Məhkəmə qərarları › İş №1(003)-38/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-38/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-38/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,450 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. 19 iyul 2022-ci il tarixdə, saat 18:15 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Binə qəsəbəsi, Məmmədyarov küçəsində hərəkət edən zaman saxlanılaraq 3-cü Polis şöbəsinə gətirilmişdir. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 4 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 17 iyul 2022-ci il tarixdə Binə qəsəbəsində yaşayan Anar adlı şəxsdən öz istifadəsi üçün 20 manat pula bir büküm heroin almışdır. 19 iyul 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Məmmədyarov kücəsində olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün 3-cü Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan 1 büküm heroini çıxardıb təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və yüzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 3-cü Polis şöbəsinin polis sahə rəisi Şahid2 ilə birlikdə onu 19 iyul 2022-ci il tarixdə, saat 18:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məmmədyarov küçəsində şübhəli şəxs qismində saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmamışdan əvvəl videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülünü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Anar adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiq olunmamışdır. Sonradan Anar adlı şəxs də, tutulmuşdur. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin polis sahə rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş Şəxsi axtarış və götürmə aparılması haqqında 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükümü araşdırmaya təqdim edərək həmin maddələrin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin heroini 17 iyul 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində Anar adlı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını, bir qismini həmin gün qalan hissəsini isə sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin sonuncunun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. X5 təqdim etdiyi və içərisində narkotik vasitə - heroin olan həmin büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmış vəziyyətdə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 19 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin inzibati binasında təhqiqatçı Vüsal Nəsirzadən xidməti iş otağında 8 saylı Vəkil Bürosunun vəkili X2, baş əməliyyat müvəkkili Şahid1 və polis sahə rəisi Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd bükümü araşdırmaya təqdim edərək həmin maddələrin “kakos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin heroini 17 iyul 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində Anar adlı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını və bir qismini həmin gün qalan hissəsini isə sonra istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Cibindən aşkar olunmuş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bundan başqa əlavə axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş maddə və ya kütlə aşkar edilməmişdir. Sonda 8 saylı Vəkil Bürosunun vəkili X1 Məhəmməd Şamil oğluna sual verərək masanın üzərinə qoyaraq təqdim etdiyi 01 ədəd bükümün ona məxsus olub-olmamasını və saxlanılaraq 3-cü Polis şöbəsinə dəvət olunarkən polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalıb-qalmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab verərək polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Sonra müdafiəçinin bundan artıq sualı olmadığını bildirərək 3-cü PŞ-nin təhqiqatçısı Vüsal Nəsirzadə bununla da, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2022-ci il tarixli, 6/3918 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində “... saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,450 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop”in İ siyahısına daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,400 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli, 4334 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 21 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin 02 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə Zirə qəsəbəsi ərazisində tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 dekabr 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 21 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,400 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 22 avqust 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,400 qramın Xəzər RPİ-də saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,400 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunmalı və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X4, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,400 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X4 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar