Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-387/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqəsdi ilə xx xxxx 2020-ci il tarxdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsi 225 nömrəli bağ evinin qarşısına gəlmiş, bağ evində və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin hasarının kənarında olan işıq dirəyinə çıxmaqla hasarı aşıb oradan həyətə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub əvvəlcədən üzərində olan vintaçan ilə evin birinci mərtəbəsinin plastik pəncərəsini açıb evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki zalın mətbəx hissəsində masanın altından orta bazar qiyməti 200 manat olan bir ədəd mikrodalğalı sobanı, orta bazar qiyməti 150 manat olan bir ədəd “Ariston” markalı elektrik sobasını və orta bazar qiyməti 300 manat olan qab-qacaq və qazan dəstini, daha sonra evin giriş qapısının arxasından bir cütünün orta bazar qiyməti 75 manat olmaqla ümumi dəyəri 150 manat olan “Tommy Hilfiger” markalı iki cüt kişi idman ayaqqabısını götürüb evin zalından arxa həyətə açılan qapının qarşısına yığdıqdan daha sonra evin ikinci mərtəbəsinə çıxaraq orta hissədə yerləşən yataq otağında termonun üzərindən orta bazar qiyməti 300 manat olan bir ədəd “PHİLİPS” markalı elektrik üzqırxanı götürdükdən sonra evin birinci mərtəbəsinə düşərək evin zalından arxa həyətə çıxışı olan qapını açaraq orta bazar qiyməti 100 manat olan bir ədəd təkərli zibil qutusunu həyətdən götürüb həmin əmlakları zibil qutusuna yükləməklə həyətin jalüz qapısını açıb küçəyə çıxıb oradan uzaqlaşaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1200 (min iki yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi vəziyyəti pis olduğundan qərara gəlmişdir ki, əvvəllər yaşadığı Mərdəkan qəsəbəsinə gələrək orada sahibsiz bağ evlərinin birindən oğurluq edərək qazanc əldə etsin. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Mərdəkan qəsəbəsinə gələrək bağ evlərinin yerləşdiyi H.Z.Tağıyev küçəsi ilə hərəkət edən zaman bağ evlərinin həyətinə və qapılarına nəzər yetirib hansı bağ evində yaşayış olub-olmadığını yoxlamışdır. 225 saylı evin qarşısına gəlib həmin evdən səs gəlmədiyini və evdə heç kəsin olmadığını müəyyən etmişdir. Evdə adam olub-olmadığını daha dəqiq müəyyən etmək üçün evin zəngini bir neçə dəfə basmış, lakin qapını açan olmamışdır. Evdə heç kəsin olmadığına tam əmin olduqdan sonra ətrafa nəzər edib ətrafda və küçədə də heç kəsin olmadığına tam əmin olduqdan sonra bağ evinin hasarının dibində olan işıq dirəyinin üzərinə çıxaraq oradan həyətə keçmişdir. Həyətdə olan ikimərtəbəli evi yoxlamaq üçün həyətdə gəzmiş, evə daxil olmaqdan ötrü evin ön hissəsində yerləşən plastik pəncərənin qarşısına gəlib əvvəlcədən özü ilə gətirdiyi vint açan vasitəsilə pəncərəni açıb evə daxil olmuşdur. Evin birinci mərtəbəsi zal olmuş, oradan isə evin arxa hissəsinə qapı olmuşdur. Zalın mətbəx hissəsində masanın altında bir ədəd mikrodalğalı soban və bir ədəd elektrik sobasını görüb onları götürərək zaldan arxa bağ hissəsinə açılan qapının qarşısına qoymuşdur. Masanın üzərindəkiqab-qacaq və qazan dəstini götürmuş, sonra isə zalda ön giriş qapısının qarşısında olan iki cüt kişi ayaqqabısını görüb onları da götürərək sobaların yanına qoymuş və pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Orada üç yataq otağı və bir hamam otağı olmuşdur. Orta hissədə yerləşən yataq otağında termonun üzərində olan bir ədəd elektrik üzqırxanını da götürərək birinci mərtəbədəki sobaların və qab-qacaqların yanına aparmışdır. Bundan sonra evin zalından arxa bağ hissəyə açılan qapını açıb həyətə çıxmışdır. Həyətdə yaşıl rəngli zibil qutusunun olduğunu görüb qərara gəlmişdir ki, oğurlayacağı əmlakları həmin zibil qutusuna yığıb aparsın. Bundan sonra bir ədəd mikrodalğalı sobanı, bir ədəd elektrik sobasını, iki cüt kişi ayaqqabısını, bir ədəd elektrik üzqırxanı, habelə qab-qacaq və qazan dəstini zibil qutusuna yığıb evin həyətinin ön hisəsinə keçmişdir. Evin həyətinin avtomobil girişi üçün nəzərdə tutulmuş jalüz qapısının düyməsini basaraq qapını açıb zibil qutusunu içindəki əmlaklarla birlikdə küçəyə çıxarmış və düyməni basaraq qapını bağlamışdır. Bundan sonra oğurladığı əmlakları yola çıxarmış və yaxınlıqda yerləşən “Oba” marketin qarşısına gəlmişdir. “Oba” marketdən siqaret alıb yoldan tanımadığı taksi saxlatdıraraq oğurladığı əmlakları zibil qutusu ilə birlikdə taksinin yük yerinə yığmış və Mərdəkan qəsəbəsi Yesenin küçəsinə gəlmişdir. Oğurladığı əmlakları pərakəndə satmaq üçün Yesenin küçəsində yolun kənarına yığaraq mikrodalğalı sobanı və elektrik sobasını tanımadığı bir nəfər şəxsə 120 manata satmış, digər əmlakları isə sata bilmədiyi üçün onları, yəni iki cüt ayaqqabını, bir ədəd elektrik üzqırxanı, qab-qacaq və qazan dəstini zibil qutusu ilə birlikdə Mərdəkan qəsəbəsində xatırlamdığı yerə atmış, əldə etdiyi pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. İlk dəfə törətdiyi bu əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində yerləşən 225 saylı bağ evi ona məxsusdur. Yay mövsümündə həmin bağ evində yaşayır. xx xxxx 2020-ci il tarixdə Quba rayonuna getmiş, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında bağ evinə gəlmişdir. Bağ evinə daxil olduqdan sonra evin birinci mərtəbəsində yerləşən zalın mətbəx hissəsində masanın alıtında olan bir ədəd mikrodalğalı sobanın, bir ədəd elektrik sobasının, habelə bir dəst qabqacaq və qazan dəstinin yerində olmadığını müəyyən etmişdir. Evdən oğurluq olmasından şübhələnərək evi nəzərdən keçirən zaman müəyyən etmişdir ki, evin ön giriş qapısının arxasında olan ona məxsus iki cüt kişi idman ayaqqabısı, eləcə də evin ikinci mərtəbəsində olan yataq otağında termonun üzərində olan bir ədəd elektrik üzqırxanı oğurlanmışdır. Daha sonra evin birinci mərtəbəsinə düşmüş və oradan evin arxa hisəsinə çıxışı olan qapının açıq olduğunu görmüşdür. Evin arxa həyətinə keçərək orada olan bir ədəd yaşıl rəngli zibil qutusunun da oğurlandığını müəyyən etmişdir. Daha sonra evin müşahidə kameralarına baxaraq müəyyən etmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində bir nəfər 25-30 yaşlı kişi hasardan aşaraq həyətə daxil olur, daha sonra isə evin pəncərəsini açaraq evə daxil olur, bundan sonra evin arxa həyətə çıxışı olan qapını açaraq evin arxa həyətinə keçir və oradan zibil qutusunu götürərək oğurladığı əmlakları həmin zibil qutusuna yükləyib evin həyətinin jalüz qapısının düyməsini basıb qapını açaraq həyətdən çıxır. Bundan sonra Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət edərək evindən oğurluq olması barədə şikayət ərizəsi yazmışdır. Hadisə nəticəsində orta bazar qiyməti 200 manat olan bir ədəd mikrodalğalı soba, orta bazar qiyməti 150 manat olan bir ədəd “Ariston” markalı elektrik sobası, orta bazar qiyməti 300 manat olan bir dəst qab-qacaq və qazan dəsti, bir cütünün orta bazar qiyməti 75 manat olmaqla ümumi dəyəri 150 manat olan iki cüt “Tommy Hilfiger” markalı kişi idman ayaqqabısı, orta bazar qiyməti 300 manat olan bir ədəd “PHİLİPS” markalı elektrik üzqırxanı və orta bazar qiyməti 100 manat olan bir ədəd təkərli zibil qutusu oğurlanmaqla ona ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. Hazırda Qismət ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Qismətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsi 225 ünvanında yerləşən bağ evinin və həmin küçədə fəaliyyət göstərən “Oba” marketin müşahidə kameralarında xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində qeydə alınmış video görüntülərin əks olunduğu bir ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxx 2020-ci cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1-da çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və MüdafiəçiDövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 cəmi 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-387/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-387/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver