Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-385/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs Hacıağa oğlunun iştirakı ilə, 31 avqust 1955-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, hazırda işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hacıağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Qurtqaşenli küçəsində uçmuş evlərin dağıntılarının içərisindən tapdığı, zavod üsulu ilə istehsal edilmiş, “235184” nömrəli, 6.35 mm kalibrli, istifadəyə (atəşə) yararlı, “BROWNİNG” markalı, “M 1906” modelli yivli odlu silah hesab edilən tapançanı, onun komplekt hissəsi olan sandıqçasını və döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, 5,45x18 mm kalibrli 4 ədəd patronu qanunsuz olaraq əldə edərək yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən bağ evinə daşıyaraq saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Hacıağa oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, həmin silahı 2018-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Qurtqaşenli küçəsində uçmuş evlərin dağıntılarının içərisindən tapmışdır. Qeyd etmişdir ki, 2018-ci ilədək Yasamal rayonu, Qurtqaşenli küçəsində onun evi olmuş, həmin ev onun ata yurdu idi. 2018-ci ildə dövlət layihəsi çərçivəsində həmin evlərdən köçürülmüş, oradaki evlər sökülmüşdür. Həmin ərəfədə o, tez-tez ora gedib-gəlirmiş. Hazırda dəqiq yerini və vaxtını xatırlamasa da, 2018-ci ildə həmin ərazidə olan binalar uçurulan vaxt həmin silahı sandıqçası ilə birlikdə uçurulan binalardan birinin qalıqları altından tapmış, içərisində isə 4 ədəd patron olmuşdur. Silahı tapdıqdan sonra yaşadığı Buzovna qəsəbəsindəki evinə aparmış və suvenir kimi saxlamışdır. Bildiyi qədəri ilə həmin silah suvenirdir. O, həmin silahdan heç vaxt istifadə etməmiş, yalnız evində saxlamışdır. Onda silahın olması barədə heç kəsin xəbəri olmamış, o, heç kəsə, o cümlədən ailə üzvlərindən heç kimə bu barədə deməmiş, ailə üzvlərindən heç kimin onun silahı evdə saxlamağından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, 68 yaşının olduğunu, ürəyin işemik xəstəliyi, infarktdan sonra kardioskeleroz, hipertoniya xəstəliyi 2-ci dərəcə, prediabet, xroniki C virus hepatit subklinik forma, Hər iki diz oynağının artrozu 3-cü dərəcə, mielofibroz 1-ci dərəcə xəstəliklərindən əziyyət çəkdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, O, 23 dekabr 2022-ci il tarixdə günün səhər saatlarında iş yoldaşı Şahid2 ilə birlikdə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində olarkən Dövlət Təhlükəsizliyi Xidmətinin adını bilmədiyi əməkdaşı onlara yaxınlaşaraq keçiriləcək baxışda hal şahidi qismində iştirak etməklərini təklif etmiş, onlar isə vətəndaşlıq borclarını yerinə yetirərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılıqlarını bildirdikdən sonra birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər və orada həmin evin sahibi olan Arif adlı şəxsin iştirakı ilə həmin ünvanda keçirilən baxışda iştirak etmişlər. Baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında müvafiq məhkəmə qərarını ona, iş yoldaşı Fikrətə, eləcə də ev sahibi Arif adlı şəxsə elan etmiş, o və baxışda iştirak edən digər şəxslər qeyd edilən məhkəmə qərarı ilə tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı baxışda iştirak edən şəxslərə malik olduqları müvafiq hüquq və vəzifələri onlara izah etmişdir. Bundan sonra həmin ünvana baxış keçirilmişdir. Baxış aparılan ünvan həyətyanı sahə və həyətyanı sahədə tikilmiş iki mərtəbəli ev və yardımçı tikilidən ibarət olmuş, baxış zamanı yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağında olan dolabın içərisindən 1 ədəd kiçik ölçülü tapança aşkar edilmiş, həmin tapançanın içərisində darağı və 4 ədəd patronu olmuşdur. Daha sonra dəhlizdə olan masanın üzərində Arif adlı ev sahibinin şəxsiyyət vəsiqəsi, 4 ədəd “Nokia”, “Samsung” və “LG” markalı mobil telefonlar aşkar edilmişdir. Aşkar edilən həmin adları sadalanan əşyalar və sənəd Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş, o, digər hal şahidi olan iş yoldaşı Fikrət, habelə baxışda iştirak edən ev sahibi Arif adlı şəxs həmin protokolu oxuyub orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilən 27 yanvar 2023-cü il tarixli 3/52; 3/53 №-li Məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah, zavod üsulu ilə istehsal edilmiş 6.35 mm kalibrli olmaqla, “235184” №-li “BROWNİNG” markalı tapançadır, yivli-odlu silahdır, istifadəyə (atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir; - tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 5,45x18 mm kalibrli olub həmin kalibrə malik PSM markalı və s. uyğun kalibrli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə yararlıdır. Həmin patronlardan istifadə etməklə, tədqiqata təqdim edilmiş tapançadan atəş açmaq mümkündür. Rəyə əsasən tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patrondan 1 (bir) ədədi tədqiqat zamanı patronun istifadəyə yararlı olduğunu və silahın atəşə yararlılığını müəyyən etmək üçün tədqiqat zamanı silahdan həmin patron vasitəsi ilə atəş açılaraq istifadə edilmişdir. Qeyd olunan predmetlər Təqsirləndirilən şəxs Hacıağa oğlu və qeyriləri tərəfindən törədilmiş cinayət əməlinin predmetləri olduğundan, həmçinin öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildikləri yerə və vaxtına görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərindən 17 fevral 2023-cü il tarixdə maddi sübut kimi tanınmış və 03 mart 2023-cü il tarixli 27/739 nömrəli aktla məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və sosial təminat idarəsinin Silah-sursat və sair xüsusi məmulatların mərkəzləşdirilmiş uçotu üzrə şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin ƏTBİ-nin 4-cü şöbəsinin mütəxəssisləri tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli 14/4/219 №-li mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlunun yaşadığı ünvana 23 dekabr 2023-cü il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş və - tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, “235184” nömrəli, 6.35 mm kalibrli “BROWNİNG” markalı “M 1906” model tapançadır – yivli odlu silahdır; - tədqiqata təqdim edilmiş 1 ədəd predmet “BROWNİNG” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 6.35 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır (daraqdır); - tədqiqata təqdim edilmiş 4 ədəd patron zavod üsulu ilə istehsal edilməklə .25 NAA (6.35 mm) kalibrli olub, həmin kalibrə uyğun “BROWNİNG” markalı “M 1906” model tapançalarda və ya həmin kalibrə uyğun digər silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatıdır. İş materiallarına əlavə olunmuş 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlunun yaşayş yeri olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanından aşkar edilib götürülmüş “235184” nömrəli, 6.35 mm kalibrli, istifadəyə (atəşə) yararlı, “BROWNİNG” markalı, “M 1906” modelli tapança 4 ədəd patronu ilə birlikdə iş üzrə maddi sübüt kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və Sosial Təminat İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Hacıağa oğlu Bakı şəhəri Oktyabr Rayon Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmünə əsaəsn AR CM-nin 97-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsaəsn Təqsirləndirilən şəxs Hacıağa oğlu AR CM-nin 70, 120.2, 126, 146 və 38-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə xx.xx.2005-ci il tarixli hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs Hacıağa oğlunun cəzası 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. xx.xx.2009-cu il tarixdə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Hacıağa oğlu çəkilməmiş qalan 09 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Hacıağa oğlu Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, DTX-nin İstintaq Baş İdarəsinin müstəntiqi, ədliyyə baş leytenantı Elvin Abuzərli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 23 dekabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Hacıağa oğlunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən bağ evinə keçirilmiş baxış zamanı evin 2-ci mərtəbəsində böyük yataq otağında yerləşən paltar dolabının içərisində sandıqçası və 4 ədəd patronu ilə birlikdə “235184” nömrəli, “BROWNİNG” markalı, “M 1906” modelli tapança, şəxsiyyət vəsiqəsi və 4 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 24 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu DTX-nin İstintaq Baş İdarəsinin baş müstəntiqi, ədliyyə kapitanı Tural Məmmədyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Hacıağa oğlu barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən AR DTX İstintaq Baş İdarəsində AR CM-nin 228.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, yəni 23 may 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarına əsasən AR CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Hacıağa oğlunun həbsdə saxlama müddəti 2 ay müddətinə, yəni 23 may 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 29 mart 2032-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu DTX-nin İstintaq Baş İdarəsinin baş müstəntiqi, ədliyyə kapitanı Tural Məmmədyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xəstəlik kağızlarından görünür ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu ürəyin işemik xəstəliyi, infarktdan sonra kardioskeleroz, hipertoniya xəstəliyi 2-ci dərəcə, prediabet, xroniki C virus hepatit subklinik forma, Hər iki diz oynağının artrozu 3-cü dərəcə, mielofibroz 1-ci dərəcə xəstəliklərindən əziyyət çəkir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Hacıağa oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Hacıağa oğlunun əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, kifayət qədər yaşının olmasını, ürəyin işemik xəstəliyi, infarktdan sonra kardioskeleroz, hipertoniya xəstəliyi 2-ci dərəcə, prediabet, xroniki C virus hepatit subklinik forma, Hər iki diz oynağının artrozu 3-cü dərəcə, mielofibroz 1-ci dərəcə xəstəliklərindən əziyyət çəkməsini, himayəsində 68 yaşında həyat yoldaşının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Hacıağa oğlu tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hacıağa oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və Sosial Təminat İdarəsində maddi sübut kimi saxlanılan “235184” nömrəli, 6.35 mm kalibrli, istifadəyə (atəşə) yararlı, “BROWNİNG” markalı, “M 1906” modelli yivli odlu silah hesab edilən tapança, onun komplekt hissəsi olan sandıqçası və döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, 5,45x18 mm kalibrli 4 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Hacıağa oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Hacıağa oğlu Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Hacıağa oğlunun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs Hacıağa oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki və Sosial Təminat İdarəsində maddi sübut kimi saxlanılan “235184” nömrəli, 6.35 mm kalibrli, istifadəyə (atəşə) yararlı, “BROWNİNG” markalı, “M 1906” modelli yivli odlu silah hesab edilən tapança, onun komplekt hissəsi olan sandıqçası və döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, 5,45x18 mm kalibrli 4 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş materiallarında olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Hacıağa oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Hacıağa oğluna isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-385/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-385/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver