Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-381/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə xx.xx.2024-cü il tarixdə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədov küçəsi, ev 27 A-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,610 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 05 fevral 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsinə kimi daşımış, həmin gün orada saat 19:30 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPl-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan tünd yaşıl rəngli şalvarının sağ cibində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,610 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,602 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 20 fevral 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi ilə Vaqif küçəsinin kəsişməsinə kimi daşımış, həmin gün orada saat 16:40 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,602 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,530 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 04 mart 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X14 ərazisində yerləşən “Leon Plaza” restoranının yaxınlığına kimi daşımış, həmin gün orada saat 16:20 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,530 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü heç bir epizod üzrə təqsirli bilməyərək göstərmişdir ki, ümumiyyətlə mobil telefondan istifadə etmir, polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməsə də, onlar tərəfindən psixoloji təzyiqə məruz qalmış, həqiqətdə heç bir epizod üzrə üzərində narkotik vasitə olmamış, polis əməkdaşları onu daha çox çəkidə narkotiklərin aşkar olunacağı ilə hədələdiklərindən narkotik vasitələrin əldə edib saxlayaraq daşımasına dair həqiqətə uyğun olmayan ifadələr vermisdir. Hər üç epizodda polisin təzyiqi nəticəsində məcbur qalıb guya üzərində narkotik vasitənin olması barədə onların təklifləri ilə razılaşdıqdan sonra videoçəkiliş olmuş, sonra onu polis idarəsinə aparmışlar və orada da videoçəkiliş etmişlər. Həmçinin məhkəmə istintaqının ilkin mərhələsində 05 fevral 2025-ci il tarixdə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən deyil, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi Şahid6 Yadulla oğlu tərəfindən evdən polis şöbəsinə aparılmasını, orada ona təzyiqlər olunduğu üçün üzərində narkotik olmasını bildirsə də, məhkəmə istintaqının sonunda, Şahid6 əlavə şahid qismində dindirilərkən dediklərini təkzib edərək Şahid6 Yadulla oğlunun onun tutulmasında və polis şöbəsinə aparılmasında iştirak etmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Ruslan adlı şəxsin narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Ruslan adlı şəxsin anket məlumatları öyrənilmiş, onun cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş, həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə onun və Xəzər RPl-nin 3-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 16:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən “Leon Plaza” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq ona özlərini təqdim etmişlər. Bundan sonra əvvəlcə təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra üzərini yoxlamışlar, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə onu Xəzər RPl-nin 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək 3-cü PŞ-nə gətirilmişdir. Orada şöbə rəisinə raportla tərəfindən məruzə olunmuş, müvafiq araşdırma aparılması baş təhqiqatçı polis mayoru Anar Hacıyevə həvalə olunmuş və dərhal baş təhqiqatçı tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında baş təhqiqatçı polis mayoru X6 xidməti iş otağında onun, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, bundan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Xəzər RPl-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən götürülərək onunla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildiyini bildirmiş, həmin bükümü bir ədəd zərfdə bağlı vəziyyətdə araşdırmaya təqdim etmişdir. Baş təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs sual verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş bükümün kimə məxsus olduğu, içərisində nə olduğu, nə məqsədlə əldə etdiyi, haradan və neçəyə aldığı barədə soruşduqda Təqsirləndirilən şəxs cavab verərək üzərindən aşkar edilmiş büküm ona məxsus olduğunu, içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, Suraxanı rayonu ərazisində şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təhqiqatçı ona 3-cü PŞ-də də üzərinə şəxsi axtarış, baxış və götürmə keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmiş, onun şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bükümə baxış keçirilmiş və maddi sübut kimi qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və 3-cü PŞ-də üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi polis baş leytenantı Şahid2 analoji ifadə verməklə Şahid1 ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində Ruslan adlı şəxsin narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPl-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı Ruslan adlı şəxsin anket məlumatları öyrənilmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdir. Onun cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş, həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə onun və Xəzər RPl-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi ilə Vaqif küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs saxlanılaraq ona özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmiş, bundan sonra əvvəlcə ona təklif olunmuşdur ki, üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxardıb təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və həmin bükümü Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərini yoxlamışlar, lakin heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə onu Xəzər RPl-nin 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onu 3-cü PŞ-nə gətirmişlər. Orada şöbə rəisinə raportla tərəfindən məruzə olunmuş, müvafiq araşdırma aparılması təhqiqatçı polis mayoru Rəhman Məmmədova həvalə olunmuş və dərhal təhqiqatçı tərəfindən araşdırma aparılmasına başlanılmışdır. Şöbənin inzibati binasında təhqiqatçı polis mayoru X4 xidməti iş otağında onun, Xəzər RPl-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılmış, bundan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən götürülərək onunla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildiyini bildirmişdir. Bu zaman həmin bükümü bir ədəd zərfdə bağlı vəziyyətdə araşdırmaya təqdim etmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs sual verilərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümün kimə məxsus olduğu, içərisində nə olduğu, nə məqsədlə əldə etdiyi, haradan və neçəyə aldığı barədə soruşulduqda Təqsirləndirilən şəxs cavab verərək üzərindən aşkar edilmiş büküm ona məxsus olduğunu, içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, Suraxanı rayonu ərazisində şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı ona 3-cü PŞ-də də üzərinə şəxsi axtarış, baxış və götürmə keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs hazırda üzərində hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin bükümə baxış keçirilmiş və maddi sübut kimi qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. İfadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və 3-cü PŞ-də üzərində şəxsi axtarış, baxış və götürmə aparılan zaman ona qarşı hər-hansı fiziki təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 analoji ifadə verməklə Şahid3 ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid5 bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra özü və Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və ondan da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə matemfetamini çıxarıb təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs götürülərək zərfdə qablaşdırılmış və Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə 3-cü Polis Şöbəsinə getmişdir. 3-cü PŞ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs götürülmüş şəffaf rəngli sellofana bükülmüş büküm təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olması, nə vaxt və kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində psixotrop maddə kimi tanıdığı metamfetamin vardır, həmin büküm onun özünə məxsusdur, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata almışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olunmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 analoji ifadə verməklə Şahid5 ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi Bağırov X7 Ruslan Ramizoviçin cinayət əməlini ifşa etmək məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvü olmamış və onun tutulması ilə bağlı keçirilmiş əməliyyat tədbirlərinin keçirilməsində iştirak etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 04 mart 2025-ci il tarixdə saat 16:20 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 polis sahə inspektoru polis baş leytenantı Şahid2la birlikdə həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədov küçəsi, ev 27-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən “Leon Plaza” şadlıq sarayının yaxınlığında saxlanılarkən ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Daha sonra şübhəli şəxsin təqdim etdiyi bir ədəd büküm bir ədəd zərfdə qablaşdılırılaraq araşdırmaya təqdim olunması üçün Təqsirləndirilən şəxs götürülmüş və onunla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 20 fevral 2025-ci il tarixdə saat 16:40 radələrində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi ilə Vaqif küçəsinin kəsişməsində narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılmış, videoçəkilişlə üzərinə yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selafona bükülmüş büküm aşkar edilərək götürülmüş və onunla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 05 fevral 2025-ci il tarixdə saat 19:30 radələrində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və polis sahə inspektoru polis kapitanı Şahid5 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olan, xx.xx.1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılmış, videoçəkilişlə üzərinə yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf selafona bükülmüş büküm aşkar edilərək götürülmüş və onunla birlikdə Xəzər RPİ-nin 3cü PŞ-nə gətirilmişdir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Hacıyev tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmamışdan əvvəl ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə bir ədəd büküm araşdırmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi bükümdən başqa üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmiş, təqdim etdiyi bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq baş təhqiqatçı polis mayoru Anar Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru Rəhman Məmmədov tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmamışdan əvvəl ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə bir ədəd büküm araşdırmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi bükümdən başqa üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmiş, təqdim etdiyi bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq təhqiqatçı polis mayoru Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bakı şəhər Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru Vüsal Nəsirzadə tərəfindən tərtib edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmamışdan əvvəl ona təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bu zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə bir ədəd büküm araşdırmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi bükümdən başqa üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmiş, təqdim etdiyi bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Buna baxmayaraq təhqiqatçı polis mayoru Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə bir ədəd 01 dəqiqə 12 saniyədən ibarət videogörüntü mövcuddur. Diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 04 mart 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 və polis sahə inspektoru polis baş leytenantı Şahid2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Leon Plaza şadlıq sarayının yaxınlığında küçədə vət. Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş, təqdim etdikdən sonra onun da özünü təqdim etməsini tələb etmiş, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 saxanılan şəxs Təqsirləndirilən şəxs sual verərək həmin bükümün içərisindəki maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq araşdırmaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla da əməliyyat müvəkkili polis mayoru Şahid1 saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Digər diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə bir ədəd 02 dəqiqə 38 saniyədən ibarət videogörüntü mövcuddur. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 04 mart 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3cü Polis Şöbəsinin inzibati binasında baş təhqiqatçı polis mayoru Anar Hacıyevin xidməti iş otağında Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçı polis mayoru X13, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid1 və polis sahə inspektoru polis baş leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılmış, baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd büküm aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürüldüyünü bildirdmişdir. Bu zaman Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 həmin zərfi araşdırmaya təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilərək üzərindən aşkar edilərək götürülmüş və araşdırmaya təqdim edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümdə nə olduğunu, haradan, kimdən, neçəyə və nə məqsədlə əldə etdiyi barədə soruşulmuş, Təqsirləndirilən şəxs cavab verərək həmin bükümdə “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, Suraxanı rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Baş təhqiqatçı ona üzərində təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra R.Dəmorov cavab verərək üzərində başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Hacıyev tərəfindən bükümə baxış keçirildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürmüşdür. Sonda Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs sual verərək hər hansı bir şikayət və ya etirazı olub-olmamasını, eləcə də təqdim etdiyi maddənin özünə məxsus olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab verərək heç bir şikayət və ya etirazı olmadığını və təqdim etdiyi maddənin özünə məxsus olduğunu bildirmişdir. Sonra müdafiəçinin bundan artıq sualı olmadığını bildirərək və baş təhqiqatçı bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə bir ədəd 01 dəqiqə 44 saniyədən ibarət videogörüntü mövcuddur. Diskdə olan videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 20 fevral 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi ilə Vaqif küçəsinin kəsişməsində küçədə vət.Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmiş, təqdim etdikdən sonra onun da özünü təqdim etməsini tələb etmiş, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 saxanılan şəxs Təqsirləndirilən şəxs sual verərək həmin bükümün içərisindəki maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin metamfetamini Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq araşdırmaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bununla da baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Digər diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə bir ədəd 04 dəqiqə 48 saniyədən ibarət videogörüntü mövcuddur. Həmin videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, 20 fevral 2025-ci il tarixdə, Bakı şəhər, Xəzər RPİ-nin 3cü Polis Şöbəsinin inzibati binasında təhqiqatçı polis mayoru Rəhman Məmmədovun xidməti iş otağında Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3, Xəzər RPİ-nin 3-cü PŞnin təhqiqatçı polis mayoru X10, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:40 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılması, saxlanılarkən üzərindən bir ədəd büküm aşkar olunması və həmin büküm əməkdaşlar tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürüldüyünü bildirdmişdir. Bu zaman Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 həmin zərfi araşdırmaya təqdim etmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilərək üzərindən aşkar edilərək götürülmüş və araşdırmaya təqdim edilmiş bir ədəd şəffaf sellofana bükülmüş bükümdə nə olduğunu, haradan, kimdən, neçəyə və nə məqsədlə əldə etdiyi barədə soruşulmuş, Təqsirləndirilən şəxs cavab verərək həmin bükümdə “patı" kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, Suraxanı rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təhqiqatçı ona üzərində təqdim etdiyi bükümdən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra R.Dəmorov cavab verərək üzərində başqa heçnə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru Rəhman Məmmədov tərəfindən bükümə baxış keçirildikdən sonra bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürmüşdür. Sonda Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs sual verərək hər hansı bir şikayət və ya etirazı olub-olmamasını, polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təsirə, eyni zamanda işgəncələrə məryz qalıb-qalmaması, eləcə də təqdim etdiyi maddənin özünə məxsus olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab verərək heç bir şikayət və ya etirazı olmadığını,polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixoloji təsirə, işgəncələrə məruz qalmadığını və təqdim etdiyi maddənin özünə məxsus olduğunu bildirmişdir. Sonra müdafiəçinin bundan artıq sualı olmadığını bildirərək və təhqiqatçı bununla da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması istintaq hərəkətinin sona çatdığını bildirmişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə baxış keçirilən zamanı müəyyən edildi ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk xidməti iş otağımda olan «HP» markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X9” proqramı vasitəsilə yazılmış 01 dəqiqə 33 saniyə müddətində olmaq şərti ilə16,3 MB ölçüsündə 01 ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə, Təqsirləndirilən şəxs saxlanılması zamanı əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf rəngli sellofanada bükülmüşbükümüçıxarıb təqdim etməsi, 01 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisindəmetmafetamin kimi tanıdığıpsixotrop maddə olduğunu bildirməsi, həmin bükümün zərfə qoyulması edilməsi müəyyən olunmuşdur. Digər diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə baxış keçirilən zamanı müəyyən edildi ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Disk xidməti iş otağımda olan «HP» markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X9” proqramı vasitəsilə yazılmış 03 dəqiqə 50 saniyə müddətində olmaq şərti ilə 242 MB ölçüsündə 01 ədəd fayl olması müşahidə olunur. Həmin fayla nəzər yetirdikdə, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsindəəynində olan tünd yaşıl rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim edilməsi, ondan təqdim etdilmiş 01 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/972/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 244” dairəvi möhür əksi olan, “Dəmirov” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,530 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/834/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan ağ rəngli kristallik hissəçiklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/528/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristallik hissəçiklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-6/1138/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 Nq-İİ zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,560 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 2 N°-li zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,552 qram olan psixotrop maddə metamfetamin kimyəvi komponent tərkiblərinə görə eynidirlər və üzərində “...Dəmirov...” sözləri olan 3 Ns-li zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,480 qram olan psixotrop maddə metamfetamin kimyəvi komponent tərkibinə görə onlardan fərqlidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1474 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyasitorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-2471/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-28-29/2-2351/2025 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd olunan xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 saylı Psixiatriya Xəstəxanası”ndan daxil olmuş xx.xx.2025-ci il tarixli 1/1119 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 il ərzində stasionar müalicə üçün yuxarıda adı qeyd olunan xəstəxanaya müraciət etməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,530 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,430 qramı, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,602 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,502 qramı və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,610 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,510 qramı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı içərisində videogörüntü olan 05 ədəd “CD” formatlı disk sübut növü kimi qiymətləndirilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun 07 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamışdır. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun 22 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamışdır. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xəzər rayon prokurorunun 06 mart 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət təmin olunmamışdır. 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs bərəsində “polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək polis əməkdaşlarının təzyiqinə məruz qalması barədə ifadəsinə dair məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında verdiyi ziddiyətli ifadələrindən fərqli olaraq ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs hər epizod üzrə verilmiş ittihama uyğun ifadələr verərək ona qarşı təzyiq və təsir olmadığını qeyd edib ondan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu və tanımadığı şəxslərdən aldığını bildirmişdir. İbtidai istintaq zamanı tərtib edilmiş sənədlərdən də göründüyü kimi, onun müdafiə hüququ pozulmamış, müdafiəçi ilə təmin olunmuş, ona qarşı təzyiq və təsir olunması ilə bağlı müraciətləri olmamış, narkotiklərin aşkar edilib götürülməsinə dair videoçəkilişlərdə həmin narkotik vasitəllərin ona məxsus olmasını sərbəst şəkildə ifadə etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini ardıcıllıqla, xırda detallarla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi etirafedici ifadələr cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisələrinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması şahid ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Cinayət qanunvericiliyin tələblərinə görə CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir (CM-nin 16.1-ci maddəsi). Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (CM-nin 18.1-ci maddəsi). Residivin müəyyən edilməsi zamanı bu CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır (CM-nin 18.4-cü maddəsi). Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur (CM-nin 83.3-cü maddəsi). İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi qeyd edilsə də, məhkəmə hesab edir ki, CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar cinayətlərin təkrar törədilməsi və cinayətlərin residividir. Belə ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası isə cinayətlərin məcmusu üzrə CM-inn 66.5-ci maddəsinə əsasən qismən toplanıb Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.2024-cü il tarixdə isə o, cəzanın sonu ilə azad edilmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə sonuncu, yəni xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş cəza ilə toplandığından onun əməlində cinayətlərin təhlükəli residivi deyil, cinayətlərin residivi (“sadə residiv”) yaranır. Çünki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən irəli gələn hal odur ki, əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildikdən sonra iki il keçmədən, yəni məhkumluğu ödənilmədən və götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən əməlində cinayətlərin residivi mövcuddur ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Eyni zamanda Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il, 20 fevral 2025-ci il və 04 mart 2025-ci il tarixlərdə CM-nin eyni bir maddəsi ilə (CM-nin 234.1-ci) nəzərdə tutulmuş cinayəti iki dəfədən çox törətdiyindən cinayətlərin təkrar törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl məhkum olunmasını, bundan nəticə çıxarmayaraq məhkumluğu olduğu dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X5 yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) tələblərini rəhbər tutub təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 24 sentyabr 2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,430 qram, tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,502 qram və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,510 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, beş ədəd disklərin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 308 (üç yüz səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 176 (bir yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 06 (altı) gün həbsdə saxlanıldığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "polisin nəzarət altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,430, 0,502 və 0,510 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, beş ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 308 (üç yüz səkkiz) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 176 (bir yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(003)-381/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-381/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver