəyəri 77 (yetmiş yeddi) manat Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.9, 40.2, 47.1-ci, 293 və 347-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Xüsusi ittihamçı X2 təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 7 saata görə 77 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(003)-373/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-373/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver