Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-374/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-527/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, 10 oktyabr 2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxnasında saxlanılan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,393 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 07 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Dövran İnşaat” tikinti materialları mağazasının yaxınlığına kimi daşımış, həmin gün orada saat 15 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİnin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparmaqla üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində 01 ədəd şəffaf rəngli salofana bükülmüş təmiz çəkisi 0.393 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 07 mart 2025-ci il tarixdə saat günorta vaxtı, saat 14-15 radələrində yaşadığı Binə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik və ya psixotrop maddə olmamış, polis əməkdaşları tərəfindən təqzyiq və təsirlərə məruz qaldığından aparılan videoçəkilişdə psixotrop maddənin üzərində aşkar edilməsi barədə həqiqətə uyğun olmayan ifadə vermiş, polis əməkdaşları tərəfindən döyülərək xəsarət almış, şübhəli şəxs qismində tutulub müvəqqəti saxlama yerinə (MSY) təhvil verilərkən bədənində xəsarətlər olmuş, təkrar döyülüb şərlənməsindən qorxaraq polis əməkdaşlarının qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməmiş, narkotik və psixotrop maddələrdən istifadə etmir, bir neçə il əvvəl marixuanadan ara-sıra istifadə etmişdir. İbtidai istintaq zamanı müdafiəşisinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təqribən 1 il olar ki, psixotrop maddələrdən istifadə edir. Saxlanılan zaman üzərindən aşkar edilmiş həmin psixotrop maddəni isə 07 mart 2025-ci il tarixdə səhər saatlarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən Suraxanı rayonunun ərazisində 10 manata almış və istifadə etməyi üçün əynindəki göy rəngli cins şalvarin sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. 07 mart 2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən “Dövran İnşaat” tikinti mallarının satışı dükanının yaxınlığında hərkət edən zaman polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vastələrin istifadəsində şübhəli olduğunu bildirib üzərində qanunla qadağan olunmuş əşya və ya vastə varsa təqim etməyimi istəmişlər. Qaça bilməyəcəyini və polislərin üzərimdəki narkotik vastəni tapa biləcəklərini düşünüb əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddəni çıxarıb təqdim etmişdir. Həmin bükümdə nə olmasını və haradan əldə etdiyi soruşulduqda, aşkar edilmiş psixotrop maddəni 07 mart 2025-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün boz rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş həmin büküm ondan götürülərək qablaşdırılmış və onu polis şöbəsinə dəvət etmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində yenidən videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər, o da buna etiraz etməmişdir. Bundan sonra müdafiəçi təyin edilmiş, müdafiəçisinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. Bu sualdan sonra polis əməkdaşları üzərindən götürərək qablaşdırdıqları bükümü çıxarıb təqdim etmişlər. Həmin bükümün nə olduğunu soruşduqda həmin bükümün üzərindən götürülmüş, içərisində psixotrop maddə olan büküm olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən saxlanılıb 3-cü PŞ-ə dəvət edildiyini bildirmişdir. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, qablaşdırılmış zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmış, narkotik maddələrin satışı ilə məşğul olmamış, Xəzər RPİ-nin 3-cü PŞ-də olarkən ona qarşı heç bir psixi və fiziki təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hazırda Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vastələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal raportla rəisə məruzə olunduqdan sonra o, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 və 3-cü PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin əməkdaşlarla Binə qəsəbəsində xidmətdə olarkən saat 15 radələrində Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Dövran” inşaatın yaxınlığında bir nəfər şəxsi Təqsirləndirilən şəxs bənzədib onun videoçəkilişlə üzərində şəxsi axtarış və baxış aparması məqsədi ilə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Ondan şəxsiyyətini təstiq edən sənədlə özünü təqdim etməyini tələb etmişlər. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onunla fərdi söhbət edən zaman üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predimet olub-olmaması barədə sorğu sual edildikdə o, üzərindən saxlanılması qadağan olunmuş əşya olduğunu bildirib əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli salofan bükümdə olan maddəni təqdim edib həmin maddənin “şüşə” kimi tanığı psixotrop maddə olduğunu, həmin maddəni Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığım bildirmişdir. Ondan aşkar olunmuş büküm tərəfimizdən götürülərək qablaşdırıldı və həmin şəxs 3-cü PŞ-ə dəvət olundu. Raportla həmin şəxs növbətçi hissəyə təhvil edildikdən sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən üzərinə videoçəklişlə baxış keçirilməsinin zərurəti izah olundu. İlk öncə təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildi. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən şəxsi baxış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən götürülmüş şəffaf salofana bükülmüş büküm tərəfimizdən təqdim edildi. Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olmasını bildirdi. Bundan sonra aşkar olunmuş 01 ədəd bükülünün açılaraq içərsinə baxıldı. Eləmin bükülüdəki pisixotrop maddəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olunduğundan iştirakçılar tərəfindən kağız zərfə qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, polis əməkdaşları küçə ilə hərəkət edərkən bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirirlər. Bundan sonra həmin şəxsdən də özünü təqdim etməsini istədikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Sonra ona polis əməkdaşları tərəfindən üzərində saxlanması və daşınması qadağan olunan hər hansı əşya və predimet olub- olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirib əynində olan boz rəngli cins şalvarın sağ cibindən şəffaf rəngli salofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirir. Bu psixotrop maddəni Suraxanı ərazisindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir.Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən götürülərək Təqsirləndirilən şəxs da polis şöbəsinə dəvət olunur. DVD diskdəki 2-ci videoçəkilişə baxış keçirilərkən müəyyən olunmuşdur ki, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmadığını bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərindən videoçəkiliş edərək götürdüyü 01 ədəd bükümdə şəffaf rəngli salofana bükülmüş bükümü təqdim edirlər. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu və bu psixotrop maddəni Suraxanı ərazisindən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmışdır. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-6/1020/2025 saylı 8 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N-244” dairəvi möhür əksi olan, “vət Təqsirləndirilən şəxs üzərindən...” sözləri,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.393 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2923 saylı xx.xx.2025ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannnabinoidlər və psixostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertiza təyin edilərək müvafiq rəy alınmış cəmi 0.393 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0.343 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkillərinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 15:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin va psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla ünvan 3nda yaşayan vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Dövran İnşaat” tikinti materialları mağazasının yaxınlığında onlar tərəfindən saxlanılaraq üzərinə video çəkiliş istifadə edərək keçirilmiş şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim edərək psixotrop maddə “şüşə" olduğunu, həmin psixotrop maddəni öz şəxsi istifadəsi üçün tanmadığı şəxsdən almasını bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən götürülərək vətəndaş Təqsirləndirilən şəxs ilə birlikdə saat 15:00 radələrində Xəzər RPinin 3-cü PŞ-ə gətirmişlər. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun xx.xx.2025-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdimat verilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, axtarışda olan şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun xx.xx.2025-ci il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdimat verilməsindən imtina edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayındığına və qaçıb gizləndiyinə görə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilərək onun axtarışı elan edilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil omuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin MSY-dən sorğu əsasında verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tutulub MSY-nə təhvil veriləlrkən onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-527/2024 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubudan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması, şübhəli şəxs qismində tutulub müvəqqəti saxlama yerinə təhvil verilərkən bədənində xəsarətlərin olması, narkotik və psixotrop maddələrdən istifadə etməməsi, yalnız bir neçə il əvvəl marixuanadan ara-sıra istifadə etməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi ona qarşı təzyiq və təsir olmamaması, üzərində aşkar olunmuş narkotik vasitənin 10 manata Suraxanıda tanımadığı şəxsdən alması barədə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ittihama uyğun özünün ifadələri, keçirilmiş əməliyyat zamanı tutulmasında iştirak etmiş polis əməkdaşlarının ifadələri, onun MSY-ə qəbul olunarkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izlərinin aşkar olunmaması barədə Bakı şəhəri Xəzər RPİ-nin MSY-nin arayışı, eləcə də kannnabinoidlər və psixostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromunun (narkomaniya xəstəliyinin) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması barədə ambulator məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi ilə təkzib edilir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini ardıcıllıqla, xırda detallarla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi etirafedici ifadələri cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur. Şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Qeyd edilən səbəbdən məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərində narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən döyülərək şərlənməsi, təkrar döyülüb şərlənməsindən qorxaraq polis əməkdaşlarının qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsi barədə ifadəsinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi qeyd edilsə də, məhkəmə hesab edir ki, əvvəlki məhkumluğuna aid Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən Təqsirləndirilən şəxs hazırki əməli cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağının olmasıdır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzalar toplanarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulur) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, CM-nin 67-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) hökmlərin məcmusu üzrə həmin cəzanın hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsini, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 0,393 qr metamfetaminin tədqiqata sərf edilmiş 0,05 qr çıxılmaqla qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,343 qr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, CD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 21 saata görə 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iuyl 2024-cü il tarixli, 1(003)-527/2024 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 10 (on) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulma hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə həmin cəza hazırki hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün, eləcə də xx.xx.2025-ci il tarixdə, yəni 1 (bir) gün, cəmi 3 (üç) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 10 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,343 qr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, CD diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 275 (iki yüz yetmiş beş) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 21 saata görə 231 (iki yüz otuz bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(003)-374/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-374/2025
24.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver