Məhkəmə qərarları › İş №1(003)-385/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-385/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-385/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonunun Marışlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, nömrəsiz fərdi evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə əvvəllər onunla birlikdə məhkumluq həyatı yaşamış tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu ərazisində yerləşən nömrəsiz fərdi evdə Zərərçəkmiş şəxsla birlikdə eyni otaqda bir neçə gün müvəqqəti qalaraq yaşadığı vaxt onun şalvarının cibində pul qabının içərisində nağd pul, eyni zamanda kart hesabında pul olan elektron məlumat daşıyıcısı hesab olunan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid bank kartı saxladığını və həmin kartın kodunu əvvəlcədən bilmiş, 13 noyabr 2024-cü il tarixdə saat 03:30 radələrində həmin ünvanda Zərərçəkmiş şəxs yatdığı vaxtdan öz oğurluq niyyətini həyata keçirtmək üçün sui-istifadə edərək həmin otaqda Zərərçəkmiş şəxs yatmazdan əvvəl soyunub həmin otaqda oturacağın üstünə qoyduğu şalvarının sağ arxa cibindən əvvəlcə pul qabını çıxardaraq içərisindəki Zərərçəkmiş şəxs məxsus bank kartını gizli götürmək istəyərkən orada 100 manat məbləğində pul olduğunu görüb götürmüş, eyni zamanda Zərərçəkmiş şəxs məxsus kart hesabında 464 manat məbləğində pul vəsaiti saxlanılmış elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASCyə aid 4127-2093-0568-6021 nömrəli bank kartını gizli olaraq götürməklə evdən çıxıb gedərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Araz-4” marketin qarşısında quraşdırılmış ATM 00002229 nömrəli ödəniş terminalına yaxınlaşaraq Zərərçəkmiş şəxs məxsus bank kartını ödəniş terminalı olan bankomata taxaraq əvvəlcədən öyrənib bildiyi kodu yığıb həmin bank kartın hesabında saxlanılan Zərərçəkmiş şəxs məxsus 400 manat məbləğində pul vəsaitini həmin gün orada saat 03:47-də çıxardıb nağdlaşdıraraq elektron məlumat daşıyıcısı olan Zərərçəkmiş şəxs məxsus bank kartından istifadə etməklə vahid niyyətlə Zərərçəkmiş şəxs cəmi 500 manat məbləğində pulunu ələ keçirtməsində ifadə olunan hərəkətlərlə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nağd olaraq 100 manat məbləğində və elektron məlumat daşıyıcısından istifadə etməklə 400 manat məbləğində olmaqla ümumilikdə 500 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsində tanımışdır. Cəzadan azad edildikdən sonra onunla əlaqə saxlamış və münasibət yaratmışlar. 2024-cü ilin oktyabr ayında Elşadla Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində kirayə yaşamışdır, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Heç bir yerdə işləmədiyinə görə bir müddət Elşadın yanında işləmiş, birlikdə taksi kimi fəaliyyət göstərmiş, axşamlar da gedib Elşadın kirayədə yaşadığı evdə təxminən 20 gün qalmışdır, çünki pulu olmamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 03:30 radələrində oyanıb görmüşdür ki, Elşad yatıb, əvvəlcədən bilmişdir ki, Elşadın pul qabında bank kartı, eyni zamanda həmin kartda pulu var, eyni zamanda kartın kodunu da bilmişdir. Elşadın oturacağın üstünə qoyduğu şalvarının sağ arxa cibindən pul qabını çıxarıb görmüşdür ki, pul qabında kartdan başqa 100 manat pul var, həmin 100 manat pulu, eyni zamanda "xxxx" ASC-ə aid bank kartını götürmüşdür. Daha sonra Binə qəsəbəsinin yaxınlıqda yerləşən "Araz” marketin qarşısında quraşdırılmış "Azərbaycan Beynəlxal Bankı” ASC bankomatına yaxınlaşaraq əvvəlcə kartı, daha sonra kartın kodunu daxil edərək kart hesabında olan 464 manat puldan 400 manatını çıxarmışdır. Sonra yenidən həmin evə qayıdıb kartı yerinə qoyub evdən getmişdir. Səhər Elşad onun oğurluğundan xəbər tutandan sonra zəng etmiş, lakin Elşadın zənglərinə cavab verməmişdir. Ümumilikdə Elşadın 500 manat pulunu oğurladığını bildirmişdir. Hazırda dəymiş ziyanı tam ödəməsini, xəstə anası ilə kirayədə yaşamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsinə oxşar məzmunlu ifadə verib ittihamda qeyd olanları təsdiq edərək Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməsini, onunla barışdığını bildimişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşir. Evin həyətyanı sahəsi yoxdur, ev həyətin girişindən sağ tərəfdə yerləşir və iki otaqdan ibarətdir. Evin girişindən sağda sanitar qovşaq yerləşir. Evin giriş qapısı ilə üzbəüz bir otağın qapısı yerləşir, həmin otağa daxil olduqda solda divan, sağda masa, divan ilə üzbəüz çarpayı yerləşir, çarpayının da yanında paltar dolabı var. Eyni zamanda otaqda bir ədəd stul var, Zərərçəkmiş şəxs məxsus şalvar həmin stulun üstündə, pul qabı şalvarın cibində, 100 manat pulu və bank kartı da həmin pul qabının içərisində olmuşdur. "xxxx" ASC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə “atm 2229 xx.xx.2024”, “anket.docx” və “çıxarış.docx” adlı üç ədəd fayl mövcuddur. Diskdə olan “atm 2229 xx.xx.2024” adlı faylın içərisində bir ədəd “ATM00002229_19092_034625_737_1000_1.AVİ” adlı 37 saniyədən ibarət video fayl və “ATM00002229_19092_034640_348_1109_1.jpg”,“ATM00002229_19092_034716_758_1 017_2.jpg”,“ATM00002229_19092_034720_613_1001jpg”,ATM00002229_19092_034721 _008_1109_1.jpg” adlı foto fayllar vardır. Həmin video fayla baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:46- da "xxxx" ASC-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Araz” marketin qarşısında quraşdırılmış ATM00002229 nömrəli bankomata yaxınlaşıb Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nə aid 4127-2093 0568-6021 nömrəli kartını bankomata taxaraq koddan istifadə edərək pul nağdlaşdırır. “ATM00002229 19092_034640_348_1109_1.jpg”,“ATM00002229J9092_034716_758_10172.jpg”,“ATM00 002229J9092_034720_613_1001_1.jpg”,“ATM00002229_19092_034721_008_1109_1.jpg ” adlı foto fayllardan da görünür ki, həmi videogörüntüdə müşahidə olunanları özündə əks etdirir. Diskdə olan “anket.docx” adlı faylda Zərərçəkmiş şəxs anket məlumatlc qeyd olunmuşdur ki, həmin bank kartının ona məxsus olduğunu təsdiq edir. Diskdə olan “çıxarış.docx” adlı faylda Zərərçəkmiş şəxs məxsus bank kartından istifadə edilərək aparılmış əməliyyatlar əks olunmuşdur. Belə ki, həmin fayla baxıç keçirlərkən müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 03:47-da kart hesabında olar 464 manat məbləğdən 400 manatı nağdlaşdırılmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə, saat 00:30-da tutulmuşdur. Bakı şəhər Xəzər rayon prokurorunun “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi və müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 03 aprel 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında vəsatət təmin edilməmiş, o, müvəqqəti saxlama təcridxanasından azad edilmişdir. 03 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 69.3-cü maddələri ilə 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən salanılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat vasitələrindən istifadə etməklə gizli olaraq talamaqla oğurluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmişin ifadəsi, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur (CM-nin 52-1.1-ci maddəsi). Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir (CM-nin 52-1.2-ci maddəsi). Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrin qoyulmasını, cəzasının başlanğıcının azadlığın məhdudlaşdırılması cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, 02 aprel 2025-ci il tarixdə, saat 00:30-da tutularaq təqsirləndirilən şəxs qismində dindirilməsinin 03 aprel 2025-ci il tarixdə 15.45-də başa çatmasını nəzərə alıb şübhəli şəxs qismində saxlanıldığı müddətin iki gün hesablanmasını, CM-nin 69.3-cü maddəsinə əsasən (hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlğın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır) şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddətin azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə bir günə iki gün hesablanmasını və təyin olunmuş cəzadan çıxılmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 9 saata görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə 01 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən azadlğın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrin yerinə yetirilməsi kimi vəzifələr qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 9 saata görə 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar