Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-386/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində yerləşən məzarlığın yaxınlığında əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı yerdən götürdüyü daş parçasını sonuncunun sağ ayağına bir dəfə qəsdlə vurub Zərərçəkmiş şəxs sağ budun qançırı, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 dekabr 2023-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində yerləşən məzarlığın yaxınlığında əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Simura Səfərova ilə 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində tanış olmuşdur. Onlar tanış olduğu müddətdə münasibətləri yaxşı olmuş və qeyri rəsmi olsada ər-arvad münasibətində olmuşlar. O, Simurǝ Səfərovla münasibətdə olan zaman aonuncuya bildirmiş ki, həyatında yalnız "mən olacam, mənə qarşı düzgün olsun". Lakin buna baxmayaraq Simurǝ Səfərova son zamanlarda ona qarşı yaxşı olmamış, öz həyatın yaşamağa başlamaqla başqa şəxslərlə pul qarşılığında görüşmüşdür. Bundan sonra onların arasında soyuq münasibətlər başlamışdır. Belə ki, 31 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona sms yazaraq bildirmiş ki, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində olan mezarlığa aparsın. O da, Təqsirləndirilən şəxs ilə razılaşmış və həmin tarixdə avtomobili ilə Sinurə Səfərovanı və sonuncunun oğlu Turqutu sözü gedən mezarlığa gətirmişdir. Təqsirləndirilən şəxs oğlu ilə mərhum ərini ziyarətə gelmişdir. Onlar məzarlıqda olan zaman o da, Simurə ilə birlikdə avtomobildən düşmüş və birlikdə məzara tərəf getmişdir. Orada o, köməklik edərək məzarı təmizləmiş, quran oxutmuş və Simurǝ ilə oğlu məzardaşının yanında şəkil çəkdirmişlər. O, məzarlığı təmizlədikdən sonra əlini yuyub qurtaranda görmüş ki, Simurǝ və oğlu orada yoxdur. Bu zaman ətrafa boylanmış, lakin görə bilməmişdir. Bundan sonra avtomobilinə tərəf gəlmiş və görmüş ki, Simurǝ və sonuncunun oğlu Turqut avtomobilin yanındadırlar. Bu zaman Simurǝyǝ demiş ki, "sən nə eşşək adamsan məni niyə gözləməmiş avtomobilin yanına gəlmisən. Bu sözdən sonra Simurə ona demiş ki, "sən cındır adamsan, cındır taksi kimi gətirmişəm". Bundan sonra Simurənin sözünə əhəmiyyət verməmiş və avtomobilini Simurənin oğlu Turquta vermiş ki, mərkəzi yola kimi sürüb öyrensin. Yola çıxana qədər Simurǝyǝ demiş ki, taksi sifariş etsin və onun avtomobilindən düşüb getsin. Bu zaman Simurǝ Səfərova ona demiş ki, necə gəlibsə elədə gedəcək. Bundan sonra o avtomobilin qapısını açaraq Simurəni avtomobildən düşürtmüş və bu zaman Təqsirləndirilən şəxs yerdən daş parçasını götürərək onun üzərinə atmış, həmin daş parçası onun sağ ayağna dəymişdir. Simurǝ Səfərova onu daşla vursa da yolda qoymamış və yaşadığı ünvana gətirib düşürtmüşdür. O, ayağından xəsarət aldıqdan sonra müayinə üçün Sabunçu rayonunda yerləşən 3 saylı BŞX-na getmişdir. Bundan sonra o, Simurǝnin ona qarşı etdiyi əmələ görə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş və eyni zamanda Xəzər RPİnin 2-ci PŞ-nǝ ərizə ilə müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8 saylı rəyinə əsasən müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sağ budun qançırı, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X2" X3 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndiirlən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, S.Səlimova tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Naxçıvan MR-nin, Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-386/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-386/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver