Məhkəmə qərarları › İş №1(003)-379/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-379/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-379/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Naxçıvan MR, Babək rayonunun Çeşməbasar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonunun Çeşməbasar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.4-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin iyul ayında Şahid vasitəsilə görüşüb tanış olduğu Zərərçəkmiş şəxs nəvəsi X3 Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə xidmət edərkən CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı Xəzər Baxşəlizadə barəsində istintaq olunan cinayət işinin icraatına xitam verilməsinə kömək edə biləcək şəxs axtardığını öyrənib bildikdən sonra özünü ona işgüzar şəxs kimi göstərib geniş əlaqələrinin olduğunu deyib 5500 manat məbləğində pul verdiyi halda zərərçəkmiş şəxslə barışıq əldə edib həmin cinayət işinin icraatına xitam verdirəcəyinə dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan sonra 26 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs 1000 manat məbləğində pulu əlbəəl alaraq, daha sonra 15 oktyabr 2024-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsindəki «Ailə Market»də yerləşən ödəmə terminalından əvvəlcədən pul ödəməsi üçün Zərərçəkmiş şəxs verdiyi 4169.... 1055 seriyalı plastik kart hesabına 1500 manat, 17 oktyabr 2024-cü il tarixdə yenə həmin terminaldan əvvəlcədən pul ödəməsi üçün Zərərçəkmiş şəxs verdiyi 4169.... 1861 seriyalı plastik kart hesabına 1000 manat, 22 oktyabr 2024-cü il tarixdə həmin terminaldan 4169....0681 seriyalı plastik kart hesabına 300 manat, 23 oktyabr 2024-cü il tarixdə həmin ödəmə terminalından yenə həmin kart hesabına 400 manat, 27 oktyabr 2024-cü il tarixdə həmin terminaldan əvvəlcədən pul ödəməsi üçün Zərərçəkmiş şəxs verdiyi 4169...8936 seriyalı plastik kart hesabına 20 manat, daha sonra həmin gün həmin terminaldan əvvəlcədən pul ödəməsi üçün Zərərçəkmiş şəxs verdiyi ödəniş sənədi itdiyi üçün hesab nömrəsini müəyyən etməyin mümkün olmadığı plastik kart hesabına 500 manat, 28 oktyabr 2024-cü il tarixdə həmin terminaldan istintaqla seriyası müəyyən edilməsi mümkün olmayan plastik kart hesabına 400 manat, həmin gün həmin terminaldan əvvəlcədən pul ödəməsi üçün Zərərçəkmiş şəxs verdiyi 4169...1055 seriyalı plastik kart hesabına 400 manat məbləğində pulu Zərərçəkmiş şəxs köçürtdürməklə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 5520 manat məbləğində pulunu almaqla verdiyi vədə əməl etməyib aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5520 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2024-cü ilin iyul ayında bir neçə ildir ki, Naxçıvan şəhərindən tanıdığı və mağazada işləyən Səkinə adlı qadınla telefonla danışan zaman oğlu Xəzərin hərbi hissədə xidmət zamanı cinayət əməli törətməsini ondan öyrənmiş, pula ehtiyacı olduğundan onu aldatmaq və pulları ələ keçirmək qərarına gəlmişdir. Özünün guya polis işləməyini yalandan demiş, sonra onun atası Bayramla da danışıb görüşmüş, onu da inandırıb aldatmış, onların evinə getmiş, geniş əlaqələrinin olmasını onlara deyib, zərər çəkənlə barışıq əldə edəcəyini və cinayət işini xitam etdirəcəyini yalandan onlara demiş, bu işin həlli üçün onlardan 5.500 manat pul istəmiş, sonrakı zamanda 26 sentyabr 2024 tarixdə onun yaşadığı Xəzər rayonu, Binə qəsəbəsində fərdi yaşayış evində ondan əlbəəl Səkinənin yanında 1000 manat pulu Bayramdan almış, yerdə qalan 4520 manat pulu isə o, Bayrama dediyi adını unutduğu şəxslərin adına olan plastik kartlara pulları hissə-hissə 28 oktyabr 2024 tarixədək olan müddət aralığında yollatdırmış, pulları kartlardan çıxarıb öz xeyrinə xərcləmiş, Bayram adlı şəxsi aldatmışdır. Heç kim onunla əlbir deyil, cinayəti tək törətmiş, pulları xeyrinə xərcləmişdir. 070 *** ** ** nömrəsi ona məxsusdur. Törərdiyi əməldən peşmandır, ziyanın qismən ödənilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid onun qızıdır, Əliyeva Mahirə həyat yoldaşıdır, X1 oğludur. Xəzər 2005-ci il təvəllüdlüdür, hazırda Culfa şəhərində xidmət edir. 2024-cü ilin may ayında nəvəsi Xəzər xidmət etdiyi hərbi hissədə əsgər yoldaşıyla dava-dalaş etməsinə görə orada araşdırma başlmasmı bilmişdir. Bu zaman narahat olmuş, Səkinə ona bu işdə Xəzərə kömək etmək üçün tanıdığı, Təqsirləndirilən şəxs (*** *** ** **) adlı şəxsin kömək edə biləcəyini demiş, sonra onunla o da mobil telefonla və şəxsən görüşüb təxminən avqust ayında danışmış, Rahib ilə Xəzər rayonu, Binə qəsəbəsində evdə də görüşmüş. Rahib demişdi ki, guya polis işləyir, geniş əlaqələrə malikdir, bu işlə artıq maraqlandığını guya Xəzərə bir neçə il bu işə görə həbs veriləcəyini demiş, onları qorxutmuş, sonra məsləhət bilmişdir ki, təxminən 5000-6000 manata bu işi həll edə bilər. Xəzərin xəsarət yetirdiyi əsgərə pul verib onunla barışıq əldə edə bilər, həmçinin dövlətə guya ki, cərimə ödəyib, Xəzərin barəsində aparılan işi xitam etdirə bilər. Onunla razılaşdəqda Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşayış evində 1000 manat pulu 26 sentyabr 2024 tarixdə ilkin olaraq Rahibə əlbəəl vermiş, daha sonra onun dediyi plastik karta 15 oktyabr 2024 tarixdə Xəzər rayonu, Binə qəsəbəsində olan “Ailə Market”də yerləşən ödəmə terminalından 4169....1055 seriyalı plastik karta 1500 manat, 17 oktyabr 2024 tarixdə yenə həmin terminaldan 4169....1861 seriyalı plastik karta 1000 manat, 22 oktyabr 2024 tarixdə 300 manat pulu həmin terminaldan 4169....0681 seriyalı plastik karta, 23 oktyabr 2024 tarixdə həmin ödəmə terminalından 400 manat pulu yollamış, 27 oktyabr 2024 tarixdə 20 manat pulu həmin terminaldan 4169...8936 seriyalı plastik karta, daha sonra onun dediyi, lakin çekini itirdiyi plastik karta həmin terminaldan 500 manat pulu, 28 oktyabr 2024 tarixdə 400 manat pulu həmin terminaldan çekini itirdiyi plastik karta yollamış, sonra elə həmin gün 28 oktyabr 2024 tarixdə həmin terminaldan 4169...1055 seriyalı plastik karta 400 manat pul yollamışdır, əlbəəl pulu verəndə qızı Səkinə şahid olmuşdur. Rahib onlara noyabr ayında işin xitam ediləcəyini, problemin tam həll olacağını demişdir. Ona 5520 manat maddi ziyan dəyib, sonra bilmişdir ki, nəvəsinə 5 ay həbs cəzası verilib, heç kimlə barışıq olmayıb, heç bir cərimə ödənməyibdir. Dekabr ayında onun yaşadığı evə getmiş, atası polisə şikayət etməyi məsləhət görmüş, daha sonra isə guya özünün də pulu ödəyəcəyini demiş, lakin onlar pulu ödəməmiş, aprel ayında polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyandan 2.000 manat təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını istəyir ki, ziyanın ödənilməsi mümkün olsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, oğlu Xəzər 2023cü ilin oktyabrında hərbi xidmətə yollanmış, 2024-cü ilin may ayında əsgər yoldaşıyla dava-dalaş etdiyinə barəsində istintaq aparılmış, ona görə çox narahat olmuş, bu işin həlli üçün müxtəlif tanışlarına, həmçinin Naxçıvan şəhərində 2022-ci ildə mağazada satıcı işləyərkən müştəri kimi tanıdığı Təqsirləndirilən şəxs adlı şəxslə də 070 ******* nömrəsiylə danışmışdır. Rahib polisdə işləməsini bildirmiş, sonra Xəzərin problemini ona danışmış, bu ərəfədə Xəzərlə qəti əlaqə saxlaya bilməmiş, işin gedişatından xəbərsiz olmuş, avqust ayında Rahib onların evinə gəlmiş, bu işlə maraqlanmasını bildirib Xəzərə bir neçə il bu işə görə həbs veriləcəyini demiş, onları qorxutmuş, sonra məsləhət bilmişdir ki, təxminən 5000-6000 manata bu işi həll edə bilər. Xəzərin xəsarət yetirdiyi əsgərə pul verib onunla barışıq əldə edə bilər, həmçinin dövlətə guya ki, cərimə ödəyib, Xəzərin barəsində aparılan işi xitam etdirə bilər. Razılaşdıqdan sonra Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşayış evində atası 1000 manat pulu 26 sentyabr 2024-cü tarixdə ilkin olaraq Rahibə əlbəəl vermiş, daha sonra onun dediyi plastik karta 15 oktyabr 2024 tarixdən 28 oktyabr 2024 tarixədək terminaldan plastik kartlara atası 4520 manat pul yollamış əlbəəl pulu verəndə şahid olmuşdur. Rahib onlara noyabr ayında işin xitam ediləcəyini, problem tam həll olacağını demişdir. Lakin sonra öyrənmişdir ki, iyul ayında artıq Xəzərə məhkəmə cəza veribdir, bundan sonra Rahibin telefon nömrələrinə zəng çatmamış, atası da polisə sonrakı zamanda şikayət etmişdi. Atasına 5520 manat maddi ziyan dəyib. Rahib verdiyi vədə əməl etməyib, 5520 manat pulu ələ keçiribdir. Hazırda borcdan 2.000 manat Rahib tərəfindən ödənilib. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, 15 oktyabr 2024-cü il tarixdə Xəzər rayonu, “Ailə Market”də yerləşən ödəmə terminalından 4169....1055 seriyalı plastik karta 1500 manat, 17 oktyabr 2024-cü il tarixdə 4169....1861 seriyalı plastik karta 1000 manat, 22 oktyabr 2024-cü il tarixdə 300 manat 4169....0681 seriyalı plastik karta, 23 oktyabr 2024-cü il tarixdə 400 manat pul, 27 oktyabr 2024-cü il tarixdə 20 manat pulu həmin terminaldan 4169...8936 seriyalı plastik karta, 28 oktyabr 2024-cü il tarixdə1055 seriyalı plastik karta 400 manat pul köçürülüb. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş digər qəbzdən görünür ki, Təqsirləndirilən şəxs atası tərəfindən ona 2.000 manat ödəmə aparılmışdır. Naxçıxan MR Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X4 CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib ona 5 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə tutulmuşdur. Bakı şəhər Xəzər rayon prokurorunun “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 28 may 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. 28 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan MR Hərbi Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum edilmiş, 15 iyun 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzasının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, CM-nin 69.3-cü maddəsinə əsasən (hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlğın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır) istintaq zamanı tutulduğu müddətin azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesablanmasını və təyin olunmuş cəzadan çıxılmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikili ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar