Məhkəmə qərarları › İş №1(003)-384/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-384/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-384/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fazil oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1948-ci il tarixdə Ucar şəhərində Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, pensiyaçı, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə silah qismində tətbiq etdiyi tirtüfəngindən bir dəfə atəş açaraq şəxsə xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanın qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətdə hamı tərəfindən birmənalı qəbul olunmamış davranış nümayiş etdirərək, heçbir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi “GAMO” markalı, “04-1C-271530-13” nömrəli tirtüfəngi vasitəsilə birdəfə atəş açaraq Zərərçəkmiş şəxs sağ bazu nahiyəsini dəlib keçən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya aid xəsarətlər yetirib qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, qızı Şahid 2012-ci il də Zərərçəkmiş şəxs ilə ailə qurmuş, Nəcəf heçbir yerdə işləmədiyinə və daimi yaşayış yeri olmadığına görə qızı ilə müxtəlif yerlərdə yaşamışdır. 2018-ciildən 2020-ci ilin mart ayına kimi Nəcəf və Səidə yaşamaq üçün yerləri olmadığından ona məxsus, ünvan 1 ünvanında yaşamışlar. 2020-ci ilin mart ayına kimi onların arasında mütəmadi olaraq münaqişələr olmuşdur. Bu səbəbdən də, 2020-ci ilin mart ayında qızı Səidə əri Nəcəfi evdən qovmuşdur. Bundan sonra Nəcəf demək olarki, hər gün onun yaşadığı evin qarşısına gəlmiş, maşınındakı maqnitofona yüksək səs verib onu və Səidəni narahatetmişdir. Dəfələrlə ondan bu kimi hərəkətlərinə son qoymasını tələb etsədə, hərdəfə onu və ya Səidəni öldürəcəyi ilə hədələyib yenidən birlikdə yaşamağa məcbur etmişdir. Sonuncu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə saat 01:30 Nəcəf yenə onun yaşadığı evin qarşısına gəlmiş, göyrəngli, dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomobillə darvazanın qarşısında dayanmışdır. Maşının maqnitofonuna yüksək səs, maşına isə qaz verərək əcayib səslər çıxarmışdır. Həyətdən küçəyə çıxıb ona iradını bildirmiş, musiqinin səsini aşağı salmağı, evin qarşısından çıxıb getməsini tələb etmişdir. Nəcəf isə onun tələblərinə məhəl qoymamış, musiqinin səsini aşağı salmamışdır. O, evə girib özünə məxsus “GAMO” markalı, “04-1C-271530-13” nömrəli tir tüfəngini götürüb içərisinə tir gülləsi qoyub küçəyə çıxmış, Nəcəfin idarə etdiyi maşının qabaq sol təkərini nişan alıb atəş açan zaman arxasınca gəlmiş qızı Səidə tüfəngi onun əlindən çəkib ona mane olmağa çalışmış, bu zaman tüfəng istiqamətini dəyişmişdir. Güllənin Nəcəfin hansı nahiyəsinə, həmçinin avtomobilə dəyməsini bilməmişdir. Hətta elə bilmişdir ki, güllə nə Nəcəfə, nə də avtomobilə dəyməmişdir. Nəcəfi vurmaq istəməmiş, fikri onun avtombilinin təkərini deşmək olmuşdur ki, maşın hərəkət edə bilməsin, polisə məlumat verib onu tutdursun. Hadisənin şahidi yalnız qızı Səidə olmuş, həmin vaxt küçədə başqa heçkim olmamış, həmçinin hadisə zamanı söyüş söyülməmişdir. Hadisə vaxtı istifadə etdiyi və hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş tüfəngi ovçu mağazasından almışdır, bağ evində yaşadığından, həyətə gecələr gələn tülkü və çaqqalları qorxutmaq məqsədi ilə sazlamışdır. İlk dəfə törətdiyi bu əməldən peşmandır, pensiyaya çıxana qədər uzun illər dövlət qulluğunda müxtəlif vəzifələrdə qüsursuz işləmişdir, belə bir hadisənin baş verməsini heç vaxt istəməmiş, aralarında baş vermiş mübahisənin bu cür nəticələnə biləcəyini təsəvvür etməmişdir. Hazırda 73 (yetmiş üç) yaşın içindədir, sağlamlığında teztez problemlər yaranır, həyat yoldaşı da qoca və xəstədir. Hadisədən sonra qızı Səidə əri Nəcəflə barışaraq əvvəlki kimi yenə də mehriban yaşayırlar. O, özü də kürəkəni Nəcəflə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və onun ondan heç bir şikayəti yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, bir neçə aydır ki, Buzovna qəsəbəsi Albalılıq bağ massivində nömrəsiz bağ evində yaşayır. Heç bir yerdə işləmir və heç bir fəaliyyətlə məşğul olmur. 2007-ci ildə X2 ilə ailə qurmuş və həmin nikahdan oğlu Nicat dünyaya gəlmişdir. 2013-cü ildə nikahı pozulmuş və oğlu Nicat onun himayəsində olmaqla valideyinlərinin yanında yaşayır. 2014-cü ildə Şahid Çingiz qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin vaxt Səidənin himayəsində birinci nikahından olan oğlu – X3 və qızı X1 olmuşdur. Əvvəl Səidə və övladları ilə birlikdə Yasamal rayonu ərazisində kirayə dəyaşamış, sonra Nərimanov rayonu ərazisində Səidənin adına olan lakin atası Çingizə məxsus evdə yaşamışlar. 2016-cı ildə həmin ev satılmış və onlar Buzovna qəsəbəsinə - Albalılıq bağ massivinə köçmüşlər. Qeydetdiyi bağ evi Nərimanovdakı mənzilin satışından əldə edilmiş pulla alınmışdır. 2019-cu ilin sentyabr ayında Səidə həmin bağ evini də satmışdır. Bundan sonra Səidə övladı ilə birlikdə atası Çingizin evində yaşamış, özü isə valideyinlərinə məxsus, Nərimanov rayonu F.Yusifov küçəsi ev 59 A ünvanında yaşamışdır. 2020-ci ilin iyul ayında Buzovna qəsəbəsi Albalılıq bağ massivində kirayəyə ev götürmüş və hazırda həmin evdə tək yaşayır. Yaşadığı evin yanında isə özünün aldığı evi təmir edirki, Səidə ilə həmin evə köçsün. Təmir bitdikdən sonra Səidə köçməmiş, günü-günə calayıb köçməy i ləngitmişdir. Bir neçə dəfə Səidəyə təmir etdirdiyi evə köçmək barədə təklif etmiş, lakin hər dəfə Səidə müxtəlif bəhanələr gətrib evə köçmək istəməmişdir. Səidənin atası Çingizin yaşadığı Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsi döngə 4 ev 16 ünvanına bir neçə dəfə getmiş, küçədə dayanıb Səidəyə zəng vurub onu küçəyə çağırmış və söhbət etmişlər. Hər dəfə Səidə tezlikdə onun yanına köçəcəyini vəd etmiş, lakin sonda yenə köçməmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Səidəyə zəng vurub onun yaşadığı evə gələcəyini, zəng vuracağını söyləmiş, xahiş etmişdirki, küçəyə çıxsın və söhbəti konkretləşdirsinlər. Eyni zamanda şəhərdə olduğunu və gec gələcəyini söyləmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Səidənin yaşadığı, atası Təqsirləndirilən şəxs məxsus evin qarşısına gəlmiş, idarə etdiyi tünd göy rəngli, “Niva” markalı, **-UH-*** dövlət nömrə nişanlı avtomobilini qeyd etdiyi ünvanın yanında saxlamışdır. Səidəyə zəng vurmuş, lakin telefona zəng çatmamışdır. Bundan sonra ev telefonuna zəng vurmuş, telefona cavab verən olmamışdır. Bir qədər küçədə gəzişmiş, sonra Səidənin anasının telefonuna zəng vurub Səidəni küçəyə çağırmışdır. Həmin vaxt Çingiz küçəyə çıxmış, ondan nəyə görə gəldiyini, nə istədiyini soruşmuşdur. O, həyat yoldaşı Səidə ilə söhbət etmək istədiyini demiş, Çingiz isə ondan getməyi tələb edərək “Rəddol , get burdan, polis çağıracağam ”demişdir. Səbəbini soruşduqda, Çingiz onu narahat etdiyini deyib çıxıb getməyi tələb etmişdir. Səidəni görməsə getməyəcəyini demiş, bundan sonra Çingiz həyətə girib küçəyə əlində tüfəng qayıtmışdır. Çingizin əlində tüfəngi görüb maşının qapısını açaraq əyləşmək istəmiş, Çingizin onu qorxutduğunu zənn etmişdir. Çingiz dən tüfəngin üzünü kənara çevirməyi tələb etmiş, atəşin açıldığını bilməmiş, ağrı belə hiss etməmişdir. Səidə küçəyə çıxmış, atasının əlindən tüfəngi dartıb almışdır. Vəziyyəti görüb maşını işə salaraq həmin yerdən uzaqlaşmışdır. Yolda sağ qolunun bazu hissəsindən qan axdığını müəyyən etmiş, Çingizin əlindəki tir tüfəngi ilə atəş açdığını, atəş nəticəsində tir gülləsinin onun sağ qolunun bazu hissəsinə dəydiyini başa düşmüşdür. Gecəni yaşadığı evdə qalmış, Çingizin məsuliyyətə cəlb olunmaması üçün həkimə getməmişdir. Lakin səhər açıldıqda qolunun ağrıdığını görüb əvvəl 3 saylı ŞKX-na, sonra isə Azərbaycan Respublikası Travmatologiya İnistitutuna müraciət etmişdir. Hadisədən sonra həyat yoldaşı Səidə ilə barışmış və əvvəlki kimi yenə də mehriban yaşayırlar. Hazırda səhhəti yaxşıdır, qaynatası Çingizlə barışaraq onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Çingizə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid Çingiz qızı göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs və övladları ilə birlikdə yaşayır. Fərdi qaydada repetiter fəaliyyəti ilə məşğulolur. 2014-cü ildə Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxt onun himayəsində birinci nikahından olan oğlu – X3 və qızı – X1 olmuşdur. Birlikdə yaşamışlar. Əvvəl Nəcəf və övladları ilə birlikdə Yasamal rayonu ərazisində kirayədə yaşamış, sonra Nərimanov rayonu ərazisində onun adına olan, atası Çingizə məxsus evdə yaşamışlar. 2016-cı ildə o, həmin evi satmış və Buzovna qəsəbəsi Albalılıq bağ massivinə köçmüşlər. Həmin bağ evini Nərimanovdakı mənzilin satışından əldə etdiyi pulla almışlar. 2019-cu ilin sentyabr ayında həmin bağ evini də satmışdır. Bundan sonra övladları ilə birlikdə atası Çingizin evində yaşamağa başlamış, Nəcəf isə valideyinləri ilə Nərimanov rayonu F.Yusifov küçəsiev 59 A ünvanında yaşamışdır. 2020ci ilin iyul ayında Nəcəf Buzovna qəsəbəsi Albalılıq bağ massivində kirayəyə ev götürmüş və orada tək yaşamışdır. Yaşadığı evin yanında isə özünə aldığı evi təmir etdirmişdir. Buarada Nəcəflə arasında ailə daxili, məişət problemləri ilə əlaqədar münaqişə olduğundan atasının yaşadığı evdə qalmışdır və Nəcəfin evinə getməmişdir. Nəcəf ona hərdəfə yeni evə köçməyi təklif etdikdə, o, ondan incidiyini söyləyərək, günü-günə calayıb köçməyi ləngitmişdir. Nəcəf bir neçə dəfə onun atasının yaşadığı Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsi döngə 4 ev 16 ünvanına gəlmiş, küçədə dayanıb ona zəng vurub küçəyə çağırmış və söhbət edib münasibətlərinə aydınlıq gətirmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə Nəcəf ona zəng vurub yaşadığı atasına məxsus evə gələcəyini, zəng vuracağını söyləmiş, söhbət etmək və məsələni konkretləşdirmək üçün küçəyə çıxmağı xahiş etmiş, həmçinin, şəhərdə olduğundan gec gələcəyini demişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Nəcəf onun atası Çingizə məxsus evin qarşısına gəlmişdir. Pəncərədən Nəcəfin idarə etdiyi, tünd göy rəngli, “Niva”markalı, **- UH-*** dövlət nömrə nişanlı avtomobili görmüşdür. Nəcəf ona zəng vurmuş, lakino, telefonunu söndürmüşdür. Bundan sonra ev telefonuna zəng gəlmiş, zəng vuranın Nəcəf olduğunu bildiyindən, cavab verməmişdir. Birqədər sonra Nəcəf anasının telefon nömrəsinə zəng vurub onu küçəyə çağırmışdır. Atasına Nəcəfin dalınca gəldiyini, lakin ondan incidiyini söyləyib Nəcəflə getmək istəmədiyini demişdir. Nəcəf isə evin qarşısından getməmiş və musiqiyə səs, maşına isə qazvermişdir. Həmin vaxt atası Çingiz küçəyə çıxmışdır ki, Nəcəflə danışıb onu yola salsın. Bir qədərdən sonra atası evə qayıtmış, özünə məxsus tir tüfəngini götürüb bayıra çıxmışdır. O, atasının ardınca çıxmış, onun tüfəngi maşına tərəf tutubNəcəfdəngetməyitələbetdiyinigörmüşdür. Atasınınəlindəntüfəngidartıb almışdırki, münaqişədərinləşməsin. Həmin vaxt tüfəng atəş açmışdır. Bundan sonra Nəcəfdən çıxıb getməyi xahiş etmiş və Nəcəf çıxıb getmişdir. Nəcəfin xəsarət almasından xəbəri olmamışdır. Səhəri gün evə polis gəldikdə məlum olmuşdur ki, tüfəngin atəşi nəticəsində tir gülləsi Nəcəfin sağ qoluna dəymişdir. Bundan bir-iki gün sonra həyat yoldaşı Nəcəflə barışmışdır və hazırda yenə birlikdə mehriban ailə kimi yaşamağa davam edirlər. İş materiallarından görünür ki, hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs 1 ədəd “GAMO” markalı, “04- 1C-271530-13” nömrəli tir tüfəngi və içərisində 42 ədəd tir gülləsi olan üzərində “GAMO” sözü yazılmış 1 ədəd dəmir qutu götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 484 Rnömrəli, xx xxxxxxxx 2020-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd “04-1C-271530-13” nömrəli tüfəng, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, “GAMO WHİSPERXVAMPİR” modelli, 4,5 mm kalibrli, idman məşqləri üçün nəzərdə tutulmuş, yivli lülədən ibarət yaylı porşenli, pnevmatiktüfəngdirvəodlusilahhesabedilmir. Tüfəng texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdimedilmiş 42 ədəd güllə, zavod üsulu ilə İspanya dövlətində istehsal olunmuş 4,5 mm kalibrli olmaqla, pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələrdir, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdimedilmiş 01 ədəd əşya, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş “GAMO” modelli optik nişangah qurğusudur, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarından görünür ki, cinayət işi üzrə aparılmış istintaq zamanı götürülmüş 01 ədəd “04-1C-271530-13” nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, “GAMO WHİSPERXVAMPİR” modelli, 4,5 mm kalibrli, idman məşqləri üçün nəzərdə tutulmuş, yivli lülədən ibarət yaylı porşenli, odlu silah hesab edilməyən pnevmatik tüfəng, 42 ədəd zavod üsulu ilə İspanya dövlətində istehsal olunmuş 4,5 mm kalibrliolmaqla, pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr, 01 ədəd zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş “GAMO” modelli optik nişangah qurğusu iş üzrə maddi sübut kimi tanınmış, işin məhkəmə həllinədək saxlanması üçün Bakı şəhəri Xəzər RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 1091 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs sağ bazunu dəlib keçən, pnevmatik silah – tir tüfəngindən açılmış atəş nəticəsində törənmiş, xx xxxxxxxx 2020-ci il tarixdə yetirilə bilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəlizərərvurmayaaidxəsarətlərmüəyyənedilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə silah qismində tətbiq etdiyi tir tüfəngindən bir dəfə atəş açaraq şəxsə xəsarət yetirməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnın ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, 73 (yetmiş üç) yaşının içində olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmənövündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, xx xxxxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, 73 (yetmiş üç) yaşının içində olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - 01 ədəd 04-1C-271530-13 nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, GAMO WHİSPERXVAMPİR modelli, 4,5 mm kalibrli, idman məşqləri üçün nəzərdə tutulmuş, yivli lülədən ibarət yaylı porşenli, odlu silah hesab edilməyən pnevmatik tüfəng, 42 ədəd zavod üsulu ilə İspanya dövlətində istehsal olunmuş 4,5 mm kalibrli olmaqla, pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr, 01 ədəd zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş GAMO modelli optik nişangah qurğusu hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsCM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fazil oğluna Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fazil oğluna ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 01 ədəd 04-1C-271530-13 nömrəli, zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, GAMO WHİSPERXVAMPİR modelli, 4,5 mm kalibrli, idman məşqləri üçün nəzərdə tutulmuş, yivli lülədən ibarət yaylı porşenli, odlu silah hesab edilməyən pnevmatik tüfəng, 42 ədəd zavod üsulu ilə İspanya dövlətində istehsal olunmuş 4,5 mm kalibrli olmaqla, pnevmatik silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş güllələr, 01 ədəd zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş GAMO modelli optik nişangah qurğusu hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fazil oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar