Məhkəmə qərarları › İş №1(003)-375/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-375/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-375/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Dərbənd küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 07:30 radələrində yaşadığı ünvanda olan zaman ailə münaqişəsi zəmnində arvadı Zərərçəkmiş şəxs saçından tutaraq baş nahiyəsini bir neçə dəfə divara çırpmış, boğazından tutaraq sıxmış, Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmışdır. Nəticədə Zərərçəkmiş şəxs təpə nahiyəsinin hematoması, çənəaltı nahiyənin, döş qəfəsinin, sağ və sol süd vəzisinin sıyrıqları xəsarətləri yetirməklə, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə evlilikdən iki övladları vardır. Münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan korlanmışdır. Aralarında mütəmadi olaraq münaqişə baş vermişdir. Bu münaqişələrə görə Zərərçəkmiş şəxs boşanması üçün məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrindən 22:30 radələrinədək işdə olduğu zaman Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, nömrə söndürülmüş vəziyyətdə olmuşdur. Saat 23:00 radələrində isə Zərərçəkmiş şəxs iş yerinə gəlmiş, ondan saat 18:00 radələrindən etibarən harada olmasını və hansı səbəbdən telefonun sönülü vəziyyətdə olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs isə müxtəlif bəhanələr edərək suala cavab verməkdən yayınmışdır. Evə gəldikdən sonra da Nərmin ona əsaslı səbəb söyləyə bilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində isə yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs ilə yenə də aralarında mübahisə yaranmış, mübahisəyə səbəb isə ondan boşanma ərizəsinin geri götürməsini tələb etməsi olmuşdur. Mübahisə zəmnində Zərərçəkmiş şəxs onunla uca səslə danışdığı üçün əsəbləşərək onun boğazından tutaraq sıxmış və silkələmiş, bu zaman Zərərçəkmiş şəxs baş nahiyəsi divara dəymiş və nəticədə yerə yıxılmışdır. Yıxıldıqdan sonra Zərərçəkmiş şəxs ayağa qaldıraraq çarpayıya uzatmış, ona su verərək əl-üzünü yumuşdur. Zərərçəkmiş şəxs isə özünə gəldikdən sonra uşaqlarını məktəbə aparmaq üçün hazırlaşıb evdən çıxıb getmişdir. Həmin vaxt evdə özlərindən başqa hər hansı bir kənar şəxs olmamış, münaqişə yaşadıqları evdə baş vermişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə evlilikdən iki övladları vardır. Münasibətləri ilk vaxtlar yaxşı olsa da, sonradan korlanmışdır. Aralarında mütəmadi olaraq münaqişə baş vermişdir. Bu səbəbdən də 2020-ci ilin iyun ayında boşanması üçün Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Xəzər rayon məhkəməsi isə müraciətini Sabunçu rayon məhkəməsinə göndərmişdir. Qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdə olan zaman əri Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamış, boşanma ərizəsini geri götürməyi ondan tələb etmişdir. Təqsirləndirilən şəxs cavab olaraq isə onunla yaşamaq istəmədiyini demiş, bu zaman Təqsirləndirilən şəxs onun üzərinə gedərək Zərərçəkmiş şəxs saçından tutaraq baş nahiyəsini bir neçə dəfə divara çırpmış, boğazından tutaraq sıxmış, Zərərçəkmiş şəxs huşunu itirərək yerə yıxılmışdır. Onun vəziyyətinin pis olmasını görən Təqsirləndirilən şəxs sakitləşmiş və bundan sonra əl-üzünü yuyaraq övladlarını məkəbə aparmaq adı ilə evdən çıxmışdır. Həmin vaxt evdə özlərindən başqa hər hansı bir kənar şəxs olmamış, münaqişə yaşadıqları evdə baş vermişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 1055 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində təpə nahiyəsinin hematoması, çənəaltı nahiyənin, döş qəfəsinin, sağ və sol süd vəzisinin sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən, onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamılığın qısa müddət polzulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Vüqar tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, habelə tərəflərin birgə nikahda olmalarını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar