Məhkəmə qərarları › İş №1(003)-387/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-387/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-387/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1981-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən nömrəsiz evdə kirayə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi ev 15-də yaşayan tanışı Zərərçəkmiş şəxs məxsus 6500 ABŞ dolları (11000 manat) məbləğində pulu sonuncuya çatdırması üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən Zərərçəkmiş şəxs tanışı Şahid2 götürdükdən sonra Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında taksidən düşüb naməlum istiqamətə getməklə həmin pulu Zərərçəkmiş şəxs təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş Zərərçəkmiş şəxs məxsus özgə əmlakını vahid niyyətlə xeyli miqdarda mənimsəməklə talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, 3-4 il olar ki, Zərərçəkmiş şəxs tanıyır və Rövşənin yanında tikintilərdə fəhlə işləmişdir. 28 avqust 2021-ci il tarixdə Rövşən zəng edərək tanışından pul götürüb ona gətirmək lazım olduğunu demişdir. Buna görə Nizami rayonu, Q.Qarayev prospektində Rövşənlə görüşmüşdür. Rövşən ona Şahid2 telefon nömrəsini verərək ona zəng etmiş və 6500 ABŞ dollarını götürüb Rövşənə gətirməsini demişidr. O, Mərdəkan qəsəbəsində yerləşən «Şaurma- 1» adlı restoranın qarşısında Tahir adlı şəxsdən 6500 ABŞ dolları götürüb Neftçilər metrostansiyasına gəlmək üçün taksi ilə yola düşmüşdür. Bir müddət əvvəl telefonunu lombarda girov qoyduğu üçün telefonu götürüb sonraə pulu Rövşənə qaytarmağı fikirləşmişdir. Neftçilər metrosunun yanında həmin puldan 10 manat lombarda verib telefonu götürmüş, sonra 200 manat və 250 manat olmaqla Ceyhun və Kamil adlı şəxslərə borclarını qaytarmışdır. Rövşənə məxsus puldan xərclədiyi üçün 1-2 gündən sonra pul tapıb Rövşənin pulunu qaytarmağı fikirləşmişdir. Lakin Rövşənə məxsus 6500 ABŞ dollardan 4000 manatı xərclədiyi üçün Rövşəndən 2 ay vaxt verməsini xahiş etmiş, Rövşən isə artıq ondan şikayət etdiyini bildirmişdir. Himayəsində iki azyaşlı uşağının, yaşlı anasının olduğunu və törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs 3-4 il olar ki, onun yanında tikintilərdə fəhlə işləmişdir. 28 avqust 2021-ci il tarixdə Nizami rayonu ərazisində olarkən ona pul lazım olduğu üçün dostu Şahid2 zəng edərək evindən 6500 ABŞ dolları götürüb ona çatdırmasını demişdir. Bir qədər sonra Tahir zəng vuraraq pulu götürdüyünü, lakin təcili işi çıxdığı üçün pulu ona çatdıra bilməyəcəyini, onunla Mərdəkan qəsəbəsində görüşə biləcəyini demişdir. Ona görə o, taksi sürücüsü Şahid1 çağırmış, Təqsirləndirilən şəxs Xəqani ilə gedib Mərdəkan qəsəbəsində yerləşən «Şaurma 1» adlı restoranının qarşısından pulu götürməsini xahiş etmişdir. Bir qədər sonra Tahir zəng vurub 6500 ABŞ dollarını Elvinə verdiyini demişdir. Bundan 1-2 dəqiqə sonra Elvin Xəqaninin telefonu ilə zəng vuraraq pulu götürdüyünü və yolda olduğunu demişdir. Təxminən 20 dəqiqə sonra Xəqani zəng vuraraq Elvinin kontur almaq adı ilə düşdüyünü, 30 dəqiqədir ki, onu gözlədiyini demişdir. O, Elvinə zəng etsə də, zəng çatmamışdır. Bundan sonra Elvinin Zabrat qəsəbəsində kirayədə yaşadığı evinə getsə də, qapı bağlı olmuşdur. Həmin gün Elvinin atasının yaşadığı Qazax rayonuna yola düşmüşdür. Kürdəmir rayonu ərazisində olarkən Elvinin otaq yoldaşı Namiq zəng vuraraq Elvinin onun pullarını götürüb Azərbaycan Respublikasını tərk edəcəyini, pulları ona qaytarmayacağını demişdir. O, Qazax rayonunda Elvinin atası ilə danışmış və bu barədə Qazax RPŞ-nə müraciət etmişdir. 30 avqust 2021-ci il tarixdə Elvin ona zəng vuraraq 14000 manat borcu olduğu üçün bu əməli törətdiyini demiş və 2 ay vaxt verməsini xahiş etmişdir. Lakin bundan sonra Elvini tapa bilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs 5-6 il olar ki, müştəri kimi tanıyır. 28 avqust 2021-ci il tarixdə bazarın qarşısında olarkən Rövşən ona yaxınlaşıb Elvin adlı fəhləsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən «Şaurma-1» restoranının qarşısına getməyi, orada Elvin bir nəfərdən pul götürdükdən sonra pulu ona gətirəcəyini demişdir. O, Elvini «Şaurma-1» restoranının qarşısına gətirmiş və Elvin yolun digər tərəfində bir nəfərlə görüşüb təkrar geri qayıtmış və onlar Neftçilər istiqamətinə doğru getmişlər. X3 zəng edərək 6500 ABŞ dolları pulu götürdüyünü demişdir. Elvin Neftçilər metrosunun içindən telefon götürüb gələcəyini deyərək onu 5 dəqiqə gözləməsini xahiş etmişdir. Orada 15 dəqiqə gözlədikdən sonra Rövşənə zəng vurub Elvinin telefon götürmək üçün getdiyini və geri qayıtmadığını demişdir. Təxminən 10 dəqiqə sonra Rövşən gələrək Elvini axtarmış, telefonuna zəng vurmuş, lakin onun telefonuna zəng çatmamışdır. Daha sonra Elvinin Zabrat qəsəbəsində kirayədə yaşadığı evinə getmiş, orada da, olmadığı üçün o, Rövşəni Qazax rayonuna getməsi üçün avtovağzala aparmışdır. X1 pulunu götürüb qaçdığını üçün Rövşənin şikayət etdiyini bilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs 5 il olar ki, tanıyır. 28 avqust 2021-ci il tarixdə Rövşən zəng vuraraq yaşadığı evdən 6500 ABŞ dolları götürüb ona çatdırmasını xahiş etmişdir. O, Rövşəngilə gedib 6500 ABŞ dollarını götürmüş, lakin təcili işi çıxdığı üçün Rövşənə zəng edib təcili Mərdəkan qəsəbəsinə getməli olduğunu, pulu Mərdəkan qəsəbəsində verə biləcəyini demişdir. Rövşən isə pulu onunla işləyən fəhləsinə verməsini demişdir. Bir müddət sonra Rövşənin göndərdiyi Təqsirləndirilən şəxs ilə Mərdəkan qəsəbəsində yerləşən «Şaurma-1» adlı restoranın qarşısında görüşüb pulu ona vermişdir. O, da Rövşənəzəng edib pulu verdiyini bildirmişdir. Bir qədər sonra Rövşən zəng vuraraq Elvinin pulları götürüb qaçdığını demişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə iki-üç ildən çoxdur ki, fəhlə işləmişdir. 28 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla birlikdə Nizami rayonunda yerləşən kafedə yemək yemişlər. Həmin vaxt Rövşənə pul olduğundan tanışı Tahirə zəng edərək yaşadığı evdən 6500 ABŞ dolları pulu götürüb ona çatdırmasını demişdir. Bir qədər sonra Tahir Rövşənə zəng edərək pulu götürdüyünü, lakin təcili işə getməli olduğu üçün pulu Mərdəkan qəsəbəsində verə biləcəyini demişdir. Ona görə də, X2 qəsəbəsində Tahirdən pulu götürüb gətirə bilib-bilməyəcəyini soruşmuş, Elvin pulu götürüb çatdıra biləcəyini demişdir. Rövşən taksi şoferi Xəqani ilə Elvini Mərdəkan qəsəbəsinə göndərmişdir. Həmin vaxt işlərini qurtardığından Elvinlə kirayə yaşadıqları evə getmişdir. Bir neçə saat sonra Rövşən zəng edərək Elvinin evdə olub-olmadığını soruşmuş, o isə evdə tək olduğunu demişdir. Rövşən Elvinin 6500 ABŞ dolları məbləğində pulu Tahirdən götürdüyünü, lakin ona çatdırmadığını, Elvinin telefonuna da, zəng çatmadığını demişdir. Bundan iki gün sonra Elvin ona zəng edərkən pulu dərhal Rövşənə verməsini demişdir. Elvin isə Rövşənin buna layiq olduğunu, pulu qaytarmayacağını və müəyyən hissəsini xərclədiyini demişdir. O, dərhal Rövşənə zəng edərək Elvinlə aralarında olan söhbəti ona danışmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 01 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1981-ci ildə Qazax şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekaısnda məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 16 may 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 may 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar