Məhkəmə qərarları › İş №1(003)-388/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-388/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-388/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix saat təxminən 20 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə aralarında baş vermiş mübahisə zəminində yumruqla onun baş və boyun nahiyəsindən qəsdən bir dəfə, sonra isə əli ilə saçlarından tutaraq baş nahiyəsini bir neçə dəfə qəsdən döşəməyə vuraraq sonuncuya ənsə nahiyəsinin hematoması və qansızması, döş qəfəsinin, sağ dirsəyin qançırları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayət olunan boynun yumşaq toxumalarının əzilməsi kimi qəsdən sağlamlığa zərərvurmaya aid olan yüngül dərəcəli bədən xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Təxminən 2 il müddətdir ki, onlar rəsmi qaydada boşandıqlarını bildirmişdir. xx.xx.2024-cü il tarix saat təxminən 20 radələrində az yaşlı oğlu Ələsğər ona zəng vuraraq anası Ramilənin yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evdə başqa kişinin olduğunu bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına getmiş, içəri daxil olduqda Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermişdir. O, da bundan əsəbləşərək Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evdə yumruqla onun baş və boyun nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmiş, sonra isə saçlarından tutaraq yerə yıxaraq qəsdən xəsarət yetirdiyini bildirmişdir. O, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun yaşadığı evdə yumruqla baş və boyun nahiyəsindən vurub xəsarət yetirərkən, sonra isə saçlarından tutub yerə yıxıb xəsarət yetirən zaman sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evdə həmkəndlisi X5 və övladı Əliyev Ələsğərin olduğunun bildirmişdir. O, aralarında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs Məmmədhüsen qızının yumruqla baş vǝ boyun nahiyəsindən, sonra isə saçlarından tutaraq yerə yıxaraq qəsdən xəsarət yetirdiyini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar təxminən 2 il müddətdir ki, rəsmi qaydada boşandıqlarını bildirmişdir. xx.xx.2024-cü il tarix saat təxminən 20 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən evdə olan zaman Təqsirləndirilən şəxs onun yaşadığı evə daxil olmuduğunu görmüşdür. Həmin vaxt o yaşadığı evdə qohumu X5 ilə söhbət etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evə daxil olan kimi onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyini bildirmişdir. Bu vaxt onlar arasında mübahisə düşmüş X2 onun yaşadığı ünvan 6 ünvanında yerləşən evdə yumruqla baş və boyun nahiyəsindən qəsdən bir dəfə, sonra isə əli ilə onun saçından tutaraq baş nahiyəsini döşəməyə bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, dərhal döyülərək xəsarət alması barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona məxsus olan evdən çıxıb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun yaşadığı ünvan 6 ünvanında yumruqla baş və boyun nahiyəsindən qəsədən bir dəfə, sonra isə əli ilə saçlarından tutaraq baş nahiyəsini döşəməyə vurub xəsarət yetirən zaman hadisənin şahidləri az yaşlı övladı Əliyev Ələsğər və qohumu Şükürov Aydının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu qohumu X4 evdə olmasını bəhanə gətirərək aralarında baş vermiş mübahisə zəminində yumruqla onun baş və boyun nahiyəsindən qəsdən bir dəfə, sonra isə əli ilə saçlarından tutaraq baş nahiyəsini döşəmǝyǝ vuraraq xəsarət yetirdiyini bildirmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X4 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs Mümmədhüseyn qızı onun həmkəndlisidir. O, hal-hazırda santexnik olaraq fərdi evlərdə usta işlədiyini bildirmişdir. xx.xx.2024-cü il tarix saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs ona məxus olan mobil telefona zəng vuraraq yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evin mətbəxtindən su axdığını və onu təmir etmək lazım olduğunu bildirmişdir. O, da həmin vaxt Ramilənin yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evə getdiyini bildirmişdir. xx.xx.2024-cü il tarix saat təxminən 20 ardələrində Zərərçəkmiş şəxs yaşadığı Xəzər, rayonu Mərdəkan qəsəbəsində yerləşən evində işləyən zaman sonuncunun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs içəri daxil olduğunu gördüyünü bildirmişdir. Həmin vaxt onlar arasında mübahisə düşmüş Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla baş nahiyəsindən qəsdən vuraraq xəsarət yetirmiş, sonra isə əli ilə sonuncunun saçından tutaraq baş nahiyəsini döşəməyə vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, dərhal onları ayırmış və Təqsirləndirilən şəxs sakitləşdirərək Ramilǝnin yaşadığı evdən çölə çıxartdığını bildirmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 06 fevral 2024-cü il tarixli, 93 saylı rəyinə əsasən müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər ənsə nahiyəsinin hematoması və qansızması, döş qəfəsinin, sağ dirsəyin qançırları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayət olunan boynun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zǝrǝrvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Ə.Orucov tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X6 və Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar