Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-377/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs X7 iştirakı ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalı ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbir seçilmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,491 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,343 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində daşıyaraq üzərində saxlamış, 17 fevral 2025-ci il tarixdə saat 17:05 radələrində Xəzər RPİ-nin 3-cü PŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi, Bakavtomat yolu YYS-də Zavod yolunda yerləşən “Səkinə” marketin yaxınlığında saxlanılaraq üzərinə video çəkiliş vasitəsilə yoxlama aparılmış və yoxlama zamanı əynində olan krem rəngli gödəkçənin sol yan cibindən şəffaf sellofana bükülmüş xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,491 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdarda 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,343 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 15 fevral 2025-ci il tarixdə səhər saatlarında o, internetdə «Tik-Tok» sosial şəbəkəsinə baxarkan təsadüfən bir nəfər tanımadığı X11 vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs onda psixotrop maddə və narkotik vasitə olduğunu və pul müqabilində sata biləcəyini demişdir. Belə olduqda o, həmin şəxsə bildirmişdir ki, 70 manatlıq həm psixotrop maddə, həm də narkotik vasitə almaq istəyir. Həmin şəxs ona bank kartı nömrəsini göndərmiş və o, evdən çıxaraq gedib «E-Manat» vasitəsi ilə sonuncunun göndərdiyi bank kartına 70 manat pul göndərmişdir. Bundan sonra o, həmin şəxs ona konum ataraq narkotik vasitənin həmin konumda göstərilən yerdə olduğunu və götürnəsini demişdir. O, konuma əsasən Binə qəsəbəsi ərazisində yerləşən «Verona» şadlıq sarayının yaxınlığına gəlmiş və buradan metamfetamini və heroini götürmüşdür. xx.xx.2025-cü il tarixdə saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən «Səkinə» marketin yaxınlığında hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu və üzərində videoçəkilişlə baxış aparacaqlarını bildirmişdilər. Bu zaman o, əynində olan gödəkçənin cibindən bükülmüş bükümdə olan metamfetamini və heroini polis əməkdaşlarına təqdim etmişdir. Ona qarşı heç bir fiziki və ya psixoloji təzyiqlər olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün və təsdiq olunarsa Təqsirləndirilən şəxs ifşa edilməsi üçün tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar 3-cü PŞ-nin rəhbərliyinə raporla müraciət edilmişdir. Bundan sonra 3-cü PŞ-nin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun təşkil olunmasına dair əmr verilmişdir. Əmrə əsasən əməliyyat qrupuna rəhbər kimi o, qrupun üzvləri isə 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və 3-cü PŞ-nin sahə inspektoru X16 təyin olunmuşlar. Tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə protokol tərtib edilmişdir. Əməliyyat qrupunun üzvləri xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində əməliyyat tədbirlərinin keçirilməsi və Təqsirləndirilən şəxs ifşa olunması üçün Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat YYS-də yerləşən “Səkinə” marketin yanına gəlmişlər və müşahidə aparmağa başlamışlar. Saat 17 radələrində Təqsirləndirilən şəxs qızma oxşayan bir qadının gəldiyini görmüşlər. Onlar “İphone” markalı mobil telefonla videoçəkiliş apararaq həmin qadına yaxınlaşıb özlərini təqdim etmişlər, sonra həmin qadından özünü təqdim etməsini təklif etmişlər. Həmin qadın özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan krem rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddələr narkotik maddələrdir, onları öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin bükümlər içərilərində olan zərflə bir yerdə protokol tərtib olunması üçün tərəflərindən Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili X16 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Şahid Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində şahidlər X8 və Şahid1 ifadələrinə oxşar məzmunlu ifadələr verməklə onların bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 ibatidai istintasq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə ci il tarixdə saat 19 radələrində o, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş və ona təklif olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş qadının şəxsi axtarışında və götürmədə iştirak etsin. O, da razılıq vermişdir. Polis şöbəsində ona məlum olmuşdu ki, şübhəli şəxs qismində tutumuş qadın Təqsirləndirilən şəxsdır. Sonra təhqiqatçı tərəfindən 3-cü PŞ-nin inzibati binasında xidməti otaqda onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gün Binə qəsəbəsində yerləşən “Səkinə” marketin yanında əynində olan gödəkçəsinin cibindən 01 ədəd şəffaf selofana bükülmüş “şüşə” və 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş “kakos” olan bükümü polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 fevral 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işi açılmışdır; - 17 fevral 2025-ci il tarixli əməliyyat axtariş tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 rəhbərliyi ilə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis kapitanı Elvin Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 17 fevral 2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Xəzər RPİ-nin 3-cii PŞ-nin təhqiqatçısı tərəfindən xidməti otaqda həmin PŞ-nin əməkdaşları, dəvət olunmuş X1 və müdafiəçinin iştirakları ilə xx.xx.2025-ci il tarixdə saat 17:05 radələrində 3-cü PŞ- nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu. Binə qəsəbəsi, Bakavtomat yolu YYSdə Zavod yolu ərazisində yerləşən “Səkinə” marketin yaxınlığında şübhələnilərək saxlanılan Təqsirləndirilən şəxs əynində olan krem rəngli gödəkçəsinin sol yan cibindən içərilərində narkotik maddələr olan bir ədəd şəffaf sellofana bükülmüş büküm və bir ədəd siqaretin qızılı kağızına bükülmüş büküm polis əməkdaşlarına təqdim edilmiş və polis əməkdaşları tərəfindən götürülməklə 3-cii PŞ-nə dəvət olunmuş, 3-cü PŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hiiqııq və vəzifələri izah olunur, axtarış videoçəkilişdən istifadə edilməklə aparılacağı elan edilmiş və təklif olunmuşdur ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu YYS-də Zavod yolu ərazisində yerləşən “Səkinə” marketin yaxınlığında polis əməkdaşları tərəfindən üzərinə yoxlama keçirilən zaman əynində olan krem rəngli gödəkçəsinin sol yan cibində olan və polis əməkdaşlarına təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş biikümtin içərisində “şüşə” və bir ədəd siqaretin qızılı kağızma bükülmüş bükümün içərisində “kakosu” o 15 fevral 2025-ci il tarixdə İran İslan Respublikasının vətəndaşından 50 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirmişdir. Araşdırmaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 01 zərfdə olan 01 büküm psixotrop maddə olan «patı»-metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə olan «kakosa»heroinə bənzər kütlə baxış keçirildikdən sonra bir zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 244-№-li «Zərflər üçün» möhürü ilə möhürlənmişdir. Bundan sonra zərfin üzərində iştirakçılar tərəfindən imza edilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/745 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..4) (imza) Təqsirləndirilən şəxs..” yazıları olan zərfin içərisində l(bir) ədəd bükümdə təmiz çəkisi 0,343 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,491 qram ağ rəngli, kristalik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 fevral 2025--ci il tarixli, il tarixli 1005 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorlların qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəndə dispanser qeydiyyata alınması məsləhət görülür. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-soröu kartoktekasında heç bir məlumat yoxdur; - “Videodiskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, həmin diskdə 2 ədəd videofayl vardır. Onlardan birinin üzərində «WhatsApp Video 2025-02-18 at 1 1.05.23», digərinin isə üzərində «WhatsApp Video 2025-02-18 at 11.05.00» yazıları vardır.Üzərində «WhatsApp Video 2025-02-18 at 11.05.23» yazısı olan videofayl kompyuterdə açılarkan aşağıdakılar müəyyən oldu: videofayl 53 saniyə davam edir. Videofayl görüntüsündə iş üzrə Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu YYS-də Zavod yolu “Səkinə” marketin yaxınlığında yol ilə gedir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhələnildiyindən 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ona yaxınlaşaraq sol qolundan tutmaqla dayandırır. Bundan sonra onlara 3-cü PŞnin sahə inspektoru X16 yaxınlaşır. Onlar Təqsirləndirilən şəxs qızma özlərini təqdim edirlər. Sonra onlardan kənarda dayanmış və videoçəkiliş aparan 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs qızma özünü təqdim edir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs qızma onun narkotik vasitələrin dövriyyəsində şübhələnildiyini bildirir və təklif edir ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki krem rəngli gödəkçəsinin sol yan cibindən sol əli ilə 02 ədəd büküm çıxardaraq təqdim edir. Bükümlərdən biri şəffaf sellofan bükümüdür, digəri isə siqaretin qızılı rəngli kağız bükümüdür. Təqsirləndirilən şəxs bildiir ki, həmin bükümlərin içərilərində narkotik maddələr vardır və həmin narkotik maddələri o, tanımadığı şəxsdən özü istifadə etmək üçün alaraq üstündə gəzdirmişdir. Həmin bükümlər Şahid1 tərəfindən Təqsirləndirilən şəxs götürülərək içərisi boş olan zərfə qablaşdırılır və sonra protokol tərtib edlmişdir. Üzərində «WhatsApp Video 2025-02-18 at 11.05.00» yazısı olan videofayl kompyuterdə açlarkan aşağıdakılar müəyyən oldu: videofayl 5 dəqiqə 39 saniyə davam edir. Videofayl görüntüsündə xidməti otaqda Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə prosessual hərəkəti keçirilir. Otağın içərisində sağdan sola təhqiqatçı Elvin Hacıyev, müdafiəçi X9, şəxsi axtarışa dəvət olunmuş Şahid4, Təqsirləndirilən şəxs, 3-cü PŞ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 və 3-cü PŞ-nin sahə inspektoıu X16 vardırlar. Videoçəkiliş 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qızma onun hüquq və vəzifələri izah olunur. Bundan sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu YYS-də Zavod yolu “Səkinə” marketin yaxınlığında yolda götürülərək 01 ədəd zərfə qablaşdırılmış 02 büküm olan zərf bir tərəfindən şəxsi axtarış və götürmə prosessual hərəkətində iştirak edən şəxslərin gözü qarşısında qayçı ilə bir tərəfindən kəsilir və zərfin içərisindən iki ədəd büküm çıxarılır. Həmin bükümlərdin biri şəffaf sellofan bükümüdür, digəri isə siqaretin qızılı rəngli kağız bükümüdür. İştirakçıların yanında şəffaf sellofan büküm açılarkan onun içərisində ağ rəngli kristalik maddə kütləsi, siqaretin qızılı rəngli kağız bükümü açıldıqda isə onun içərisində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, şəffaf sellofan bükümün içərisində olan kütlə «patı» adlandırılan psixotrop maddə olan metamfetmindir, siqaretin qızılı rəngli kağız bükümünün içərisində olan maddə isə «kakos» adlanan narkotik vasitə olan heroindir. Həmin «patı» və «kakosu» o, öz istifadəsi üçün tanımadığı İran İslam Respublikasının vətəndaşından xx.xx.2025-ci il tarixdə səhər saatlarında 50 manata almış və üzərində gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə onu polis əməkdaşları “Səkinə” marketin yaxınlığında yol ilə gedən zamanı saxlamışlar və o, üstündə olan «patını» və «kakosu» polis əməkdaşlarına təqdim etmişdir. Araşdırmaya təqdim olunmuş Təqsirləndirilən şəxs qızma məxsus 01 büküm psixotrop maddə olan «patı»-metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə olan «kakosa» -heroinə bənzər kütlə yanı kəsilmiş zərfə qoyulmuş, sonra həmin zərf yeni bir zərfə qoyularaq qağlaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 244-№-li «Zərflər üçün» möhürü ilə möhürlənmişdir. Bundan sonra zərfin üzərində iştirakçılar tərəfindən imza edilmişdir. Sonra axtarış və götürmə prosessual hərəkətinə dəvət olunmuş Şahid4 tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibində 01 ədəd ona məxsus «Samsung» markalı mobil tetefon və 01 ədəd plastik kart aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilmişdir; - Axtarışda olan şəxsin tutulması haqqında 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 04 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə olan cinaət işi üzrə axtarışda olduğundan Xəzər RPİ-nin 3-cü PŞnin əməkdaşları tərəfindən tutulmuşdur; - 06 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,491 qram olan psixotrop maddə metamfetamin və 0,343 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,193 qram heroinin və 1,341 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə X7 şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlanıldığı 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün olmaqla, cəmi 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X17 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X7 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X7 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. X7 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X13 CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,193 qram heroinin və 1,341 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat məbləğində pul vəsaiti X6 tutularaq dövlət nəfinə keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən təqsirləndirilən şəxs X7 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 143 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-377/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-377/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver