Məhkəmə qərarları › İş №1(003)-388/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-388/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-388/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonunun Ağalıkənd kəndində qeydiyyatda olan və ünvan 2də kirayənişin yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiqi olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə təxminən saat 17 radələrində sərxoş vəziyyətdə ünvan 1 ünvanında yerləşən kafedə naməlum şəxslə Zərərçəkmiş şəxs mübahisə edərkən sonuncudan bayıra çıxmasını tələb edərək həmin kafenin qarşısında şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girib bir qrup şəxs halında birləşmiş, ictimai yerdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması, ətrafdakı şəxslər üçün aşkar surətdə əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla ifadə olunan hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan qəsdən münaqişə yaradaraq şillə və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət və bədənin digər nahiyələrinə vuraraq sağ gözün bayır bucağının hematoması, burunun, boyunun sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İ barmağının yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək bir qrup şəxs halında xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxsin əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 21 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Mərdəkan qəsəbəsində stansiya adlanan ərazidə yerləşən Camal adlı şəxs tərəfindən işlədilən kafedə olarkən qonşu masada əyləşən, adını sonradan bildiyi Ramiz adlı şəxsin bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini, daha sonra isə onların mübahisə edə-edə kafedən bayıra çıxdıqlarını görmüş, həmin vaxt kafedə olan digər müştərilər də bayıra çıxdıqlarından, o da bayıra çıxmışdır. Bayıra çıxanda onların artıq dava etdiyini görmüş və həmin vaxt özü də Ramizi vurmağa başlamışdır. Sonra orada olan tanımadığı şəxslər onları ayırmış, bundan sonra yenidən kafeyə daxil olmuşdur. Təxminən 1-2 saat keçəndən sonra kafedə olarkən oraya 2-3 nəfər mülki geyimli polis əməkdaşı gəlib Camalı və onu Polis şöbəsinə aparmışlar. Orada Ramiz onu göstərək onu vuranlardan birinin olduğunu bildirmişdir. Hadisə zamanı sərxoş olduğundan ondan başqa Ramizi kimlərin döyməsini xatırlamır. İlk dəfə törətdiyi bu əməlindən peşman olmuş və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 21 yanvar 2022-ci il tarixdə saat təxminən 16:30 radələrində Mərdəkan qəsəbəsində stansiya adlanan ərazidə yerləşən kafeyə daxil olmuşdur. Orada boş masalardan birində oturub yeyib-içdikdən sonra pivə sifariş verib pivə içməyə başlamışdır. Pivə içən zaman kafeyə bir nəfər əlində corab satan şəxs daxil olmuş və o, həmin şəxsdən 2 cüt corab almışdır. Həmin vaxt digər masada əyləşən bir nəfər şəxs ona yaxınlaşıb demişdir ki, “mənə də bir cüt corab almalısan”. O, həmin şəxsə “mən sənə niyə corab almalıyam?” demiş, bu zaman həmin şəxs onun əlində olan corabın bir tayını dartıb almaq istəyərkən aralarında mübahisə düşmüşdür. Həmin vaxt başqa masada oturan tanımadığı 3-4 nəfər şəxs ona yaxınlaşıb ondan bayıra çıxmağını tələb etmişlər. O, həmin şəxslərlə birlikdə kafedən bayıra çıxan kimi başında ağ rəngli kepka olan, adını sonradan bildiyi İntiqam ilk olaraq yumruqla onun burun-sifət nahiyəsinə zərbə vurmuş və bundan sonra İntiqam və onun yanındakı şəxslər onu vurmağa başlamışlar. Həmin vaxt oraya toplaşmış şəxslər onları ayırmışlar. Bundan sonra o, Polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. O, polis əməkdaşları ilə həmin kafeyə gəldikdə İntiqamı orada görən kimi başındakı ağ rəngli kepkadan tanıyıb polis əməkdaşlarına onu döyənlərdən birinin İntiqam olduğunu bildirmişdir. İntiqamla birlikdə onu döyən digər şəxslərin kim olduqlarını bilmir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun ondan heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 21 yanvar 2022-ci il tarixdə saat 17 radələrində qonşusu Rasimlə birlikdə Mərdəkan qəsəbəsində stansiya adlanan ərazidə yerləşən kafeyə getmiş, kafedə həmin vaxt digər masada tanışı Ramizin də əyləşdiyini görmüşdür. Kafeyə girdikdən təxminən yarım saat sonra kafenin bayırından səs-küy gəldiyini eşidib bayıra çıxanda görmüşdür ki, bayırda çoxlu adam yığışıb və bir nəfər təxminən 30-35 yaşlarında olan, adını sonradan istintaq zamanı bildiyi İntiqam adlı şəxs Ramizə zərbələr vurur. Bundan sonra hadisə yerinə toplaşan tanımadığı şəxslərlə birlikdə onları ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 21 yanvar 2022-ci il tarixdə saat 17 radələrində qonşusu Talehlə birlikdə Mərdəkan qəsəbəsində stansiya adlanan ərazidə yerləşən kafeyə getmiş, kafedə həmin vaxt digər masada, onlarla yanaşı masada tanışı Ramizin də tək əyləşdiyini görmüşdür. Kafeyə girdikdən təxminən 1 saat sonra kafenin bayırından səs-küy gəldiyini eşidib bayıra çıxanda görmüşdür ki, bayırda çoxlu adam yığışıb və onlar Ramizlə bir nəfər təxminən 30-35 yaşlarında olan, adını sonradan istintaq zamanı bildiyi İntiqam adlı şəxsi aralaşdırırlar. Oradakı vəziyyətdən başa düşmüşdür ki, Ramizlə İntiqam dalaşmış və oraya toplaşan tanımadığı şəxslər onları aralaşdırmışlar. Kafedən bayıra çıxanda artıq dava bitmişdir, belə ki, oraya toplaşan adamlar Ramizlə İntiqamı ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3am qızı göstərdi ki, təxminən üç ildir ki, İntiqamla aralarında ciddi münasibətləri yaranmışdır, birgə münasibətlərindən bir azyaşlı uşaqları vardır. Təxminən 2022-ci ilin yanvar ayının sonlarında İntiqamdan eşitmişdir ki, o, Mərdəkan qəsəbəsi Stansiya adlanan ərazidə Camal adlı şəxsin işlətdiyi kafedə bir nəfər talış kişini döyüb, burnunu sındırıb xəsarət yetirmişdir. Eyni zamanda İntiqam ona bildirmişdir ki, həmin davanı başqa şəxslərlə birlikdə etmişdir. Lakin İntiqam həmin davada iştirak edən digər şəxslərin kimlər olması barədə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MTE və PA Elmi- Təcrübi və Tədris Birliyinin 26 yanvar 2022-ciil tarixli 70 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ gözün bayır bucağının hematoması, burunun, boynun sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İ barmağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 21 yanvar 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid1 istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid2 istintaq zamanı vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı onun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 06 iyul 2022-ci il tarixli Qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyətləri istintaqa məlum olmayan şəxslər barəsində Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 10 avqust 2022-ci il tarixli ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun ondan heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və Biləsuvar rayon İHB-nın Ağalıkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və Biləsuvar rayon İHB-nın Ağalıkənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli 237 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13 iyul 2013-cü il təvəllüdlü X1 və X2 adlı yetkinlik yaşına çatmayan iki əkiz uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 11 aprel 2022-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiqi olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər törətməklə xuliqanlıq etməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 25 fevral 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2ində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 03 (üç) iş saatına görə 18,00 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 03 saylı Vəkil Bürosunun və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 18,00 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar