Məhkəmə qərarları › İş №1(003)-380/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-380/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-380/2021 22.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, 22 iyul 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1962-ci il tarixdə Naxçıvan MR-də anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 26.06.2021-ci il tarixdə saat 22:00 radələrində yaşadığı ünvanda, yəni Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yeni yaşayış massivi fərdi nömrəsiz evdə münaqişə zəmnində arvadı Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə qəsdən yumruq zərbələri vurması nəticəsində sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası xəsarətləri yetirməklə, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən “yüngül” dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onunla 1982-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahları və birgə nikahdan 4 övladları vardır. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində fərdi nömrəsiz evdə yaşayırlar və onlarla birlikdə gəlini və 2 nəvəsi yaşayır. Oğlu hal-hazırda həbsdədir, Binə qəsəbəsində yerləşən 17 nömrəli cəzaçəkmə müəssisəsindədir. Bildirmişdir ki, gəlini Yasəmənin öz evi vardır, lakin buna baxmayaraq 3 həftədir ki, Yasəmən onun evinə gələrək onlarla yaşayır, lakin buna etiraz edir və öz evində yaşamasını tələb edir. Arvadı Məhparə isə onun dediyinin əksini dediyi üçün aralarında münaqişə yaranmışdır. Bu səbəbdən də 26.06.2021-cı il tarixdə saat təxminən 22:00 radələrində yaşadığı evdə olan zaman Məhparə gəlinin evdən çıxmamasına görə onunla mübahisə etmiş, ona qarşı kobud rəftar etdiyi üçün əsəbləşərək yumruq zərbələri və arvadı Məhparənin baş və sifət nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt evdə gəlini Yasəmən də olmuş və buna şahid olmuşdur. Baş vermiş münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Mehparə Abbasova ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1982-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahları və birgə nikahdan 4 övladları vardır. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində fərdi nömrəsiz evdə yaşayırlar və onlarla birlikdə gəlini və 2 nəvəsi yaşayırlar. Oğlu hal-hazırda həbsdədir, Binə qəsəbəsində yerləşən 17 nömrəli cəzaçəkmə müəssisəsindədir. Əri Təqsirləndirilən şəxs İsа oğlu gəlini Şahid evdən çıxarmaq istəmiş, lakin buna razılıq verməmişdir. Belə ki, gəlini Yasəmənin əri, yəni onun oğlu həbsdədir, 2 azyaşlı övladları var. Onların ac-susuz küçələrdə qalmasına icazə vermir. Lakin, Təqsirləndirilən şəxs buna görə onunla münaqişə edir və bu səbəbdən də 26.06.2021-ci il tarixdə saat təxminən 22.00 radələrində yaşadığı evdə onun baş və sifət nahiyələrinə yumruq zərbələri ilə vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt halı pis olduğu üçün polis şöbəsinə gedə bilməmiş, bu səbəbdən də 28.06.2021-ci il tarixdə şikayət etmək qərarına gəlmiş və ərizə yazmaq üçün polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirən zaman evdə gəlini Yasəmən də olmuş və buna şahid olmuşdur. Baş vermiş münaqişə təxminən 20 dəqiqə davam etmişdir. Şikayət vermiş şəxs X3 ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, X5 ilə 2007-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahları və birgə nikahdan 2 övladları vardır. Əri hazırda həbsdədir. Buna görə də övladları ilə birlikdə qayınanası Zərərçəkmiş şəxs evində qalır. 26.06.2021-ci il tarixdə axşam saat 22.00 radələrində yaşadığı evdə olan zaman qayınatası Musa ilə qayınanası Məhparənin arasında mübahisə yaranmış, qayınatası Musa qayınanası Məhparənin baş və sifət nahiyələrinə yumruq zərbələri ilə vuraraq ona xəsarət yetirmişdir. Mübahisəyə səbəb kimi isə göstərmişdir ki, qayınatası onun evində yaşamasını istəmir və onun evdən çıxıb getməsini tələb edir. Qayınanası isə buna etiraz edir və onun azyaşlı övladları ilə ayrı yaşamağını istəmir. Həmin vaxt evdə özlərindən başqa hər hansı bir kənar şəxslər olmamışdır. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 03 iyul 2021-ci il tarixli, 719 saylı rəyinə əsasən müayinə zamanı vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol üst göz qapağının qançırları, alt dodağın selikli qişasının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən 26.06.2021-ci il tarixə uyğun gələ bilər və sağlamılığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa “yüngül” dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs X3 ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Abbasov X8 Rayon Məhkəməsinin 24.02.2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində aylıq qazancının və digər gəlirlərinin 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzası təyin edilmişdir. 14.05.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 08 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 və Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar