Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-390/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, xx xxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87-də qeydiyyatda olan və Abşeron rayonu Ceyranbatan qəsəbəsi fərdi nömrəsiz evdə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs İnstagram sosial şəbəkəsində tanış olduğu qızla Zərərçəkmiş şəxs yazışdığını bilib sonuncuya bu barədə xəbərdarlığını bildirmiş və bu zəmində aralarında telefon yazışmaları ilə bağlı yaranmış mübahisəni sona çatdırmaq məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 07:30 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət Evinin ərazisində Nasosxananın qarşısında aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə Zərərçəkmiş şəxs ucadan nalayiq sözlərlə söyüb təhqir etmiş, bundan sonra onun üzərində zor tətbiq etməklə üstündə gəzdirdiyi bıçaqdan silah qismində istifadə edərək sonuncunu qəsdən vuraraq ona qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Xəzər rayonu Şağan qəsəbəsində yaşamış və orada yerləşən 124 nömrəli orta məktəbdə oxumuşdur, hal-hazırda isə oxumur, 9-cu sinifdən məktəbdən xaric olunmuşdur. 2022-ci ilin yanvar ayından Abşeron rayonu Ceyranbatan qəsəbəsinə köçərək orada kirayədə yaşayır. Özünün mobil telefonu yoxdur, lakin ona lazım olanda anasının mobil telefonundan istifadə edir. 2022-ci ilin təxminən mart ayında “İnstagram” vasitəsi ilə Fatimə adlı qızla tanış olmuşdur. Onu tanıyandan bir neçə gün sonra ondan yazışdığı səhifənin kodunu istəmişdir ki, onun yazışmalarını görə bisin. Fatimə ona kodunu verdikdən sonra onun səhifəsinə daxil ola bilmişdir. Bundan sonra görmüşdür ki, bir nəfər Fatiməyə mesaj yazaraq bildirmişdir ki, “bəs mənə şəkil göndərəcəkdin, nə oldu, göndərmədin?”. Sonra özü həmin şəxə yazıb ondan kimliyini və niyə qıza mesaj yazdığını soruşmuşdur. Həmin şəxs də onun kim olduğunu soruşmuş və o, özünü təqdim edərək bildirmişdir ki, adı Fəriddir. Həmin şəxs ondan neçə yaşı olduğunu soruşmuş və cavab verərək yazmışdır ki, 40 yaşı var. Bundan sonra həmin şəxs ondan səs göndərməyini xahiş etmişdir ki, onun həqiqətən 40 yaşı olduğuna inansın. Ona səs göndərəndən sonra həmin şəxs göndərdiyi səsin 40 yaşlı adamın səsinə oxşamadığını və həmin səsin uşaq səsinə oxşadığını bildirmişdir. Ondan sonra o, həmin şəxsə yazmışdır ki, 17 yaşı var. Daha sonra ondan harada yaşadığını soruşmuş və həmin şəxs Mərdəkan qəsəbəsində yaşadığını bildirmişdir. Sonra ondan şəklini göndərməyi istəmişdir ki, görsə, bəlkə bir-birini tanıyarlar. Həmin şəxs ona şəklini göndərməmiş, lakin o, həmin şəxsə öz şəklini göndərmişdir ki, bəlkə görüb tanıyar. Həmin şəxs isə onu tanımadığını yazmışdır. Sonra o, həmin şəxsə sual verərək niyə qıza mesaj yazdığını soruşmuşdur. Həmin şəxs də cavab yazaraq özü qıza yazmadığını, Fatimənin özünün ona mesaj yazdığını bildirmişdir. O, cavab yazaraq bir də Fatiməyə mesaj yazmamağı bildirmiş, həmin şəxs gə cavab yazmışdır ki, “sən kimsən ki, mənə göstəriş verirsən” və onu söymüşdür. O, bu söyüşləri ona yedizdirəcəyini yazmışdır. Bundan sonra həmin şəxsdən mobil nömrəsini istəmişdir ki, onunla rahat danışsın, o isə nömrəsini verməmişdir. Sonradan “İnstagram” vasitəsi ilə onun nömrəsini tapmış və ona zəng vurub həftənin 5-ci günü görüşüb söhbət etmələrini bildirmişdir. Həmin həftənin 5-ci günü 2022ci ilin aprel ayının 15-nə təsadüf etmişdir. Həmin şəxs ona yazaraq 5-ci gün “iftar süfrəsi” açacaqlar, ona görə vaxtı olmaz ki, onunla görüşsün, növbəti həftənin 2-ci gün gəlib görüşə biləcəyini bildirmişdir. Bu təklifdən sonra onunla razılaşmış, lakin vəd verilən 2-ci gün işi çıxdığı üçün gələ bilməmişdir. Sonra həmin şəxs ona yazmışdır ki, “kişi kimi söz vermişdin, niyə gəlmirsən”. O, ona başa salmışdır ki, işi çıxdığına görə gələ bilməmişdir, buna baxmayaraq, başqa vaxt üzbəüz gəlib danışarıq. O da başqa vaxt görüşə bilməyəcəyini bildirmişdir. Həmin şəxsə bildirmişdir ki, məktəbdən çıxanda onsuz da səni görərəm. Bunu yazdıqdan sonra daha ona baş qoşmamış və onunla sağollaşmışdır. Həmin şəxs isə durmadan ona mesajlar yazmışdır. Bu arada 181 nömrəli məktəbdə oxuyan Kamal adlı tanışına mesaj yazaraq Pünhan adında şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. Kamal adlı tanışı Pünhan adlı şəxsi tanıdığını və onunla paralel sinifdə oxuduğunu bildirmişdir. O, Kamala yazmışdır ki, “Pünhanla aramızda mübahisəli bir məsələ var, həmin məsələ də Fatimə ilə bağlıdır. Belə ki, Fatimə ilə “İnstagram”da yazışıram və görürəm ki, Pünhan da onunla yazışır. X12 niyə yazırsan deyəndə o, məni düzgün başa düşməyib aramızda mübahisə yaranmışdır”. Kamal da ona bu məsələ ilə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Kamal 5-6 gündən sonra onunla danışıb demişdir ki, Pünhanla həmin məsələ haqqında danışmış və Pünhan da bir qız şəkili ona göndərərək bildirmişdir ki, bu şəkil Fatimənin sinəsi açıq vəziyyətdə çəkib mənə göndərdiyi şəkildir, “Fəridə de ki, bu qızın söhbətini etməyə görə mənimlə görüşmək istəyir?”. Kamal Fatimənin həmin şəklini ona göndərdikdən sonra fikirləşmişdir ki, bu qıza görə mübahisə etməyə dəyməz. Bundan sonra görmüşdür ki, Pünhan yenə də ona yazır və görüşməyə çağırır. O, getmək istəməmiş, digər tərəfdən də görmüşdür ki, Pünhan ondan əl çəkmir, ona mesajlar yazır, ona görə də məcbur olub ona yazmışdır ki, dostuna deyəcək ki, onunla əlaqə saxlayıb hər şeyi başa salacaq. Bundan sonra Mərdəkan qəsəbəsində yaşayan dostu Şəhriyara yazmışdır ki, Pünhan adlı şəxslə aralarında belə bir məsələ var, vaxtı olmadığına görə mümkünsə onunla yazışsın və ya görüş ona başa salsın ki, onunla daha görüşmək istəmir. Bundan sonra Şəhriyar da Pünhanla yazışıb mübahisəni həll etmişdir. O vaxtdan daha yazışmamışlar. Onun şəxsiyyət vəsiqəsində təvəllüdü 23 aprel yazılsa da əslində 24 apreldə doğulmuşdur. Ona görə də 24 aprel 2022-ci il tarixdə İmişli rayonundan Bakı şəhərinə gəlmişdir ki, tanışları ilə ad gününü qeyd etsin. Novruz bayramından əvvəl həmin gün kimi İmişli rayonunda əmisi Elməddinin yanında olmuşdur. Ad gününü tanışları ilə qeyd etmiş və sonra Şağan qəsəbəsində yerləşən Məscidə getmişdir ki, “Qədr” gecəsi ilə əlaqədar olaraq orada namaz qılsın. Gedib orada namaz qalmış və səhərə kimi məsciddə qalmışdır. Məscidə gedəndə Şağan qəsəbəsində “Keçid Market” adlanan mağazadan özünə su və bir ədəd bıçaq alıb üzərində saxlamışdır. Fikirləşmişdir ki, 181 nömrəli məktəbə Fatiməni görməyə gedəndə ola bilsin ki, Pünhanla rastlaşar və onun sinif yoldaşları yanında olar və onu təkləyə bilərlər. Səhər açılanda 3-4 həftə bundan əvvəl tanış olduğu Mərdəkan qəsəbəsində “Əncirlik” adlanan ərazidə yaşayan Elton adlı şəxsə zəng vurmuş və onunla görüşmək istədiyini bildirmişdir. Məqsədi Eltonla görüşəndən sonra Mərdəkan qəsəbəsindəki 181 nömrəli məktəbə gedib Fatiməni görmək olmuşdur. Çünki əvvəlcədən ona demişdir ki, 25 aprel 2022-ci il tarixdə səhər saatlarında məktəbin yaxınlığına onu görməyə gələcək. Eltonla Mərdəkan qəsəbəsində stansiya adlanan yerdə görüşüb 181 nömrəli məktəbin yaxınlığında yerləşən parka tərəf getmişdir. Həmin vaxt Şəhriyarla danışmaq istəmişdir, bunun üçün ona wi-fi lazım olmuşdur ki, onunla əlaqə saxlaya bilsin. Elton ona demişdir ki, parkın yaxınlığında bir kafe var, onun wi-fi-nın kodunu bilir, ora getsələr wi-fi-a qoşulacaq. Onlar həmin kafenin qarşısına getmiş və Elton onun telefonunu wi-fi-a qoşmuşdur. O, Şəhriyara zəng vurmuş, lakin Şəhriyar cavab verməmişdir. Kafenin qarşısında olduğu zaman məktəbə gedən uşaqlardan birindən Pünhanı tanıyıbtanımamsını soruşmuşdur. Həmin uşaqlar demişlər ki, “Pünhan bizim sinif yoldaşımızdır”. O, həmin uşaqlardan Pünhanın mobil nömrəsini istəmiş, onlardan biri özü zəng vurub çağıra biləcəyini bildirmişdir. Həmin oğlan Pünhana zəng vursa da, Pünhan cavab verməmişdir. O, həmin oğlana adının Fərid olduğunu və Pünhanın onun yanına gəlməsini ona çatdırmağını xahiş etmişdir. Sonra həmin oğlan ona demişdir ki, Pünhan onun yaxın yoldaşıdır, Pünhan, ya o, fərqi yoxdur, nə sözü varsa ona desin. O, onun adını bilməmiş, lakin üzdən tanıyacağını bildirmişdir. Həmin oğlana Pünhanla yazışmaları barədə danışmış və bildirmişdir ki, Pünhan onun yazışdığı qıza mesaj yazdığına görə ona bildirmişdir ki, ona mesaj yazmasın, o yazdığına görə aralarında mübahisə yaranmış və Pünhan onu söymüşdür, ona görə onunla görüşmək istəyir. Sonra ona sual vermişdir ki, “indi özünü Pünhanın yerinə qoyursansa mənə de görüm məni niyə söymüsən?” Həmin oğlan bildirmişdir ki, “mən Pünhanın yerinə olsaydım, sən mənə deyəndə ki, həmin qıza yazma mən də o zaman yazmazdım və aramızda da narazılıq olmazdı”. Sonra o, həmin oğlandan təkrar xahiş etmişdir ki, Pünhana çatdırsın ki, parkda onu görsün. Bir neçə dəqqiqədən sonra Pünhan həmin tanışları ilə parka gəlmişdir. Salamlaşdıqdan sonra ikisi kənara çəkilib söhbət etmişlər. Söhbət zamanı Pünhandan onu instagramda yazışanda niyə söydüyünü soruşmuşdur. Pünhan da onu söymədiyini və belə bir fikri olmadığını bildirmişdir. Bu zaman onun öz telefonu ilə yazışmalara baxmış və ona göstərmişdir ki, həqiqətən Pünhan onu söymüşdür. Sonra onunla daha da kənara çəkilmiş və Pünhanın yanındakı yoldaşları da gəlmişdir. Ona demişdir ki, “bəs nə oldu deyirdin ki, məni söyməmisən, bəs bu yazılanlar nədir?”. Bu zaman əvvəlcə onunla danışan Pünhanın tanışı da söhbətə qarışmışdır. O, ona demişdir ki, icazə versin, söhbətlərini etsinlər. Sonra o, Pünhana demişdir ki, “özün də yaxşı bilirsən ki, məni söymüsən, o zaman üzr istəyərdin və mən də səni bağışlayardım və söhbət bağlanardı”. Bu zaman aralarında mübahisə yaranmışdır. O, Pünhana demişdir ki, “bura parkdır, həm də adam çoxdur, gedək kənarda söhbət edək”. Onlar parkın yaxınlığında yerləşən “Mədəniyyət Evi”nin həyətinə getmişlər. Orada mübahisələri yenə də başlamış və bu zaman Pünhanın sifət nahiyəsinə sillə ilə vurmuşdur. Pünhanın yoldaşları bu zaman yaxınlaşmışlar ki, onu vursunlar. Bu görən kimi üzərində olan bıçağı çıxartmışdır ki, bəlkə qorxub aralaşarlar. Görmüşdür ki, Pünhan onlara güvənib onun üstünə gəlir. Bu zaman onu bıçaqla bədəninin sol tərəfinə vurmuşdur. Pünhan ondan aralaşmış, təkrar onun üstünə gedəndə əlindəki bıçağı sağa-sola oynatmışdır ki, Pünhan qorxsun və ona yaxın gəlməsin. Həmin vaxt uşaqların çoxu uzaqlaşmışdır. Ondan sonra Eltonla birlikdə oradan uzaqlaşıb ara yollarla mərkəzi yola tərəf gedərək bıçağı yolda evlərin arasında yarımtikilinin qarşısında yolun kənarına atmış və mərkəzi yola çıxıb “bir manatlıq” taksilərə minib Ceyranbatan qəsəbəsinə gedib orada səhərə kimi işləyən tanıdığı bir kafedə qalmışdır, Elton da evinə getmişdir. Ondan sonra nə baş verdiyini bilməmişdir. İlk dəfə törətdiyi bu əməlindən peşmandır, yetkinlik yaşına çatmamışdır. Pünhan ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və hazırda Pünhanın ondan heç bir şikayəti yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, hazırda Mərdəkan qəsəbəsi “Raketa” düşərgəsində ailəsi ilə birlikdə yaşayır, 181 nömrəli məktəbin 10 A sinfində oxuyur. 2021ci ilin oktyabr-noyabr aylarında oxuduğu məktəbdə 8-ci sinifdə oxuyan Fatimə adlı qızla tanış olmuşdur və onunla sonradan sevgili kimi “İnstagram” sosial şəbəkəsində yazışmışdır. Sonradan xasiyyəti xoşuna gəlmədiyinə görə ondan uzaqlaşmış və onun səhifəsini blok etmişdir ki, onunla əlaqə saxlaya bilməsin. 2022-ci ilin aprel ayının əvvəllərində Fatimə “İnstagram” sosial şəbəkəsində başqa bir səhifədən ona yazmış və onunla barışmaq istəmişdir. Bundan sonda onlar yazışmağa başlamışlar. O, Fatimədən uzaqlaşdığı müddətdə Fatimə Fərid adlı şəxslə tanış olmuş və onunla yazışmışdır. O, Fatimənin səhifəsinin parolunu ondan öyrənmiş və ona gələn mesajları görmüşdür. Bundan sonra onun Fatiməyə yazdığı mesajların bir neçəsini Fərid görmüşdür. Beləliklə, bir nəfər onun səhifəsinə “Salam” yazmışdır. Həmin şəxsin kimliyini soruşmuş, o, da cavab yazmışdır ki, “adım Fəriddir, yazma o qıza”. O, təkrar həmin şəxsin kimliyini və onun neçə yaşı olduğunu soruşmuşdur. Həmin şəxs cavab yazmışdır ki, 40 yaşı yar. Sonra ondan şəklini istəmişdir ki, bəlkə tanıyacaq. O, ona şəklini göndərmiş, lakin onu tanımamışdır. Fikirləşmişdir ki, həmin şəxs yəqin onunla məzələnir, sonra ondan səs göndərməyini istəmiş və o da səsli mesaj göndərmişdir. Qulaq asıb görmüşdür ki, 40 yaşında adamın səsinə oxşamır. O, həmin şəxsə təkrar yazaraq bildirmişdi ki, bu səs 40 yaşında adamın səsinə oxşamır, 40 yaşlı adam deyilsən. Həmin şəxs cavab yazmışdır ki, “nə dəxli var, indi də sən şəklini mənə göndər, görüm sən kimsən”. Sonra o, ona şəkil göndərmişdir. Həmin şəxsdən nə məqsədlə ona yazdığını soruşanda cavab yazmışdır ki, “Fatiməyə bir də yazma”. O, özü Fatiməyə yazmadığını, onun özündən uzaqlaşdırdığını, lakin Fatimənin ona əvvəlcə mesaj yazdığını bildirmişdir. Həmin şəxs ona yenə də yazmşdır ki, “bilirəm, sən o qıza yazırsan və mən səninlə görüşüb səni başa salaram”. O da ona cavab yazmışdır ki, “problem yoxdur, nə vaxt istəyirsənsə görüşək”. O, həmin şəxsdən nə məqsədlə görüşmələrinin səbəbini soruşmuş və bildirmişdir ki, “mümkündürsə burda yaz bilim ki, mənimlə nəyə görə görüşəcəksən”. Həmin şəxs də həftənin 5-ci ya da 6-cı günü görüşməyi və görüşən zaman ona başa salacağını bildirmişdir. O, ona həmin günlərdə iftar süftəsi açacaqlarına görə vaxtı olmayacağını səbəb gətirərək onunla görüşə bilməyəcəyini bildirmişdir. Nəticədə onlar hadisədən əvvəlki həftənin 4-cü günü, yəni 21 aprel 2022-ci il tarixdə oxuduğu məktəbin yaxınlığında yerləşən “X14”nda görüş təyin etmişlər. Ona bildirmişdir ki, 6-cı dərsdən çıxıb gələcək, təxminən 13:00 radələrində parkda onu gözləyər. Həmin gün dediyi vaxtda 3-4 nəfər sinif yoldaşları ilə parka getmiş, Fəridi orada gözləmiş, lakin Fərid gəlməmişdir. Təxminən yarım saat gözlədikdən sonra ona yazmışdır ki, “bəs kişi kimi söz vermişdin ki, gəlib səninlə görüşərəm, niyə gəlmədin”. Fərid cavab olaraq yazmışdır ki, işi çıxdığına görə gələ bilməmişdir. O da ona bildirmişdir ki, “eybi yox, deməli sən mənimlə məzələndin”. Yazışdıqca aralarında sözlə mübahisə yaranmış və Fərid ona yazmışdır ki, “deyəsən sənin başın bıçaq görməyib, səni bədbəxt edəcəm”. O, yenə də Fəridə sözünü deyərək bildirmişdir ki, “kişi kimi danışmışdıq, mən də gəldim, amma sən gəlmirsən, əgər elədirsə, bir də məni narahat etmə”. Fərid də cavab yazmışdır ki, “işlərim var, ona görə gələ bilmədim, amma mən sənimlə mütləq görüşərəm və sənin dediyin sözləri sənə yedizdirərəm”. O da ona təkrar yazmışdır ki, “məni bir də narahat etmə, gələn olsaydın, bu gün gələrdin, gəlmədinsə, onda get vızqırt işinin dalınca”. Bundan sonra Fərid ona yazmışdır ki, “mənim Mərdəkanda tanışım var, o, səninlə danışıb başa salacaq”. Bundan sonra tanımadığı “İnstagram” səhifəsindən bir nəfər ona yazıb bildirmişdir ki, “Fərid sənin səhifəni mənə verib ki, sənə yazım”. O, ondan kimliyini soruşanda həmin şəxs bildirmişdir ki, “adım Şəhriyardır və Mərdəkan qəsəbəsində yaşayıram. Fəridlə aranızda olan söhbətləri Fərid mənə hamısını deyib, ona görə mən sənə yazdım ki, məsələyə aydınlıq gətirək. Sizin məktəbdə oxuyan Kamalı tanıyırsan?” O da cavab yazaraq bildirmişdir ki, Kamalı tanıyır və onunla paralel sinifdə oxuyur. münasibəti də yaxşıdır. Şəhriyar bundan sonra ona yazmışdır ki, “onda mən Kamala deyərəm, səninlə danışar və sənə hər şeyi başa salar”. Bundan sonra da sağollaşmışlar. O, ona yazmışdır ki, “əgər Fərid də sənin kimi mənimlə belə mehriban yazışsaydı heç belə problem də yaranmazdı”. Səhəri gün Kamal onunla məktəbdə görüşmüş və ona demişdir ki, “Şəhriyar mənim dostumdur, onun da Fərid adında dostu var və bildiyimə görə, səninlə nəsə mübahisəsi olmuşdur, de görüm nə məsələdir”. O da Kamala hər şeyi başa salmışdır ki, “Fatimə ilə küsülü olduğum müddətdə Fəridlə tanış olmuş və Fatimə bir neçə gün bundan əvvəl mənə yazanda, o, mənim yazdıqlarımı görüb və ondan sonra mənə yazdı ki, bir də o qıza yazma, mən də Fəridə yazdım ki, mən yazmıram, Fatimə özü mənə yazır, belə söhbət edərkən aramızda anlaşılmazlıq yarandı və biz görüş təyin etdik, mən danışdığmız vaxtda görüşməyə getdim, lakin Fərid gəlmədiyinə görə mən ona yazdım və aramızda mabahisə yarandı”. Kamal da ona demişdir ki, “onda sən baş qoşma, boş ver, çünki, Fərid mənə dedi ki, Fatiməni əvvəl yaxşı qız kimi tanıyırdım, sonradan ondan pis sözlər eşitdim və ona görə fikirləşdim ki, o cür qıza görə gedib kimləsə danışmağa və dalaşmağa dəyməz, ona görə də işi çıxdığını bəhanə edərək səninlə görüşməyə gəlməmişdir. Mən də Şəhriyara deyərəm ki, Fəridi başa salsın və söhbət bağlansın”. O, Kamalın bu sözləri ilə razılaşmışdır. 25 aprel 2022-ci il tarixdə o, oxuduğu məktəbdə müəllimə işləyən anası və qardaşı ilə məktəbə gedəndə anası və qardaşı məktəbin arxa girişindən, özü isə qabaq tərəfindəki giriş qapısından girmək istəyərkən qapıya yaxınlaşanda görmüşdür ki, bir nəfər onu əl ilə çağırır. O da görən kimi tanımış və bilmişdir ki, Fəriddir, çünki şəklini əvvəldən görmüşdür. Fəridə yaxınlaşmış, onun yanında qara paltarlı və üzü saqallı bir nəfər olmuş, o isə tək olmuşdur. Onlar “X14”nda görüşmüş və o, yanındakı yoldaşına demişdir ki, “sən burada gözlə, mənim bu qaqaşla təkbətək söhbətim var”. Sonra ikisi birlikdə danışa-danışa parkdakı fontanın yaxınlığına getmişlər. O, ona danışmışdır ki, “mən Fatimə ilə yazışıram, sən də ona yazırsan və mənə hörmətsizlik edirsən, mən də sənə dedim ki, ona yazma, sən isə məni söyürsən, sən həmin qıza cavabdehsən ki?” O, bildirmişdir ki, “mən ona yazmıram, Fatimə özü mənə yazır, əgər fikir vermisənsə mən ona yazmışam ki, məndən qırıl”. Bu zaman Fərid demişdir ki, “parkda adam çoxdu, gedək kənarda söhbət edək”. Parkın qurtaracağında Fərid onunla üzbəüz dayanaraq ona demişdir ki, “bax, sənə sual verirəm, məni niyə söymüsən”. O, cavab vermişdir ki, “söymüşəm”. Bunu deyən kimi Fərid ona demişdir ki, “onda arxamca gəl”, o da onun arxasınca getmişdir. Onu hiss etmişdir ki, 4-5 nəfər onların arxasınca gəlir, lakin onların heç birini tanımamışdır. fikri Fəriddə olmuşdur. Lakin əvvəl onun yanında gördüyü bir nəfər yadındadır. Yəqin etmişdir ki, Fərid onunla səsküylə danışdığına görə yığışmışlar. Sonra parkın yaxınlığında yerləşən “Mədəniyyət Evi”nin həyətində “Nasosxana”nın yanına getmişlər. “Nasosxana”nın yanında Fərid və yanında gələn şəxs birlikdə onunla söhbətə dayanmışlar, qalan uşaqlar isə “Nasosxana”nın yan tərəfində qalmışlar. Fərid əynindəki qısaqol “balonka”nı çıxartmış və köynəyinin arxasını düzəldərkən birdən ona sağ əli ilə sifət nahiyəsinə şillə vurmuşdur. Başı ani olaraq yan tərəfə getmiş və bu anda Fərid necə olmuşdursa, bıçağı çıxardıb onun bədəninin sol tərəfinə vurmuşdur. O, ona demişdir ki, “niyə qəfildən vurdun məni”, bu anda oxuduğu məktəbdən tanıdığı Xalid adlı şəxs özünü çatdırmış və bıçağı Fəridin əlindən almağa çalışmışdır. O, Fəridi özündən asılı olmayaraq uzaqlaşdırmaq istəyərkən şokda olmuşdur, onu söyməyə başlamışdır, Fəridin yanındakı şəxs onun üstünə gələrək demişdir ki, “əə, yenə söyüş söyürsən?” Bu zaman arxada kimsə onu çəkmişdir ki, həmin şəxs onu vura bilməsin. O, hadisənin təsirindən şokda olduğuna görə heç nə gözünə görünməmişdir. Görmüşdür ki, qarnının sol nahiyəsindən qan axır. Tez məktəbə tərəf getmiş və məktəbin giriş qapısı ilə üzbəüz balaca mağazadan su alıb yaxınlıqda ara küçəyə keçmişdir ki, heç kim onu görməsin və yarasını yuyub təmizləsin. Onu bu vəziyyətdə kimsə görüb məktəbə məlumat vermişdir. Əynindəki ağ rəngli köynəyin qolunu kəsib su ilə yarasını yumağa başlayarkən oxuduğu məktəbin tibb bacısı Elnarə həkim ona yaxınlaşmış, sonra da idman müəllimi gəlmişdir. Onlar köməkləşib onu məktəbə aparmışlar. Məktəbdə tibb bacısı ona ilkin tibbi yardım etdikdən sonra TTYS-nın avtomobili ilə “X13”nə aparmışlar. Orada ilkin müayinələrdən sonra əməliyyat olunmuşdur. Hazırda səhhəti yaxşıdır, Fərid onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Fəridə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, hazırda Mərdəkan qəsəbəsi “Raketa” döşərgəsində ailəsi ilə birlikdə yaşayır. Oğlu Pünhan 181 nömrəli orta məktəbin 10-cu sinifində oxuyur. Həyat yoldaşı da həmin məktəbdə ibtidai sinif müəliməsi işləyir. 25 aprel 2022-ci il tarixdə saat təxminən 08:30 radələrində həyat yoldaşı ona zəng vurmuşdur ki, Pünhanı bıçaqla vurub xəsarət yetiriblər. O, həmin vaxt evdə olmuşdur. Pünhanın harada olduğunu soruşanda həyat yoldaşı bildirmişdir ki, Pünhan məktəbin həyətindədir. Təcili evdən çıxıb məktəbə getmiş, məktəbə çatanda görmüşdür ki, TTYS-nın həkim briqadası oradadır. Onlar Pünhana ilkin tibbi yardım göstərdikdən sonra TTYS-nın avtomobilinə mindirib birbaşa X8 aparmışlar. O da həkimlərlə birlikdə TTYS-na avtomobilinə minib onlarla birlikdə X8 getmişdir. Orada Pünhan ilkin müayinələr olduqdan sonra cərrahiyyə əməliyyatına götürülmüş və əməliyyat başa çatdıqdan sonra palataya yerləşdirilmişdir. Vəziyyəti normallaşdıqdan sonra 28 aprel 2022-ci il tarixdə evə buraxılmışdır. Sonra bilmişdir ki, Pünhan Fərid adlı şəxs tərəfindən bıçaqlanmışdır. Hadisədən bir neçə həftə əvvəldən Pünhanla Fərid adlı şəxs arasında 181 nömrəli məktəbdə oxuyan 8-ci sinif şagirdi olan bir nəfər qıza görə aralarında “İnstagram” sosial şəbəkəsində mübahisələri olmuş və söhbət etmək üçün Mərdəkan qəsəbəsində görüş təyin etmişlər. Sonradan Fərid işi olduğunu bildirərək görüşməyə gəlməmişdir. Aralarındakı mübahisə sonradan Fəridin hansısa tanışı vasitəsi ilə aradan qaldırılmışdır. Buna baxmayaraq, 25 aprel 2022-ci il tarixdə səhər saatlarındə Pünhan məktəbə gedərkən Mərdəkan qəsəbəsində yarləşən “X14”nın yaxınlığında aralarında mübahisə yaranmış və nəticədə Fərid özündə olan bıçaqla Pünhanı vuraraq ona bədən xəsarəti yetirmişdir. Hadisədən əvvəl Pünhanla Fərid arasında “İnstagram” sosial şəbəkəsində yaranmış mübahisələrindən özünün və həyat yoldaşının xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, hal-hazırda Mərdəkan qəsəbəsi Əncirlik yaşayış massivində fərdi evdə anası ilə birlikdə kirayədə yaşayır. Fəridlə təxminən bir müddət əvvəl Mərdəkan qəsəbəsində yerləşən “X14”nda tanış olmuşdur. Ondan sonra arabir həmin parkda görüşüb bir yerdə kafedə oturub çay içib söhbət etmişlər. Bir-biri ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. Özünün və Fəridin mobil telefonu olmamış, öz analarının mobil telefonundan istifadə edərək “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. 25 aprel 2022-ci il tarixdə səhər saat təxminən 06:15 radələrində Fərid ona Whatsapp vasitəsi ilə tanımadığı nömrədən zəng vurub harada olduğunu soruşmuşdur. O, ona evdə olduğunu və yatdığını bildirmişdir. Fərid ona Mərdəkan qəsəbəsinə yerləşən stansiya adlanan yerə gəlib onunla görüşmək istədiyini və onunla işi olduğunu bildirmişdir. Fəriddən nəyə görə gəlməyini soruşmuş, o isə görüşəndə deyəcəyini bildirmişdir. Oyanıb stansiyaya getmiş və saat 07:00 radələrində orada Fəridlə görüşmüşdür, Fərid tək olmuşdur. Görüşdükdən sonra o, özünə mağazadan su almış və Fərid ona demişdir ki, “X14”na tərəf getsinlər, lakin nəyə görə onu çağırdığını deməmişdir. Onlar söhbət edə-edə parka tərəf getmişlər. O, Şəhriyarı da çağırmaq üçün wi-fi-a qoşulmaq istəmişdir. O, parka gedən yolun üstündəki kafenin wi-fi-nın kodunu bildiyinə görə onlar həmin kafeyə yaxınlaşmış və orada Fərid kafenin wi-fi-na qoşulmuşdur. O, Şəhriyara Whatsapp vasitəsi ilə zəng vurmuş, lakin Şəhriyar zəngə cavab verməmişdir. Fərid həmin gün Şəhriyarı nəyə görə çağırdığını bilməmişdir, fikirləşmişdir ki, rayondan gəlib deyə yəqin bu gün qayıdacağına görə onlarını görmək istəyir. Bu zaman yoldan bir nəfər təxminən 16-17 yaşında oğlan məktəbə gedərkən Fərid onun qarşısını kəsmiş və ondan Pünhan adlı şəxsi tanıyıbtanımamasını soruşmuşdur. O, cavab vermişdir ki, Pünhanı tanıyır və onun yaxın sinif yoldaşıdır. Həmin oğlan Pünhanla bağlı nə məsələsi olduğunu soruşmuş və bildirmişdir ki, nə sözü varsa, ona desin, yəni Pünhan, ya o, fərqi yoxdur. Sonra onlar üçü də söhbət edə-edə parka tərəf getmişlər. Fərid həmin oğlana Pünhan adlı şəxslə aralarında olan mübahisə və söyüşmələrdən danışmışdır. O isə onların söhbətinə qarışmamışdır. Fərid həmin oğlanla danışdıqdan sonra həmin oğlan çıxıb getmişdir. Sonra ikisi birlikdə parka girmiş və orada oturacaqda oturmuşlar. Təxminən 15-20 dəqiqədən sonra oturduqları oturacağa 4 nəfər yaxınlaşmış və onlarla salamlaşmışlar. Sonra Fərid onların biri ilə, yəni adını sonradan bildiyi Pünhanla kənara çəkilib söhbət etmişlər, özü isə o biri uşaqlarla kənarda qalmışdır. Fərid Pünhanla birlikdə danışa-danışa parkdan çıxıb yaxınlıqda yerləşən “Mədəniyyət Evi”nə tərəf getmişdir. O da Pünhanla gələn uşaqlarla onların arxasınca getmişdir. “Mədəniyyət Evi”nin həyətinə girərkən Fərid birdən Pünhanın sifətinə şillə ilə vurmuşdur. Sonra o, Pünhanla gələn 3 nəfərlə birlikdə yaxınlaşıb onları ayırmağa başlamışlar. Bundan sonra onlar “Mədəniyyət Evi”nin həyətinə girmiş və orada “Nasosxana”nın yanında dayanıb mübahisəni davam etmişlər. Heç biri onların söhbətinə qarışmamışdır, sadəcə gözləmişlər ki, əgər dalaşsalar onları ayırsınlar. Birdən Fərid əlini belinə aparmış və bıçağı çıxardaraq qəfildən Pünhanın bədəninin sol nahiyəsinə vurmuşdur. Bu zaman orada çoxlu adam yığışmışdır, lakin onları tanımamışdır. Onların içərisindən yalnız Xalid adlı şəxsi tanımışdır və Xalid Fəriddin əlindən bıçağı alıb Pünhandan aralaşdırmışdır. Sonra Fəridlə uzaqlaşıb ara yollarla gəlib “Rəhman” marketin yanına çıxmışlar. Orada Fərid “1 manatlıq” taksilərin birinə minib yaşadığı Ceyranbatan qəsəbəsinə getmiş, özü də ondan ayrılıb evə getmişdir. Təxminən 1 saatdan sonra Fərid ona yazmışdır ki, “salamatçılqdır?”, o, da yazmışdır ki, “hə, salamatçılqdır”. Bunu yazandan sonra fikirləşmişdir ki, ona problem yaranacaq, bundan qorxmuş və dərhal telefonda olan “İnstagram” proqramını silmişdir ki, Fərid onunla əlaqə saxlamasın. Səhəri gün Lənkəran rayonuna getmiş, 01 may 2022-ci il tarixdə Bakı şəhərinə, yəni yaşadığı evə qayıtmışdır. Fəridlə Pünhan arasında yaranmış mübahisədən əvvəllər xəbəri olmamışdır, həmin gün bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, hal-hazırda Şüvəlan qəsəbəsi İstiqlaliyyət küçəsi ev 6-da ailəsi ilə birlikdə yaşayır. Sinif yoldaşı Pünhanın bıçaqlanmasından təxminən 4-5 gün əvvəl Pünhan ona demişdir ki, bir nəfər var, saat 13:00-da “X14”na gələcək, onunla mübahisəsi düşüb, onunla söhbət edəcək. Ona təklif edib ki, onunla birlikdə getsin. O da dərsdən çıxıb Pünhanla birlıikdə parka getmişdir. Onlarla birlikdə digər sinif yoldaşları Murad və Sadiq də getmişdir. Onlar birlikdə saat 13:00-da həmin parka getmiş, lakin Pünhanın gözlədiyi şəxs gəlməmişdir. Pünhan da həmin şəxslə yazışmış və o, gəlmədiyinə görə bir neçə dəqiqə orada gözləyərək sonra da evə getmişlər. Ondan sonra nə baş verdiyini bilməmişdir. O, dəqiq bilməmişdir ki, onlar nə haqqında söhbət etmək istəyirlər. Bir bunu bilmişdir ki, bir neçə gün əvvəl “İnstagram” sosial şəbəkəsində yazışıblar və sonra da sözləri düz gəlmədiyinə görə aralarında söyüşərək mübahisə etmişlər. 25 aprel 2021-ci il tarixdə isə o, həmişəki kimi saat 08:00-da dərsdə olmuşdur, Pünhan isə dərsə gəlməmişdir. Birinci dərsin sonuna yaxın xəbər gəlmişdir ki, Pünhanı Mərəkan qəsəbəsində kimsə bıçaqla vurub xəsarət yetirib. O vaxta kimi heç nədən xəbəri olmamışdır. Hadisə baş verən zaman orada olamamış və hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 göstərdi ki, hal-hazırda Şüvəlan qəsəbəsi yeni yaşayış massivi fərdi evdə ailəsi ilə birlikdə yaşayır, 181 nömrəli orta məktəbin 11 C sinifində oxuyur. 25 aprel 2022-ci il tarixdə saat 07:20 radələrində “X14”nın qarşısından keçən yolla oxuduğu 181 nömrəli məktəbə gedərkən birdən yaxınlıqda yerləşən “Mədəniyyət Evi”nin həyətindən uşaqların səs-küyünü eşitmişdir. Ora tez çatmaq üçün həmin parkla “Mədəniyyət Evi”nin arasınmdakı hasardan tullanıb həyətə daxil olmuşdur. Çatanda görmüşdür ki, “Mədəniyyət Evi”nin həyətində yerləşən “Nasosxana”nın qarşısında məktəb uşaqları yığışıblar və dava gedir. Orada onunla bir məktəbdə oxuyan Pünhanı və onun yanında olan təxminən 7-8 nəfər uşağı tanımışdır. Pünhanın onun tanımadığı qara paltarlı bir nəfər oğlanla mübahisə etdiyini görmüşdür. Yanında bir nəfər saçı çox olan şəxs də olmuşdur, ora çatanda görmüşdür ki, həmin oğlanın əlində bıçaq var və Pünhanın üstünə hücum etmək istəyir. Dərhal özünü çatdırmış və həmin oğlanın əlindən tutub çiyni ilə itələmişdir ki, bıçaq onun əlindən düşsün. Bıçaq onun əlindən yerə düşəndən sonra həmin oğlan və yanındakı şəxs çıxıb qaçmışlar. Pünhanın yanındakı sinif yoldaşlarından bir-iki nəfər qalmışdır ki, onu aparsınlar, qalan uşaqlar isə çıxıb məktəbə getmişlər, özü də çıxıb dərsə getmişdir. Pünhanla mübahisə edən və onun yanındakı şəxsi tanımamışdır, onları ilk dəfə orada görmüşdür. Pünhanın həmin şəxs tərəfindən bıçaqla vurulduğunu görməmiş, hadisə yerinə çatanda görmüşdür ki, həmin şəxs əlindəki bıçaqla Pünhanın üstünə hücum etmək istəyir və çatan kimi dərhal bıçağı onun əlindən almağa nail olmuşdur. Pünhanın bədəninin sol nahiyəsindən qan axdığını görmüşdür. Çünki ağ rəngli köynəyi qanlı olmuşdur. Ona görə də Pünhanın sinif yoldaşları sonradan onu məktəbə tərəf aparmışlar və o da onlardan ayrılıb məktəbə dərsə getmişdir. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamış, sonradan məktəbdə uşaqlardan eşitmişdir ki, onların arasında əvvəlcədən “İnstagram” sosial şəbəkəsində mübahisə olmuş və bir-birini söymüşlər. Ona görə 25 aprel 2022-ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsində yerləşən “X14”nın yaxınlıqda yerləşən “Mədəniyyət Evi”nin həyətindən görüşüb aralarında yaranmış mübahisə zamanı sonradan adını bildiyi Fərid adlı şəxs Pünhanı bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, 181 nömrəli məktəbdə tibb bacısı vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə səhər saat 08:40 radələrində məktəbin idman müəllimi Şahid7 həyat yoldaşı məlumat vermişdir ki, “məktəbin arxa tərəfində, uşaq bağçasına gedən yolda bir nəfər oğlan məktəbli formasında yaralı vəziyyətdədir və üzərində qan var, gəl bax, gör sizin məktəbdə oxuyandı, ya yox”. Rövşən müəllim tez məktəbin direktoruna məlumat vermiş və direktordan icazə alıb onunla həmin yeri axtarmağa getmişdir. Məktəbin həyətindən küçəyə çıxmış və hərəsi bir tərəfə gedib axtarmağa başlamışlar. Çıxan kimi sağ tərəfə getmiş və ətrafda heç kimi görməmişdir. Sonra yadına düşmüşdür ki, Rövşən müəllimin yoldaşı bağçaya gedən yolu ona demişdir. Ona görə də həmin yola tərəf getmiş və görmüşdür ki, işlədiyi məktəbin 10-cu sinif şagirdi Zərərçəkmiş şəxs hasarın dibində oturub öz köynəyinin qolunu çıraraq qarın nahiyəsində olan yarasını təmizləyir. O, da ona tez kömək etmiş, onu ayağa qaldırmış və məktəbə tərəf aparmağa çalışmışdır. Bu zaman o biri tərəfdən Rövşən müəllim də gəlmiş və ona köməklik edərək Pünhanı məktəbə aparmışlar. Məktəbə çatan kimi Rövşən müəllim məktəbin direktoruna məlumat vermiş və direktor da TTYS-na məlumat vermişdir. O vaxta kimi özü Pünhana ilkin tibbi yardım etmiş və bu zaman TTYS-nın həkim briqadası gələrək onu X8 aparmışlar. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, hazırda Mərdəkan qəsəbəsi S.Yesenin keçəsi ev 92 mənzil 2-də ailəsi ilə birlikdə kirayədə yaşayır, 2021-ci ilin sentyabr ayından 181 nömrəli məktəbin 8 E sinifində oxuyur. 2021-ci ilin oktyabr-noyabr ayları ərzində onunla bir məktəbdə oxuyan Pünhan adlı şəxslə tanış olmuşdur. Tanış olduqdan sonra onunla telefonda sosial şəbəkə “Whatsapp” və “İnstagram” vasitəsi ilə yazışmağa başlamışdır. Sonradan bir-birini sevmiş və bu barədə yazışmışlar. Yazışdıqları müddətdə Pünhan ondan açıq-saçıq şəklini istəmiş, o da özünün sinəsi açıq olan iki ədəd şəklini ona göndərmişdir. Sonra Pünhan ondan daha da açıq şəklini istəmiş, lakin o, göndərmədiyi üçün ona yazmışdır ki, “mənə güvənmirsən, ona görə şəklini göndərmirsən, əgər elədirsə, mən səninlə bitirmək istəyirəm.” Pünhan ondan daha da aşıq şəkillərini göndərmədiyinə görə küsmüş və onu blok etmiş və o, Pünhanla yazışa bilməmişdir. Həmin ərəfələrdə anası onların yazışmağından xəbər tutmuş, telefonu ondan almış və telefondan istifadə etməyi qadağan etmişdir. Pünhanla yazışdığı telefon anasının telefonu olmuş və onu arada götürüb istifadə etmişdir. Bunula da Pünhanla əlaqəsi kəsilmişdir. Həmin vaxtlardan sonra hər şənbə günləri idman dərsləri bir yerdə olduğuna görə orada Pünhanı görmüş, lakin danışmamışdır. Pünhan ona yaxınlaşmamış, ona görə də əlaqələri olmamışdır. Bundan sonra anasından xəbərsiz anasının telefonundan istifadə edərək Fərid adlı şəxslə tanış olmuş və onunla yazışmağa başlamışdır. Belə ki, oxuduğu məktəbin “İstagram” səhifəsində özünü tanıtdırmış və ona görə də hamı bilmişdir ki, o, 181 nömrəli məktəbin şagirdidir. Fərid də onunla əlaqə yaratmaq üçün ona yazmışdır ki, “mən də əvvəllər həmin məktəbdə oxumuşam”. Onların tanışlığı belə yaranmışdır. Ondan sonra Fərid bir neçə dəfə onun oxuduğu məktəbə getmiş və onu məktəbdə görmüşdür, lakin onunla təklikdə görüşməmişdir. Pünhan onun göndərdiyi şəkilləri sinif yoldaşı olan Kamala da göndərmiş, Kamal da Fəridi əvvəllər tanıdığından, sonradan bildiyinə görə o da həmin şəkli Fəridə göndərmiş və ona yazmışdır ki, “bu qızla danışma, o, düzgün qız deyil”. Ondan sonra Fərid onun əvvəllər Pünhanla yazışmalarına necəsə girib baxmış və görmüşdür ki, o, Pünhanla yazışmışdır. Pünhana göndərdiyi açıq şəklini də Fərid bilmiş və Fərid bunu soruşanda ona bildirmişdir ki, “mən Pünhana güvənib göndərmişəm, amma səhv etmişəm”. Pünhan şəklini tanışlarına göndərdiyinə görə fikirləşmişdir ki, bu hərəkəti səhv edib. Bu səbəbdən də Fəridlə Pünhan arasında mübahisələr yaranmışdır. Mübahisəyə səbəb dəqiq nə olduğunu bilməmişdir. 25 aprel 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Fərid Mərdəkan qəsəbəsinə gələrək Pünhanla aralarında mübahisə etmiş və nəticədə Pünhanı bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Fəridlə sadəcə “İstagram” vasitəsi ilə yazışmış, aralarında başqa münasibət və ya digər söhbətlər olmamışdır, yəni onunla sevgili kimi münasibətdə olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, hazırda Mərdəkan qəsəbəsi B.Əliyev keçəsi ev 11də ailəsi ilə birlikdə kirayədə yaşayır, 181 nömrəli məktəbin 10 B sinifində oxuyur. Yaşadığı evin yaxınlığındakı parka tez-tez gedib orada uşaqlarla futbol oynayır. 2021-ci ilin təxminən oktyabr-noyabr aylarında onunla bir yerdə futbol oynayan Fəridi tanımışdır, onunla eyni yaşdadır, bildiyinə görə Fərid Şağan qəsəbəsində yaşayır. Pünhanla da paralel sinifdə oxuyur. Pünhan oxuduqları məktəbdə oxuyan Fatimə adlı qızla “İnstagram” vasitəsi ilə yazışıb və onunla bir-birini sevmişlər. Yazışan müddətdə Pünhan Fatimədən ona lüt şəkillərini göndərməsini istəmişdir və Fatimə də ona öz açıq-saçıq şəkillərini çəkib göndərmişdir. Sonradan aralarında nə olubsa münasibətləri pozulmuşdur. Ondan sonra Fatimə Fəridlə tanış olmuş və yazışmağa başlamışlar. Sonradan Fatimə həm Fəridlə, həm də Pünhanla yazışmışdır. Fatimə öz yazışdığı səhifənin kodunu Fəridə də vermişdir. Ona görə də Fatimə ilə Pünhan arasında olan yazışmaları Fərid bilmişdir. Fatimə həmin yazışmalarda özünün Pünhana yazdıqlarını silmiş, lakin həmin yazışmalar Pünhanda qalmışdır. Həmin yazışmaları da Fərid görmüşdür. Ona görə də Pünhanla görüşmək istəmişdir ki, Fatimə ilə aralarında olan məsələni aydınlaşdırsın. Bundan sonra Fərid Pünhanla görüşmüşlər. O, bu söhbətləri əvvəl bilməmişdir. Fərid sonradan ona yazıb oxuduğu məktəbdə Pünhan adlı şəxsin oxuyub-oxumamasını soruşmuş, o da cavab vermişdir ki, Pünhan onunla paralel sinifdə oxuyur. Bundan sonra Pünhan məktəbdə ona Fərid adlı şəxsin onun Fatimə ilə yazışdığına görə görüşə çağırdığını, Fatimənin onun telefonunda sinəsi açıq şəkli olduğunu, həm də Fatimə ona yazdıqlarını sildiyini, özü isə Fatimə ilə yazışmalarını saxladığını bildirmişdir. Pünhan həmin şəkili Kamala göndərmək istəmişdir ki, Kamal da onu Fəridə göndərib desin ki, “bu qızın söhbətini mənimlə etməyə gəlir?”. Pünhan Fatimənin onda olan açıq-saçıq şəklini Kamala göndərmiş və Kamal da Fəridlə yazışıb bildirmişdir ki, Pünhan ona Fəridlə aralarında olan narazılığı danışmışdır, səbəb də bu olmuşdur ki, Fatimə ilə əvvəllər Pünhan arasındakı yazışmalar olmuşdur, yazışdıqları müddətdə həmin qızın Pünhanda sinəsi açıq şəkilləri var, buna görə də o cür qıza görə Pünhanla görüşməyi məsləhət görməmişdir. Ondan sonra Fərid Pünhanla görüşməkdən imtina etmiş və Kamala demişdir ki, “Pünhana deyərsən və mənim əvəzimə söhbəti bağlayarsan”. Bundan sonra Fərid Pünhana yazıb bildirmişdir ki, “mən gələ bilmərəm, səninlə bir məktəbdə oxuyan Kamal adlı oğlan var, o, gəlib sənə izah edəcək ki, mən nəyə görə gəlmədim”. Buna baxmayaraq, Pünhan ona yenidən yazıb ki, “niyə gəlmədin, axı biz görüşməli idik”. Bu söhbətə görə onlar arasında yenidən mübahisə olmuş və Pünhan onu söymüşdür. Fərid də bundan əsəbiləşərək 25 aprel 2022-ci il tarixdə Mərdəkan qəsəbəsinə gələrək Pünhanla mübahisə etmiş və onu bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki,o, hazırda Mərdəkan qəsəbəsi Kolxoz küçəsi ev 24 mənzil 4-də ailəsi ilə birlikdə yaşayır, 181 nömrəli məktəbdə idman müəllimi işləyir. Həyat yoldaşı X5 da onun işlədiyi orta məktəbin yaxınlığında fəaliyyət göstərən “Fidan” uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyir. 25 aprel 2022-ci il tarixdə səhər saat 08:40 radələrində həyat yoldaşı ona zəng edərək bildirmişdir ki, “məktəbin arxa tərəfində, yəni işlədiyi uşaq bağçasına gedən yolda bir nəfər oğlan məktəbli formasında yaralı vəziyyətdədir və üzərində qan var, gəl bax, gör sizin məktəbdə oxuyandı, ya yox”. Tez məktəbin direktoruna məlumat vermiş və təcili məktəbin tibb bacısı ilə birlikdə küçəyə çıxıb hərəsi bir tərəfə gedib axtarmağa başlamışlar. Bir neçə dəqiqədən sonra görmüşdür ki, məktəbin tibb bacısı Şahid2 10-cu sinifdə oxuyan Pünhanla birlikdə gəlir. Görmüşdür ki, Pünhan yaralıdır və bədənində qan var. Tez özünü çatdırmış və köməkləşib onu məktəbə aparmışlar. Pünhandan nə baş verdiyini soruşmuş və o, bildirmişdir ki, tanımadığı bir şəxs onu məktəbin yaxınlığında yerləşən “Mədəniyyət Evi”-nin yaxınlaığına dəvət etmiş, orada onun üzərinə hücüm edərək onu əvvəlcə vurmuş sonra da bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Məktəbə çatan kimi məktəbin direktoruna məlumat vermiş və direktor TTYS-na məlumat vermişdir. O vaxta kimi məktəbin tibb otağında Pünhana ilkin tibbi yardım olunmuş və bu zaman TTYS-nın həkim briqadası gələrək onu X8 aparmışlar. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmədə dindirmə zamanı onlar ifadələrini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 06 may 2022-ci il tarixli, 460 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun X13 X15 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 25 aprel 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə, bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-tibb kriminalistik ekspertizasının 31 may 2022-ci il tarixli, 7/449 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus boz rəngli köynəyin ön səthində solda bir ədəd, ağ rəngli köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd və şalvarın arxa səthində solda bir ədəd dəlibkeçən zədə aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici ələtin təsirindən törənmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi-bioloji ekspertizasının 03 iyun 2022-ci il tarixli, 9/460 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən AB0 sistemi üzrə qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka, ağ köynək, qara köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə qrupu tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş şalvar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 13 itun 2022-ci il tarixli, 2078 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual inkişafı normaya uyğundur. İnadkarlıq, nümayişkaranəlik, eqosentrizm, diqqət mərkəzində olmağa can atmaq, cəlbedici davranışı ilə ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs gerilik əlamətləri aşkar edilmir. Əqli psixi inkişafı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Müayinə zamanı Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyllilik aşkar edilmədi. İş materiallarında olan geyim əşyalarına baxış keçirilməsi haqqında 25 aprel 2022ci il tarixli protokoldan görünür ki, Şahid1 iştirakı ilə onun təqdim etdiyi geyim əşyalarına baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, həmin geyim əşyaları bir ədəd qara rəngli şalvar və bir ədəd tünd boz rəngli düyməli köynəkdən ibarətdir. Həmin geyim əşyaları üst geyimləri olduğundan üzərilərində hər hansı bir formada qanabənzər ləkələr aşkar olunmadı. Lakin, təqdim olunmuş şalvarın arxa sol tərəfində və köynəyin sol yan tərəfində kəsik aşkar olunmuşdur. Baxışda iştirak edən Şahid1 bildirdi ki, baxış keçirilən geyim əşyalarının onun yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs məxsusdur. Qeyd etmişdir ki, oğluna məxsus ağ rəngli mayka və ağ rəngli köynək isə X4. Həmin geyim əşyaları baş vermiş hadisə zamanı oğlu Zərərçəkmiş şəxs əynində olmuşdur. İş materiallarında olan geyim əşyalarına baxış keçirilməsi haqqında 26 aprel 2022ci il tarixli protokoldan görünür ki, X6 təqdim edilmiş geyim əşyalarına baxış zamanı müəyyən olunmuşdur ki, həmin geyim əşyaları bir ədəd ağ rəngli mayka və bir ədəd ağ rəngli düyməli köynəkdən ibarətdir. Həmin geyim əşyaları üzərilərində qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin geyim əşyalarının hər ikisinin sol yan tərəfində kəsik aşkar olunmuşdur. Mayka və köynəkdə olan kəsiklər nisbətən üst-üstə yerləşir. İş materiallarında olan mobil telefon yazışmalarına baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən sms mətnləri cəmi 04 vərəqədən ibarətdir. Həmin sms-lərə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonun kontaktına “5-ci Gün Dava” kimi qeyd etdiyi abonetlə Whatsapp sosial şəbəkəsi vasitəsilə sms vasitəsi ilə yazışmaları olmuşdur. Yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Sərvan oğlu arasında əvvəllər də sms yazışmaları olmuş və “5-ci Gün Dava” kimi qeyd olunan şəxs, yəni Təqsirləndirilən şəxs sms yazaraq Zərərçəkmiş şəxs həftənin 4-cü günü görüşməyə dəvət etmişdir. Lakin Zərərçəkmiş şəxs 4-cü günü yox, həftənin 5-ci günü məktəbdən çıxan kimi görüşə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və ona cavab yazaraq bildirmişdir ki, “sənə zəng eliyəcəm, görüşüb atışarıq”. Zərərçəkmiş şəxs “atışarıq” sözünün mənasını soruşanda Təqsirləndirilən şəxs cavab yazmışdır ki, “sənin başın deyəsən bıçaq-zad görməyib, söyüş-zad söyürsən”. Sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəklini göndərməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs şəklini ona göndərdikdən sonra Təqsirləndirilən şəxs şəkildə onu tanımadığını, lakin onunla görüşəcəyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs ona qorxmadığını, lakin Ramazan ayında görüşməyə də ehtiyac olmadığını və söz-söhbət axtarmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona cavab yazmışdır ki, “görüşməyə ehtiyac yox idi, amma onu sən yaratdın, onu da görüşəndə üzbəüz gəlib yoluna qoyarıq”. Baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Sərvan oğlu arasında Whatsapp vasitəsi ilə yazışmalarda 4-cü gün dərsdən sonra görüş təyin olunmuşdur. Həmin həftənin 4-cü günü Zərərçəkmiş şəxs öz sinif yoldaşları ilə oxuduğu 181 nömrəli məktəbin yaxınlığında yerləşən “X14”na deyilən vaxtda getsə də, Təqsirləndirilən şəxs görüşməyə gəlmədiyinə görə Zərərçəkmiş şəxs ona İnstagram vasitəsilə sms yazaraq bildirmişdir ki, “kişi kimi danışdıq ki, bu gün görüşərik, bəs niyə gəlmədin, biz kəlmə kəsmişdik?”. Təqsirləndirilən şəxs də cavab yazmışdır ki, “işim çıxdı, ona görə gələ bilmədim”. Zərərçəkmiş şəxs ona yazmışdır ki, “sən Fatiməyə arxasan?”, Təqsirləndirilən şəxs də cavab vermişdir ki, “səninlə görüşəndə deyərəm mən nəyəm, vaxtım yoxdur, özüm vaxt eləyib səninlə görüşəcəm”. Bu yazışmalarda Təqsirləndirilən şəxs yazışmaq istəmədiyi, ancaq görüşəndə sözünü deyəcəyini bildirmiş və sağollaşmışdır. Zərərçəkmiş şəxs isə ona yazmışdır ki, “Aəə, yekə kişisən, söz danışmışdıq, hara gedirsən?”. Təqsirləndirilən şəxs cavab vermişdir ki, “sənə bu sözləri yedizdirəcəm, səni bədbəxt edəcəm“. Bundan sonra Zərərçəkmiş şəxs ona nalayiq ifadə yazmışdır. Təqsirləndirilən şəxs də ona nalayiq ifadələrlə cavab vermiş və ona yazmışdır ki, “artıq sənə keçdi yoxdur”. Sms mətnlərindən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında qarşılıqlı olaraq Whatsapp və İnstagram sosial şəbəkəsi vasitəsilə Fatimə adlı qıza görə yaranmış mübahisəli yazışmalar başlanmış və yazılmış sms-lərin məzmununda nalayiq söyüşlərdən ibarət mətnlər vardır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli düyməli köynək, 01 ədəd tünd boz rəngli düyməli köynək və 01 ədəd qara rəngli cins şalvar maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 17 avqust 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 04 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi məhkəmə baxışı zamanı onun özünün verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübutlar - Xəzər RPİ-də maddi sübutların saxlanılması otağında saxlanılan və Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli düyməli köynək, 01 ədəd tünd boz rəngli düyməli köynək və 01 ədəd qara rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 18,5 iş saatına görə 111,00 (bir yüz on bir) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar - Xəzər RPİ-də maddi sübutların saxlanılması otağında saxlanılan və Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ rəngli mayka, 01 ədəd ağ rəngli düyməli köynək, 01 ədəd tünd boz rəngli düyməli köynək və 01 ədəd qara rəngli cins şalvar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 111,00 (bir yüz on bir) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-390/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-390/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver