Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-381/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə saat 02 radələrində yaşayış evi olan Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Aqroprom bağlar massivi 16-cı döngədə yerləşən bağ evinə qapının kilidini sındırma yolu ilə qanunsuz daxil olub evdən 01 ədəd 850 manat dəyərində “Optimal” markalı kombi aparatını, 01 ədəd 250 manat dəyərində “Shivaki” markalı televizoru, 01 ədəd 350 manat dəyərində qaynaq aparatını, 01 ədəd 100 manat dəyərində lobziki, 01 ədəd 200 manat dəyərində elektrik drelini və paltar dolabında olan 2640 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4390 (dörd min üç yüz doxsan) manat məbləğində maddi ziyan vurmaq vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 19 mart 2021-ci il tarixdə saat 02 radələrində yaşayış evi olan Zərərçəkmiş şəxs1 Kərim oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Aqroprom bağlar massivi 20-ci döngədə yerləşən bağ evinin plastik pəncərsinin dəmir barmaqlığını sındırıb, pəncərəni açma yolu ilə qanunsuz evə daxil olub oradan 01 ədəd 400 manat dəyərində 82 diqanallı “Sanny” markalı televizoru, 01 ədəd 900 manat dəyərində 24 litirlik “ECA” markalı kombi aparatını və 01 ədəd 50 manat dəyərində elektirik təmzimləyicisini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 Kərim oğluna ümumilikdə 1350 (min üç yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 02 aprel 2021-ci il tarixdə saat 01 radələrində yaşayış evi olan X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Aqroprom bağlar massivində yerləşən bağ evindən 01 ədəd 4500 manat dəyərində “Kirbit” markalı tozsovuranı, 01 ədəd 3000 manat dəyərində “Panasonic” markalı televizoru, 01 ədəd 1800 manat dəyərində su təmizləyici qurğunu, 01 ədəd 2000 manat dəyərində kondisaneri, 01 ədəd 150 manat dəyərində su qızdırıcını, 01 ədəd 80 manat dəyərində su mühəriki, 01 ədədi 400 manat olmaqla ümumi dəyəri 800 manat olan 02 ədəd xalçaları gizli olaraq talayıb zərərçəkmiş X5 xeyli miqdarda, yəni ümumilikdə 12330 (on iki min üç yüz otuz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvələrdə narkotik vasitələrin istifadəçisi olduğu üçün məhkumluq həyatı yaşamışdır. Təxminən 2021-ci ilin əvvəlində tanışı olan Akif Atayev ilə söhbət əsnasında ona bildirmişdir ki, «xəstəliyi ilə əlaqədar get ona məxsus bağ evinə həm bax həmdə təmiz hava alaraq orada qal». O, da səhhəti ilə əlaqədar razılıq verib həmin müddətdən etibarən gedib Türkan qəsəbəsində yerləşən tanışı Akifə məxsus bağ evində tək qalmışdır. O, həmin bağ evini səhmana salıb şəraiti yaxşılaşdırmışdır. Bundan bir müddət sonra maddi vəziyyəti ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlib qəsəbə ərazisində əlverişli ev axtarmağa başlamışdır. 02 fevral 2021-ci il tarixdə gecə saat 02 radələrində 16-cı döngədə yerləşən işıqları yanmayan 1 mərtəbəli kürslü ev onun diqqətini çəkmiş, ətrafda heç kimin olmamasından əmin olub hasardan həyətə tullanmış, evin dəmir giriş qapısını özü ilə gətirdiyi vintaçanla qapının kilidini sındırıb evin içərisinə daxil olmuşdur. Daha sonra isə evin otaqlarında qiymətli və dəyərli əşyalar axtarmağa başlamışdır. Evin içərisində mətbəxtdən bir ədəd Optimal markalı kombi aparatını sökmüş, mətbəxdə divara bərkidilmiş Shivaki markalı televizoru yerindən çıxarmış, evin zirzəmisindən bir ədəd lobziki, bir ədəd qaynaq aparatını, bir ədəd dreli və evin yataq otağında olan paltar dolabından təxminən 2600 manat pulu oğurlayıb cibinə qoymuşdur. Televizoru daşıyıb küçədən çölə çıxardan zaman televizor hasardan düşərək sınmış, digər əşyalarıda özü ilə daşıyaraq həyət qapısını arxadan açıb əvvəlcə küçəyə daha sonra isə aparıb qaldığı Akifə məxsus evə yığmışdır. Həmin oğurladığı kombi həyətdə əlindən düşüb zədələndiyi üçün onu söküb mis halında detallarını və digər əşyaları metal formasında səyyar metal yığanlara 200 manata satmışdır. Televizorun sınıqlarını isə həmin qırıldığı yerdən götürüb zibbiliyə atmışdır ki, şübhəli olmasın. Həmin nağd puluda özü üçün xərcləmiş və eləcədə borclarını ödəmişdir. Bundan bir müddət sonra, yəni novruz bayramına yaxın 19 mart 2021-ci il tarixdə yenədə maddi vəziyyəti ilə əlaqədar olaraq oğurluq etmək qərarına gəlmişdir. Qəsəbədə gəzişib əlverişli ev axtarmışdır. Həmin zaman saat 02 radələri olarmış. İşıqları yanmayan bir mərtəbəli ev onun diqqətini çəkmişdir, ətrafda kimsənin olmamasından tam əmin olub hasardan həmin evin həyətinə tullanmışdır. Daha sonra isə evin pəncərəsinə yaxınlaşıb dəmir barmaqlığı dartaraq yerindən qoparmışdır. Bundan sonra pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. Evi bir qədər axtardıqdan sonra həmin evdə hamamda olan ECA markalı kombi aparatını elektirik tənzimləyicisi ilə birlikdə söküb və qonaq otağında divara bəkidilmiş “Sunny” markalı televizoru söküb özü ilə pəncərədən çölə çıxarmışdır. Həmin televizoru baldızı Arzuya 100 manata özünün olduğunu bildirərək satmışdır. Hətda Arzunu inandırmışdır ki, onu evdən çıxarmışlar həmin televizoru ona görə satırmış. Lakin kombi aparatını təmzimləyicisi ilə aparıb qaldığı Akifə məxsus evdə gizlətmişdir. Bir neçə gün keçdikdən sonra həmin kombi aparatını tanımadığı şəxsə həmin qəsəbədə 200 manata özünə məxsus olduğunu bildirib satmışdır. 02 aprel 2021-ci il tarixdə maddi vəziyyəti ilə əlaqədar olaraq yenədə oğurluq etmək qərarına gəlmişdir. Bu dəfə qərəra gəlmişdir ki, yaşadığı Akifə məxsus evdən oğurluq etsin. Məhz həmin günü gecə saat 01 radələrində həmin evdən bir ədəd tozsovuran, bir ədəd Panasonic televizor, bir ədəd böyük su filteri, Panasonic kondisioner, su qızdırıcı, su matoru, iki ədəd xalçanı oğurlayıb bir kənara yığmışdır. Səhəri günü taksi ilə aparıb həmin əşyaları Sabunçu ruz bazarında ümumilikdə 370 manata satmışdır. Daha sonra isə həmin bağda qalmamış, şəhərə qayıtmışdır. Həmin oğurluq cinayətlərini tək törətmiş, heç vaxt və heç bir zaman onunla heç kim iştirak etməmiş, eləcə də həmin oğurluqdan heç kimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhərində qeyd olunan ünvanda yaşasada, Türkan qəsəbəsi, Aqroprom bağlar massivi, 20-ci döngədə yerləşən yaşayış üçün yararlı olan bağ evi vardır. Müəyyən vaxtlarda həmin bağ evinə baş çəkmək üçün gedirmişlər. Sonuncu dəfə bağ evində 20 fevral 2020-ci il tarixdə saat 15 radələrində olmuş, hər şey qaydasında olmuşdur. 30 mart 2021-ci il tarixdə saat 09 radələrində baş çəkmək üçün bağ evinə gedən zaman bağ evinin plastik pəncərəsində olan dəmir barmaqlığın sındırıldığını və plastik pəncərənin açıq vəziyyətdə olduğunu görüb dərhal evin kilidini açaraq evə daxil olmuşdur. Ona məlum olmuşdur ki, naməlm şəxs(şəxslər) evə pəncərədən daxil olaraq evdən hamam otağından 01 ədəd 900 manat dəyərində 24-lük «ECM» markalı kombi aparatı, qonaq otağında divara bərkidilmiş 01 ədəd 400 manat dəyərində 82 dioqanallı «Sanny» markalı televizoru və 01 ədəd 50 manat dəyərində elektirik təmzimləyicini oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 1350 manat dəyərində maddi ziyan dəymişdir. Pəncərənin dəmir barmaqlığını sınıdırlması nəticəsində isə əmlakına 50 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 bildirdi ki, mərhum X7 onun doğma atası olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Aqraprom bağlarında yerləşən yaşayış üçün tam yararlı bağ evləri vardır. Həmin bağ evinə müəyyən vaxtlarda gedib baş çəkirmişlər, həmin bağ mərhum atasının əmlakıdır. Təxminən 2020-ci ilin yanvar ayında atası tanışı Təqsirləndirilən şəxs bildirmişdir ki, həm gedib bağa baxsın həmdə təmiz hava alsın. Belə ki, İlqar açıq vərəm xəstəsidir. Həmin müddətdən etibarən İlqar gedib bağda qalırmış, arabirdə atası ilə əlaqə saxlayırmış. 2021-ci ilin aprel ayının əvvələrində İlqar həmin bağda daha qalmadı və açarı gətirib atasına vermişdir. Bundan sonra onlar baş çəkmək üçün bağa getmişlər. Onlara məlum olmuşdur ki, bağdan onlara məxsus olan 01 ədəd 4500 manat dəyərində «Kibrit» markalı tozsovuran, 01 ədəd 3000 manat dəyərində «Panasonik» markalı televizor, 01 ədəd 1800 manat dəyərində su filtiri, 01 ədəd 2000 manat dəyərində «Panasonik» markalı kondisioner, 01 ədəd 150 manat dəyərində su qızdırıcı, 01 ədəd 80 manat dəyərində su matoru və 01 ədədi 400 manat olan 02 ədəd xalçalar oğurlanmışdır. Atası həmin vaxt oğurluğun kimin tərəfindən törədilməsini və cinayətkarın tutulmasını müəyyən etmək məqsədi ilə DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, ərizə ilə müraciət etmişdir. Atası vəfat etdiyindən onu iş üzrə zərərçəkmiş kimi tanımağı xahiş etmişdir. İstintaq orqanında məlum olmuşdur ki, həmin oğurluq İlqar tərəfindən bağda qalan zaman törədilmişdir. Oğurluq nəticəsində ümumilikdə 12330 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Türkan qəsəbəsi, 16-cı döngədə yerləşən yaşayış üçün yararlı olan bağ evi vardır. Müəyyən vaxtlarda həmin bağ evinə baş çəkmək üçün gedirmiş. Sonuncu dəfə bağ evində 01 fevral 2021-ci il tarixdə saat 18 radələrində olmuşdur. Bağda hər şey qaydasında olmuşdur. 03 fevral 2021-ci il tarixdə saat 17 radələrində hər zamankı kimi bağa baş çəkmək üçün gedən zaman ona məlum olmuşdur ki, bağ evinə oğurluğa giriblər. Belə ki, bağ evinin dəmirdən olan giriş qapısının kilidi sındırılmış və qapı açıq vəziyyətdə olmuşdur. O, dərhal evin içərisinə daxil olmuş və ona məlum olmuşdur ki, bağ evində mətbəxdə divara bərkidilmiş «Shivaki» markalı televizorun, soyuducunun yanında divara bərkidilmiş «Optimal» kombi aparatı, evin yatağ otağında paltar dolabında olan 2640 manat nağd pulu, evin zirzəmisindən isə 01 ədəd 100 manat dəyərində lobzik, 01 ədəd 350 manat dəyərində qaynaq aparatı və 200 manat dəyərində drel naməlum şəxs(şəxslər) tərəfindən oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 4390 manat dəyərində maddi ziyan dəymişdir. Qapının kilidinin sınıdırlması nəticəsində isə onun əmlakına 30 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun bacısı Sima Fərzəliyevanın yoldaşıdır. 2021-ci ilin mart ayının təxminən 20-21 olarmış ki, İlqar ona bildirmişdir ki, onu hardasa qaldığı evdən çıxardırlar özünə məxsus olan televizoruda satır ki, pul əldə edsin. Oda İlqarın bu sözlərinə eləcə də qohum olduğuna inanıb həmin «Sanny» markalı televizoru 100 manata İlqar ilə razılaşıb almış və həmin televizoru götürmüşdür. Bir müddət televizoru işlətdikdən sonra xarab olduğundan həmin elevizoru atmışdır. Belə ki, həmin televizorun təmir ilə düzəlməsi mümkün olmadığından oda zibilliyə atmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 26 iyun 2021ci il tarixli protokoldan görünür ki, 26 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması barədə 27.06.2021-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Anar Bəxtiyarov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Anar Bəxtiyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-258/2021 saylı, 28.06.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 26.07.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 03.07.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.01.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 03.08.2012-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-nin 76.3.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 ay 10 gün müddətini vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.11.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. 11.11.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 ilə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Rəcəbov X4 Rayon Məhkəməsinin 05.11.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 11.11.2015ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama eyni əməllər, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 26.06.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-381/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-381/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver