Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-380/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Qurumba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus daş karxanasında olan transformatordan daş kəsən cihazlara çəkilmiş bir metrinin dəyəri 5 manat olan 300 metr uzunluğunda elektrik naqilini kəsmə üsulu ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 13 oktyabr 2023-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus daş karxanasında olan transformatordan daş kəsən cihazlara çəkilmiş bir metrinin dəyəri 5 manat olan 800 metr uzunluğunda 4.000 (dörd min) manat məbləğində elektrik naqilini, 15 oktyabr 2023-cü il tarixdə isə saat 02 radələrində eyni ünvanda yerləşən transformatordan daş kəsən cihazlara çəkilmiş bir metrinin dəyəri 5 manat olan 480 metr uzunluğunda 2.400 (iki min dörd yüz) manat məbləğində elektrik naqilini kəsmə üsulu ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 6.400 (altı min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. O, təkrarən ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talama məqsədi ilə 26 oktyabr 2023- cü il tarixdə 02:30 radələrində "xxxx" ASC-nin balansında olan X6 və Satışı İdarəsinin Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 141-1 saylı transformator məntəqəsindən qidalanan əhali sektoruna xidmət edən bir metrinin dəyəri 4 manat 37 qəpik olan 320 metr uzunluğunda (4x50) SİP kabel xəttini kəsmə üsulu ilə gizli olaraq talayıb "xxxx" ASC-nə ümumilikdə 1.398 (min üç yüz doqsan səkkiz) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən, o, ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talama məqsədi ilə 14 noyabr 2023- cü il tarixdə, gecə saatlarında "xxxx" ASC-nin balansında olan X6 və Satışı İdarəsinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 486 saylı transformator məntəqəsindən qidalanan əhali sektoruna xidmət edən bir metrinin dəyəri 4 manat 37 qəpik olan 200 metr uzunluğunda (4x50) SİP kabel xəttini kəsmə üsulu ilə gizli olaraq talayıb "xxxx" ASC-nə Ümumilikdə 874 (səkkiz yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər də oğurluq etdiyinə görə məhkum edilmişdir. Lakin 2021-ci ildə cəzasını çəkib qurtarmışdır. 2023-cü ilin oktyabrnoyabr aylarında rayonda olmuşdur. Bakıya qayıtdıqdan sonra bağ evlərində fəhlə kimi işləmişdir. Sonra polis əməkdaşları onu tutub polis şöbəsinə gətirmişlər. Ona fiziki və psixoloji təzyiqlər edidiyindən ibtidai istintaq zamanı oğurluq hadisələrini törətdiyini demişdir. Lakin o, oğurluq hadisələrini törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində daş karxanası işlədir və uzun illərdir ki, həmin işlə məşğul olur. Orada işləyən fəhlələrin qalması üçün balaca dam tikmişdir və işçilər orada qalırlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında fəhlələr üçün yemək aparmışdır. Ora çatdıqdan sonra əraziyə nəzər yetirmiş və bu zaman aşkar etmişdir ki, elekrik transformatorundan daş karxanasındakı cihazlara çəkilmiş elektrik naqili kəsilərək oğurlanmışdır. Bundan sonra DN-in “102” zəng mərkəzi xidmətinə zəng vurub məlumat vermişdir. Təxmini hesablama apardıqdan sonra məlum olmuşdur ki, işlətdiyi daş karxanasında ona məxsus bir metrinin dəyəri 5 manat olan 300 metr uzunluğunda elektrik naqili kəsilərən oğurlanmışdır və oğulruq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat maddi siyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində daş karxanası işlədir və uzun illərdir ki, həmin işlə məşğul olur. xx.xx.2023-cü il tarixdə səhət saatlarında həmin daş karxanasına getmiş və işə başlayarkən karxanadakı mühərriki işə salmaq istəmiş, lakin mühərrik işə düşməmişdir. Bu zaman ətrafa nəzər yetirmiş və aşkar etmişdir ki, transformatordan mühərrikə qədər çəkilmiş elektrik naqili gecə saatlarında kəsilərək oğurlanmışdır. Dərhal DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edib məlumat vermiş və polis əməkdaşları tərəfindən ilkin araşdırma aparılmışdır. Sonradan müəyyən etmşdir ki, oradan bir metrinin dəyəri 5 manat olan 800 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Bundan başqa iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə gecə saatlarında yenidən həmin daş karxanasında həmin elektrik naqilindən 480 metr uzunluğunda oğurlandığını aşkar etmişdir. Yenə də bu barədə DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edib məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyan 4.000 manat, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində isə 2.400 manat təşkil edir, ümumilikdə isə ona 6.400 manat maddi ziyan dəymişdir. Əlavə olaraq onuda qeyd etmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında idarənin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar massivi ərazisində yerləşən "xxxx" ASC-nin balansında olan 141-1 saylı transformator məntəqəsindən qidalanan əhali sektoruna xidmət edən (4x50) SİP kabel xəttinin oğurlanması aşkar edilmişdir. Dərhal əməkdaşlar həmin əraziyə getmiş və orada müəyyən edilmişdir ki, oğurluq hadisəsi nəticəsində bir metrinin dəyəri 4 manat 37 qəpik olan Ümumilikdə 320 metr uzunluğunda (4x50) SİP kabel xətti kəsilərək oğurlanmışdır. Bu barədə idarənin rəhbərliyi tərəfindən rəsmi olaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə məlumat verilmiş və apardırma aparılmasına başlanılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə də Zirə qəsəbə sakini tərəfindən idarəyə elektrik enerjisinin olmaması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməkdaşlar ərazidə araşdırma aparmış və nəticədə məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağlar massivi ərazisində yerləşən "xxxx" ASC-nin balansında olan 486 saylı transformator məntəqəsindən qidalanan əhali sektoruna xidmət edən (4x50) SİP kabel xətti kəsilərək oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində bir metrinin dəyəri 4 manat 37 qəpik olan ümumilikdə 200 metr uzunluğunda (4x50) SİP kabel xəttinin kəsilərək oğurlanması müəyyən olunmuşdur. Bu barədə də idarənin rəhbərliyi tərəfindən rəsmi olaraq Xəzər RPİ-nin 1-ci PŞ- nə məlumat verilmiş və apardırma aparılmasına başlanılmışdır. xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" ASC-nə dəymiş maddi ziyan 1.398 manat 40 qəpik, xx.xx.2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində isə 874 manat təşkil edir, ümumilikdə isə "Azərişıq” ASC-nə 2.272 manat 40 qəpik maddi ziyan dəymişdir. Maddi ziyan bu günədək ödənilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, təxminən 3-4 il olar ki, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində fərdi əməklə, yəni metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olur. Metalǝritmə zavodlarından gəlib topladığı metalları ondan alıb zavoda əridilməsi üçün aparırlar. Əvvəllər tanımadığı, lakin sonradan adını Zamin kimi bildiyi şəxs 2023-cü ilin oktyabr və noyabr ayları ərzində ona bir neçə dəfə elektrik naqillərini əridilmiş halda gətirib satmışdır. O, da tərəzidə çəkib çəkisinə uyğun ona pul vermişdir. Təqsirləndirilən şəxs ona satdığı metalların oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Zamin ilk dəfə 2023-cü ilin oktyabr ayının təxminən əvvəllərində ona əridilmiş alüminium metal gətirəndə bildirmişdir ki, özünə məxsus parniki var, hazırda isə işləmir, ona görə naqillərini satır, bundan sonra yenə də gətirəcəyini ona bildirmişdir. Ondan nəyə görə elektik naqillərini əridilmiş halda gətirdiyini soruşduqda Zamin bildirmişdir ki, parnikinin yanında açıq havada şəraiti var, orada rahat yandırıb gətirir ki, təmiz çəkisi bilinsin. Təqsirləndirilən şəxs metalları ona satmaq üçün gətirəndə hazırda qeydiyyat nömrəsini xatırlamadığı qara rəngli "Toyota Prius" markalı avtomobillə gətirdiyini, bildiyinə görə həmin avtomobil taksi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona əsasən alüminium elektrik naqillərini əridilmiş halda gətirib satmışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, avtomobil icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olur. Axşam saatlarında evdən çıxıb səhər saat 8-9-dək işləyib sonra evə gəlir, gündüz vaxtlarında evdə dincəlir. 2023-cü ilin oktyabr ayının əvvəllərində gecə saatlarında “Koroğlu” metro stansiyasının yaxınlığından müştəri götürüb Xəzər rayonu, Türkan qəsəbəsinə aparmışdır. Oradan qayıdanda yolun kənarında bir nəfər əl işarəsi ilə onu saxlatdırmış və həyətində yükü olduğunu bildirmişdir. Ondan hara gedəcəyini soruşmuş və o, bildirmişdir ki, Sabunçu rayonu, Ramana qəsəbəsinə aparacaq. Onunla gediş haqqını 30 manata razılaşmış və həmin şəxs onun avtomobilinə minib göstərdiyi ünvana getmişlər. Özü avtomobildən düşməmiş, həmin şəxs hissə-hissə yükü avtomobilin yük yerinə yükləmiş və yola düşmüşlər. Yolda nə apardığını soruşanda, həmin şəxs ona bildirmişdir ki, Türkan qəsəbəsində əvvəllər istixana işlətmiş, indi isə işləmədiyindən maddi vəziyyəti yaxşı olmadığına görə kabellərini əridib satır. Ondan bəs nəyə görə gecə saatlarında apardığını soruşanda ona bildirmişdir ki, "mən onları gecə saatlarında yandırıram, çünki gündüzlər yandıranda tüstüsü evlərə tərəf gedir və sakinlər narazılıq edirlər, ona görə gecə yandırıb elə gecə də aparıb satıram". Beləliklə onlar Ramana qəsəbəsinə getmiş, artıq səhər açılmışdır, qəsəbənin mərkəzi küçəsində yolun kənarında metal qəbulu məntəqəsinin qarşısında onu saxlatdırmış, orada yükü boşaldıb satmış və ona 30 manat yol pulu verdikdən sonra ondan mobil nömrəsini istəmiş və bildirmişdir ki, adı Zamindir, gələcəkdə lazım olarsa zəng vurub onu çağırar. İki gündən sonra gecə saatlarında Ramana qəsəbəsində işdə olduğu zaman dayanacaqda müştəri gözləmişdir. Zamin ona zəng vurub yenə də Ramana qəsəbəsinə yük aparmaq üçün Türkan qəsəbəsinə gəlməyini bildirmişdir, Faiq də ona bildirmişdir ki, "mən burdan ora gəlib qayıtmağıma 50 manat verərsən". Zamin onunla razılaşmış və Faiq yenə də Türkan qəsəbəsinə əvvəl yük götürdüyü ünvana getmişdir. Əvvəlki kimi Zamin yükü onun avtomobilinə yükləmiş, həmin metal qəbulu məntəqəsinə getmişlər, Zamin orada əridilmiş metalları satmış və ona 50 manat yol pulu vermişdir. Beləliklə Zamin o vaxtdan sonra bir dəfə də oktyabr ayının axırlarında və bir dəfə də noyabr ayının təxminən ortalarında eyni qaydada ona zəng vurub çağırdığını və yenə də ondan 50 manat yol pulu alaraq yükünü eyni metal qəbulu məntəqəsinə apardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus daş karxanasında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus daş karxanasında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus daş karxanasında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahə adlanan ərazidə yerləşən "xxxx" ASCnin 141-1 saylı transformator məntəqəsindən qidalanan əhali sektoruna xidmət edən 320 metr uzunluğunda (4x50) SİP kabel xəttininin oğurlanması hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Maddi sübutların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus transformatorlardan oğurladığı və Ramana qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə satdığı eletkrik naqilləri maddi sübut kimi götürüldü; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi ünvanlara aparılmışdır. Bu zaman o, xx.xx.2023-cü il tarixində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasından, xx.xx.2023-cü il tarixində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasından, xx.xx.2023-cü il tarixində yenə Türkan qəsəbəsi ərazisində yerləşən həmin daş karxanadan, xx.xx.2023-cü il tarixində Türkan qəsəbəsi ərazisində yerləşən bağ massində elektrik dirəklərindən və xx.xx.2023-cü il tarixində Zirə qəsəbəsi ərazisində bağ massivində yerləşən elektrik dirəklərindən etdiyi oğurluq yerlərini göstərmişdir; Protokol iştirakçılara oxunmuş, əlavə və düzəlişlər daxil olmamış və Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokola əlavə edilmiş foroşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi ünvanları və yerləri dəqiqliklə göstərmişdir; - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasından, xx.xx.2023-cü il tarixində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasından, xx.xx.2023-cü il tarixində yenə Türkan qəsəbəsi ərazisində yerləşən həmin daş karxanadan, xx.xx.2023-cü il tarixində Türkan qəsəbəsi ərazisində yerləşən bağ massində elektrik dirəklərindən və xx.xx.2023-cü il tarixində Zirə qəsəbəsi ərazisində bağ massivində yerləşən elektrik dirəklərindən kəsərək oğurladığını etiraf etmiş və “sözlərimlə düz yazılıb, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır; - Məhkəmə əmətəşünaslıq ekspertizanın xx.xx.2024- cü il tarixli 9/9695 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində tədqim edilən alüminium əsaslı elektrik naqil nümunələrinin istifadədə olması nəzərə alınmaqla 1 metrinin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd üzəri izolyasiyalı, hər birinin uzunluğu 60 sm, diametri 11 mm, 7 jilalı, hər jilası 3 mm, üzərində markalanma göstəriciləri olmayan alüminium əsaslı elektrik naqili - 3,00 manat; Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd üzəri izolyasiyalı, uzunluğu 77 sm, diametri 11 mm, 7 jilali, hər jilasi 3 mm olan, üzərində markalanma göstəricisi olmayan alüminium əsaslı elektrik naqili - 2,00 manat; "Azərişıq” ASC-nə məxsus 02 ədəd üzəri izolyasiyalı, hər birinin uzunluğu 30 və 28 sm olan, diametri 10 mm, 7 jilali, hər jilası 2 mm, üzərində markalanma göstəricisi olmayan amüminium əsaslı elektrik naqili - 1,5 manat olması müəyyən edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-2-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2021-cı il tarixli qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2, 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrarən, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə və xeyli miqdarda törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “8 Noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının: - 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilsinlər; - 7-ci hissəsinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilməsi ilə bağlı olaraq, həmin Qərarın 7-ci hissəsinə əsasən o, hal-hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Bu səbəbdən də onun hazırki əməlləri cinayətlərin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut olan yanmış naqil shibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi götürülmüş əridilmiş halda olan elektrik naqilləri sahiblərinə qaytarılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-380/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-380/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver