Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-380/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 555 saylı bağ evində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3 -cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən bağ evinə həyətinə açıq olan qapısından qanunsuz daxil olaraq evdə olan 1 ədəd 100 manat dəyərində qaraqəhvəyi rəngli musiqi aləti olan qitaranı, hər birinin dəyəri, 37,5 manat olmaqla ümumilikdə 150 manat dəyərində, 4 ədəd tv tənzimləyicini adaptorları və 1 ədəd ağ rəngli “İndesit” markalı 6 kq tutumlu 160 manat dəyərində paltaryuyanı ələ kemçirərək zərəçəkmiş şəxsə ümumilikdə 410 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, yerləşən bağ evinin həyətinə qanunsuz daxil olaraq oradan isə evin plastik pəncərəsini açmaq yolu ilə içəri daxil olaraq evdən hər metrəsi 1 manat olmaqla ümumilkdə 400 manat dəyərində 400 metr uzunluğunda 4 top 25 mm-lik elektrik naqillərini ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 400 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozu 5-ci döngədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qapının kilidini sindirma yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 600 manat dəyərində “ECA” markalı kombini, 1 ədəd 100 manat dəyərində su nasosunu, 100 manat dəyərində təmir alətləri dəstini ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində X6 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən 1 mərtəbəli yarım tikili evinin həyətinə qanunsuz daxil olaraq oradan isə evin zirzəmisinin plastik nəfəsliyini yerindən çıxarma yolu ilə içəri daxil olaraq evdən hər metrəsi 2 manat olmaqla ümumilkdə 2000 manat dəyərində 2000 metr uzunluğunda 4 mm-lik elektrik naqillərini, hər metrəsi 2 manat olmaqla ümumilkdə 200 manat dəyərində 100 metr uzunluğunda 25-lik istilik borusunu, ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 2200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən bağ evinin həyətinə qanunsuz daxil olaraq oradan isə evin dəmir qapısının sındırmaq yolu içəri daxil olaraq evdən 1 ədəd 200 manat dəyərində taxta kəsən aparatı, 1 ədəd dəyəri 200 manat olan “bosh” markalı laqondanı, 1 ədəd dəyəri 100 manat olan “termet” markalı su qızdırıcısını, 1 ədəd dəyəri 200 manat olan su motorunu ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, yerləşən yeni tikili evinin həyətinə qanunsuz daxil olaraq oradan isə evin plastik pəncərəsini açmaq yolu ilə içəri daxil olaraq evdən hər metrəsi 1 manat olmaqla ümumilkdə 2500 manat dəyərində 2500 metr uzunluğunda 25 mm-lik elektrik naqillərini, 1 ədəd dəyəri 100 manat olan direli, 1 ədəd dəyəri, 175 manat olan lazeri, 1 ədəd dəyəri 100 manat olan laqondanı, 1 ədəd dəyəri, 100 manat olan pereforatoru, 1 ədəd dəyəri 75 manat olan şurupoverti, 1 ədəd dəyəri 100 manat olan qaldırıcını ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 3100 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən bağ evinin həyətinə qanunsuz daxil olaraq oradan isə zirzəmisinə açılan evin taxta nəfəsliyi sındıraraq evə daxil olaraq evdə olan 300 manat dəyərində televizoru oğurlamağa cəht etmiş, lakin iradəsində asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək oradan uzaqlaşmışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən bağ evinin hasarından keçmə yolu ilə evin həyətinə qanunsuz daxil olaraq həyətdəki hamamın açıq olan plastik qapısını açma yolu ilə içəri daxil olaraq oradan 1 ədəd ağ rəngli “İndesit” markalı 6 kq tutumlu 160 manat dəyərində paltaryuyanı həyətdən tapdığı araba vasitəsi ilə həyətin qapısını açaraq küçəyə çıxararaq kənrada gizlətmiş və digər əşyaları oğurlamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 çağıraraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Türkan qəsəbəsi, Üzümçülük savxozunda yerləşən bağ evinin həyətinə yenidən açıq olan qapıdan qanunsuz olaraq, oradan isə evin içindəki hamamın nəfəsliyinin şüşəsini sındırmaqla evin içinə daxil olaraq evdən 1 ədəd 100 manat dəyərində qara-qəhvəyi rəngli musiqi aləti olan qitaranı, hər birinin dəyəri, 37,5 manat olmaqla ümumilikdə 150 manat dəyərində, 4 ədəd tv tənzimləyici adaptorları ələ keçirərək zərəçəkmiş şəxsə ümumilikdə 410 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, 16 may 2022-ci il tarixdə saat 22 radələrində, tanışı Təqsirləndirilən şəxs1 Xəzər rayonu Türkan qəsəbəsində yaşayan qohumunu evində suvaq işləri görmək üçün oraya gələrkən Cavid də orad olmuşdur. Həmin vaxt Cavid kəndə gedəcəyini deyərk həmin evdən çıxdından təxminən 1 saat sonra yəni 01 radələrində yenidən onun yanına qayıdaraq ona demişdir ki, yaxınlıqdakı evdən paltaryuyanı oğurlayıb gızlədib, qalan əşyalarıda oğurlamaq üçün onun köməyi lazımdır. O, etiraz etməyrək Cavidlə birlikdə oğurluq etdiyi evə getmiş, onlar açıq olan qapıdan həyət daxil olandan Cavid ona demişdir ki, o gözləsin özü isə girib əşyaları ona versin birlikdə aparıb satsınlar. Beləliklə o həyətdə gözləmiş, Cavid isə pilləkən vasitəsi ilə evə daxil olub pəncərədən 4 ədəd tv tənzimləyicini və 1 ədəd qitaranı ona verdikdən sonra evə girdiyi yerdən çıxıb onun yanına gəlmiş, sonra həmin əşyaları Cavidin əvvəllcədən götürdüyü paltaryuyanla birlikdə həyətdən çıxarıb onları çağırdıqları tanımadığı taksi ilə yaşadıqları Maştağa qəsəbəsinə gətirib Cavidin həyətinə qoymuşlar. Həmin əşyalardan 4 ədəd tv tənzimləyicini yoxlayıb işləmədiklərini bildikdən sonra onları zibilliyə atimışlar. Daha sonra polis tərəfindən saxlanılmışlar və qalan əşyaları polis əməkdaşalrına təqdim etmişlər. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində oğurluq etmək üçün Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində məhəllələrin arası ilə gəzən zaman yolun kənarında işıqları yanmayan hasarlı həyət evini görmüş, hasardan boylanaraq evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanaraq evə yaxınlaşmış, evin sağ tərəfində yerləşən plastik pəncərəni üzərində gətirdiyi dəmir parçası ilə itələyib açdıqdan sonra oradan içəri daxil olub evdə axtarış aparsa da heçnə tapa bilməmiş, lakin orada 4 top elektrik naqilini görüb həmin naqilləri götürüb evdən çıxıb getmişdir. Sonra yoldan taksi vasitəsi ilə yaşadığı Maştağa qəsəbəsinə getmiş, evlərinin yaxınlığında həmin naqilləri əridib misini çıxardıqdan sonra səhəri gün metal qəbul edən tanımadığı şəxsə özünə məxsus olduğunu bildirrək 30 manata satmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə yenidən oğurluq etmək məqdəsi ilə Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük savxozuna gedib oğurluq etmək üçün münasib ev axtararkən təxminən saat 03 radələrində həyət darvazası qıfılla bağlı olan evi görüb qıfılı sındıraraq qapını açıb həyətə daxil olmuş, evin divarına bərkidilmiş kombi üçün istifafə olunan taxtadan hazırlanmış yerin qapısını açmış, sonra həyətdə olan anbar kimi yerə daxil olaraq orada olan təmir alətləri dəstini götürüb yenidən bu alətlər vasitəsi ilə kombinin və altında olan su nasosunun borularını kəsərək yerindən çıxarıb götürərək həyətdən çıxarıb əoylun kənarına gətirib səhərin açılmasını gözləmiş, saat 08 radələrində yoldan keçən tanımadığı taksi onları Sabunçu bazarına aparıb orada ümumilikdə 135 manata tanımadığı şəxsə özünün əşyaları olduğunu bildirərək satmışdır. Bundan başqa, xx.xx.2022-ci il saat 23 radələrində yenidən Xəzər rayonu Türkan qəsəbəsinə gələrək həmin həyətə hasarı aşaraq daxil olduqdan sonra evin alt hissəsində yerləşən zirzəminin plastik nəfəsliyini dirsəyi vasitəsi ilə itələyib yerindən çıxardaraq oradan zirzəmiyə daxil olmuş və orada axtarış aparmış, divara çəkilmiş elektrik naqillərini görüb həmin naqilləri söküb yerindən çıxartmışdır. Daha sonra yerdə olan su borusunu görüb onu da götürdükdən sonra zirzəminin dəmir qapısını açaraq həyətə çıxmış, naqillərini evin qarşısında yandırb əridib mislərini yolun kənarında gizlətdikdən sonra həmin ərazidə yaşayan qohumunun evinə gedib orada gecələmiş, səhəri gün həmin naqilləri və borunu metal qəbul edən tanımadığı şəxslərə özünə məxsus olduqlarını bildirərək 25 manata satmışdır. Bundan başqa, xx.xx.2022-ci il yenidən oğurluq məqsədi ilə Xəzər rayonu Türkan qəsəbəsinə getmiş, təxminən saat 23 radələrində yolun kənarında işıqları yanmayan hasarlı həyət evini görüb hər zamankı kimi hasardan boylanaraq evdə heç kimin olmadığından əmin olduqdan sonra hasardan həyətə tullanmışdır və evə yaxınlaşaraq evin yanında olan 1 ədəd su qızdırıcını və altında da su nasosunu görmüş, onları üzərində gətirdiyi əl mişarı ilə boruları kəsməklə söküb həyətə qoymuş, daha sonra üzərində olan dəmir parçası ilə evin dəmir qəpısının kilidini sındırıb içəri daxil olub axtarış aparmış və evdə olan otqların birində olan 1 ədəd laqondanı götürüb evdən çıxmış, həyətə qoyduğu su qızdırıcı və su nasosunu da götürüb qapını açaraq həyətdən çıxmışdır. Onları yol kənarından taksi saxladıb yaşadığı Maşdağa qəsəbəsinə getmiş, gecəni evdə qaldıqdan sonra səhəri gün həmin əşyaları Sabunçu bazarına aparıb orada tanımadığı şəxsə özünə məxsus olduqlarını bildirərək ümumilikdə 150 manata satmışdır. Bundan başqa, xx.xx.2022-ci il yenidən oğurluq məqsədi ilə Xəzər rayonu Türkan qəsəbəsinə gedərək təxminən saat 23 radələrində yolun kənarında işıqları yanmayan hasarlı həyət evini görüb hər zamankı kimi hasardan boylanaraq evdə heçkimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanıb evə yaxınlaşdıqda evdə təmir işləri aparıldığını və yaşayış olmadığını görmüşdür. Sonra evin arxa tərəfindəki pəncərəni açaraq evə daxil olmuş, evin divarındaki naqilləri görüb onları yerindən sökmüş, daha sonra orada olan 1 ədəd laqondanı, 1 ədəd direli, 1 ədəd lazeri, 1 ədəd pereparatoru, 1 ədəd qaldırıcını və 1 ədəd adını bilmədiyi əşyanı götürüb saat təxminən 05 radələrinədək evdə gözləmiş, sonra ora çağırdığı taksi ilə götürdüyü əşyaları Sabunçu bazarına aparıb orada hamısını tanımalığı şəxsə özünün olduğunu bildirərək ümumilikdə 120 manata satmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə gecə saatlarına oğurladığı 1 ədəd laqondanı, 1 ədəd direli, 1 ədəd lazeri, 1 ədəd pereparatoru, 1 ədəd qaldırıcını və 1 ədəd adını bilmədiyi əşyanı Sabunçu bazarında satarkən orada televizorun daha asan və yaxşı qiymət satıldığını eşidib bildikdən sonra Türkan qəsəbəsindəki evlərdən birindən məhz televizor oğurlamaq məqsədi ilə saat 08 radələrində həmin qəsəbədə Üzümçülük savxozuna gedib ətrafa baxaraq oğurluq etmək üçün münasib ev axtarmağa başlamış və orada həyətində çoxlu ağac olan evi görüb həyətinə boylanaraq orada heç kim olmadığından əmin olduqdan sonra həyətə hasardan keçərək daxil olmuşdur. Daha sonra evə yaxınlaşmış və evin alt hissəsindəki taxta nəfəsliyi itələyib sındıraraq açıb onun qabağındakı toru cırmışdır ki, evdə olan televizoru oğurlayıb aparıb satsın. Lakin bu zaman küçədən kiminsə gəldiyini eşidib tez həyətin digər tərəfindən qaçaraq getmişdir. Bundan başqa, xx.xx.2022-ci il o, Xəzər rayonu Türkan qəsəbəsində yaşayan qohumunun evində olan zaman oraya gələn tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət zamanı sonuncu həmin evə suvaq vuracağını bildirmişdir. O, Xəyala kəndə gedib gədəcəyini bildirib evdən çıxaraq ətrafa oğurluq etmək məqsədi ilə baxan zaman təxminən saat 23 radələrində işıqları yanmayan bir ev görmüşdür. O, yenə həmişəki kimi hasardan boylanaraq evdə heçkimin olmadığına əmin olduqdan sonra hasardan həyətə tullanıb orada yerləşən otaq kimi tikilyiə yaxınlaşmış və içərisində paltaryuyan maşını olduğunu görmüşdür. Həmin pltaryuyanı götürüb əhytdə olan əl arabasına yükləyib kənarda yığılan daşların yanında gizlətdikdən sonra , qohumunu evinə qayıdıb Xəyala paltaryuyanı oğurlayıb gizlətdiyini xəbər verərək evdəki digər əşyaları götürmək üçün köməkliyini istəmişdir. Xəyal onunla razılaşmış, birlikdə həmin evə getdikdən sonra onu tapşırığ ilə həyətdə gözləmiş, o isə nərdivan vasitəsi ilə divara qalxıb hamam otağının nəfəsliyinin şüşəsini sındıraraq içəri daxil omluş, orada olan otaqların birində masanın üzərində olan 4 ədəd tv tənzimləyicini, 1 ədəd qıtaranı götürüb pəncərədən Xəyala vermiş, özü evə daxil olduğu yerdən çıxıb Xəyalla birlikdə sonuncuya verdiyi əşyaları əvvəlcədən özü götürüb gizlətdiyi paltaryuyanı yanına qoymuş, daha sonra sifariş etdiyi taksi ilə oğurladığı əşyaları Maşdağa qəsəbəsində yerləşən evinə aparmışlar. Orada 4 ədəd tv tənzimləyicini yoxlayıb işləmədiyini biləndən sonra onları zibilliyə atmışlar. Digər əşyaları isə həmin hadisədən az sonra polis tərəfindən saxlanılarkən təqdim etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Xəzər rayonuTürkan qəsəbəsi Üzümçülük savxozunda yerləşən. Yeni inşa etdirdyivə yaaşyış olmayan bağ evinə gələrkən həyətin qapısının açıq olduğunu görüb dərhal həyətə daxil olaraq oradakı hamamın qapısının açıq olduğunu və evin nəfəsliyinin sındırıldığını da görmüşdür. Hamama daxil olduqda orada olan 500 manat dəyərindəki “İndesit” markalı paltaryuyanın yerində olmadığını, evə daxil olduqda isə əşyalarını dağınıq vəziyyətdə olduğunu və masanın üzərində olan hər birinin dəyəri 37,5 manat olmaqla ümumilikdə 150 manat olan 4 ədəd tv tənzimləyicisinin və 200 manat dəyərində olan qitaranın yerində olmadığını görmüşdür. On görə də DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Göstərilən əşəyalarının oğurlanması nəticəsində ona ümumilikdə 850 manat dəyərində ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, özünün istifadə etdiyi təmir alətlərini qohumuna məxsus Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük savxozunda yerləşən bağ evində saxlayır və həmin ünvana mütəmadi olaraq gedib gəlir. xx.xx.2022-ci il tarixdə o, həmin ünvana gedib baş çəkdikdən sonra yaşadığı evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə növbəti dəfə həmin ünvana gedən zaman görmüşdür ki, evin qapısı açıqdır. O, dərhal evədaxil olmuş evin içində olan 1 ədəd 200 manat dəyərində taxta kəsən aparatı, 1 ədəd dəyəri 200 manat olan “bosh” markalı laqondanı, 1 ədəd dəyəri 100 manat olan “termet” markalı su qızdırıcısını, 1 ədəd dəyəri 200 manat olan su motorunu yerində olmadığını görüb dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 700 manat dəyərində ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, ünvan 3 ünvanda təmir işləri aparıldığı üçün mütəmadi olaraq gedib gəlir. xx.xx.2022-ci il tarixdə bağ evinə gedib baş çəkdikdən sonra yaşadığı evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə növbəti dəfə həmin ünvana gedən zaman evin 1-ci mərtəbəsinin plastik pəncərəsi açıq olduğunu aşkar edib dərhal evə daxil olarkən görmüşdür ki, plastik pəncərənin petləsi sınıb, içəridə olmuş hər metrəsi 1 manat olmaqla ümumilkdə 2500 manat dəyərində 2500 metr uzunluğunda 25 mm-lik elektrik naqilləri, 1 ədəd dəyəri 100 manat olan direli, 1 ədəd dəyəri 175 manat olan lazeri, 1 ədəd dəyəri 100 manat olan laqondanı, 1 ədəd dəyəri, 100 manat olan pereforatoru, 1 ədəd dəyəri 75 manat olan şurupoverti, 1 ədəd dəyəri 100 manat olan qaldırıcı oğurlanmışdır. O, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Qeyd olunan əşyalarını oğurlanması nəticəsində ona cəmi 3100 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, onun Xəzər rayonu Türkan qəsəbəsi, üzümçülük savxozunda yerləşən təmirsiz bağ evi vardır və həmin ünvana mütəmadi olaraq gedib gəlir. xx.xx.2022-ci il tarixdə oraya gedib baş çəkdikdən sonra yaşadığı evə qayıtdıqdan sonra növbəti dəfə xx.xx.2022-ci il tarixdə həmin evə getmiş və bu zaman görmüşdür ki, evin plastik pəncərəsi açıqdır və dərhal evə daxil olaraq evdə olan hər metrəsi 1 manat olmaqla ümumilkdə 400 manat dəyərində 400 metr uzunluğunda 4 top 25 mm-lik elektrik naqillərinin, 400 manat dəyərində müsiqi mərkəzinin və 1 ədəd dəyəri 200 manat olan internet ruterinin yerində olmadığını görmüşdür. O dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-nəərizə ilə müraciət etmişdir. Daha sonra yenidən həmin ünvana ailəsi ilə birlikdə gedən zaman musiqi mərkəzinin və internet ruterinin pilləkəınlərin altında olduğunu görmüşdür. Beləltklə də onun eindən yalnız 400 manat djəyərində naqilərinin oğurladığına görə ona məhz həmin məbləğdə ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X9 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yeləşən və yaşayış olmayan bağ evinə gedən zaman görmüşdür ki, evin altında olan zirzəminin plastik nəfəsliyi yerindən sökülərək çıxarılmışdır. O, dərhal evə daxil olub baxan zaman görmüşdür ki, bir müddət əvvəl alaraq divarlara çəkdirdiyi hər metrəsi 2 manat olmaqla ümumilkdə 2000 manat dəyərində 2000 metr uzunluğunda 4 mm-lik elektrik naqilləri, hər metrəsi 2 manat olmaqla ümumilkdə 200 manat dəyərində 100 metr uzunluğunda 25-lik istilik borusu yerində yoxdur. Ona görə də dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları baxış keçirdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-nəərizə ilə müraciət etmişdir. Göstərilən əmlaklarının oğurlanması nəticəsində ona cəmi 2200 manat dəyərində ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında növbəti dəfə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Üzümçülük sovxozunda yerləşən bağ evinə gələrkən həyətin darvaza qapısına əvvəldən bağladığı qıfılın sındırılaraq açıldığını, həyətə girəndə isə evin yanında divara birləşdirilən 1 ədə 28dik ECA markalı kombi istilik sisteminin, onun altında olan 1 ədəd su nasososunu həyətdəki anbara baxarkən oradan da açar dəstinin yerində olmadığını görüb bununla da həmin əşyalarının oğurlandığını başa düşərək dərhal sonra mən DİN-nin 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Az sonra evinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər və o oğurluq barədə Xəzər RPi-nin 1-ci PŞ-nə ərizə vermişdir. Oğurlanan kombinin qiyməti 600 manat, su nasosunun qiyməti 100 manat, açar dəstinin qiyməti 100 manat olmaqla onların oğurlanması nəticəsində ona cəmi 800 manat dəyərində maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ailəsi ilə birlikdə yaşadığı və ünvanı anket məlumatlarında göstərilən evindən başqa, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük massivində də, bağ evi vardır və vaxtaşırı həmin bağ evinə gəlib vəziyyətinə nəzarət edir. xx.xx.2022-ci il tarixdə növbəti dəfə oraya gələrkən görmüşdür ki, evin zirzəmisinin kiçik taxta pəncərəsi açılmış, pəncərənin toru cırılmışdır. O, evə girəndən sonra əşyaların yerində olduğunu, heç bir əmlakının oğurlanmadığını görsə də, başa düşmüşdür ki, kim isə evindən oğurluğa cəhd etmiş, lakin hansısa səbəbdən bu oğurluğu başa çatdıra bilməmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə evimdən oğurluğa cəhd edilməsi barədə məlumat vermiş. Az sonra evinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər və bundan sona isə 102 xidmətinə verdiyi məlumatın məzmununda ərizə ilə Xəzər RPi-nin 1-ci PŞ-nə eyni məzmunlu ərizə vermişdir. Evinin zirzəmisində 1 ədə 300 manat dəyəri olan plazma modelli televizolru və qiymətlərini bilmədiy müxtəlif təsərrüfat-məişət təyinatlı əşyaları olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3837 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim edilmiş malların istifadədə olması nəzərə alınaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə mümumi dəyəri təxminən 260 manat müəyyən olunur. O, cümlədən: -1 ədəd ağ rəngli İndesit markalı 6 KQ tutumlu paltartuyan-160.00 manat -1 ədəd qara-qəhvəyi rəngli musiqi aləti gitara-100.00 manat. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş Həsənov X4 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 çəkilməmiş cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 cəzası 06 ildən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 02 ay 02 gün müddətindən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş Abasov X7 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş 21 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən 21 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd olunan xüsusatları əl işarələri ilə göstərərək fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş 23 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən 23 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsi yenidən ittiham etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİnin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən 23 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 21 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən 21 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan xüsusatları əl işarələri ilə göstərərək fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş 23 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən 23 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsi yenidən ittiham etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİnin müstəntiqi, polis kapitanı Ruhan Adilbəyli tərəfindən 23 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödəməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin resivini müəyyən etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 cəzası 06 ildən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 02 ay 02 gün müddətindən vaxtından əvvəl şərti azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən altı il müddət keçmədiyindən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 01 ədəd 6 kq tutumlu “İndesit” markalı ağ rəngli paltaryuyan və 01 ədəd qara-qəhvəyi rəngli musiqi aləti olan gitaranın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd 6 kq tutumlu “İndesit” markalı ağ rəngli paltaryuyan və 01 ədəd qara-qəhvəyi rəngli musiqi aləti olan gitaranın Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın . İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, ümumilikdə 108 (bir yüz səkkiz) manat pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, ümumilikdə 108 (bir yüz səkkiz) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-380/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-380/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver