Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-388/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi ilə, Nəcəfova Səbinə Aydın qızının katibliyi, prokuror - Bakı şəhər Xəzər rayon prokurorunun köməkçisi X2, müdafiəçi – Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs X3 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X3 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun vəsatətinə qapalı məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Həmin cinayət işi 09 mart 2025-ci il tarixdə CM-nin 177.3.2-ci maddəsi ilə başlanmışdır. İstintaq zamanı müəyyən edilmişdir ki, X7 tamah niyyəti ilə tanışı X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart aynın ilk ongünlüyünədək olan müddət ərzində vahid niyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında yerləşən X8 məxsus 0,04 ha torpaq sahəsində yerləşən 2 ədəd iki mərtəbəli evin qapısının kilidini sındırıb evə qanunsuz daxil olub oradan həyətdə olan evlərdə qurlaşdırılmış Ümumi dəyəri 11000 manat olan 07 ədəd kondisioner olmaqla sağdakı evə qurlaşdırılmış bir ədəd 2000 manat dəyərində 80 kvadratlıq «Aux» markalı böyük kondisioner, bir ədəd 1800 manat dəyərində 50 kvadratlıq «Aux» markalı kondisioneri, soldakı evə qurlaşdırılmış bir ədəd 1800 manat dəyərində 50 kvadratlıq «Aux» markalı kondisioneri, hər biri 1350 manat olmaqla Ümumi dəyəri 5400 manat olan 04 ədəd 30 kvadratlıq «Aux» markalı kondisioner, ümumi dəyəri 4160 manat olan 64 kvadratlıq laminat olmaqla sağdakı evdən hər bir kvadratmetri 32 manat olmaqla 1600 manat dəyərində 50 kvadratmetrlik laminat, soldakı evdən hər bir kvadratmetri 32 manat olmaqla 2560 manat dəyərində 80 kvadratmetrlik laminat, ümumi dəyəri 6500 manat olan 07 ədəd televizor olmaqla sağdakı evdən hər biri 833 manat olmaqla ümumi dəyəri 2500 manat olan 03 ədəd televizor, soldan evdən bir ədəd 1500 manat dəyərində böyük televizor, hər biri 833 manat olmaqla ümumi dəyəri 2500 manat olan 03 ədəd televizor, ümumi dəyəri 34000 manat olan 20 ədəd çılçıraq olmaqla sağdakı evdən hər biri 1700 manat olmaqla ümumi dəyəri 13600 manat olan 8 ədəd çılçıraq, soldakı evdən hər biri 1700 manat olmaqla ümumi dəyəri 20400 manat olan 12 ədəd çılçıraq, 01 ədəd 3000 manat dəyərində mavi rəngli kamot, ümumi dəyəri 5000 manat olan 05 ədəd döşəməüstü güldan olmaqla sağdakı evdən hər biri 1000 manat olmaqla ümumi dəyəri 2000 manat olan 02 ədəd döşəməüstü güldan, soldakı evdən hər biri 1000 manat olmaqla ümumi dəyəri 3000 manat olan 03 ədəd döşəməüstü güldan, ümumi dəyəri 14000 manat olan 20 ədəd vaza olmaqla sağdakı evdən hər biri 700 manat olmaqla ümumi dəyəri 5600 manat olan 08 ədəd vaza, soldakı evdən hər biri 700 manat olmaqla ümumi dəyəri 8400 manat olan 12 ədəd vaza, ümumi dəyəri 7500 manat olan 03 ədəd miniatür olmaqla sağdakı evdən bir ədəd 2500 manat dəyərində işıqlandırılmış miniatür, soldakı evdən hər biri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan 02 ədəd işıqlandırılmış miniatür, ümumi dəyəri 2500 manat olan 60 ədəd yastıq olmaqla sağdakı evdən hər biri 41,66 manat olmaqla ümumi dəyəri 833,33 manat olan 20 ədəd yastıq, soldakı evdən hər biri 41,66 manat olmaqla ümumi dəyəri 1666 manat olan 40 ədəd yastıq, ümumi dəyəri 15000 manat olan 06 ədəd divan olmaqla sağdakı evdən hər biri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan 02 ədəd divan, soldakı evdən hər biri 2500 manat olmaqla ümumi dəyəri 10000 manat olan 04 ədəd divan, ümumi dəyəri 15000 manat olan 15 ədəd olmaqla sağdakı evdən hər biri 1000 manat olmaqla ümumi dəyəri 5000 manat olan 05 ədəd masaüstü lampa, soldakı evdən hər biri 1000 manat olmaqla ümumi dəyəri 10000 manat olan 10 ədəd masaüstü lampa, ümumi dəyəri 20000 manat olan dörd hamam otağndan santexnik əşyaları olmaqla sağdakı evdən hər bir hamam otağından 5000 manat olmaqla ümumi dəyəri 10000 manat olan santexnik əşyaları, soldakı evdən hər bir hamam otağından 5000 manat olmaqla ümumi dəyəri 10000 manat olan santexnik əşyaları, ümumi dəyəri 6500 manat olan üç sanitar qovşağından santexnik avadanlıqları olmaqla sağdakı evdə hər bir sanitar qovşağından 1500 manat olmaqla ümumi dəyəri 3000 manat olan santexnik əşyaları, soldakı evdə sanitar qovşağında olan 1500 manat santexnik avadanlıqları, soldakı evdə sanitar qovşağında olan 2000 manat santexnik avadanlıqları, ümumi dəyəri 900 manat olan 05 ədəd olan sağdakı evdən hər biri 180 manat olmaqla ümumi dəyəri 360 manat olan 02 ədəd yataq otağında mebelin içərisində qurlaşdırılmış kiçik ölçülü soyuducu, soldakı evdən hər biri 180 manat olmaqla ümumi dəyəri 540 manat olan 03 ədəd yataq otağında mebelin içərisində qurlaşdırılmış kiçik ölçülü soyuducu, ümumi dəyəri 4800 manat olan 06 ədəd hamam qapısı olmaqla sağdakı evdən hər biri 800 manat olmaqla ümumi dəyəri 1600 manat olan 02 ədəd hamam qapısı, soldakı evdən hər biri 800 manat olmaqla ümumi dəyəri 3200 manat olan 04 ədəd hamam qapısı, ümumi dəyəri 20000 manat olan otaqların pərdələri, ümumi dəyəri 5000 manat olmaqla 12 ədəd olan sağdakı evdən hər biri 450 manat olmaqla ümumi dəyəri 5400 manat olan 12 ədəd divara qurlaşdırılmış və rəsmləri işıqlandırmaq üçün qızılı rəngli bra, ümumi dəyəri 1200 manat olan 03 ədəd olmaqla sağdakı evdən hər biri 400 manat olmaqla ümumi dəyəri 800 manat olan 02 ədəd giriş qapısının kilidi, soldaki evdən bir ədəd 400 manat dəyərində giriş qapısının kilidi, ümumi dəyəri 800 manat olmaqla 02 ədəd elektrik paylayıcısı olan sağdakı evdə qurlaşdırılmış bir ədəd 400 manat dəyərində elektirik paylayıcısı, soldakı evdə qurlaşdırılmış bir ədəd 400 manat dəyərində elektrik paylayıcısı, ümumi dəyəri 1800 manat olmaqla 02 ədəd stablizator olan sağdakı evdə qurlaşdırılmış bir ədəd 900 manat dəyərində stablizator, soldakı evdə qurlaşdırılmış bir ədəd 900 manat dəyərində stablizator, soldakı evdən istilik sistemini təmin edən bir ədəd 2200 manat dəyərində Novella markalı kombi, 01 ədədi 1000 manat olmaqla ümumi dəyəri 4000 manat olan 04 ədəd müxtəllif işi olan (Azərbaycan rəssamı Rafikin işi) yağlı boya ilə çəkilmiş «İçəri şəhər» rəsm əsəri, soldakı evdən 01 ədədi 45 manat olmaqla ümumi dəyəri 2250 manat olan 50 ədəd Miniatür, soldakı evdən 01 ədəd 1000 manat dəyərində piano, soldakı evdən 01 dəst xüsusi sifarişlə düzəldilmiş 12000 manat dəyərində iki ədəd kreslo və iki ədəd antik ayaq stulundan ibarət dəst, soldakı evdən bir dəst 2500 manat dəyərində 12 nəfərlik xörək servisi, soldakı evdən 1800 manat dəyərində antikvar somavar altlığı və borusundan ibarət dəst, soldakı evdən 01 ədəd 3000 manat dəyərində antik vaza, soldakı evdən hər bir dəsti 500 manat olmaqla ümumi dəyəri 6000 manat olan 12 dəst yorğan və döşək, soldakı evdən bir ədəd 5950 manat dəyərində sifarişlə Türkəyədə hazırlanmış televizoru qaldırıb endirmək üçün aqreqat, soldakı evdən hər biri 600 manat olmaqla ümumi dəyəri 6000 manat olan 10 ədəd divaüstü tarelka, soldakı evdən hər biri 100 manat olmaqla ümumi dəyəri 5000 manat olan 50 ədəd divarüstü tarelka, soldakı evdən bir ədəd 850 manat dəyərində Mərakeşdən alınan üzərlik qabı, soldakı evdən hər biri 2000 manat olmaqla ümumi dəyəri 4000 manat olan 02 ədəd mavi rəngli Mebel Konsol, ümumi dəyəri 5000 manat odan divan və iki ədəd kreslodan ibarət dəst, soldakı evdən 01 ədəd 2500 manat dəyərində böyük soyuducu, soldakı evdən hər biri 333,33 manat olmaqla ümumi dəyəri 5000 manat olan 15 ədəd xalça, soldakı evdən bir ədəd 2500 manat dəyərində bir neçə şaxəli latundan hazırlanmış antik şirniyyat qabı, soldakı evdən mətbəxdə olan bir ədəd 1500 manat dəyərində moyka, soldakı evdən hər biri 1750 manat olmaqla ümumi dəyəri 3500 manat olan 02 ədəd qaz peçi, soldakı evdən bir ədəd 850 manat dəyərində ət doğrayan aparat, soldakı evdən bir ədəd qonaq sanitar qovşağına qurlaşdırılmış 1000 manat dəyərində paltaryuyan, soldakı evdən ümumi dəyəri 10000 manat olan qonaq otağınqa yerləşdirilmiş şabalıd ağacından hazırlanmış masa və 16 ədəd stul, soldakı evdən hər biri 1000 manat olmaqla ümumi dəyəri 2000 manat olan 02 ədəd divar şkafı, soldakı evdən hər biri 2500 manat olmaqla ümumi dəyəri 5000 manat olan pilləkan qəfəsində xüsusi dizayınla hazırlanmış güzgü, soldakı evdən hər bir metri kvadratmetri 1,64 manat olmaqla ümumi dəyəri 7500 manat 4550 kvadratmetr olan hər otaqda tvandan asılmış parçadan və əllə işlənən muncuqlarla ustalar tərəfindən xüsusi hazırlanmış parça, soldakı evdən hər biri 500 manat olmaqla ümumi dəyəri 2500 manat olan 05 ədəd xüsusi olaraq sifariş verilmiş və düzəldilmiş matras, soldakı evdən bir ədəd 2500 manat dəyərində rəssam tərəfindən milli rəsmlərə bənzədilmiş döşəmə üstü vaza, soldakı evdə qurlaşdırımış ümumi dəyəri 450 manat olan qutusunda olan 1965-ci istehsalı olan 01 ədəd elektrik somavarı, soldakı evdə qurlaşdırımış ümumi dəyəri 1000 manat olan 01 ədəd aspirator, soldakı evdə ümumi dəyəri 300 manat olmaqla bir ədədi 100 manat olan 03 ədəd saç qurudan fen, soldakı evdə olan ümumi dəyəri 2016 manat olmaqla bir ədədi 144 manat olan 14 ədəd hamam dəsti, soldakı evdə olan ümumi dəyəri 700 manat olmaqla bir ədədi 50 manat olan 14 ədəd Türkiyənin tac firmasında istehsal olunmuş hamam xalatı, soldakı evdə olan ümumi dəyəri 420 manat olmaqla bir ədədi 20 manat olan 21 ədəd hamam dəsmalı, soldakı evdə olan ümumi dəyəri 168 manat olmaqla bir ədədi 12 manat olan 14 ədəd ayaq dəsmalı, soldakı evdə olan ümumi dəyəri 210 manat olmaqla bir ədədi 10 manat olan 21 ədəd çəkələk, sol evə aid olan həyətdə qurlaşdırılmış ümumi dəyəri 750 manat olmaqla bir ədədi 250 manat olan 03 ədəd dövriyyǝ nasosu gizli olaraq talayıb, zərərçəkmiş Ədalət Alışova ümumilikdə 292574 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə tanışı X7 ilə qavbaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin noyabr ayından 2025-ci ilin mart aynın ilk ongünlüyünədək olan müddət ərzində vahid niyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında yerləşən X8 məxsus 0,04 ha torpaq sahəsində yerləşən 2 ədəd iki mərtəbəli evin qapısının kilidini sındırıb evə qanunsuz daxil olub oradan həyətdə olan evlərdə qurlaşdırılmış hər iki evin elektrik və su sistemi sökülərək oğurluq halına gətirilmiş hər biri üçün 25.000 manat olmaqla ümumilikdə 50.000 manat, 1 ədəd 5000 manat dəyərində divar şkafı sındırılıb oğurluq halına gətirilmiş, ümumi dəyəri 2000 manat olan iki ədəd divar şkafı tamamilə sökülüb oğurluq halına gətirilmiş, evin içərisində yerləşən bütün elektirik avdanlıqları (şitlər, kluçatel, vilka və.s) tamamilə sökülüb dağıdılıb oğurluq halına gətirilmiş ziyan 3500 manat, mətbəx mebeli və ona bitişik qonaq otağındakı mebellər tamamilə sökülərək dağıdılıb oğurluq halına gətirilmiş maddi ziyan 45.000 manat, hər iki evin döşəməsinə vurulan eni 12 sm olan fisdıq ağacından düzəldilmiş 180 metr plintus sökülüb oğurluq halına gətirilmiş ümumi maddi ziyan 6300 manat, bütün yataq mebelǝri sökülərək ayrı ayrı hissələrə yığılıb oğurluq üçün hazırlanmış- beş ədəd yataq otağı hamısı tam mebellə təchiz edilmişdi hər yataq otağının mebelinə 15000 manat olmaqla ümumilikdə 65.000 manat, ümumi dəyəri 2000 manat olan cəmi 75 kv.m laminatin çıxarılaraq satılması üçün, ümumi dəyəri 30000 manat olan beş yataq otağının divara yığılma mebelləri sökülərək satılmaq üçün hazırlansada ev sahibinin evə əşyaları orada qoyub uzlaqlaşmaq məcburiyyətində qaldığından öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib zərər çəkmiş şəxsin ümumilikdə 213050 manat dəyərində əmlakını oğurlamağa cəhd etmişdir. 10 mart 2025-ci il tarixdə X7 CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12 mart 2025-ci il tarixdə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində Bakı şəhər Xəzər Rayon Məhkəməsi tərəifndən 03 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Xəzər rayon prokurorunun vəsatətindən görünür ki, 04 iyul 2025-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ilə Bakı şəhər Xəzər Rayon Prokurorluğuna daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 292.1-1-ci maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Həmçinin, CPM-nin 290.5.3-cü maddəsində göstərilmişdir ki, ittiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1- 155.3-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda, bu Məcəllənin 292.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin uzadılması barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, təqsirləndirilən şəxs X7 barəsində seçilmiş “hǝbs” qətimkan tədbirinin müddətinin 10 iyul 2025-ci il tarixdə başa çatmasını, Azərbaycan Respublikası CPM-nin 292.1-1-ci maddəsində qeyd edilən tələbi, həmçinin X4 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunmasını, həmin cinayətin ictimai təhlükəliliyini, xarakterini, azadlıqda qalacağı halda istintaq orqanından qaçıb gizlənəcəyini, proses iştirakçılarına təsir göstərməsini və onun ibtidai istintaqın normal gedişinə mane olmasına ehtimal etməyə kifayət qədər əsasların olmasını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, 30 iyul 2025-ci il tarixə kimi uzadılması üçün xahiş edilir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən edir (CPM-nin 158.1-ci mad.). Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər (CPM-nin 159.1-ci mad.). Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. (CPM-nin 159.2-ci mad.). Təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir (CPM-nin 292-1-ci mad.). Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərini, vəsatətin təmin edilməsi barədə müstəntiqin və prokurorun, eləcə də vəsatətin təmin edilməməsi barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinin fikirlərini dinləyib, təqsirləndirilən şəxsin barəsində həbsdə saxlanılmasına əsas olmuş, vəsatətdə göstərilən halların aradan qalxmamasını, təqsirləndirilən şəxsin azadlıqda qalmasının ictimaiyyətdə mənfi emosiya doğuracağını, cəmiyyət üçün təhlükəli olmasını, cinayət prosesini həyata keçirən orqandan gizlənmək, çağırışlara üzrlü səbəblər olmadan gəlməmək ehtimallarını, gələcəkdə cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və məhkəmə baxışının normal gedişinə mane ola biləcəyinə kifayət qədər əsasların olmasını nəzərə alıb vəsatətin təmin edilməsini, təqsirləndirilən şəxsin barəsində həbsdə saxlanılma müddətinin 20 gün həddində, yəni 30 iyul 2025-ci il tarixədək uzadılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanları və CPM-nin 155, 292.1-1, 290.5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı:
1. Təqsirləndirilən şəxs X3 həbsdə saxlanılma müddətinin uzadılması barədə Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərovun vəsatəti təmin edilsin.
2. 01.06.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X3 həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 30 iyul 2025-ci il tarixədək uzadılsın.
3. Qərar icra olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına göndərilsin.
4. Qərar elan olunduğu andan 3 (üç) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsilə və ya Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
X6