Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-386/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(007)-46/2025 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(007)-206/2025 saylı qərarı ilə cəzasının 02 ay 24 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 1(007)-471/2025 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X10, nömrəsi fərdi evdə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,573 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 22 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 2 sayh yataqxananın yaxınlığında kimi daşımış, həmin gün qeyd olunan yataqxananın yaxınlığında saat 15:14 radələrində, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş keçirməklə üzərində şəxsi axtarılş aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş kütlə təmiz çəkisi - 0,573 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, psixotrop maddələrə asılılığı olduğu üçün onlardan isdifadə edir. 22 aprel 2025-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata 01 büküm şüşə alaraq şəxsi isdifadəsi üçün üzərində saxlamışdır. 22 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 2 saylı yataqxananın yaxınlığında piyada hərəkətdə olduğu vaxt videoçəkiliş ilə ona polis əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək, özlərini təqdim edib ondan özünü təqdim etməyini bildirdilər, o, da onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra ona narkotik maddələrin dövrüyyəsində şübhəli bilindiyini və üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olub-olmaması barədə soruşaraq varsa təqdim etməyini bildirdilər. Əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümün içərisində nə olduğunu, hardan nə üçün əldə etdiyini soruşduqda, bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini 10 manat ödəməklə Suraxanı rayonu, Suraxanı qəsəbəsindən tanımadığm şəxsdən öz şəxsi isdifadəsi üçün aldığını demişdir. Üzərinə baxış keçirilərkən üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən qablaşdırılaraq təhqiqata təqdim edilməsi üçün götürülmüş və onu Xəzər RPİ-nin 3-cü PŞə dəvət etmişlər. Polis əməkdaşlarına heç bir etirazını bildirməyərək onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlmişdir. Bundan sonra ona hüquqlarının müdafiəsi üçün Xəzər rayon ərzisində fəaliyyət göstərən vəkil dəvət edilmişdir. Vəkil dəvət edilməzdən əvəl ona vəkil seçmək hüququ verildi o, müdafiəçini seçdi. Bundan sonra ona huquq və vəzifələrim izah edilmiş və videoçəkiliş ilə üzərinə baxİş keçirilərkən polis əməkdaşları saxlanıldığı yerdə təqdim etdiyi qablaşdırılmış 01 ədəd şəffaf rəngli sellofona bükülmüş psixotrop maddə metamfetamini təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı ondan həmin bükümün içərisində nə olduğunu haradan və neçiyə əldə etdiyimi soruşduqda bildirmişdir ki, saxlanilan zaman üzərindən aşkar edilən prixotrop maddə metamfetamin özünə məxsusdur, öz şəxsi isdifadəsi üçün Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra ona təklif edilmişdir ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməyini bildirmişlər, onun üzərində hər hansi bir əşya və ya predmet olmadığından polis əməkdaşları üzərinə şəxsi axtarış keçirdilər. Lakin hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, psixotrop maddə metamfetamin zərfə qoyulmüşŞ, möhürlə möhürlənmişdir, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola baxışda iştirak edən digər şəxslərə birlikdə imzalar edilmişdir. PŞ-də olan vaxt ona qarşı heç bir təsir göstərilməmişdir. Narkotik maddələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hazırda Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən xx.xx.1997-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur və bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra ondan və Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra narkotik vasitələrin və psixotrop maddələrin dövriyəsində şübhli bilinən şəxsin yeri müəyyən olunmuşdur. xx.xx.2025-ci il saat 15:14 radələrində Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 2 saylı yataqxananın yaxınlığında piyada hərəkətdə olan vaxt xarici görünüş əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə videoçəkiliş ilə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək və həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra üzərində qanunsuz və nəticədə hər hansı bir əşya və ya predmet olub-olmaması barədə barədə sorğu-sual etdikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümün çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində nə olduğunu hardan nə üçün əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini 10 manat ödəməklə Suraxanı rayonu, Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi isdifadəsi üçün aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq təhqiqata təqdim edilməsi üçün götürülmüş, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-ə dəvət etmişlər Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir etirazını bildirməmişdir polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Xəzər rayon ərzisində fəaliyyət göstərən vəkil dəvət edilmişdir. Vəkil dəvət edilməzdən əvəl vəkil seçmək hüququ verilmiş, Təqsirləndirilən şəxs müdafiəçini seçmişdir. Bundan sonra huquq və vəzifələri izah edilmiş və video çəkiliş ilə üzərinə şəxsi axtarış baxış keçirilmiş, şəxsi-axtarış, baxış keçirilərkən onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən götürdüyü bükümü təhqiqata təqdim etmişlər və təqdim edilən 01 ədəd şəffaf rəngli sellofan açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müəyyən edilmişdir. Təhqiqatçı həmin bükümün Təqsirləndirilən şəxs məxsus olubolmamasını şoruduqda bildirmişdir ki, həmin kütlə özünə məxsusdur və Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat nağd pula aldığını demişdidir. Aşkar olunmuş 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olunduğundan təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılıb götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2025-ci il tarixli, 6/151 İrəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Arayışlar üçün N° 193” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; /imza/Təqsirləndirilən şəxs; /imza/ Şahid2; /imza/ Şahid1; /imza/ B.Səfərov; təhqiqatçı: /imza/R.Cavadov” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,573 qram olan ağ rəngli kristalşəlili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısna daxildir. Məhkəmə-narkoloji ekspertizasının 12 may 2025-ci il tarixli, 2743 sayh rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən X2 F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkililəri keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin dövrüyyəsi ilə məşğul olan 22 aprel 2025-ci il tarixdə Azerbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhər Baş Polis idarəsinin Xəzər Rayon Polis İdaresinin 3-cü Polis Şöbəsinin eməkdaşları tərəfınden keçirilmiş məliyyat-axtarış tədbirləni nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs 01 avqust 1997-ci ildə Bakı şəhərində anadan olan, AR vətəndaşı, orta təhsilli, subay məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, X10, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 15:14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 2 saylı yataqxananın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən özlərini təqdim etmiş və bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Sənan Xelilov əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərsində 01 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxardaraq içərisində psixotrop maddə olmasını, həmin narkotiki vasitəni öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin kütlə polis əməkdaşlarlı tərəfindən götürülmüş və qablaşdirilması üçün Xəzər RPİ 3-cü PŞ-yə aparıldı. Tədbir zamanı polis əməkdaşları tərəfindən qeyd olunan xüsusatlar “iphone” markalı mobil telefon ilə videoçəkilişlə qeydə alımamışdır. Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və baş əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi raporta əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il saat 15:14 radələrində Xəzər RPİnin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və CA üzrə baş əməliyyat müvəkili polis kapitanı Şahid2, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 2 sayh yataqxananın yaxınlığında bir nəfər şəxsin piyada hərəkətdə olduğu vaxt videoçəkiliş ilə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək, özlərini təqdim edib və həmin şəxsdən özünü təqdim etməsini bildirdilər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs narkotik maddələrin dövrüyyəsində şübhəli bilindiyini və üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olub-olmaması barədə barədə sorğusual etdikdə o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim edir. Həmin bükümün içərisində nə olduğunu hardan nə üçün əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamini 10 manat ödəməklə Suraxanı rayonu, Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən öz şəxsi isdifadəsi üçün aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq təhqiqata təqdim edilməsi üçün götürüldü və Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞə dəvət edildi. Bundan sonra üzərindən aşkar olunaraq götürümüş bükümü polis əməkdaşları zərfə qoyulmuşdur və möhürlənmişdir. xx.xx.2025-ci il tarixdə “Şəxsi axtarış və götürmə aparılması protokolu”na əlavə edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis X9 və CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və CA üzrə baş əməliyyat müvəkili polis kapitanı Şahid2, Bakı şəhəri 8 sayh Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otağların birində video çəkilişdən istifadə etməklə şübhəli şəxs qismində saxlanılmış üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı təhqiqatçı ona özünü təqdim etməsini bildirdi. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Bundan sonra təhqiqatçı ona bildirdi ki, xx.xx.2025ci il saat 15:14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi, 2 saylı yataqxananın yaxınlığında şübhəli şəxs qismində saxmlan zaman polis əməkdaşlarına əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selefona bükülmüş bükümü təqdim etmisiniz. Bundan sonra Xəzər RPİ-nin 3-cü PŞ-nın CA üzrə baş əməliyyat müvəkkili Şahid2 təhqiqata Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar olunaraq götürülən zərfi təhqiqata təqdim edir və təqdim edilən zərfin açıldıqda içərisindən 01 ədəd şəffaf rəngli sellofon içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müəyyən edildi. Təhqiqatçı həmin bükümün ona məxsus olubolmamasını şoruduqda bildirdi ki, həmin kütlə özünə məxsusdur və Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat nağd pula aldığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə zamanı onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi 01 ədəd şəffaf rəngli sellofona bükülmüş psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. 22 aprel 2025-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman raportla əlavə olunmuş bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş, eləcə də 0,573 qram çəkidə narkotik psixotrop maddə metanfetamin maddi sübut kimi tanınaraq, 0,523 qram (0,573-0,05) olan qalığı Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 24 aprel 2025-ci tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində həmin gün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayındığına və qaçıb gizləndiyinə görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilərək onun axtarışı elan edilmişdir. 22 avqust 2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil omuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(007)-46/2025 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(007)-206/2025 saylı qərarı ilə cəzasının 02 ay 24 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli 1(007)-471/2025 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması şahid ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakı qaydada şərh verməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosialhüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayəthüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl azadlıqdan məhrum etmə növündə cəza çəkməklə məhkum olunmasını, bundan nəticə çıxarmayıb cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhz həmin dövrdə yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət qanunvericiliyin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (CM-nin 66.1-ci maddəsi). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (CM-nin 66.5-ci maddəsi). Qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir (CM-nin 76.6.3-cü maddəsi). Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir (CM-nin 67.1-ci maddəsi). Qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(007)-46/2025 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(007)-206/2025 saylı qərarı ilə cəzasının 02 ay 24 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməklə 22 aprel 2025-ci il tarixdə, yəni məhz azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə dövründə yenidən az ağır cinayət törətdiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilməli, cəzasının qeyd edilən çəkilməmiş hissəsi hazırki hökmlə cinayətlərin məcmusu üzrə ona təyin ediləcək cəza ilə qismən birləşdirilib CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə ona cəza təyin edilməlidir. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) tələblərini rəhbər tutub təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CMnin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının cinayətlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun şərti olaraq vaxtından əvvəl azad etməsinin ləğv edilməsini, CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə ona əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin hazırkı hökmlə ona cinayətlərin məcmusu üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla onun əvvəlki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli hökmü ilə təqsirli bilindiyi və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,523 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş ilə 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cinayətlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli 1(007)-46/2025 saylı hökmü ilə 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 7(007)-206/2025 saylı qərarı ilə çəkilməmiş 02 ay 24 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 24 günü hazırkı hökmlə cinayətlərin məcmusu üzrə təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli hökmü ilə təqsirli bilindiyi iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün, eləcə də hazırki iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün, cəmi 4 (dörd) gün, azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 22 avqust 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,523 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(003)-386/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-386/2025
27.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver