Məhkəmə qərarları › İş №1(003)-389/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-389/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-389/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X4 fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN PX 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,675 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 17 yanvar 2023-cü il tarixdə, saat 12:30-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə aparılmış və Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,675 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi - 0,592 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 27 yanvar 2023-cü il tarixdə, saat 14:30-da Xəzər RPİ-nin 3-cü PŞnin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsidə yerləşən dəmiryolu xəttinin yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə aparılmış və Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,592 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi - 0,659 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 30 yanvar 2023-cü il tarixdə, saat 17:00-da Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinə aparılmış və Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,659 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən təxminən 2 ildir ki, istifadə edir. Öz istifadəsi üçün müxtəlif yerlərdən narkotik vasitə və psixotrop maddə alıb istifadə etmişdir. 17 yanvar 2023-cü il tarixdə, səhər saatlarında öz istifadəsi üçün “şüşə” almaq məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisinə getmişdir. Orada təsadüfən rastlaşdığı adını bilmədiyi orta boylu, orta bədən quruluşlu şəxslə söhbət zamanı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilib, lazım olsa onun üçün psixotrop maddə metamfetamin təşkil edəcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxsdən 20 manat müqabilində psixotrop maddə metamfetamin alıb yaşadığı ünvana gəlmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 12.30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona özünü təqdim etməsini demişlər. O, şəxsiyyəti barədə polis əməkdaşlarına məlumat verdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib onu 3-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman ona polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demişlər. Sonra isə ona hüquqlarının müdafəsi üçün vəkil dəvət etmişlər. Onun üzərinə baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, sonra isə ona polis əməkdaşları təklif etmişlər ki, üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan “şüşə” kimi tanıdığı maddəni çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Bakı şəhəri, Suraxanı rayonundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən xx.xx.2023-ci il tarixdə 20 manat ödəməklə almışdır ki, özü istifadə etsin. Bundan sonra onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən protokol tərtib edilərək qablaşdırılıb götürülmüş və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçıların tərəfindən imzalanmışdır. Bundan sonra barəsində araşdırılması aparılan cinayət işi üzrə o, iltizama buraxılmış və barsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Lakin narkotik vasitə aludəçisi olduğundan və yenə narkotik vasitə əldə etmək üçün 27 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə getmişdir. Orada təsadüfən rastlaşdığı, adını bilmədiyi orta boylu, 35-40 yaşlarında olan, orta bədən quruluşlu şəxslə söhbət zamanı həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilib, lazım olsa onun üçün psixotrop maddə metamfetamin təşkil edəcəyini bildirmişdir. Bundan sonra o həmin şəxsdən 10 manat müqabilində siqaretin qara kağızına bükülmüş 01 büküm psixotrop maddə metamfetamin alıb əynindəki qara rəngli cins şalvarının sağ cibinə qoyub yaşadığı ünvana gəlmişdir. Elə həmin gün, yəni 27 yanvar 2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə getmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Vüsal Nəsirzadə üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsini bildirmişlər. Bundan sonra o, əynindəki qara rəngli cins şalvarının sağ cibinə qoyduğu siqaretin qara rəngli kağızına bükülmüş 01 büküm psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Bundan sonra müstəntiq yenə də barəsində iltizam seçərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmişdir. O, ittiham olunduğu 3-cü epizod üzrə özünü təqsirli bilmir. Belə ki, həmin vaxt narkotik vasitənin təhsiri altında olmuş, əməliyyatçılar onu işlədiyi yerdən aparmışlar. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olmadan o, bezdiyindən hər üç epizod üzrə özünü təqsirli bilmişdir. İfadə verən zaman onun yanında müdafiəçi də olmuşdur. Birinci və ikinci epizodlar üzrə törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirdi və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2023-cü il tarixdə, saat 12:30 radələrində, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində xidmət apardıqları zaman bir nəfər şəxsin özünü şübhəli aparması diqqətlərini cəlb etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs onların polis əməkdaşları olduqlarını bildikdən sonra özünü daha da narahat hiss etmiş və suallarına dolğun cavab verə bilməmişdir. Onlar həmin şəxsin üzərində narkotik vasitə və ya hər hansı qeyri-qanuni əşya olmasından şübhələnib onu Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs də onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getmişdir. Polis şöbəsində həmin şəxsin xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayevə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Nihad Mustafayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Nihad Mustafayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı Nihad Mustafayev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində olan maddənin “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını, bir hissəsini istifadə etdiyini, digər qismini isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi bükümdən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Sərxan Məmmədov tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə özünə məxsusdur və şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa ona hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini də qeyd etmişdir. İçərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan həmin 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmin hadisədən bir neçə gün sonra, yəni 27 yanvar 2023cü il tarixdə, saat 14:30 radələrində, yenə də Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş oğurluq hadisələrini törədən şəxslərin müəyyən edilməsi məqsədi ilə həmin ərazidə xidmət apardıqları zaman Binə qəsəbəsi, Ə.İsazadə küçəsində, dəmir yol xəttinin yaxınlığında Təqsirləndirilən şəxs özünün şübhəli davranışları ilə diqqətlərini cəlb etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onunla sorğu-sual aparan zaman Təqsirləndirilən şəxs üzərində yenə də psixotrop maddə olduğunu etiraf etmişdir. Bununla əlaqədar onu Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmiş və bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadəyə həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin qara rəngli kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristallardan ibarət, psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 2-3 ildir ki, psixotrop maddədən istifadə etdiyini, təqdim etdiyi bükülünün içərisində olan maddənin “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi bükümdən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi tərəfindən verilən suallara cavab olaraq təqdim etdiyi psixotrop maddənin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün əldə etdiyini, ona hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan həmin 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 yanvar 2023-cü il tarixdə, saat 17:00 radələrində, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru Şahid4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində baş vermiş oğurluq hadisələrini törədən şəxslərin müəyyən edilməsi məqsədi ilə həmin ərazidə xidmət apardıqları zaman Binə qəsəbəsi, Vaqif küçəsində bir nəfər şəxs özünün şübhəli davranışları ilə diqqətlərini cəlb etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsin baş vermiş oğurluq hadisələrində iştirak edib-etmədiyini aydınlaşdırmaq üçün onunla sorğu aparan zaman həmin şəxs üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Bununla əlaqədar olaraq həmin şəxsi Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getmişdir. Polis şöbəsində həmin şəxsin xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman Məmmədova həvalə edilmişdir. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq təhqiqatçı Rəhman Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açıldıqda içərisində ağ rəngli, kristal hissəciklərdən ibarət, psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində olan maddənin “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını və şəxsi istifadə məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi bükümdən başqa heç bir əşya və ya qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə özünə məxsusdur və şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa ona hər hansı fiziki və ya psixi təzyiq göstərilmədiyini də qeyd etmişdir. İçərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan həmin 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru Şahid4 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,659 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,659 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,609 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №244” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,675 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,675 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,625 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/519 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksi, “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,592 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,675 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,625 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 01 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 1247 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 11 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzası 6 ay azadılmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı təqsirləndirildiyi üçüncü episodla bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə, həmçinin şəxsi axtarış, baxış və götürmə aparılmasına diskdə olan görüntülərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət, 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət, ümumilikdə 03 gün müddət 01 (bir) günə 01 (bir) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 114,00 (bir yüz on dörd) manat, 65,00 (altmış beş) manat, 65,00 (altmış beş) manat olmaqla, ümumilikdə 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Maddi sübut olan 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,609 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,542 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 17 yanvar 2023-cü il tarixdən 19 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət, 27 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət, ümumilikdə 03 (üç) gün müddət 01 (bir) günə 01 (bir) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,609 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,542 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114,00 (bir yüz on dörd) manat, 65,00 (altmış beş) manat, 65,00 (altmış beş) manat olmaqla, ümumilikdə 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar