Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-378/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, X2, Müdafiəçi2 və “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olan, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olan, evli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, 20 may 2016 tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, məhkumluğu olmayan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxx 1986-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olan, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Saray qəsəbəsi, Vaqif küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, cinayətin törədilməsinə yönəlmiş hərəkətlərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib özgənin əmlakını təkrarən gizli olaraq talama kimi oğurluq cinayəti törətməyə cəhd etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək dəqiq tarixini istintaqla müəyyən etmək mümkün olmayan 2025-ci ilin fevral ayının ortalarında saat 02 radələrində Təqsirləndirilən şəxs2 məxsus olmaqla Təqsirləndirilən şəxs2 idarə etdiyi “X16” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Təqsirləndirilən şəxs1 gündüzlər avtomobil təmiri ustası kimi işlədiyi Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs yaşadığı nömrəsiz fərdi evin həyət qapısının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 həmin qapının qarşısında avtomobildə dayanmaqla oraya gəlib-gedən olsa xəbər vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə həyət qapısının açıq olmasından istifadə edərək avtomobil ehtiyat hissələrinin saxlanc yeri olan həmin həyətə açıq qapıdan girib, oradan həmin həyətdəki digər saxlanc yeri olan avtomobillərin ehtiyat hissələrinin saxlandığı tikilmiş anbara da açıq qapıdan qanunsuz daxil olmaqla həyətdə yerdə və anbarın içərisində saxlanan “X17” markalı avtomobillərin ehtiyat hissəsi sayılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus olmaqla 01 ədəd qutudakı dəyəri 640 manat təşkil etməklə cəmi dəyəri 19200 manat olan 30 ədəd qutuda qablaşdırılmış halda içərisindəki sərnişin oturacaqlarının dəmir materialdan olan relslərini birlikdə götürüb gəldikləri «X16” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləyib daşıyaraq aparmaqla dəyərindən aşağı qiymətə satıb əldə etdikləri pulları qrup üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aralarında bölüşdürüb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 19200 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 mart 2025-ci il tarixdə saat 02:50 radələrində Təqsirləndirilən şəxs2 məxsus olmaqla idarə etdiyi “X16” markalı **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobillə hər üçü birlikdə Təqsirləndirilən şəxs1 gündüzlər avtomobil təmiri ustası kimi işlədiyi Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs yaşadığı nömrəsiz fərdi evin həyət qarşısının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs2 həmin qapının qarşısında avtomobildə olmaqla gəlib-gedən olsa xəbər vermək üçün ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə həyət qapısının açıq olmasından istifadə edərək avtomobil ehtiyat hissələrinin saxlanc yeri olan həmin həyətə açıq qapıdan girib, eyni zamanda oradan həmin həyətdəki digər saxlanc yeri olan avtomobillərin ehtiyat hissələrinin saxlandığı materialdan tikilmiş ambara da açıq qapıdan qanunsuz daxil olmaqla həyətdə yerdə və anbarın içərisində saxlanan “X17” markalı avtomobillərin ehtiyat hissəsi sayılan Zərərçəkmiş şəxs məxsus olmaqla 01 ədəd qutudakı dəyəri 640 manat təşkil edən cəmi dəyəri 1920 manat olan 03 ədəd qutuda qablaşdırılmış halda içərisindəki sərnişin oturacaqlarının dəmir materialdan olan relslərini birlikdə götürüb gəldikləri «X16” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükləyib aparmaq üçün həyət qapısının yanına daşıyıb yığdıqlarını görən X4 və Şahid1 həyətə oğrularının görüb səs-küy salaraq onları aşkar etmələri səbəbindən həmin əmlakları yığdıqları yerdə qoyub həyətdən çıxaraq avtomobilə minib sürüb oradan qaçmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1920 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətməyə yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməsində ifadə olunan hərəkətlərlə özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli olaraq talama cinayətini törətməyə cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29,177.2.1, 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özlərini təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 xahişi ilə onun iş yerinə Şəhriyarla birlikdə ittihamda qeyd edilən yerə və vaxtlarda getmələrini, birinci dəfə oradan Şəhriyarın şəxsi əşyalarını götürmələrini, Şəhriyarın başqa şəxsə məxsus əmlakları oğurlamasından xəbərlərinin olmamasını, ikinci dəfə isə tanımadıqları şəxslərin həmin yerdə səs-küy salmalarından qorxub heç bir əmlak götürməyərək hər üçünün oradan qaçmalarını bildirmişlər. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 verilən ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, **-SP-*** dövlət nömrə nişanlı “X16” markalı avtomobil ona məxsusdur, bir neçə aydır ki, idarə edir, həmçinin taksi kimi də işləyir. Zərərçəkmiş şəxs bir neçə aydır ki, tanıyır, Qala qəsəbəsində olan sexinə gedibgəlmiş, avtomobilə orada oturacaq üçün relslər yığdırmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 vasitəsilə tanımışdır. Şəhriyarı da Nurlanın işçisi kimi tanıyır, yaxın münasibəti var. 2025-ci ilin fevral ayının ortalarında Şəhriyar ona və Nicata telefonla zəng edib həmin işlədiyi sexdən 30-35 komplekt avtomobil üçün nəzərdə tutulan oturacaq relsləri oğurlamağı təklif etmiş, onun avtomobili ilə oradan relsləri aparmağı və satıb pul əldə edib bölüşdürməyi demiş, o da pula ehtiyacı olduğundan buna razılaşmış, sonra onlar birlikdə şəhərdə görüşmüş, “Mersedes Vito” markalı avtomobillə 2025-ci ilin fevral ayının ortalarında saat 02 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivinə sexə gəlmiş, avtomobildən düşmüşlər. Daha sonra evin həyət qapısını əvvəlcə yoxlamışlar ki, əgər bağlı olsa ora hasardan aşmaqla daxil olsunlar, bu an qapının kilidinin açıq olmasını görmüş, qapını açmış və hər üçü həyətə qanunsuz daxil olmuşlar. Təxminən 10 dəqiqə ərzində üçü oradan 30 qutu oturacaq relsləri oğurlamış, avtomobilə yığmış, oradan uzaqlaşıb əvvəlcə Saray qəsəbəsinə gətirib Şəhriyarın evinin yanına yığmış, təxminən 10 qutu isə avtomobildə qalmış, sonrakı zamanda onları unutduğu yerdə satmış, 1500 manat əldə edilmiş pulu Nicata Şəhriyar vermiş, qalan bir neçə min pulu öz xeyrinə xərcləmişdir. Şəhriyar 27 mart 2025 tarixdə ona telefonla zəng edib həmin sexdən 3 komplekt rels oğurlamağı təklif etmiş, onun avtomobili ilə oradan relsləri aparmağı və satıb pul əldə edib bölüşdürməyi demiş, o da razılaşmış, sonra onlarla şəhərdə görüşmüş, onun “Mersedes Vito” markalı avtomobili ilə 28 mart 2025 tarixdə saat 02-50 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivinə gəlmiş, avtomobildən düşmüşlər. Daha sonra evin həyət qapısını əvvəlcə yoxlamışdır ki, əgər bağlı olsa oraya hasardan aşaraq daxil olsunlar, bu an qapının kilidinin açıq olmasını görmüş, qapını açmış və hər üçü həyətə daxil olmuşlar. Qapının qabağında onları gözləyib müşayiət etmiş və ətrafdan kiminsə gəlib-gəlmədiyinə nəzarət etmişdir. Sonra bir neçə dəqiqə aralığında 3 qutu relsləri Nicatla Şəhriyar qapının ağzına yığmışlar ki, oradan “Mersedes Vito” markalı avtomobilə əmlakları daşısın, bu zaman həmin evdə yaşayan Nurlanın qohumu Mehman 3-cü mərtəbədən uzaqdan qışqırıb onları səsləmiş, həyətdəki zəncirli it hürüb ətrafda səs-küy yaratmış, Mehman qışqırıb həyətdən oğurluq olmasını bildirmişdir. Bunu eşitdikdə öz iradələrindən asılı olmayaraq həyəcanlı halda əmlakları orada qoyub küçəyə qaçmış, avtomobilə minib oradan uzaqlaşıb çıxıb getmişlər. Etdiyi əməldən peşmandır. Hadisə zamanı zənn etmişdir ki, evdə heç kim yoxdur, belə ki, onun ailə üzvlərinin rayondadırlar. Əmlaklar Nurlana məxsudur. Həmin əmlakların 1800 manatdan çox qiyməti var. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 verilən ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həm qonşusu, həm dostudur. **-SP-*** dövlət nömrə nişanlı “X16” markalı avtomobil Şəhriyarın dostu və onun tanışı Təqsirləndirilən şəxs2 məxsusdur. Turan həmin maşını həmçinin taksi kimi də işlədir. Zərərçəkmiş şəxs isə Şəhriyarın işlədiyi Qala qəsəbəsindəki yerin sahibidir, orada avtomobil ehtiyat hissələri satılır və quraşdırılır, ora həm də saxlanc yeridir, anbardır. Şəhriyar 2025-ci ilin fevral ayının ortalarında ona telefonla zəng edib həmin işlədiyi sexdən bir neçə komplekt avtomobil üçün nəzərdə tutulan oturacaq relsləri oğurlamağı təklif etmişdir. Turanın avtomobili ilə oradan relsləri aparmağı və satıb pul əldə edib bölüşdürməyi demiş, o da pula ehtiyacı olduğundan buna razılaşmışdır. Onlar birlikdə şəhərdə görüşmüş, “Mersedes Vito” markalı avtomobillə 2025-ci ilin fevral ayının ortalarında saat 02 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivinə gəlmiş, avtomobildən düşmüşlər. Daha sonra evin həyət qapısını əvvəlcə yoxlamışdır ki, əgər bağlı olsa ora hasardan aşaraq daxil olsunlar, bu an qapının kilidinin açıq olmasını görmüş, qapını açmış və hər üçü həyətə qanunsuz daxil olmuşlar. Təxminən 10 dəqiqə ərzində üçü oradan 30 qutu oturacaq relsləri oğurlayıb Turanın avtomobilinə yığmış, oradan uzaqlaşıb əvvəlcə Saray qəsəbəsinə gətirib Şəhriyarın evinin yanına yığmış, təxminən 10 qutu isə Turanın avtomobilində qalmışdır. Turan sonrakı zamanda əmlakı özü satmışdır. Özü relsləri satmamış. Şəhriyar internet vasitəsilə Şakir adlı şəxsə əmlakları satmış, ona 1500 manat pul vermişdir. Sonrakı zamanda martın sonlarında yenidən həmin yerdən oğurluq etməyi Şəhriyar təklif etmiş, o da razılaşmışdır. Yenidən üçü ora saat 02 radələrində getmiş, Turan qapının qabağında onları gözləyib müşayiədə aparmış, ətrafdan kiminsə gəlib-gəlmədiyinə nəzarət etmişdi. Sonra bir neçə dəqiqə aralığında 3 qutu relsləri o, Şəhriyarla qapının ağzına yığmışdır ki, oradan “Mersedes Vito” markalı avtomobilə əmlakları daşısın. Bu zaman həmin evdə yaşayan Nurlanın qohumu Mehman 3-cü mərtəbədən uzaqdan qışqırıb onları səsləmiş, həyətdəki zəncirli it hürüb ətrafda səs-küy yaratmış, Mehman qışqırıb həyətdən oğurluq olmasını bildirmişdir. Bunu onlar eşitdikdə öz iradələrindən asılı olmayaraq həyacanlı halda əmlakları orada qoyub küçəyə qaçmış, avtomobilə minib uzaqlaşıb getmişlər. Etdiyi əməldən peşmandır. Hadisə zamanı onlar zənn etmişlər ki, evdə heç kim yoxdur, belə ki, onların ailə üzvləri rayondadırlar. Əmlaklar Nurlana məxsudur. Həmin əmlakların 1800 manatdan çox qiyməti var. Onlar bir dəfə oğurluq etmiş, ikinci dəfə təkrarən oğurluğa cəhd etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29, 177.2.1, 29,177.2.1, 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluqda iştirak etsələr də, faktiki olaraq oğurluq etmələrindən xəbərləri olmamış, belə ki, yalandan onlara işlədiyi yerdən öz əşyalarını götürülməsini demiş, Turanla Nicat isə ona inanmışlar. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, Zərərçəkmiş şəxs 9 ildir ki, tanıyır, yaxın münasibəti olubdur, təxminən 2 ildir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yaşadığı evin həyətində saxlanc yeri olan anbarda Mersedes markalı avtomobillərin şüşələrini və oturacaqlarının relslərini saxlayır, evinin yanında da sex vardır, orada ora gələn avtomobillərə həmin relslər yığılır. Son iki il ərzində orada əmək müqaviləsi olmadan usta kimi sexdə işləmişdir. Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıyır, hazırda evinin yaxınlığında yaşayır, Təqsirləndirilən şəxs2 Nurlanın işlətdiyi həmin sexə müştəri kimi gələndən 8-9 aydır ki, tanıyır, ondan bir neçə yaş balacadır. Həmin sexə Nurlanın qayınatası Mehman və bacanağı Nemət də gəlib-gedir, onlar da həmin həyətdə yaşayırlar. Əmlakların evin həyətində olmasını bilir. “Mersedes Vito”ya aid içində 1 cüt rels olan 1 qutu oturacaq relsi təxmini 700 manatdır, həyətdə onlarla qutu relslər var, onları oradan götürüb daima Nurlan sexə gətirir, sonra o, avtomobillərə yığır. Turan Vito markalı avtomobil idarə edir. 2025-ci ilin fevral ayının ortalarında Nicata və Turana telefonla zəng edib həmin işlədiyi sexdən 30-35 komplekt avtomobil üçün nəzərdə tutulan oturacaq relsləri oğurlamağı təklif etmişdir. Turanın avtomobili ilə oradan relsləri aparmağı və satıb pul əldə edib bölüşdürməyi demiş, onlar da pula ehtiyacı olduğundan buna razılaşmışlar. Birlikdə şəhərdə görüşmüş, “Mersedes Vito” markalı avtomobillə 2025-ci ilin fevral ayının ortalarında saat 02 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivinə sexə gəlmiş, avtomobildən düşmüşlər. Daha sonra evin həyət qapısını əvvəlcə yoxlamışlar ki, əgər bağlı olsa oraya hasardan aşaraq daxil olsunlar, bu an qapının kilidinin açıq olmasını görmüş, qapını açmış və hər üçü həyətə qanunsuz daxil olduq. Təxminən 10 dəqiqə ərzində üçü oradan 30 qutu oturacaq relsləri oğurlamış, Turanın avtomobilinə yığmış, oradan uzaqlaşıb əvvəlcə Saray qəsəbəsinə gətirib onun evinin yanına yığmış, təxminən 10 qutu isə Turanın avtomobilində qalmış, Turan sonrakı zamanda onları özü satmışdır. Relsləri satıb 1500 manat pulu Nicata vermiş, qalan bir neçə min manatı öz xeyrinə xərcləmişdir. Sonrakı zamanda martın sonlarında yenidən həmin yerdən oğurluq etməyi təklif etmiş, Vito markalı avtomobillə 28 mart 2025 tarixdə saat 02-50 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivinə Turan Nicat və o gəlmişlər. Daha sonra evin həyət qapısını əvvəlcə yoxlamışdır ki, əgər bağlı olsa oraya hasardan aşaraq daxil olsun, bu an qapının kilidinin açıq olmasını görmüş, qapını açmış və hər üçü həyətə daxil olmuşlar. Turan qapının qabağında onları gözləyib müşayiət etmiş və ətrafdan kiminsə gəlib-gəlmədiyinə nəzarət etmişdir. Sonra bir neçə dəqiqə aralığında 3 qutu relsləri Nicatla qapının ağzına yığmışlar ki, oradan “Mersedes Vito” markalı avtomobilə əmlakları daşısınlar, bu zaman həmin evdə yaşayan Mehmanın qohumu Rəfiqə adlı qadın uzaqdan qışqırıb Mehmanı səsləmiş, həyətdən oğurluq olmasını bildirmişdi. Bunu onlar eşitdikdə öz iradələrindən asılı olmayaraq əmlakları orada qoyub küçəyə qaçmış, avtomobilə minib oradan uzaqlaşıb çıxıb getmişlər. Etdiyi əməldən peşmandır. Əmlaklar Nurlana məxsudur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs1 9 il, Təqsirləndirilən şəxs2 isə 1 ildir ki, müştəri kimi tanıyır. Xəlil bacanağı, Mehman qaynatası, Rəfiqə isə qayınanasıdır. Bir neçə ildir ki, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış massivində, yaşadığı evin yanında sex işlədir, sexdə “Mersedes Vito” markalı avtomobillərə Çin və Türkiyədən iç və çöl aksesuarları gətirib, sexdə yığıb satır, daha dəqiq oturacaq relsləri, şüşə parpress, disk, bufer və digər aksesuarlar onun sexində vardır. Bir komplektini, yəni Mersedes markalı avtomobilə yığılan oturacaq relslərinin bir qutusunu 640 manata alır, 700 manata isə satır, qazanc əldə edir. Son aylar ərzində əmək müqaviləsi olmadan Şəhriyar onun obyektində usta kimi işləyib. Onunla normal münasibətdə olmuşdur. Onlarla qutu relslər həm həyətdə, həm də saxlanc yeri olan qapısı aşıq anbarda saxlanılır. 28 mart 2025 tarixdə gecə saat 01-də evdən iş dalınca getmiş, saat 06 radələrində qayınatası Mehman zəng edib saat 03 radələrində 3 nəfər naməlum şəxsin həyətə qanunsuz daxil olmasını və 3 komplekt daha dəqiq hər komplektin içində 3 qutu relsin 1920 manat dəyərində relslərin oğurlanmağa cəhd etmələrini demişdi. Dərhal kameraya baxarkən Turanla Şəhriyarın və tanımadığı başqa bir şəxsin 02.50 radələrində həyətə daxil olmalarını, əmlakları oğurlamağa cəhd etmələrini, lakin qayınatasının səs-küyü nəticəsində qaçıb getmələrini aşkar etmişdir. Əmlakın dəyəri 1920 manatdır, Turanla Şəhriyarı şəxsən tanıyır, martın 27-də Şəhriyar işdə olub, ona normal maaş vermiş, normal ünsiyyəti olubdur, ailə üzvləri belə tanıyıbdır. Qayınatası Mehmanın oğurluqla bağlı ərizəsinə gəlincə tam olaraq bütün əmlakı sayıb, qaimələrlə yoxlayandan sonra həmçinin kamera görüntülərinə baxandan sonra saxlanc yerindən və həyətdən nəyinsə oğurlanmasını deyəcək və ərizə əlavə olaraq yazacaq, çox güman ki, onlar bundan öncə də oğurluq ediblər. Nicat adlı şəxsi tanımasa da, bildiyinə görə o, orda olmayanda Şəhriyarın yanına gedib-gəlibdir. Əlavə olaraq qeyd edir ki, o, İstintaq Şöbəsinə ifadə verəndən sonrakı günlərdə anbarına və həyətinə baxış keçirmiş və aşkar etmişdir ki, 30 qutu relslər də bundan öncəki zamanda oğurlanıbdır, ona 19200 manat maddə ziyan dəyibdir. Son dəfə 01 fevral 2025 tarixdə əmlakları sayıb yerində olmasını müəyyən etmişdir. Evin kamera görüntüsü 01 ay müddətinə yaddaş saxladığından onların oğurluğunu aşkar edə bilməmiş, Turan və Şəhriyarla əlaqə saxladıqda isə onlar bu ilin fevralında həmin 30 qutu relsləri oğurlamasını, bir qismini Şakir adlı adlı şəxsə Şəhriyarın satmasını etiraf etmişlər. Həmçinin bu günlərdə özü də öyrənmişdir ki, Təqsirləndirilən şəxs3 tap.az saytı vasitəsilə Cavid adlı müştərisi olmuş şəxsə relslər satıb. Turan özü də evlərinə rels aparıb, sonra başqa harasa satıb. Atası da bu relsləri evlərində görüb. Nicat, Şəhriyar və Turan 2025-ci ilin fevral ayında evinin həyətindən və anbardan 30 qutu rels oğurlayıb ona 19200 manat maddi ziyan vurublar. Cavid özü də bu barədə ona və tanışı Kamrana da deyib. Əmlaklar Turanın avtomobili ilə evinin həyətində daşınıbdır. Turanın avtomobilinə 40-45 qutu rels yerləşir. Eyni zamanda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 oğludur, “Mersedes Vito” markalı **-SP-*** dövlət nömrə nişanlı avtomobili 1 ildir ki, idarə edir. Şəhriyar onun tanışıdır. İnternet vasitəsilə Xəlil və Nurlan adlı şəxsləri tapıb sexinə avtomobili düzəltmək üçün Turanı göndərmiş, orada da Turan Şəhriyarla tanış olub. 2025-ci ilin fevral ayının ortalarında evdə olarkən bir neçə ədəd oturacaq relsini görmüş, Turan ona bunların ona məxsus olmasını və satmasını demiş, sonrakı zamanda Turan onları harasa aparmış, bundan onun xəbəri olmamış. Sonradan bilmişdir ki, oğlu Şəhriyar və Nicat adlı tanımadığı şəxslə oğurluq edib və sonrakı zamanda oğurluğa cəhd edib. Onların bu əməlindən xəbəri olmayıbdır, ailə üzvlərindən yalnız özü bu relsləri görmüşdür. Hazırda ziyan tam şəkildə onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, QAZEL markalı avtomobil idarə edir. Nurlanın işlətdiyi rels təmiri-satışı sexini bir neçə ildir ki, tanıyır, oradan rels alır, arada müştəri olanda ordan alır, baha qiymətə satır. 2025-ci ilin fevral ayında ona Şakir adlı şəxs ucuz qiymətə relslər olmasını demiş o da Şakirin yanına gedib 660 manata 3 komplekt oturacaq relslərini alıb təxminən 750 manata səyyar şəkildə satmışdır. Sonradan bilmişdir ki, həmin əmlaklar Nurlanın işçisi və onun tanışları tərəfindən oğurlanıb müxtəlif şəxslərə, həmçinin Şakir adlı şəxsə dəyərindən qat-qat aşağı qiymətə satılıb. Əmlakların oğurluq olmasını bilməmiş, Şəhriyarı tanımır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs qızı Zərnişanın, Xəlil Sadıqov isə Kubranın həyat yoldaşıdır. Evlərinin yaxınlığında Nurlanın sexi, həmçinin onun həyətində evi vardır, həmin sexə Türkiyədən və Çindən avtomobil aksesuarları və avadanlıqları Nurlan gətirir, orada satır, həmçinin ustalar da çox zaman avtomobillərə quraşdırır. Sexdə Təqsirləndirilən şəxs1 adlı şəxs usta kimi bir neçə ildir ki, işləyir, həmçinin Turan adlı şəxs 8-9 ay bundan öncə müştəri kimi ora gəlib-gedibdir. Təxminən 10 dəfə olar ki, sexdə onu görmüş, özü də günün 5-6 saatını sexdə keçirib. Nurlana kömək edir, əmlaklara nəzarət edir. 3 ay olar ki, Şəhriyarla Turanın yaxın yoldaşlıq etməsini müşayiət etmişdir. 28 mart 2025 tarixdə saat 01 radələrində Nurlan işi ilə bağlı şəhərdən kənara getmiş, qızının ailə üzvləriylə onların evində qalmış, saat 02.55-də evdə telezivora baxarkən həyətdəki itinin hürməsini eşitmiş, evin 3-cü mətəbəsindən həyətə baxarkən 3 nəfər naməlum şəxsin həyətdən avtomobil oturacağı relslərinin oğurlamasını görmüş, dərhal hay-küy salıb, qışqıraraq onları səsləmişdir. Onlar səsi eşitdikdə oradan qaçıb getmişlər. Həyətə düşüb Nurlana zəng edib məlumat vermiş və müəyyən etmişdir ki, onlar 3 qutu cəmi 1920 manat dəyərində relsləri yerində götürüb həyət qapısının yanına yığıb oradan küçəyə çıxarmaq istəyiblər. Kamera görüntüsündən isə şəxslərin Şəhriyar, Turan olmasını bilmiş, digər şəxsin isə Turanla Şəhriyarın deməsinə görə Nicat adlı tanımadığı şəxs olmasını demişlər. Əmlakın sahibi Zərərçəkmiş şəxsdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Maddi sübut kimi tanınıb işə əlavə edilən hadisəni özündə əks etdirən videogörüntü olan diskdən görünür ki, 28 mart 2025 tarixdə saat 03-39 radələrində naməlum kişi cinsli 3 nəfər şəxslər həyətə qanunsuz daxil olur, 3 qutu relsləri götürüb qapının yanına yığır, daha sonra onlar səs-küy eşidib oradan qaçırlar İfadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri hadisə yerində yoxlanılaraq fotocədvəl tərtib edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdikləri ifadələrini əyani şəkildə göstərib, bir daha təsdiq etmişdir. “Tutma haqqında protokol”lardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhər Xəzər rayon prokurorunun “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatətin təmin edilməməsi və müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərarlarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatət təmin edilməməmiş və onlar müvəqqəti saxlama təcridxanasından azad edilmişlər. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs3 26 may 2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhər Xəzər rayon prokurorunun “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatətin təmin edilməməsi və müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 28 may 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatət təmin edilməməmiş və o, müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı var – xx.xx.2017-ci il təvəllüdlü X3. Xəstəlik tarixindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 “Kəskin C Hepatiti, orta ağır dərəcə” diaqnozu ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Quliyev X6 Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, 20 may 2016 tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmiş, Quluyev X5 Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək Təqsirləndirilən şəxs1 xahişi ilə onun qeyri rəsmi işlədiyi iş yerinə məhz gecə yarısı gedərək Şəhriyarın şəxsi əşyalarını götürmələri, guya həmin əşyaların oğurluq olması barədə xəbərlərinin olmamasına dair sadə məntiqə belə sığmayan fikirlər bildirsələr də, Təqsirləndirilən şəxs1 da digər təqsirləndirilən şəxsləri dəstəkləyərək onlara uyğun ifadə versə də, ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində təqsirləndirilən şəxslərin hər biri törətdikləri cinayət əməllərini ardıcıllıqla, xırda detallarla elə təsvir etmişlər ki, onların bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur. Şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisələrinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmələri, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, cinayətin törədilməsinə yönəlmiş hərəkətlərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib özgənin əmlakını təkrarən gizli olaraq talama kimi oğurluq cinayəti törətməyə cəhd etmələri tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə tövsif olunmalı və onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vurulmuş ziyanı tam şəkildə ödəməlirini, zərər çəkmiş şəxslə barışmalarını, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs3 hepatit xəstəliyindən əziyyət çəkməsini təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal cinayətlərin residividir, digər təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 177.2-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirici halları, təqsirkarların şəxsiyyətlərini, habelə təyin olunan cəzanın onların hər birinin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası, əməlində cinayətlərin residivi olan Təqsirləndirilən şəxs3 barəsində isə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz (CMnin 63.3-cü maddəsi). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz(CM-nin 65.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxslərin əməllərinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərlərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzalarının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, CM-nin 69.3-cü maddəsinə əsasən (hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlğın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır) şübhəli şəxs qismində həbsdə saxlanıldıqları müddətin azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesablanmasını və təyin olunmuş cəzadan çıxılmasını, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, digər Təqsirləndirilən şəxs3 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanıb, təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı ciddi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 18 fevral 2026-cı il tarixdən hesablanmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanmalı, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə sərf etdikləri saatlara görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X12 100 (bir yüz) manat, X9 111 (bir yüz on bir manat), X13 111 (bir yüz on bir manat), eləcə də təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdikləri saatlara görə həmin Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 484 (dörd yüz səksən dörd) manat və Müdafiəçi3 484 (dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Abşeron İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 18 fevral 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiə edilməsinə sərf etdikləri saatlara görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X12 100 (bir yüz) manat, X9 111 (bir yüz on bir manat), X13 111 (bir yüz on bir manat), Müdafiəçi2 484 (dörd yüz səksən dörd) manat, Müdafiəçi3 484 (dörd yüz səksən dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(003)-378/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-378/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver