Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-39/2021 27.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dərəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsi yeni massivdə nömrəsi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində xırdabuynuzlu heyvan sürüsünü otlaqdan geri qaytaran zaman X3 idarə etdiyi avtomaşını yüksək sürətlə idarə edərək sürünün yanından keçdiyi üçün heyvanların hürkərək qaçmasına görə Tural Rizayevə iradını bildirdikdən sonra aralarında söz mübahisəsi baş vermiş, bundan sonra o, ayrılaraq evinə getmiş, yaşadığı evə çatdıqdan sonra heyvanları sayarkən sürüdən iki baş xırdabuynuzlu heyvanın əskik olduğunu müəyyən edib yenidən saat 22:30 radələrində itən iki baş xırdabuynuzlu heyvanını tapmaq üçün Xəzər rayonu Buzovna qəsəbəsi “Mədən yolu” adlanan yerdə çöllük əraziyə gəlmiş, həmin vaxt idarə etdiyi avtomaşınla Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olan Tural Rizayev onu görərək avtomaşını dayandırıb yerə düşmüş və nə baş verdiyini soruşmuş, sonuncu idarə etdiyi avtomaşını sürünün yanından sürətlə idarə edib keçdiyinə görə iki baş xırdabuynuzlu heyvanının hürküb qaçaraq itməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında mübahisə yaranmış, münaqişə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən üzərində olan cib bıçağı ilə qəsdən iki dəfə Tural Rizayevin döş nahiyəsinə zərbə vurmuş, daha sonra isə sinəsindən tutaraq qəsdən yerə yıxması nəticəsində sonuncu, döş qəfəsinin sol yan səthinin orta üçdə birinin orta qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sol yan səthinin orta üçdə birinin arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid və sol saidin, sol dirsək nahiyəsinin, sol və sağ dizin sıyrıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Xəzər rayonu Albalılıq qəsəbəsində Mədən yolu adlanan yerdə 60 baş xırdabuynuzlu heyvanını yol ilə otlaqdan evə gətirərkən “Mersedes-Benz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşın yol ilə sürətlə gələrək heyvanların üzərinə sürmüşdür. Bu zaman heyvanlar yoldan kənara qaçmışlar. Həmin avtomaşın onu keçdikdən sonra o, avtomaşını idarə edən şəxsə deyib ki, “imkan varsa, bir az yavaş sür”. Həmin şəxs onun yaşadığı küçədə yaşayan, lakin onunla münasibəti olmadığı, adını sonradan bildiyi Tural olmuşdur. Tural avtomaşını dayandıraraq düşüb onun üzərinə gəlmiş, həmin vaxt o, atın belində olmuşdur. Turalın hirsli şəkildə üzərinə gəldiyini görüb atdan düşmüşdür. Tural ona yaxınlaşıb “nə deyirsən” demiş, o, ona avtomaşını sürətlə sürdüyü üçün heyvanların qaçdığını bildirmişdir. Bundan sonra “yaxşı, görüşərik” deyərək getmiş və heyvanları yaşadığı evin həyətinə gətirmişdir. Heyvanları həyətə gətirdikdən sonra iki baş heyvanın əskik olduğunu görüb onları tapmaq üçün yenidən heyvanları otardığı kanala tərəf getmişdir. Düşünmüşdür ki, Tural maşını sürətlə sürən zaman heyvanlar hürkərək qaçıb itmişlər və bu, onu çox hirsləndirmişdir. O, heyvanları axtaran zaman Turalın yenidən avtomaşınla gəldiyini görmüşdür. Tural onu görüb avtomaşını dayandırmış və burada nə etdiyini soruşmuşdur. Həmin vaxt saat təxminən 22:30 radələri olmuşdur. O, Turalı görüb hirslənmişdir, çünki, Turalın avtomaşını heyvanların yanı ilə sürətli sürməsi heyvanların hürkərək qaçmasına və itməsinə səbəb olmuşdur. Eləcə də, Turalın onunla mübahisə etmək üçün geri qayıtdığını düşünmüş və buna görə ona hirsli şəkildə “sənlik deyil, get işinlə məşğul ol, sənə görə zibilə düşmüşəm” demişdir. Tural ona yaxınlaşaraq “danışığına fikir ver” demiş, bundan sonra aralarında mübahisə yaranmışdır. Turalın avtomaşını heyvanların yanından sürətlə sürməsi iki baş heyvanının itməsinə səbəb olduğu üçün hirslənərək onun sinəsindən tutmuş, sonra isə üzərində gəzdirdiyi, çöldə heyvan otaran zaman, yemək yeyəndə və yaxud meyvə-tərəvəz dorğayanda istifadə etdiyi cib bıçağını şalvarının sağ yan cibindən çıxarıb Turalın sinəsindən tutaraq bıçaqla iki dəfə Turalın sol qoltuq nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Turalın köynəyinin yaxasından tutaraq özünə tərəf çəkib qəsdən yerə yıxmışdır və yəqin ki, Tural sol saidin, sol dirsək nahiyəsinin, sol və sağ dizin sıyrıqları xəsarətlərini həmin vaxt almışdır. Turalı öldürmək və yaxud ağır xəsarət yetirmək niyyəti olmamışdır, sadəcə olaraq onu qorxutmaq üçün vurmuşdur. Turalın bıçaq zərbələrindən xəsarət aldığını görəndə qorxub həmin bıçağı kanal tərəfdə xatırlamadığı açıqlıq sahəyə ataraq oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Sonradan bilmişdir ki, Tural bıçaq zərbələrindən xəsarət alması barədə polisə şikayət etmişdir. Hadisə zamanı o, xəsarət almamışdır, hadisə təxminən 5 dəqiqə davam etmiş və gecə vaxtı, yaşayış evlərindən və əhalinin sıx olduğu, habelə toplaşdığı yerdən uzaqda, açıq sahədə baş verdiyi üçün hadisənin şahidləri olmamışdır. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Tural ilə barışiq əldə etmiş və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də Turalın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21:30 radələrində idarə etdiyi avtomaşınla Albalılıq qəsəbəsindən gələrək yaşadığı evə gedirmiş. Evinin yaxınlığına çatan zaman adını sonradan bildiyi Mahmud adlı şəxsin atın üzərində otardığı keçilərlə yolun ortası ilə getdiyini görmüşdür. Mahmudun xırdabuynuzlu heyvanları yolun ortası ilə aparması yolun bağlanmasına səbəb olmuşdur, qarşıdan isə başqa bir avtomaşın gəlirmiş. Yolu tez keçmək üçün avtomaşını sürətli hərəkət etdirərək heyvanları yandan ötüb keçmiş, həmin vaxt Mahmud onun arxasınca qışqırıb “bu nə cür maşın sürməkdi” demişdir. Avtomaşını saxlayıb nə baş verdiyini Mahmuddan soruşmaq üçün yerə düşüb onun yanına gəlmişdir. Bu zaman aralarında söz mübahisəsi olmuş, lakin həmin mübahisə dava-dalaşa səbəb olmamış və o, avtomaşına minərək evinə getmişdir. Evə gəldikdən sonra yenidən işi çıxdığı üçün avtomaşınla Buzovna qəsəbəsinə qayıtmalı olmuşdur. Həmin vaxt saat 22:30 radələri olarmış. Avtomaşınla kanalın yaxınlığı ilə gedərkən Mahmudun kanalın kənarında nə isə axtardığını və həyəcanlı şəkildə gəzdiyini görmüşdür. Avtomaşını saxlayıb Mahmuddan nə baş verdiyini soruşmuş, lakin o, ona hirsli şəkildə ağır cavab qaytarıb nalayiq ifadə işlətmişdir. Bu onun xoşuna gəlməmiş və Mahmuda yaxınlaşıb nə demək istədiyini soruşmuşdur. Mahmud isə onun sinəsindən tutub cibindən çıxardığı bıçaqla iki dəfə sol qoltuq nahiyəsinə zərbə vurmuş, daha sonra isə onu özünə tərəf çəkib yerə - daşların üzərinə yıxmış və oradan qaçmışdır. Həmin vaxt o, sol saidin, sol dirsək nahiyəsinin, sol və sağ dizin sıyrıqları xəsarətlərini almış, sonra avtomaşınına minib avtomaşını çətinliklə idarə edərək evə getmiş, daha sonra isə polisə gedərək ərizə yazmışdır. Hadisə təxminən 5 dəqiqə davam etmiş və gecə vaxtı, yaşayış evlərindən və əhalinin sıx olduğu, habelə toplaşdığı yerdən uzaqda, açıq sahədə baş verdiyi üçün hadisənin şahidləri olmamışdır. Hadisə zamanı o, Mahmudu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Hazırda Mahmiu onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Mahmuddan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Mahmud barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Tural Rizayev ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş üzləşdirmə protokolundan görünür ki, tərəflər ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı söyləmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 804 nömrəli rəyindən görünür ki,
1. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthinin orta üçdə birinin orta qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz etməyən 1 ədəd; döş qəfəsinin sol yan səthinin orta üçdə birinin arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)); sol saidin, sol dirsək nahiyəsinin, sol və sağ dizin sıyrıqlan isə küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yan səthinin orta üçdə birinin orta qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz etməyən 1 ədəd və döş qəfəsinin sol yan səthinin orta üçdə birinin arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz etməyən 1 ədəd (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaralan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; sol saidin, sol dirsək nahiyəsinin, sol və sağ dizin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlanna görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, T.N.Rizayevin bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və zərərçəkmiş şəxs X4 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2 ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə (ibtidai istintaq zamanı 20 saat, məhkəmə baxışı zamanı 10 saat) Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Tərlan Əkbərov BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Baş prokurorluğu Poçt indeksi AZ 1044 Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı Bakı şəhəri, Mərdəkan şəhərinin rayon məhkəmələrində dövlət ittihamının qəsəbəsi, Telman küçəsi, 4 müdafiəsi üzrə Tel. : 454-33-28 şöbəsinin rəisi, ədliyyə müşaviri
“27” yanvar 2021-ci il cənab Nəsir Bayramova
№ 1(003)-39/2021
Hörmətli Nəsir müəllim !
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-39/2021 saylı “27” yanvar 2021-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir.
Qoşma: 1(003)-39/2021 saylı “27” yanvar 2021-ci il tarixli qərarın surəti – (07 səhifədə) - 2 nüsxə
Hörmətlə,
Hakim Tərlan Əkbərov