Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-380/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X11, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, nümayəndəsi və vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, evli, natamam orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri Kotec qəsəbəsi, 2-ci paralel küçəsi ev 16-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə saat 11:20 radələrində X8 məxsus olmaqla xx.xx.2025-ci il tarixli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz və istismara yararlı olan “X26” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Mərdəkan şossesinin Xəzər rayonu Binə qəsəbəsi istiqamətində olan körpünün yanndakı yol ayrıcından Binə qəsəbəsi istiqamətinə dönüb 50 km/saat sürətlə Ə.İsazədə küçəsi ilə hərəkət edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vuramamalı olduğu, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşını almağa texniki imkanı olduğu halda həmin qaydalara əməl etməmiş, yol hərəkəti qaydaları pozub mövcud şəraitdə qarşısında yolun sağ kənarında dayanmış sürücü Şahid1 idarə etdiyi “BMV" markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidmət avtomobilin və avtomobilin yanında dayanmış piyada X12 olmasını nəzərə almalı, əvvəlcədən piyada və avtomobil ilə təhlükəsiz yan məsafəsi təmin etmək üçün zəruri tədbirlər görməli olduğu halda bunlara əməl etməmiş, sağdan birici zolaq ilə hərəkət edən zaman yolun sağ hissəsində dayanıqlı vəziyyətdə olan “BMW" markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidmət avtomobilin arxa sol hissəsi ilə ehtiyatsızlıqdan toqquşmuş, daha sonra həmin patrul avtomobilinin sağ hissəsində yolun hərəkət çiynində dayanmış piyada X15 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyyatsızlıqdan vurub onun təpə-alın nahiyyəsinin əzilmiş yarası; burunun, üst dodağın, sol dirsək nahiyyəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ budun orta üçdə birinin bayır-ön səthinin sıyrıqları; sağ gözətrafı nahiyyənin, sağ budun orta üçdə birinin bayır-ön səthinin qançırları; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əzilməsi; alın-təpə sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli sınığı; ağciyərlərin kontuziyası ilə nəticələnən həyat üçün təhlükəli olan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla zərərçəkmiş şəxs X12 ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsrətlər yetirməklə, almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyninin yumşaq qişasına geniş qansızmalar nəticəsində ehtiyyatsızlıqdan yol-hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxs X12 «X37 X24» 10 aprel 2025-ci il tarixdə saat 14:00-da ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1999-cu il tarixdən başlayaraq müxtəlif avtomobillər ilə taksi sürməklə qazanc əldə edir. xx.xx.2025-ci il tarixdən “X26” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili icarə əsasında işlədir və taksi fəaliyyəti ilə məşğul olur. 10 aprel 2025-ci il tarixdə saat 10 radələrində idarə etdiyi həmin avtomobil ilə 2 nəfər qadını Binə qəsəbəsinə gətirmişdir. Bakı-Mərdəkan şossesi istiqamətindən Binə körpüsünün sağ yan hissəsi ilə saatda 50 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq sağ hissəsi ilə yolun kənarında dayanmış polis maşınının arxa hissəsi ilə toqquşmuş, sonra X16 dəymişdir. Bundan sonra avtomobili saxlayaraq yerə düşmüşdür. Sonra zərərçəkmiş şəxs X15 xəstəxanaya aparmışlar. Əhmədin xəstəxanada öldüyünü polis idarəsində olan zaman bilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölmüş X20 onun əri idi. əri X15 xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində “X26” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin vurması aldığı xəsarətlərdən Sabunçu rayon xəstəxanasında ölməsi barədə onun müdiri Namiq vasitəsilə məlumat almışdır. Təqsirləndirilən şəxslə barışmamış, ondan nşikayətçidir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 11:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində Xəzər DYPŞnə məxsus “BMW" markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidmət avtomobili ilə xidmətdə olan zaman *'Opel Combo" markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində dövlət qeydiyyat nişanının yazılmadığını, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinin tələblərini pozduğunu görüb, körpüdən düşəndən sonra təhlükəsiz ərazidə, təxminən körpüdən 250 metr aşağıda yolun sağ hissəsində avtomobilə saxla işarəsi vermişdir. “Opel Combo" markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anket məlumatlarını sonradan bildiyi X20 avtomobili yol patrul avtomobilinin qarşısında saxlamışdır. O, yaxınlaşıb, özünü təqdim eləmiş, pozduğu inzibati xətanı izah etmiş, sürücüyə inzibati protokol tərtib edəcəyini demişdir. Həmin vaxt Əhməd Rəhimov avtomobili yeni aldıqlarını bildirdib, bu səbəbdən yük hissəsində dövlət qeydiyyat nişanını qeyd olunmadığını bildirmişdir. Bundan sonra yol patrul xidməti avtomobilinə əyləşmiş, portkampyuter vasitəsilə X12 pozduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir. Həmin vaxt sürücü X20 ona əyləşdiyi tərəfdən yaxınlaşmış və ona protokol tərtib etməməyini xahiş etmişdir. O, isə Əhmədə demişdir ki, hava soyuqdur, yoldan çıx, əyləş maşına artıq protokolu tərtib etmiş və nüsxəsini təqdim edəcək. Həmin vaxt X20 ilə eyni avtomobildə əyləşən sərnişin Şahid3 maşının sağ tərəfdən qapısını açmış, əlində telefon kiminləsə danışmağını xahiş etmişdir. O, isə danışmaq istəmədiyini deyəndə, yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, “X26" markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə “BMW’’ markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin arxa hissəsinə toqquşmuş, bundan sonra idarəetməni itirib “Opel Combo" markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X15 vurmuş, sürücü yerə yıxılmışdır. O. dərhal avtomobildən düşüb, həmin vurulan şəxsə yaxınlaşmışdır, ətrafda olan şəxslərdən kömək istəmiş və təcili tibbi yardıma yığmışdır. Ziya təcili tibbi yardımın gec gələcəyini bildirib, xəstəxanaya özü aparacağını bildirmişdir. Ziya və bir nəfər tanımadığı şəxs Əhməd Rəhimovu “Opel Combo" markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə qoyub xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etdi ki, o, fəhləliklə məşğul olmaqla qazanc əldə edir, çox vaxt Binə qəsəbəsi, Ə.İsazadə küçəsində olan fəhlə bazarı adlanan yerdə dayanır. xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Binə qəsəbəsi, Ə.İsazdə küçəsində fəaliyyət göstərən fəhlə bazarı adlanan yerdə dayanan zaman səs-küy eşitmiş və camaatın toplaşdığını görmüşdür. Həmin yerdə DYPŞ-nin avtomobili də olmuşdur. O, camaatın toplaşdığı yerə yaxınlaşanda, anket məlumatlarını istintaq dövründə bildiyi X12 yerə uzandığını görüb, ona yaxınlaşmış, nəbzini yoxlamışdır. O, həmin vaxt yaşayırmış, yəni nəbzi döyünürmüş. Orada yığılan insanlar təcili tibbi yardım çağırsalarda, o, gec gələcəyini deyib Əhmədi özləri ilə xəstəxanaya çatdırmağının düzgün olduğunu bildirmişdir. Əhmədlə eyni maşında sərnişin olan Şahid3 ilə birlikdə Əhmədi qucaqlarına alıb, sonuncunun idarə etdiyi “Opel Combo” ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə qoymuş, Ziya özü sükan arxasına əyləşmiş, oda Ziyanın yanında oturmuşdur. Onlar birlikdə Mərdəkan qəsəbəsində olan 26 saylı xəstəxanaya getmiş, Əhmədi xəstəxanada düşürtmüşlər. Orada olan həkimlər ilkin tibbi yardım göstərərək təcili tibbi yardım avtomobilinə əyləşdirib, onu Sabunçu rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, 3 ay olar ki, “Korner” adlı mağazada sürücü işləyir. Adı gedən marketin sahibi Namiq adlı şəxsdir. Mağazaya aid olan etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı ** DT *** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobil xarab olduğundan, ehtiyat hissəsi alıb təmir elətdirmək üçün X6ndan xahiş etmişdir ki, birlikdə onun avtomobili ilə gedib, ehtiyat hissəsi alsınlar. O, Əhmədlə bərabər xx.xx.2025-ci il tarixdə mağazadan çıxıb Binə qəsəbəsinə yola düşmüşdür. Saat 11:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində Xəzər RPİ-nin DYPŞ-nin əməkdaşı onlara saxla işarəsi vermişdir. X6 avtomobili yolun kənarında körpüdən aşağıda saxlamışdır. DYPŞ-nin əməkdaşı idarə etdiyi yol patrul avtomobilini onların avtomobilinin arxasında saxlamışdır. O, maşına yaxınlaşmış, yük hissəsində dövlət qeydiyyat nişanının olmadığını bildirib və inzabi xəta törətdiyini demişdir. DYPŞ-nin əməkdaşı bundan sonra öz idarə etdiyi avtomobilə yaxınlaşıb oturmuşdur. Həmin vaxt X20 DYPŞ-nin yol patrul avtomobilinə sol tərəfdən yaxınlaşmış, oda maşından düşüb mağazanın sahibi olan Namiqə yığmış, onları DYPŞnin əməkdaşı saxladığını demişdir. O, maşında olan zaman DYPŞ-nin yol patrul avtomobilinə arxadan maşın çıxrpıldığını hiss etmiş, bir neçə saniyə sonra başını qaldıranda, X12 təxminən 5-10 metr qarşıya yıxıldığını görmüşdür. DYPŞ-nin avtomobilinə ‘X26” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Kənardan da şəxslər hadisə yerinə yığılmışlar. Hadisə yerinə gələn şəxslərdən biridə adını sonradan bildiyi Tural adlı şəxs olmuşdur. O, X15 təcili həkimə aparmalı olduğunu deyib, kömək etmələrini xahiş etmişdir. Tural adlı şəxslə köməkli olaraq X6nu avtomobilin yük hissəsinə qoymuş, özü sükan arxasına keçmiş, Tural isə yanında oturmuşdur. Birlikdə Mərdəkan qəsəbəsində 26 saylı xəstəxanaya getmişlər. Orada ona ilkin tibbi yardım göstərilmişdir və təcili tibbi yardım maşını ilə Əhmədi Sabunçu rayon xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə 2015-ci il buraxılışlı Toyoto Corolla markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili aramızda olan şifahi razılaşma əsasında hər hansı bir icarə müqaviləsi olmadan idarə olunması üçün Təqsirləndirilən şəxs vermişdir. Həmin avtomobil üçün İlham hər gününə 30 manat ödəməklə avtomobil sonda onun mülkiyyətinə keçəcəkdir. 10 aprel 2025-ci il tarixdə baş vermiş hadisə barədə məlumatlıdır. Həmin hadisə zaman avtomaşına dəymiş ziyanla bağlı onun heç bir iddiası şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınması haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, X20 zərərçəkmiş şəxs qismində tanınmış və ********* nömrəli cinayət işi başlamışdır; - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi ərazi avtomaşınların iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur, ikitərəfli yolu qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1,1 üfıqi nişanlama xətti ayırır, istiqamət 3, digər istiqamət 2 hərəkət zolağlna 1,5 üfiqi nişanlama xətləri bölmüşdür. Hadisə baş verən gün hava aydın, işıqlı və yağmursuz olmuşdur. Hadisə baş verən anda asfalt örtük düz, quru olmuşdur. Hadisə baş verdiyi yerdə hərəkət hissəsinin ümumi eni 13 metrdir, Toqquşma yolun sağ kənarından 1,7 metr məsafədə, piyada vurma sarı xəttdən 2,5 metr məsafədə baş vermişdir. Hərəkət üçün təhlükə anı “X26" markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Bakı-Mərdəkan şossesi istiqamətindən Binə qəsəbəsi, Ə.İsazadə küçəsinə döndükdən sonra aralarında təxminən 100 metr qalmış yaranmışdır. Hadisədən əvvəl “X26” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət surəti 50 km/saat olmuşdur. Avtomobil texniki cəhətdən saz, yüksüz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl Xəzər RPİ-nin DYPŞ-yə məxsus “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul avtomobili Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yolun sağ kənarında dayanıqlı vəziyyətdə olmuşdur; - Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, 10 aprel 2025-ci il tarixdə saat 11:20-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsi BMW markalı 990YP-240 dövlət qeydiyyat nişanlı patrul avtomobil ilə Toyota Corolla markalı **-RZ-*** dövlət qeydiyyat nişanlə avtomobil ilə toqquşmuşdur; - BC 057933 nömrəli sürücülük vəsiqəsindən aydın olur ki, Təqsirləndirilən şəxs “B, C” lkateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat" informasiya sisitemi vasitəsi ilə 2 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisinin tərtib etdiyi blankdan görünür ki, avtomobilin mülkiyyətçisi olan X1 idarə edən Şahid4 Orxan oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2035-ci il tarixədək etibarlılıq müddəti olan «X27 Hibrid» markalı ** RZ *** dövlət qeydiyyat nişanlı 2015-ci il buraxılışlı avtomobili səlahiyyətlərini digər şəxsə verilməyən etibarnamə əsasında vermişdir; - «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə 1/3376 №-li 10 aprel 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur; - «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə 1/425 №-li 10 aprel 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından müəyyən olunur ki, Rəcəbov X2 narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir; - cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə saat 18:00da şübhəli şəxs qismində tutulmuşdur; - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 12 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X39 İdarəsindən əldə olunmuş 23 aprel 2025-ci il tarixli 3-13- 16/2-80750/2025 nömrəli məktubdan görünür ki. DİN-in Baş X39i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1968-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (xx.xx.2035-ci il tarixədək etibarlı olan) BC 057933 nömrəli «B1, B, C1, C» kateqoryalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılıması ilə bağlı məlumat qeydə alınmamışdır; - zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, X18 28 aprel 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə ölmüş əri X12 hüquqi varisi qismində tanınmışdır; - məhkəmə-tibbi ekspertizasının 25 aprel 2025-ci il tarixli 62 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X12 meyitində aşkar edilmiş xəsarətlər - təpə-alın nahiyyəsinin əzilmiş yarası; burunun, üst dodağın, sol dirsək nahiyyəsinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ budun orta üçdə birinin bayır-ön səthinin sıyrıqları; sağ gözətrafı nahiyyənin, sağ budun orta üçdə birinin bayır-ön səthinin qançırları; komatoz vəziyyətlə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əzilməsi; alın-təpə sümüklərinin kəllə əsası sümüklərinə keçən qəlpəli sınığı; ağciyərlərin kontuziyası küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun X35 X31 müraciətindən əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş venniş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AGİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.Mərhum Ə.Ə.Rəhimovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş beynin əzilməsi, baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum Ə.Ə.Rəhimovun ölümü xx.xx.2025-ci ildə, saat 14:00-da X36 X28 baş vermişdir (X36 X28 tərtib olunmuş C1304 saylı xəstəlik tarixinə əsasən). Mərhum Ə.Ə.Rəhimovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəm-kimyəvi müayinə aktı № 1408K, xx.xx.2025); - 02 may 2025-ci il tarixdə tərtib olunmuş videogörüntüyə baxış keçirmə barədə protokoldan görünür ki, təqdim olunmuş bir ədəd diskin daxilində bir fayda 20 dəqiqədən ibarət yol nəqiliyyat hadisəsini əks etdirən DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən əldə olunmuş TŞ7 068 nömrəli kameradan qeydə alınmış görüntüdür. Görüntündə 30 dəqiqdəlik videonun 12 dəqiqəsi 36 saniyəsindən görünür ki, Mədəkan qəsəbəsi istiqamətindən Binə körpüsü ilə gəlib Binə qəsəbəsi Ə.lsazədə küçəsinə düşərkən BMV markalı ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin ağ rəngli opel Comba markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomobili sağxlatdırıb yolun sağ çiynində dayandırıması, həmin videonun 17-ci dəqiqəsinin 13-cii saniyəsində isə Bakı şəhəri istiqamətindən gələn Toyoto markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin YPX avtomobilinin arxa sol küncündən çırpılmasını və daha sonra isə həmin patrul xidməti avtomobilinin sükanı tərəfdən çöldə ayaq üstə dayanıb patrul əməkdaşı ilə söhbət edən qara rəngli paltarlı şəxsin, yəni Əhməd Rəhimovun vurulmasını görmək olur; - məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 08 may 2025-ci il tarixli, 8/878 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X29 markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qaununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən BMV markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərinin “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qaununun tələbləri ilə ziddiyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəktlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir; - sübutların qiymətləndirilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, TŞ və videoqeydedici kameraların videogörüntüləri köçürülmüş 01 ədəd disk və diskə baxış protokolu cinayət işi üzrə maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır; -20 may 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07 iyul 2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutulduğu müddət cəzasına hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs olunmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), 128 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına hesablansın və üzərində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X25 tərəfindən sərf etdiyi vaxta görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X21 tərəfindən sərf etdiyi 12 saata görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-380/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-380/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver