Məhkəmə qərarları › İş №1(003)-384/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-384/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-384/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi Əyuub oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağcabədi şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cinayətin törədilməsinə aidiyyəti olmayan əmisi oğlu Azərbaycan Respublikası vətəndaşı Şahid1 ilə birlikdə 22 sentyabr 2022-ci il tarixdə saat 02:30 radələrində Doha-Bakı aviareysi ilə Qətər Dövlətinə getmiş, 25 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində orada o, 1 ədədinin dəyəri 2400 manat olmaqla, cəmi 36000 manat dəyərində 15 ədəd “İphone 14 Pro 128 GB”, 1 ədədinin dəyəri 2500 manat olmaqla, cəmi 50 000 manat dəyərində 20 ədəd “İphone 14 Pro 256 GB”, 1 ədədinin dəyəri 3150 manat olmaqla, cəmi 15 750 manat dəyərində 5 ədəd “İphone 14 Pro 512 GB”, 1 ədədinin dəyəri 2600 manat olmaqla, cəmi 52 000 manat dəyərində 20 ədəd “İphone 14 Pro Max 128 GB”, 1 ədədinin dəyəri 2750 manat olmaqla, cəmi 55 000 manat dəyərində 20 ədəd “İphone 14 Pro Max 256 GB” və 1 ədəd 2050 manat dəyərində “İphone 13 Pro 256 GB” markalı 81 ədəd mobil telefonu əldə edərək cəmi 41 ədəd, 102 700 manat dəyərində 11 ədəd “İphone 14 Pro 128 GB”, 16 ədəd “İphone 14 Pro 256 GB”, 10 ədəd “İphone 14 Pro Max 128 GB”, 3 ədəd “İphone 14 Pro Max 256 GB”, 1 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə keçirmək üçün üzərində “Sitevui” yazılmış çamadana yerləşdirərək müşayiət etdiyi əl yükündə daşıması üçün cinayətin törədilməsindən məlumatı olmayan Şahid1 vermiş, cəmi 40 ədəd 108100 manat dəyərində 4 ədəd “İphone 14 Pro 128 GB”, 4 ədəd “İphone 14 Pro 256 GB”, 5 ədəd “İphone 14 Pro 512GB”, 10 ədəd “İphone 14 Pro Max 128 GB”, 17 ədəd “İphone 14 Pro Max 256GB” markalı mobil telefonları isə özünün müşayiət etdiyi əl yükündə, üzərində “Sitevui” yazılmış digər çamadana yerləşdirərək ümumilikdə külli miqdarda, 210800 manat dəyərində 81 ədəd mobil telefonu 25 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində 353 saylı Doha-Bakı aviareysi ilə Qətər Dövlətindən Azərbaycan Respublikasına gələrkən Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X5 X7 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 X8 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməyə nail olmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Ağcabədi şəhərində doğulub böyümüş, 1998-ci ildən Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşamış və işləmiş, 2002-ci ildən Moskva şəhərində işləmiş, təxminən 1 ildir Rusiya Fedrasiyası vətəndaşlığı almışdır. Moskva şəhərində müxtəlif malların, meyvə-tərəvəz, paltar, tekstil ticarəti, 2022-ci ilin avqust ayından etibarən isə mobil telefonların satışı ilə məşğul olmağa başlamışdır. Satdığı mobil telefonları aldığı Həsən adlı hindistanlı Dubay şəhərindən karqo ilə və ya sərnişin qismində gələn şəxslərlə Moskva aeroportuna göndərmiş, o, təhvil alıb satışını həyata keçirmişdir. Həsəni təxminən 2 ildir tanımış, həmin şəxs Dubay şəhərində “Deria” adlanan ticarət mərkəzində mobil telefonların satışı ilə məşğul olmuş, Həsəni dağıstanlı dostu Muxtarın vasitəsilə tanımış, Muxtar uzun müddətdir Həsənlə tanış olmuş, yaxşı əlaqələri olmuşdur. Ticarətdə istifadə etmək məqsədilə cari ilin avqust ayında Moskvada 3 otaqlı mənzilini “VTB” banka girov qoyub 5 milyon Rusiya rublu, təxminən 70000 ABŞ dolları kredit götürmüş, məqsədi X1 yeni çıxmış “İphone 14” markalı mobil telefonlar alıb Moskvada satıb qazanc əldə etmək olmuşdur. Lakin müharibə ilə əlaqədar fikrini dəyişmiş və “İphone 14” markalı mobil telefonları Moskvada yox Bakı şəhərində satıb daha artıq gəlir əldə etmək fikrinə düşmüş, “İphone 14” markalı mobil telefonların satış qiyməti Bakıda Moskva ilə müqayisədə daha baha olmuşdur. Muxtardan Həsənlə danışmasını və 100000 ABŞ dolları dəyərində 80 ədəd “İphone 14 pro” və 1 ədəd “İphone 13 pro” markalı mobil telefonları pulunun bir hissəsini satdıqdan sonra vermək şərtilə ona satmasını xahiş etmişdir. Muxtar Həsənlə danışıb razılıq almış, o, əvvəldən Həsənə göndərməsi üçün Muxtara 70000 ABŞ dolları pul vermiş, qalan 30000 ABŞ dolları və Həsənə əvvəlcədən olan 10000 ABŞ dolları borcunu mobil telefonları satdıqdan sonra Həsənə göndərəcəyi barədə razılaşmışlar. Həsənə siyahısını verdiyi yaddaş həcmləri və rənglərdə 80 ədəd “İphone 14 pro” və 1 ədəd “İphone 13 pro” markalı mobil telefonu əl yükü çamadanına yığıb Doha şəhərinin aeroportunda tranzit zonada ona təhvil verməyi demişdir. Bir qədər də borcları olduğu üçün mobil telefonları bəyan etmədən Bakıya gətirib satmağı düşünmüşdür. Cari ilin sentyabr ayının ortalarında əmisi oğlu Şahid1 onunla birlikdə Doha şəhərinə getməyi, qayıdarkən mobil telefon gətirməyə kömək etməyi təklif etmiş, yol və qalmaq xərclərini çəkəcəyini bildirmişdir. Xəyal razılaşmış və o, ikisi üçün xx.xx.2022-ci il tarixə Bakı-Doha, xx.xx.2022-ci il tarixə Doha-Bakı aviareysinə bilet almışdır. xx.xx.2022-ci il tarixdə Şahid1lə birlikdə Bakı-Doha aviareysi ilə Qətərə getmiş, Dohada 2 gecə “Al Muntazah” adlı hoteldə qalmış, hoteli internet üzərindən rezerv etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakıya qayıtmaq üçün X10 getmiş, Həsənlə telefonla həmin gün Doha aeroportunun tranzit zonasında görüşməli olmuşlar. Xəyalla baqaj yüklərini təhvil verib Bakı reysinin çıxış qapısının qarşısında gözləməyə başlamış, Xəyala namaz qılmaq üçün yaxınlığındakı namaz otağına daxil olmasını, özünün isə adamı ilə görüşüb telefonları götürəcəyini demişdir. Bir qədər aralıdakı namaz otağının qarşısında Həsənlə görüşmüş, ondan 1 ədəd üzərində “Sitevui” yazılmış çamadanda və sellofan paketlərdə 80 ədəd “İphone 14” və 1 ədəd “İphone 13” markalı mobil telefonları təhvil almış, mobil telefonları götürəndən sonra tualetə daxil olaraq 40 ədəd “İphone 14 pro” və 1 ədəd “İphone 13 pro” markalı mobil telefonu Bakıdan özü ilə apardığı eynilə Həsənin mobil telefonları yığıdığı üzərində “Sitevui” yazılmış kiçik həcmli çamadana yerləşdirmişdir. Həmin çamadanların üzərinə Bakıdan özü ilə apardığı baqaj birkalarını yapışdırmış, sonra çamadanın birinin üzərinə öz gödəkçəsini, digərinin üzərinə isə Xəyalın gödəkçəsini baqaj birkaları görünməsin deyə qoymuşdur. Xəyalın yanına qayıtdıqda Xəyal mobil telefonları təhvil alıb gəldiyini bilmişdir. İçərisində 40 ədəd mobil telefon olan çamadanın birini özü götürmüş, içərisində 41 ədəd mobil telefon olan digər çamadanı Xəyala vermiş, sonra təyyarəyə minmək üçün nəzarət qapısına yaxınlaşmışlar. Xəyala Bakıdan gedərkən bu qədər sayda mobil telefon gətirəcəyini bilməmiş, təxminən 20 ədəd “İphone 14 pro” markalı mobil telefon gətirəcəyini demişdir. Təyyarədə Xəyal ona çantanın ağır olduğunu demiş, içərisində neçə telefon olduğunu soruşmuş, o isə bir qədər olduğunu, narahat olmamasını demiş, xəyal daha heç nə soruşmamışdır. Xəyalla birlikdə QR 353 saylı Doha-Bakı aviareysi ilə uçaraq xx.xx.2022-ci il tarixdə saat 00 radələrində X5 Aeroportuna gəlmiş, təyyarədən endikdən sonra əl yükü kimi kimi gətirdiyi, içərisində 40 ədəd mobil telefon olan çamadanı götürüb təyyarədən enmiş, pasport nəzarətindən keçdikdən sonra baqaja verdiyi digər, içərisində şəxsi əşyaları olan çamadanı baqaj lentindən götürdükdən sonra “Yaşıl Kanal” vasitəsi ilə gömrük nəzarəti zonasını tərk etmək üçün çıxışa doğru getmişdir. Qapıya yaxınlaşanda gömrük əməkdaşı onu saxlayaraq yoxlama aparılması üçün “Qırmızı Kanala” yönləndirmiş, onun arxasınca gələn Şahid1 də əl yükü kimi gətirdiyi, içərisində 41 ədəd mobil telefon olan çamadandan əlavə, şəxsi əşyalarından ibarət çamadanını baqaj lentində götürüb gömrük nəzarəti zonasını tərk “Yaşıl Kanala” daxil olmuş, gömrük əməkdaşı tərəfindən saxlanılaraq yoxlama aparılması üçün “Qırmızı Kanal”a yönləndirilmişdir. Gömrük əməkdaşları tərəfindən əl və baqaj yükləri rentgen aparatında yoxlamada keçirilmiş, sonra gömrük əməkdaşları yüklərinə baxış keçiriləcəyini bildirib onu yoxlama otağına dəvət etmişlər. Yoxlama otağında video çəkilişdən istifadə edərək baqaj və əl yükündə olan çamadanlara baxış keçirilmiş, baxış nəticəsində əl yükündə gətirdiyi üzərində “SİTEVUİ” yazılmış çamadanın işərisindən bəyan etmədiyi 4 ədəd “İphone 14 pro 128 GB”, 4 ədəd “İphone 14 pro 256 GB”, 5 ədəd “İphone 14 pro 512 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 17 ədəd “İphone 14 pro max 256 GB” markalı mobil telefonlar aşkar edilmişdir. Ondan sonra Şahid1 yoxlama otağına dəvət edilmiş və əl yükü kimi gətirdiyi üzərində “SİTEVUİ” yazılmış çamadanın işərisindən ona məxsus olan bəyan etmədiyi 11 ədəd “İphone 14 pro 128 GBİ, 16 ədəd “İphone 14 pro 256 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 3 ədəd “İphone 14 pro max 256 GB”, 1 ədəd “İphone 13 pro 256 GB” markalı mobil telefonlar aşkar edilmişdir. Yoxlamalar başa çatdıqdan sonra, onlardan aşkar olunan cəmi 80 ədəd “İphone 14 pro” və 1 ədəd “İphone 13 pro” markalı mobil telefonlar gömrük əməkdaşkarı tərəfindən götürülmüş, protokollar tərtib edilmiş, onlar da protokolları imzalamışlar. İlk dəfə cinayət əməli törətmişdir.Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Himayəsində yetkinlik yaşına çatmayan övladı var. Ailənin yeganə qazanc gətirənidir. Qeyd olunanlar nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, Baş Gömrük Mühafizə Xidmətində mühafizəçi vəzifəsində işləmiş, xidməti zərurətlə əlaqədar olaraq 2016-cı ilin iyun ayından Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş, Xidməti vəzifəsini Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X8” gömrük postunda yerinə yetirmişdir. 25 sentyabr 2022-ci il tarixdə, saat 00:05 radələrində Doha- Bakı aviareysi ilə gələn, şəxsiyyəti sonradan ona məlum olan Rusiya Federasiyası vətəndaşı X4 “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarətindən keçərkən çıxış qapısının qarşısında saxlamış və “Qırmızı kanal” buraxılış sisteminə yönləndirmişdir. Aiiam Aliev gömrük nəzarəti zonasına daxil olarkən və zonadan çıxarkən mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən təqdim etməmiş, elektron, yazılı və ya şifahi formada bəyan etməmişdir. Həmin şəxsə müşayiət etdiyi əl yükünə baxış keçiriləcəyini bildirmiş və yüklərini rentgen aparatına daxil etməsini xahiş etmişdir. Təxminən 1-2 dəqiqə sonra eyni aviareyslə gələn şəxsiyyəti sonradan ona məlum olan X6 “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarətindən keçərkən saxlayaraq “Qırmızı kanal” buraxılış sisteminə yönləndirmişdir. Şahid1 də eynilə, gömrük nəzarəti zonasına daxil olarkən və zonadan çıxarkən mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən təqdim etməmiş, elektron, yazılı və ya şifahi formada bəyan etməmişdir. Şahid1 müşayiət etdiyi əl yükünə baxış keçiriləcəyini bildirmiş və yüklərini rentgen aparatına daxil etməsini xahiş etmişdir. X13 və Şahid1 birlikdə səfər etdikləri və əmioğlu olduqları məlum olmuşdur. Aiiam Alievin və Şahid1 müşayiət etdikləri əl yüklərində olan qara rəngli, zahiri baxımdan eyni olan çamadanlar rentgen qurğusundan keçirilərkən, hər iki çamadanın içərisində çoxlu sayda mobil telefonlara bənzəyən təsvirlər monitorda əks olunmuşdur. Bundan sonra əvvəlcə Aiiam Alievi yoxlama otağına dəvət etmiş və orada video çəkilişdən istifadə etməklə, həmkarı Şahid3 iştirakı ilə Aiiam Aliyevin əl və baqajına yüklərinə yoxlama keçirmişdir. Yoxlama zamanı, Aiiam Alievin müşayiət olunan baqaj yükü kimi gətirdiyi bir ədəd qara rəngli çamadanın zəncirbəndi açılaraq baxış keçirilmiş və içərisində geyinilmiş ayaqqabı, saçqırxan cihaz, ərzaq və digər şəxsi əşyaları olduğu məlum olmuşdur. Həmin çamadanın içərisindəki qara rəngli çantadan üzərində DOH QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 086, DOH QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 087 yazılmış 2 ədəd baqaj birkası aşkar olunmuşdur. Daha X9 əl yükü kimi gətirdiyi, üzərində “SİTEVUİ” sözü yazılmış digər qara rəngli çamadana baxış keçirmişdir. Həmin çamadanın üst tərəfində olan cibdən üzərində Medzhidov Sadraddin 21AUG22 FZ505055 ********* yazılmış 1 (bir) ədəd baqaj birkası aşkar olunmuş, baqajın zəncirbəndi açılandan sonra ağ rəngli boş sellofan paketin altından gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya yazılı formada bəyan edilməmiş, qutuları ilə birlikdə tam komplekt şəkildə, istifadə olunmamış 4 ədəd “İphone 14 pro 128 GB”, 4 ədəd “İphone 14 pro 256 GB”, 5 ədəd “İphone 14 pro 512 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 17 ədəd “İphone 14 pro max 256 GB” markalı, ümumilikdə 40 ədəd “İphone 14” markalı mobil telefon aşkar edilmişdir. X9 üzərində şəxsi yoxlama apardım, onun üzərindən olunmalı və ya dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış əşyalar aşkar edilməmişdir. Bundan sonra Şahid1 yoxlama otağına dəvət edərək həmkarı Şahid4 iştirakı ilə video çəkilişdən istifadə etməklə, əl və baqaj yüklərinə yoxlama keçirmişdir. Yoxlama zamanı, Şahid1 baqaj yükü kimi gətirdiyi qara rəngli çamadanın içərisində ərzaq, gigiyenik vasitələr, şəxsi geyim və digər əşyalar olduğu məlum olmuşdur. Daha sonra Şahid1 əl yükü kimi gətirdiyi, üzərində “SİTEVUİ” sözü yazılmış digər qara rəngli çamadana baxış keçirmiş, çamadanın içərisindən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya yazılı formada bəyan edilməmiş, qutuları ilə birlikdə tam komplekt şəkildə, istifadə olunmamış 11 ədəd “İphone 14 pro 128 GB”, 16 ədəd “İphone 14 pro 256 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 3 ədəd “İphone 14 pro max 256 GB”, 1 ədəd “İphone 13 pro 256 GB” markalı olmaqla cəmi 41 ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Sonra Şahid1 üzərində şəxsi yoxlama aparmış, onun üzərindən olunmalı və ya dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış əşyalar aşkar edilməmişdir. Yoxlamalar başa çatdıqdan sonra, Aiiam Aliev və Şahid1 müşayiət etdikləri əl yüklərindən aşkar edilmiş, gömrük orqanına bəyan edilməmiş cəmi 80 ədəd “İphone 14 pro” və 1 ədəd “İphone 13 pro” markalı mobil telefon götürülmüş, müvafiq protokollar tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İbtidai istintaq zamanı işi üzrə şahid qismində dindirilən Şahid1 oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğlu olmuş, uzun müddətdir Moskva şəhərində yaşamış, orada ticarətlə məşğul olmuş, tez-tez Azərbaycana gəlib atasına baş çəkmişdir. 2022-ci ilin sentyabr ayında Əyyam ona Doha şəhərinə getməyi təklif etmiş, yol və qalmaq xərcini qarşılayacağını, qayıdarkən az miqdarda mobil telefon gətirəcəklərini bildirmiş, o, etiraz etməmişdir. Əyyam biletləri almış, hoteli rezerv etmiş, bir neçə gün sonra, xx.xx.2022-ci il tarixdə birlikdə Bakı-Doha aviareysi ilə uçub Qətərin Doha şəhərinə getmişlər. Dohada 2 gecə “Al Muntazah” adlı hoteldə qalmış, gəzmiş, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakıya qayıtmaq üçün X10 getmişlər. Orada o, namaz otağına getmiş, Əyyam isə tranzit zonada kimləsə görüşmüş, namaz otağından çıxdıqda Əyyam ona 1 ədəd kiçik ölçülü çamadan verib içərisində mobil telefon olduğunu demiş, o, çamadanın içərisində 2-3 ədəd mobil telefon olduğunu, qalanın adi hədiyyəlik əşyalar olduğunu düşünmüşdür. Eyni həmin çamadandan birini də Əyyam daşımışdır. Çamadanın təkərləri olmuş, qulpundan tutub sürərək təyyaryə daxil olmuşdur. Bu zaman hiss çamadanın çəkisinin ağır olduğunu hiss etmiş, hətta həmin çamadanı təyyarədə əl yükü bölməsinə Əyyam özü qaldırıb qoymuşdur. Doha-Bakı aviareysi ilə uçaraq xx.xx.2022-ci il tarixdə saat 00 radələrində X5 Aeroportuna gəlmişlər. Təyyarə Bakı aeroportuna çatdıqdan sonra həmin çamadanı götürdükdə o, çəkisinin ağır olduğunu hiss etmiş, Əyyamdan çamadanda nə olduğunu soruşduqda, Əyyam mobil telefonlar olduğunu demiş, o, problem çıxarsa nə edəcəklərini soruşmuş, Əyyam problem olmayacağını, olarsa rüsum ödəyib götürəcəklərini bildirmişdir. Əyyam onun ardınca gəlməyi, gömrükdən ayrılıqda keçməyi demiş, təyyarədən endikdən sonra əl yükü kimi gətirdiyi çamadanı götürüb təyyarədən enmiş, pasport nəzarətindən keçmiş, zalda baqaja verdiyi digər, içərisində şəxsi əşyaları olan çamadanı baqaj lentindən götürdükdən sonra “yaşıl kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etmək üçün çıxışa doğru getmişdir. Qapıya yaxınlaşanda gömrük əməkdaşı onu saxlayıb yoxlama aparılması üçün “qırmızı kanala” yönləndirmiş, bu zaman Əyyamın da orada olduğunu görmüşdür. Gömrük əməkdaşları tərəfindən əl yükü və baqaj yükü rentgen aparatında yoxlamada keçirildi, gömrük əməkdaşları yüklərinə baxış keçiriləcəyini bildirib onu yoxlama otağına dəvət etmişlər. Yoxlama otağında video çəkilişdən istifadə edərək baqaj və əl yükündə olan çamadanlara keçirilmiş baxış nəticəsində əl yükündə gətirdiyi üzərində “SİTEVUİ” yazılmış çamadanın işərisindən bəyan etmədiyi 11 ədəd “İphone 14 pro 128 GB”, 16 ədəd “İphone 14 pro 256 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 3 ədəd “İphone 14 pro max 256 GB”, 1 ədəd “İphone 13 pro 256 GB” markalı mobil telefon aşkar edilmişdir. Yoxlamalar başa çatdıqdan sonra, onun və Əyyamın daşıdığı çamadanlardan aşkar olunan cəmi 80 ədəd “İphone 14 pro” və 1 ədəd “İphone 13 pro” markalı mobil telefonlar gömrük əməkdaşkarı tərəfindən götürülmüş, protokollar tərtib edilmiş, onlar da protokolları imzalamışlar. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib edilmiş 25 sentyabr 2022-ci il tarixli yoxlama, əşya və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı Aiiam Alievin müşayiət olunan baqaj yükü kimi gətirdiyi bir ədəd qara rəngli çamadanın içərisindən geyinilmiş ayaqqabı, saçqırxan cihaz, ərzaq və digər şəxsi əşyaları olduğu məlum olmuşdur. Həmin çamadanın içərisindəki qara rəngli çantadan üzərində DOH QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 086, DOH QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 087 yazılmış 2 ədəd baqaj birkası aşkar olunmuşdur. Daha X9 əl yükü kimi gətirdiyi, üzərində “SİTEVUİ” sözü yazılmış digər qara rəngli çamadana baxış keçirilmiş, həmin çamadanın üst tərəfində olan cibdən üzərində Medzhidov Sadraddin 21AUG22 FZ505055 ********* yazılmış 1 (bir) ədəd baqaj birkası aşkar olundu, baqajın zəncirbəndi açılandan sonra ağ rəngli boş sellofan paketin altından gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya yazılı formada bəyan edilməmiş, qutuları ilə birlikdə tam komplekt şəkildə, istifadə olunmamış 4 ədəd “İphone 14 pro 128 GB”, 4 ədəd “İphone 14 pro 256 GB”, 5 ədəd “İphone 14 pro 512 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 17 ədəd “İphone 14 pro max 256 GB” markalı, ümumilikdə 40 ədəd “İphone 14” markalı mobil telefon aşkar edilmişdir. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib edilmiş 25 sentyabr 2022-ci il tarixli yoxlama, əşya və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı Şahid1 baqaj yükü kimi gətirdiyi qara rəngli çamadanın içərisində ərzaq, gigiyenik vasitələr, şəxsi geyim və digər əşyalar olduğu məlum olmuşdur. Daha sonra Şahid1 əl yükü kimi gətirdiyi, üzərində “SİTEVUİ” sözü yazılmış digər qara rəngli çamadana baxış keçirilmiş, çamadanın içərisindən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya yazılı formada bəyan edilməmiş, qutuları ilə birlikdə tam komplekt şəkildə, istifadə olunmamış 11 ədəd “İphone 14 pro 128 GB”, 16 ədəd “İphone 14 pro 256 GB”, 10 ədəd “İphone 14 pro max 128 GB”, 3 ədəd “İphone 14 pro max 256 GB”, 1 ədəd “İphone 13 pro 256 GB” markalı olmaqla cəmi 41 ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 5/1172 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş beş ədəd “iPhone 14 Pro” (512 GB həcmli) markalı “A2890” modelli, bir ədəd “iPhone 14 Pro” (128 GB həcmli) markalı “A2890” modelli, dörd ədəd “iPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli, üç ədəd “iPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli, dörd ədəd “iPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2894” modelli, altı ədəd “iPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2896” modelli, on yeddi ədəd “iPhone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli mobil smartfonlar halhazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş beş ədəd “iPhone 14 Pro” (512 GB həcmli) markalı “A2890” modelli və bir ədəd “iPhone 14 Pro” (128 GB həcmli) markalı “A2890” modelli mobil smartfonlar aktiv edilməmişdirlər. Təqdim edilmiş dörd ədəd “iPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2894” modelli smartfonlar aktiv edilməmişdir. Təqdim edilmiş üç ədəd “iPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli mobil smartfonları rəsmi internet resursunda seriya nömrəsinə görə axtarış verildikdə həmin smartfonların texniki dəstəyinin aktivləşdirildiyi qeyd olunmuşdur, yəni işə salınaraq internet internet qlobal şəbəkəyə qoşulmuşdurlar. Təqdim edilmiş altı ədəd “iPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2896” modelli və on yeddi ədəd “iPhone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli mobil smartfonları rəsmi internet resursunda seriya nömrəsinə görə axtarış verildikdə həmin smartfonların texniki dəstəyinin aktivləşdirildiyi qeyd olunmuşdur, yəni işə salınaraq internet internet qlobal şəbəkəyə qoşulmuşdurlar. Təqdim edilmiş bir ədəd “iPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli “L7GK3X2MFQ” seriya nömrəli,üç ədəd “iPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli “D2Q92V3FJX”,”GX4WHN9MTC” və “LWPFJ6RF22” seriya nömrəli mobil smartfonlar aktiv edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 9/6971 №-li ekspert rəyindən görünür ki, ekpertiza tədqiqatına təqdim edilmiş mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 108100,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2022-ci il tarixli, 5/1173 №-li ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş dörd ədəd “iPhone 14 Pro ” (128 GB həcmli) markalı “A2890” modelli, yeddi ədəd “iPhone 14 Pro ” (128 GB həcmli) markalı “A2892” modelli, on altı ədəd “iPhone 14 Pro ” (256 GB həcmli) markalı “A2892” modelli, iki ədəd “iPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2896” modelli, üç ədəd “iPhone 14 Pro Max” (256 GB həcmli) markalı “A2896” modelli və bir ədəd “iPhone 13 Pro” (256 GB həcmli) markalı “A2483” modelli mobil smartfonlar hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş dörd ədəd “iPhone 14 Pro ” (128 GB həcmli) markalı “A2890” modelli, iki ədəd “iPhone 14 Pro” (128 GB həcmli) markalı “A2894” modelli və bir ədəd “iPhone 13 Pro” (256 GB həcmli) markalı “A2483” modelli mobil smartfon aktiv edilməmişdirlər. Təqdim edilmiş bir ədəd “iPhone 14 Pro” (128 GB həcmli) markalı “A2892” modelli, on iki ədəd “iPhone 14 Pro ” (256 GB həcmli) markalı “A2892” modelli mobil smartfonu texniki dəstəyinin aktivləşdirildiyi qeyd olunmuşdur-yəni işə salınaraq internet qlobal şəbəkəyə qoşulmuşdurlar. Təqdim edilmiş səkkiz ədəd “iPhone 14 Pro Max” (128 GB həcmli) markalı “A2896” modelli, üç ədəd “iPhone 14 Pro” (256 GB həcmli) markalı “A2896” modelli mobil smartfonları rəsmi internet resursunda seriya nömrəsinə görə axtarış verildikdə həmin smarfonların texniki dəstəyinin aktivləşdirildiyi qeyd olunmuşdur. Yəni işə salınaraq internet qlobal şəbəkəyə qoşulmuşdurlar. Təqdim edilmiş altı ədəd “iPhone 14 Pro ” (128 GB həcmli) markalı “A2892”modelli WYX0F7K30C”,”HVH4NL7V90”,”NG2QYHPF3D”,”KGXC63G0GC”,”QVYLXL27R7”,”NJ7L V4M7TT” seriya nömrəli, dörd ədəd “iPhone 14 Pro” (256 GB həcmli) markalı “A2892” modelli “NP32YDJV9C” ,”NK73HTKW1M”, ”DJPG93QR1P”, ”P4RTFK2F6J”, seriya nömrəli mobil smartfonlar aktiv edilmişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 9/6972 №-li ekspert rəyində göstərilmişdir ki, ekpertiza tədqiqatına təqdim edilmiş mobil telefonların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 102700,00 manat müəyyən edilmişdir. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, 25 sentyabr 2022-ci il tarixdə X5 Aeroporunda Təqsirləndirilən şəxs və Şahid1 aşkar edilərək götürülmüş külli miqdarda 210800 manat dəyərində 81 ədəd “İphone” markalı mobil telefon, cinayətin törədilmisində alət və vasitə kimi istifadə edilmiş 2 ədəd üzərində “Sitevui” yazılmış çamadan və “DOH QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 086”, “DOH QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 087” və “Medzhidov Sadraddin 21AUG22 FZ505055 141505055” yazılmış 3 ədəd baqaj birkası cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli, 9/6971 və 9/6972 №-li ekspert rəyindən görünür ki, orta bazar qiyməti ümumilikdə 210800 manat təşkil edən mobil telefonların gömrük rəsmiləşdirilməsindən keçirilməsi üçün ödənilməli olan məbləğ cəmi 46568,44 manat təşkil edir. İş materiallarında olan video görüntülərə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:04-də əvvəlcə Aiiam Aliev müşayiət etdiyi qara rəngli çamadanla gömrük nəzarəti zonasına daxil olmuş, onun ardınca hərəkət edən Şahid1 ondan təxminən 20 saniyə sonra gömrük nəzarəti zonasına daxil olmuşdur. sonra Aiiam Aliev baqaj arabasının üzərinə qoyduğu baqaj yükü və yükü ilə “yaşıl kanal” buraxılış sisteminə doğru hərəkət etmiş, ondan təxminən 40 saniyə sonra Şahid1 baqaj arabasının üzərinə qoyduğu baqaj yükü və yükü ilə “yaşıl kanal” buraxılış sisteminə doğru hərəkət etmişdir. Aiiam Aliev “yaşıl kanal” buraxılış sisteminə daxil olaraq çıxış qapısına doğru getmiş, qapının qarşısında gömrük əməkdaşı tərəfindən saxlanılaraq “qırmızı kanal” buraxılış sisteminə yönləndirilmişdir. Onun ardınca hərəkət edən Şahid1 Aiiam Ailevin “qırmızı kanal” buraxılış sisteminə yönləndirilməsinə baxmayaraq “yaşıl kanal” buraxılış sisteminə daxil olaraq çıxışa doğru hərəkət etmiş və gömrük əməkdaşı tərəfindən saxlanılaraq “qırmızı kanal” buraxılış sisteminə yönləndirilmişdir İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə anadan olub, azərbaycanlı, orta təhsilli, ailəli, üç övladı var, ünvan 2 ünvanda qeydiyyatda olsada, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, ünvan 3a yaşayır. Təqsirləndirilən şəxs burda yaşadığı müddətdə ictimayyət arasında özünü səmimi aparmış, qonşuları və yoldaşları arasında hörmət qazanmışdır. Təqsirləndirilən şəxs barəsində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmayıb. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayet Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin məcəllənin 206.1-1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı qismində, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri şöbəsinin böyük inspektoru Nümayəndə mülki iddiaçının nümayəndəsi kimi, Təqsirləndirilən şəxs isə mülki cavabdeh kimi tanınmışdır. İş materiallarından olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsini qəbul etməkdən imtina edilmiş və geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşadığı yerdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən “Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən “Cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır. Bu hal məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Mövcüd qanunvericilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilmək növündə əlavə cəza nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırki cinayət işi üzrə cinayətin predmetinin dəyəri 210800 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza kimi cərimənin hətta minimum həddini (əlli faiz) tətbiq etdikdə həmin cərimənin miqdarı təxmini 105400 manat təşkil edəcəkdir. Bu cərimə cəzasının məbləği isə təqsirləndirilən şəxs üçün kifayət qədər maddi çətinliklər yarada bilər. Belə ki, onun himayəsində yetkinlik yaşına çatmayan vardır. Cərimə tətbiq edildiyi təqdirdə həmin ailənin maddi cəhətdən təmin edilməsi təqsirləndirilən şəxs tərəfindən mümkün olmaya bilər. Bu isə nəticədə ailənin, yetkinlik yaşına çatmayan övladının üstün mənafe hüquqlarının pozulmasına gətirib çıxara bilər və gələcəyinə təhsir edə bilər. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq ediməklə əlavə cəza təyin edilməməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 13 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 25 sentyabr 2022-ci il tarixdə X5 Aeroporunda Təqsirləndirilən şəxs və Şahid1 aşkar edilərək götürülmüş külli miqdarda, 210800 manat dəyərində 81 ədəd “İphone” markalı mobil telefonun, cinayətin törədilmisində alət və vasitə kimi istifadə edilmiş 2 ədəd üzərində “Sitevuf” yazılmış çamadanın və “DOH QR 354 22 Sep Aliev МЈА22НЈ SEQ МК 086”, “DOH QR 354 22 Sep Aliev NUAZZH/İ SEQ МК 087” və “Medzhidov Sadraddin 21AUG22 FZ505055 141505055” yazılmış 3 ədəd baqa) birkasının cinayət işi üzrə qəbul edilmiş 09 fevral 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması və məhkəmənin yekun qərarı qəbul edilənədək “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılması üçün təhvil verilmişdir. Beləliklə məhkəmə “Azərterminalkompleks” Birliyinin anbarında maddi sübut kimi saxlanılan bəyan edilməmiş 210800 manat dəyərində 81 ədəd “İphone” markalı mobil telefona münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GMnin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə bir neçə cəza növü müəyyən etmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza kimi nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə “Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.” Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmetinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qaytarılan əmlaklara görə gömrük ödənişləri ödəməklə yanaşı ondan həmin mallara münasibətdə mülki iddia şəklində pul tutulması “İsmayılov Rusiyaya qarşı” işi üzrə 06 noyabr 2008-ci il tarixli və “Adjiqoviç Rusiya Federasiyasına qarşı” işi üzrə 08 oktyabr 2009-cu il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının mövqeyinə ziddir. Belə ki, həmin qərarların və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 02 iyun 2016-cı il tarixli qərarlarındakı mövqeyə görə qaçaqmalçılıq cinayəti törətmiş şəxsin həmin cinayətin predmeti olmuş malların onun özünə qaytarılması üçün gömrük rəsmiləşdirilməsini və ödənişlərin ödənilməsini şəxsin üzərinə vəzifə olaraq deyil, bir növ hüquq kimi müəyyən edilmiş və şəxs həmin mallara sahib çıxmaq istəmədiyi halda malların sonrakı taleyinin həll edilməsi və tənzimlənməsi qaydası qanunverici tərəfindən müəyyən olunmuşdur. İş üzrə maddi sübut kimi tanınmış “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bəyan edilməmiş ümumi dəyəri 210800 manat dəyərində 81 ədəd “İphone” markalı mobil telefon və cinayətin törədilmisində alət və vasitə kimi istifadə edilmiş 2 ədəd üzərində “Sitevui” yazılmış çamadan və “DOH QR 354 22 Sep Aliev NUAZZHJ) SEQ NR 086”, “DON QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 087” və “Medzhidov Sadraddin 21AUG22 FZ505055 141505055” yazılmış 3 ədəd baqaj birkası hökm qanuni qüvvəyə mindikdən sonra və müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 360 (üç yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi 6 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bəyan edilməmiş ümumi dəyəri 210800 manat dəyərində 81 ədəd “İphone” markalı mobil telefon və cinayətin törədilmisində alət və vasitə kimi istifadə edilmiş 2 ədəd üzərində “Sitevui” yazılmış çamadan və “DOH QR 354 22 Sep Aliev NUAZZHJ) SEQ NR 086”, “DON QR 354 22 Sep Aliev NUAZZHJ SEQ NR 087” və “Medzhidov Sadraddin 21AUG22 FZ505055 141505055” yazılmış 3 ədəd baqaj birkası hökm qanuni qüvvəyə mindikdən sonra və müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 06 (altı) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar