Məhkəmə qərarları › İş №1(003)-375/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-375/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-375/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(003)- 507/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkis 0,243 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xeyli miqdarda əldə edib üzərində saxlamaqla 19 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, mərdəkan qəsəbəsi, H.Hasilov küçəsində yerləşən məscidin yaxınlığına kimi daşımış, həmin güq orada saat 13:10 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz döriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videosəkiliş aparılmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli siqaretin kağızına bükülmüş təmiz çəkisi 0,243 qram küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ildir ki, psixotrop maddələr qəbul etmiş, bu səbəbdən də narkotikə olan tələbatını ödəmək üçün 19 fevral 2025-ci il tarixində, günorta saatlarında Suraxanı qəsəbəsində, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata psixotrop maddə olan “şüşə”alaraq üzərində saxlayıb gəzdirmişdir. 20 fevral 2025-ci il tarixdə, saat 13 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Hasilov küçəsi, Məscidin yaxınlığında iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olduğu üçün videoçəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibində olan bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polislərlə birlikdə polis şöbəsinə getməli olduğunu bildirib birlikdə polis şöbəsinə getmişlər. Orada onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəçinin və polis əməkdaşalrının iştirakı ilə xidməti otağların birində yenidən çəkiliş aparılmış, aparılan istintaq hərəkəti zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya predmet vasitə aşkar olunmamışdır. Bundan sonra müdafiəçi tərəfindən ona qarşı hər hansı bir təzyiq olub olmaması, təqdim etdiyi maddənin ona məxsus olub-olmamasını soruşduqda hər hansı bir təzyiqə məruz qalmadığını və təqdim etdiyi maddənin ona məxsus olmasını bir daha etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə polis şöbəsinin rəhbərinə raport yazılmış və 20 fevral 2025-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X4 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. 20 fevral 2025-ci il tarixdə əldə edilmiş məlumatın realizə edilməsi üçün əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Hasilov küçəsində yerləşən məscidin yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılmış, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olması bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş psixotrop maddə metanfetaminə oxşar maddəni təqdim edib özünə məxsus olduğunu bildirmişdir. Şəxs barəsində prosessual hərəkətlər aparılması üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin təhqiqatçıya təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Təbriz Əlilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti izah olunmuş və hər hansı bir etirazı olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirildikdə üzərindən bir qutu «Prima» markalı və bir qutu «Kent» markalı siqaret aşkar olunmuşdır. Həmin aşkar olunmuş siqaret qutuları iş üçün əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş büküm kağız zərfə qoyularaq qablaşdırılmış, bundan sonra müdafiəçi şübhəli şəxsə ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını və üzərindən aşkar olunan psixotrop maddənin özünə məxsus olub-olmamasını soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını, həmin maddənin ona məxsus olmasını bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmadı. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixtrop maddələrin satışı ilə məşqul olması müəyyən olunmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X8 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2025-ci il tarixli 3-16-16/2-6/820 Ns-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət.Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,243 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetmindir. Məhkəmə-narkoloji ekspertizasının 06 may 2025-ci il tarixli, 2644 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan Asılhq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən həmin 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 dəqiqə 44 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Təqsirləndirilən şəxs 1ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs kimi saxlayıb özlərini və təqdim edirlər. Videogörüntünün 00:25-ci saniyəsindən şübhəli şəxs özünü təqdim edir. Videogörüntünün 00:35-ci saniyəsində şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olubolmamasını soruşulur. Təqsirləndirilən şəxs videogörüntünün 00:40-ci saniyəsində əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim edir. Videogörüntünün 00:45-ci saniyəsində həmin bükümə baxış keçirilir. Videogörüntünün 01:15-ci saniyəsindən polis əməkdaşı tərəfindən şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdir və heç bir qanunsuz əşya predmet aşkar olunmur.Bundan sonra əməliyyat tədbirinin yekunlaşması ilə əlaqədar videoçəkiliş dayandırılır. Elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 04 dəqiqə 09 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən təhqiqatçı özünü iştirakçılara təqdim edir və şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə məlumat verməsi barədə təklif edir. Video görüntünün 00:01-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxsin hansı səbəbdən saxlanılması barədə məlumat verir.Videogörüntünün 00:30-cu saniyəsindən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümü və siqaret qutularına baxış keçirdir. Videogörüntünün 01:30-cu saniyəsindən etibarən Təqsirləndirilən şəxs özü haqında məlumat verir. Bundan sonra görüntünün 02.00-cu saniyəsindən etibarən təhqiqatçı şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Videogörüntünün 02:15-ci saniyəsindən etibarəən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilir və heç bir əşya predmet aşkar edilmir. Videogörüntünün 02:42-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü hardan və hansı məqsədlə əldə etməsi barədə təhqiqatçı tərəfindən verilən suallara sonuncu həmin bükümü Suraxanı rayonundan şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Videogörüntünün 03:01-ci saniyəsində şübhəli şəxsin üzərindən aşkar edilmiş 01 ədəd Prima markalı və 01 ədəd Kent markalı siqaret qutuları maddi sübut əhəmiyyəti kəsb etmədiyindən şəxsin özünə geri qaytarılır. Videogörüntünün 03:10-cu saniyəsindən etibarən aşkar edilmiş büküm ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılır. Videogörüntünün 03:54-cü saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsə hər hansı bir etirazı olub olmamasını,ona qarşı hər hansı fiziki psixi təsir olub olmadığını, təqdim edilən bükümün ona məxsus olub olmamasını soruşduqda şübhəli şəxs heç bir etirazı olmadığını,ona qarşı heç bir fiziki, psixi təsir olmadığını və bükümün ona məxsus olduğunu bildirir. Müdafiəçi əlavə sualı olmadığını bildirdikdən sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,243 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 0,193 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 02 ədəd CD disk iş üzrə sübut növu kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 22 fevral 2025-ci il tarixdə Bakı şəhər Xəzər rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri sesilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmklə MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan və hökmün surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(003)-507/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, onun şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Probasiya xx.xx.2025-ci il tarixli məktubudan görünür ki, 16 may 2024-cü il tarixli, 1(003)-507/2024 nömrəli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təkrar törədilməsi qeyd edilsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(003)-507/2024 nömrəli hökmü qanuni qüvvəsini aldığından onun hazırki əməli CM-nin 16.3-cü maddəsinin tələbinə görə (əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilmir) cinayətin təkrar törədilməsi hesab edilə biməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq cəza çəkdiyi dövrdə yenidən eyni xarakterli cinayəti törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzalar toplanarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulur) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(003)-507/2024 nömrəli hökmünə əsasən CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, CM-nin 67-ci maddəsinə əsasən (hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi) hökmlərin məcmusu üzrə həmin cəzanın hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsini, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü bir gün hesabı ilə hesablanıb təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 17 sentyabr 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş 0,243 qr metamfetaminin tədqiqata sərf edilmiş 0,05 qr çıxılmaqla qalıq qalmış, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,193 qr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 242 (iki yüz qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(003)-507/2024 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 07 (yeddi) günü, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulma hesabı ilə hesablansın və 8 (səkkiz) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə həmin cəza hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 17 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,193 qr qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 242 (iki yüz qırx iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar