Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-390/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Azərbaycan Respublikasının Zaqatala rayonunda döğulmuş, Özbəkistan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Özbəkistan Respublikası Daşkənd şəhəri Yakasaray rayonu ev 5-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai prospekti 42 mənzil 48-də müvəqqəti olaraq yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə külli miqdarda malları qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X10 ərazisində olarkən istintaqa məlum olmayan şəxslərdən aldığı, həmin tarixdə faktiki bazar dəyəri 279.569,91 manat təşkil edən və **********3 (A60932) saylı aviaqaimə ilə Azərbaycan Respublikasına göndərilən 57 ədəd 101 X39, 12 ədəd 22 piece brush set, 490 ədəd Airbrush legs, 10 ədəd AMC eyeliner gel, 12 ədəd Argan oil of morocco, 24 ədəd Arm hammer diş pastası, 32 ədəd Arm hammer essentials, 24 ədəd Arm Hammer spin brush pro+, 15 ədəd Balance active, 180 ədəd Batiste şampun, 130 ədəd Bed head, 25 ədəd BH cosmetics, 38 ədəd Bio oil skincare, 6 ədəd Bioderm Photoderm, 168 ədəd Bioderma (Photoderm Max 100), 323 ədəd Bioderma cream, 24 ədəd Bioderma Photoderm kid, 45 ədəd Bourjois healthy mix, 3 ədəd markası qeyd olunmayan çanta, 144 ədəd Carmex Assorted BP Tube, 72 ədəd Carmex care comfort, 72 ədəd Carmex classic lip balm, 252 ədəd Carmex lip balm, 360 ədəd Carmex, 36 ədəd Carolyn black gel, 12 ədəd Cerave acne foaming, 30 ədəd Character eye brush c401-black rose, 6 ədəd Character Glow and Blush, 1 ədəd Character studio artist make up, 18 ədəd Character studio focus, 11 ədəd Clarins 50, 100 ədəd Clarins stick solaive, 30 ədəd Clarins 50+, 51 ədəd Colgate optic white 4x, 182 ədəd Coty Airspun, 648 ədəd Crest disposable, 10 ədəd Curl curlpex oil, 138 ədəd Daily life showstopper, 180 ədəd Degree, 12 ədəd Delice de Poudre, 9 ədəd Derma peptides, 6 ədəd Dinc pro 13, 24 ədəd Dove regenerate, 216 ədəd Dreamcover, 564 ədəd Dry İdea (extra effective), 504 ədəd DRY ldea, 18 ədəd Ecotools, 16 ədəd Ecotools blenders, 12 ədəd Ecotools brush bag, 36 ədəd Ecotools clean b set, 32 ədəd Ecotools clean beauty, 6 ədəd Ecotools jade roller, 6 ədəd Ecotools oil, 8 ədəd Ecotools perfecting blender duo, 6 ədəd Ecotools textured facial roller, 12 ədəd Embryolisse, 144 ədəd X24, 18 ədəd Eucerin oil control, 131 ədəd Face head buff blend, 6 ədəd Fenty beauty, 18 ədəd Forever 52 daily life, 36 ədəd Forever 52 daily life karandaş, 2 ədəd Forever 52 çanta, 22 ədəd Forever 52 beauty sponges, 30 ədəd Garnier Bio antiage cream, 111 ədəd Garnier fructis, 6 ədəd X25, 96 ədəd Garnier Soap, 60 ədəd Garnier ultra doux, 12 ədəd Gilette venus, 6 ədəd Glambo forever 52, 368 ədəd Huda beauty, 120 ədəd İnsta conceal contour, 12 ədəd John frieda core restore, 32 ədəd John frieda frizz ease, 80 ədəd Lancaster sun sensitive, 34 ədəd Laroche Posay, 30 ədəd Loreal colorista remover, 24 ədəd Loreal ColoRista washout, 18 ədəd Loreal infaillible, 6 ədəd Loreal Men expert, 19 ədəd Loreal Paris 5 studio, 4 ədəd Loreal Paris bronze please, 96 ədəd Loreal Paris fix shine, 66 ədəd Loreal Paris invisi fix, 60 ədəd Loreal Paris magic shampoo, 6 ədəd Loreal Paris men expect, 12 ədəd Loreal Paris shopinsta, 102 ədəd Loreal Paris studio putty, 24 ədəd X26, 7 ədəd X19 Miss Mango, 6 ədəd Loreal Pro spray set, 6 ədəd Loreal studio line, 60 ədəd Loreal studious 5, 12 ədəd Loreal studious 5 max, 7 ədəd Loreal studious 7, 48 ədəd Macleans fresh mint, 942 ədəd Maybeline age effector, 186 ədəd Maybeline fit me, 306 ədəd Maybeline L.A.girls, 30 ədəd Maybeline pushup, 6 ədəd Maybelline master contour, 24 ədəd Maybelline Master fix, 54 ədəd X35 eraser, 6 ədəd X35 Master Contour, 12 ədəd X35 Master Bronze, 51 ədəd X35 X36, 48 ədəd X37 mineral, 8 ədəd NYX 3 steps, 12 ədəd NYX 3 steps to sculpt, 1 ədəd NYX X40, 1 ədəd NYX collor correcting concealer, 2 ədəd NYX conceal correct contour, 108 ədəd NYX face body glitter, 25 ədəd NYX make up, 30 ədəd NYX matte lip cannes, 130 ədəd NYX ten, 12 ədəd NYX wicked lashes, 48 ədəd Okeeffes healthy feet, 46 ədəd Ordinary direct acid, 28 ədəd Ordinary vitamin c, 96 ədəd X27, 120 ədəd X21, 24 ədəd Pantene Pro-v Volume multiplier, 64 ədəd Poreless perfection, 2 ədəd Proultra, 6 ədəd Real magnet, 128 ədəd Real technique sponge, 60 ədəd Real techniques, 12 ədəd Real techniques (face 1 ədədli), 4 ədəd Real techniques (face anti microbial), 48 ədəd Real techniques (face), 75 ədəd Real techniques (face+eye+cheek), 63 ədəd X28 color blend define, 200 ədəd X28 color blend kist, 9 ədəd Retinol power serum, 48 ədəd Revlon lashes, 345 ədəd Revlon saç boyası, 61 ədəd Revlon uniq one, 1 ədəd X8 London, 83 ədəd Revolution matte lipstick, 63 ədəd Revolution Pro HD, 3 ədəd Revolution protection, 60 ədəd Rexona clinical protection, 100 ədəd Rimmel London insta fıx 2 in 1, 73 ədəd X22 Eyes, 151 ədəd Rimmel London stay matle, 21 ədəd Rimmel London value pack, 65 ədəd Rimmel Match, 909 ədəd X29 legs, 107 ədəd X29 legs medium, 384 ədəd Secret lauder, 12 ədəd Sence beauty f system, 23 ədəd Sence Footcream, 24 ədəd Sensodyne pro, 28 ədəd Sephore black (tatoo liner), 12 ədəd Simple Clear pore, 12 ədəd Simple hydrating, 3 ədəd Simple spy 15 pro, 36 ədəd Smokers white gel, 120 ədəd Spinbrush Pro +, 88 ədəd Sponge, 72 ədəd St İves, 48 ədəd Suave saç kremi, 364 ədəd Tarfeta mist, 144 ədəd Terra daraq, 80 ədəd Tresemme dry shampoo, 60 ədəd Tresemme keratin, 6 ədəd TRESemme krem, 7 ədəd Vanish pfb, 128 ədəd Vaseline lip care, 72 ədəd Veet ready to use, 5 ədəd X18, 23 ədəd Vichy ideal 30spf, 13 ədəd Vichy ideal body, 12 ədəd Vitamin C markalı kosmetik təyinatlı məhsullardan ibarət olan mallarıAzərbaycan Respublikası sərhəddindən düzgün bəyan etməməklə qanunsuz olaraq keçirmək məqsədi ilə guya həmin malların 676 ədəd Boujois markalı dəri üçün krem, 932 ədəd Alvin Dor markalı dəri üçün krem, 1317 ədəd Loreal markalı sprey dezodarant, 9573 ədəd Maybeline markalı makiyaj vasitələrindən ibarət olmaqla faktiki dəyərinin 33.454,5 manat təşkil etməsi barədə xx.xx.2022-ci il tarixli, 20/21 nömrəli invoysu cinayətdən xəbərsiz malların idxal olunduğu şəxs X9 tərəfindən etibarnamə əsasında təmsilçilik edən Şahid4 vasitəsilə gömrük orqanlarına təqdim edib həmin sənəddən aldatma yolu ilə istifadə etməklə və yükün faktiki dəyəri, sayı və çeşidini cinayətdən xəbərsiz Şahid4 vasitəsilə cinayətdən xəbərsiz X3 adına qeyd olunan invoys əsasında 26 aprel 2022-ci il tarixdə sərbəst dövriyyəyə buraxılması barədə **********6385 nömrəli bəyannamə ilə malların faktiki dəyərinin 33.454,5 manat təşkil etməsi və 676 ədəd Boujois markalı dəri üçün krem, 932 ədəd Alvin Dor markalı dəri üçün krem, 1317 ədəd Loreal markalı sprey dezodarant, 9573 ədəd Maybeline markalı makiyaj vasitələrindən, 18 ədəd kosmetik fırçalardan ibarət olmasını göstərərək bu formada düzgün bəyan etməməklə 26 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X15 yerləşən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsində cəmi 279.569,91 (iki yüz yetmiş doqquz min beş yüz altmış doqquz, doxsan bir) manat olmaqla külli miqdar təşkil edən malları sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən 29 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yükün müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün Hava Limanı ərazisindən çıxarılmasının qarşısı alınmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli, obyektiv araşdırıb proses iştirakçılarını dindrib, hesab edir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, Özbəkistan Respublikasının vətəndaşı olsada, arvadı X12, uşaqları xx.xx.2001-ci il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X13 - Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Özü Zaqatala rayonunda anadan olub və orada orta məktəbi bitirmişdir. Hazırda Azərbaycan Respublikasında MYİ № ******* saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayır və “Sədərək Ticarət Mərkəzi”ndə şirniyyat bölməsində 1-ci dükanda kosmetik məhsulların pərakəndə satışı ilə məşğul olur. Həmin dükan arvadı X6 adına açılmış VÖEN-lə fəaliyyət göstərir. Özü tez-tez xarici ölkələrə gedib gəlir. 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə, 04 aprel 2022-ci il tarixli invoysla Azərbaycan Respublikasına idxal olunmuş və 26 aprel 2022-ci il tarixdə **********6385 nömrəli bəyannamə ilə sərbəst dövriyyəyə buraxılma ilə bağlı bəyan edilmiş, 29 aprel 2022-ci il tarixdə **********0828 saylı bəyannamə ilə yükün müvəqqəti saxlanc proseduru altında yerləşdirilməsi bəyan edilmiş, ümumi çəkisi 1700 kq, invoys dəyəri 19679,12 ABŞ dolları kimi göstərilmiş kosmetik vasitələr faktiki olaraq ona məxsusdur. Həmin malları BƏƏ-də, Dubay şəhərində Dehra adlanan rayonda kosmetik məhsulların topdan satışı ilə məşğul olan Hindistan və Pakistan vətəndaşlarından sifariş etmiş, adlarını hazırda xatırlamır. Qeyd olunan məhsulun 10.000 ABŞ dollarını mal idxal olunmamışdan bir neçə gün əvvəl özü şəxsən BƏƏ-nin Dubay şəhərinə, Dehra adlanan rayona gedərək orada əlbəəl satışla məşğul olan Pakistan və Hindistan vətəndaşlarına vermiş, qalan hissəsini isə Özbəkistandan tanıdığı şəxslər vasitəsilə münasibət yaradaraq nisyə olaraq götürmüş, malların satışını həyata keçirdikdən sonra pulun qalan hissəsini, ümumilikdə satıcılara 19.679,12 ABŞ dolları ödəməli imiş. Aralarında razılıq şifahi olmuş, yazılı müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün malları karqo vasitəsilə Rübabə Şixiyevanın adına idxal etmiş, lakin həmin şəxs Şahid4 tanışıdır, Zaurla onu broker İsmayıl Eyvazlı tanış etmiş, İsmayılla onu isə dostu Səfər tanış etmişdir. Həm Zaur, həm də İsmayıl ona ölkə ərazisinə mal idxal edərkən gömrük rəsmiləşdirilməsində kömək etmişlər, aralarındakı razılığa əsasən İsmayıla sənədləşməyə görə müəyyən məbləğdə pul ödəməliymiş, sonuncu həmin puldan Zaura da pul verməli imiş, Rübabəyə nə qədər pul verildiyini bilmir, o, ümumiyyətlə gömrük rəsmiləşdirməsinə qarışmamışdır. O, ancaq mal ölkə ərazisinə gələnə kimi sənədləri, yəni invoysu təqdim etmiş, ölkəərazisinə gəldikdən sonra isə malın gömrük rəsmiləşdirməsini, o cümlədən malın bəyan edilməsini İsmayıl özü həyata keçirmişdir. Eyni zamanda bildirir ki, mallara görə gigiyenik sertifikatların alınması məsələsini də İsmayıl həll edirmiş. 2022-ci ilin aprel ayında İsmayıl ona məlumat vermişdir ki, 26 aprel 2022-ci il tarixdə Rübabə Şixiyevanın adına idxal olunmuş mallar gömrük əməkdaşları tərəfindən sərbəst dövriyyəyə buraxılmamış, səbəb isə gigiyenik sertifikatların çatışmaması olmuşdur. Sonrakı gedişatdan xəbəri olmamış, lakin o, buna görə İsmayılın cavabdeh olduğunu hesab etmiş, çünki rəsmiləşdirməni İsmayıl həyata keçirirmiş. Hal-hazıradək mallar sərbəst dövriyyəyə buraxılmamışdır. 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə yükün üstündə gəlmiş, 04 aprel 2022-ci il tarixli invoysu mal gəlməmişdən təxminən bir neçə gün əvvəl İsmayıla təqdim etmiş, İsmayıl isə gömrük rəsmiləşdirilməsi üçün gömrük əməkdaşlarına təqdim etmişdir. Həqiqətən də ona təqdim edilmiş, göndərən şirkət “RUKN TRADİNG” LLC kimi qeyd olunan, dəyəri 19679,12 ABŞ dolları kimi göstərilən invoysu gömrük əməkdaşlarına təqdim etmək üçün İsmayıla özü vermiş, məzmununu təsdiq edir, həmin invoysu Dubay şəhərində tərtib etdirmişdir. 26 aprel 2022-ci il tarixli **********6385 nömrəli bəyannamənin və 29 aprel 2022-ci il tarixli, **********0828 saylı bəyannamənin məzmununu təsdiq edir. Həmin bəyannamədə malların sayı, çeşidi və dəyəri invoysa uyğundur. 26 aprel 2022-ci il tarixli **********6385 nömrəli bəyannamənin və 29 aprel 2022-ci il tarixli, **********0828 saylı bəyannamələrin məzmununu təsdiq etdiyini bildirdiyi halda həmin yükə həm ayrılıqda, həm də özünün iştirakı ilə baxış keçirilən zaman bəyannamədə və invoysda qeyd edilən mallardan fərqli malların olduğu, malların ad, çeşid və sayının invoys və bəyannaməyə uyğun olmadığı, məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyi ilə isə malların faktiki dəyərinin 279.569,91 manat olduğu müəyyən edilməsi ilə əlaqədar isə bildirir ki, həqiqətən də 15 fevral 2023-cü il tarixdə onun iştirakı ilə 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə ilə 04 aprel 2022-ci il tarixli invoys əsasında Azərbaycan Respublikasına idxal etdiyi mallara baxış keçirilmiş və həmin malların həqiqətən də özü tərəfindən idxal olunmuş mallar olduğu müəyyən edilmişdir. Lakin bildirir ki, qiymət fərqini qəbul etmir, mallarının faktiki dəyərinin 279.569,91 manat olması barədə ekspertiza rəyi ilə razı deyil, çünki malların dəyəri həmin qiymətdən aşağıdır. İsmayıl və Zaurun yükün hansı miqdarda, çeşiddə və qiymətə olmasından məlumatları olmamış, yükü o, özü şəxsən BƏƏ-nə gedərək sifariş etmiş, Zaur onun məlumatları və invoys əsasında malları bəyan etmişdir. Məhkəmə istintaqının əvəlində özünü təqsirli bilməsə də, hazırda törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirir, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bunların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi - Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə göstərdi ki, Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə 279.569,91 (iki yüz yetmiş doqquz min beş yüz altmış doqquz, doxsan bir) manat olmala külli miqdar təşkil edən kosmetik məhsullardan ibarət malları qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Həmin iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi zərərçəkmiş şəxs kimi tanınmışdır. Ona görə də dəymiş ziyanın ödənilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsinin Karqo Terminalı Hava Limanı gömrük postunda böyük inspektor vəzifəsində işləyən Şahid3 göstərdi ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəis müavini Nəmazi Orucov ona yük təyin olunduğunu, həmin yükə baxış keçirməyini bildirmişdir. O, həmin vaxt malların saxlandığı anbarda digər yükə baxış keçirirmiş. Həmin vaxt İsmayıl Eyvazlı ona yaxınlaşmış və yükün ona yazıldığını bildirmişdir. Bundan sonra İsmayıl Eyvazlı ilə birlikdə anbarda iki yerdə olan xx.xx.2022-ci il tarixli **********6385 nömrəli bəyannamə əsasında təqdim edilən, X3 adına gələn mala baxış keçirmişlər və həmin yüklərin kosmetik vasitələr olduğunu görmüşdür. Baxış zamanı gigiyenik sertifikatların əskik olduğunu, lakin mala tam baxmadığı üçün mallardan neçə malın gigiyenik sertifikatının olduğunu dəqiq bilməmiş, bununla belə, 35 malın gigiyenik sertifikatının olmadığını müəyyən etmişdir. Bundan başqa, eyniləşmədə çatışmazlıq aşkar etmişdir. Malların olduqca qarışıq olduğunu görüb İsmayıldan “Packing list” (hansı malın hansı karobkada olması) tələb etmişdir. İsmayıl da mobil telefonunda həmin sənədləri göstərmişdir. O, İsmayıldan qeyd edilən sənədləri sistemə vurmaq üçün skan etməsini demiş və baxışı dayandırıb post rəisi Rövşən Mahmudzadəyə bu barədə məruzə etmişdir. Onu qeyd edir ki, yükə baxan zaman risk və təhlillər şöbəsinin əməkdaşı bəyannamənin onlar tərəfindən saxlanıldığını, qiymət vermək üçün malların şəkillərini “Whatshapp” proqramı vasitəsilə göndərməyini xahiş etmişdir. Rövşən Mahmudzadəyə məruzəsindən sonra, həmin mallar ilə bağlı risk və təhlillər şöbəsinin rəyinin verilməsini gözləmiş, həmin gün qeyd etdiyi çatışmazlıq ilə əlaqədar mallar buraxılmamışdır. Həmin gün axşam saat 17:53-də risk və təhlillər şöbəsindən malların buraxılmasına dair müsbət rəy verilmiş, lakin gec olduğu üçün malların buraxılma məsələsi növbəti günə qalmışdır. Növbəti gün işə gəlmiş, post rəisi Rövşən Mahmudzadəyə qeyd olunan mallar ilə bağlı məlumat vermiş, o da yükün geri qaytarılması barədə ona göstəriş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, ailəsini dolandırmaq və övladının müalicəsinə zəruri olan dərimanları almaq üçün xarici ölkədən müxtəlif məhsullar idxal edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı Azərbaycan Respublikasının vətəndaşları ölkəyə idxal edilən malların gömrük rəsmiləşməsində mal sahibinin əvəzindən iştirak etməyi üçün adına 50 manat qarşılığında etibarnamə verir, o da həmin etibarnamə əsasında sahibkarın adından malların gömrük rəsmiləşməsində iştirak edir. 2022-ci ilin aprel ayının sonlarında İsmayıl Eyvazlı ona zəng edib sahibkar Rübabə Şixiyevanın adına mal gəldiyini, hava limanına gəlməyini demişdir. Həmin gün İsmayıl Eyvazlı ilə birlikdə Bakı Karqo Terminalı Hava limanı gömrük postunun üçüncü mərtəbəsində yerləşən kassaya yaxınlaşmışlar, İsmayıl Eyvazlı kassaya təxminən 1800 manat pul ödəmişdir. Daha sonra ona gözləməyini demiş, onun adətən, hər hansı bir sahibkarın malının gömrük rəsmiləşməsində iştirak etməyi üçün adına etibarnamə verilmiş, bütün işləri broker kimi fəaliyyət göstərən İsmayıl Eyvazlı icra etmiş, o isə formal olaraq həmin prosesdə iştirak etmişdir. O da İsmayılın dediyi kimi, üçüncü mərtəbədə oturacaqda oturub gözləmiş, həmin gün axşam saat 18 radələrinə qədər gözləsə də, malın sənədləşməsində problem olduğundan İsmayıl malın gömrük rəsmiləşməsinin başqa vaxta qaldığını, özünün onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxtdan təxminən üç gün sonra, İsmayıl zəng edib yenidən onu Bakı Karqo Terminalı Hava limanı gömrük postuna çağırmışdır. O, yenə həmin posta getmiş, İsmayıl onu ofisində qəbul etmiş və bir neçə mahiyyətini bilmədiyi sənədləri imzalamışdır. Daha sonra, həmin sənədləri götürüb saat 16 radələrinə birlikdə anbara getmişlər. Həmin gün malın gömrük rəsmiləşməsində və anbardan çıxarılmasında çətinliklər olmuş, lakin həmin problemin nədən ibarət olması barədə məlumatı olmamışdır. İsmayıl anbarda olan dəmir pilləkənlərlə ikinci mərtəbəyə qalxmış, o isə aşağıda fəhlələrin oturduğu stulda əyləşmişdir. Həmin vaxtdan əvvəl İsmayılın özünün deməsinə görə, bir neçə dəfə həmin otağa getmiş, lakin mal anbardan buraxılmamışdır. İsmayıl təxminən yarım saat yuxarıda olduqdan sonra aşağı düşmüş, yuxarıda hansısa formada malın buraxılması ilə bağlı razılaşdığından orada olan nəzarətçiyə hansısa sənədi göstərmiş və malın buraxılmasına icazə verildiyini demişdir. Adını bilmədiyi həmin nəzarətçi isə heç bir yoxlama aparmamışdır. Bundan sonra, avtokarla iki ayrı-ayrı yerdə olan kosmetik vasitələr daşınaraq çölə çıxarılmış, orada olan yük avtomobilinə yüklənilmiş, sonuncu palet çıxan vaxt Gömrük Komitəsinin əməliyyatçıları həmin yerə gəlib İsmayılı saxlayıb telefonunu və sənədləri əlindən almış, özünü isə Gömrük Komitəsinə aparmışlar. O, nə baş verdiyini başa düşməmişdir, çünki işin gedişi barədə İsmayıl ona hər hansı bir məlumat verməmişdir, onun orada iştirakı formal xarakter daşımışdır. O da əməliyyat işçisinə adına etibarnamə olduğunu göstərmiş, mal sahibi olmadığını demiş və yük avtomobilinin yanında gözləmiş, əməliyyat işçilərindən biri ona yaxınlaşıb avtomobildən yükün boşaldılacağını deyib yükü anbarın kənarına boşaltdırmışlar. O isə yaşadığı evə qayıtmış, bundan başqa həmin məsələ ilə bağlı başqa bir məlumatı yoxdur. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin adına öz adından ünvanlanmış 29 aprel 2022-ci il tarixli, gömrük bəyannaməsinin ləğv edilməsi və ödənilmiş vəsaitin avans hesabına köçürülməsi, habelə malların gömrük saxlancı müvəqqəti gömrük prosedura rejimi altında rəsmiləşdirilməsi barədə ərizədəki imza özü tərəfindən imzalanıb, ərizəni İsmayıl ona təqdim etmiş, o da də həmin gün, yəni 29 aprel 2022-ci il tarixdə ərizəni imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, “Laçın Ticarət Mərkəzi”ndə mağaza icarəyə götürərək qadın paltarlarının satışı ilə məşğul olur. Vugarla təsadüfən “Sədərək Ticarət Mərkəzi”ndə tanış olmuşdur, Vugar həmin Ticarət mərkəzində parfümeriya mallarının satışı ilə məşğul olur, əvvəllər Özbəkistan Respublikasında yaşayıb və bir neçə il əvvəl Azərbaycan Respbulikasına köçüb, qardaşı BƏƏ-də yaşayır, özü də dəfələrlə BƏƏ-nə gedərək oradan Azərbaycan Respublikasına kosmetik malları idxal edərək satışını həyata keçirmişdir. Malları idxal edərkən isə bir neçə dəfə həmin malların hansı qaydada Azərbaycan Respublikasına gətirilməsi, gömrük rəsmiləşdirilməsinin hansı formada həyata keçirilməli olması ilə maraqlanmış və əlindən gəldikcə Vugara məsləhət verərək köməklik etmişdir. Son zamanlar işlərinin çoxluğu ilə əlaqədar Vugarı Zaur adlı tanışı ilə tanış etmişdir. Zaur müxtəlif şəxslərə məxsus ölkəyə idxal olunan malların rəsmiləşdirilməsini, sənədləşmə prosedurunun həyata keçirilməsinin uzun vaxt aparması ilə əlaqədar etibarnamə əsasında xidmət kimi 50-100 manat müqabilində həyata keçirir. 2022-ci ilin aprel ayında Vugar yenə BƏƏ-dən Rübabə Şixiyevanın adına ölkə ərazisinə kosmetik vasitələr idxal etmişdir. Rübabə Şixiyevanın fiziki şəxs kimi VÖEN-i olması ilə əlaqədar onun adına mal idxal edilmişdir, Rübabəni də Zaur tapmışdır. Həmin gün, yəni 26 aprel 2022-ci il tarixdə Zaur ona zəng edərək bildirmişdir ki, Vugara məxsus komsetik malları invoys əsasında bəyan etmiş, lakin mallar gömrükdən gigiyenik sertifikatların çatışmaması əsası ilə buraxılmır. Bu zaman İsmayıla zəng edərək bu məsələ ilə maraqlanıb köməklik etməsini xahiş etmişdir. Bundan sonra İsmayıl yaxud Zaurla danışmamışdır. İsmayıl onsuz da bir neçə dəfə Vugarın mallarının rəsmiləşdirməsinə kömək etmişdir. Daha sonra öyrənmişdir ki, mallara 30-a yaxın gigiyenik sertifikat tələb olunur və həmin sertifikatların alınması çox çəkəcəyindən hava limanının anbarında saxlanmaya görəçox pul hesablandığına görə mallar müvəqqəti saxlanc proseduru altında bəyan edilmişdir. Bir az sonra isə ona məlumat verilmişdir ki, İsmayıl gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Rübabə Şixiyevanı tanımır, Rübabə Zaurun öz tanışıdır, lakin dəqiq olaraq bilir ki, həmin mallar Vugara məxsus olmuşdur. Vugar çox vaxt həmin malları nisyə olaraq almış və satandan sonra özü, yaxud BƏƏ-də yaşayan qardaşı vasitəsilə ödənişi etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə, 04 aprel 2022ci il tarixli invoysla Azərbaycan Respublikasına idxal olunmuş və 26 aprel 2022-ci il tarixdə **********6385 nömrəli bəyannamə sərbəst dövriyyəyə buraxılma ilə bağlı bəyan edilmiş yükün özünə məxsus olduğunu bildirsə də, yükün faktiki sahibinin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra istintaqa verdiyi əlavə ifadəsində yükün Təqsirləndirilən şəxs məxsus olduğunu təsdiq edərək göstərmişdir ki, özü heç vaxt Vugarı görməmiş, ünsiyyətdə olmamış, heç vaxt X2mamışdır, ancaq Şahid4 tanıyır, Zaur vasitəsilə malların Vugar adlı şəxsə məxsus olduğunu öyrənmişdir. Özü sadəcə bir dəfə 2022-ci ilin aprel ayında Zaur tərəfindən ona verilmiş həmin yükə dair invoysu, özünün şəxsiyyət vəsiqəsini X15 əyləşən Zaurun yönləndirdiyi, hazırda xatırlamadığı brokerə vermişdir. Daha sonra Zaur özü həmin broker vasitəsilə invoys əsasında malları bəyan etmiş, nə o, nə də Zaur malları görməmişlər. Qeyd edir ki, malın onun adına idxal olunmasına səbəb fiziki şəxs kimi VÖEN-inin olmasıdır. Bunun müqabilində ona xidmət haqqı kimi 150 manat pul Zaur tərəfindən verilmişdir. Bütün əməliyyatlar, o cümlədən bəyan etmə etibarnamə verdiyi Zaur tərəfindən həyata keçirilmişdir, bu barədə məlumatlı deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2020-ci ildən "xxxx" MMC şirkətini təsis edərək broker fəaliyyəti göstərir. Faktiki olaraq broker kimi yüklərin rəsmiləşdirilməsində təmsilçilik xidməti göstərir, yəni vətəndaşların və ya şirkətlərin ölkə ərazisinə gətirdikləri malların mallar ölkə ərazisinə daxil olduğu andan rəsmiləşdirmə prosedurunun həyata keçirilməsi ilə məşğul olur. İş yeri X16 ərazisindədir. X3 adına BƏƏ-dən idxal olunmuş kosmetik vasitələrin gömrük bəyannaməsini özü tərtib etmiş, Rübabə Şixiyeva 2022-ci ilin aprel ayında şəxsən ona müraciət edərək şəxsiyyət vəsiqəsinin surətini, 4 ədəd gigiyenik sertifikatı, 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə, 04 aprel 2022-ci il tarixli invoysu təqdim edib getmiş, daha sonra etibarnamə əsasında onu təmsil edən Şahid4 ona yaxınlaşmış və aralarında xidmət müqaviləsi bağlandıqdan sonra Zaur ondan invoysda göstərilən malları sərbəst dövriyyəyə buraxılma ilə əlaqədar bəyan etməyini xahiş etmiş, o da təqdim olunmuş invoysa istinad edərək orada göstərilən malları elektron qaydada sərbəst dövriyyəyə buraxılışını **********6385 nömrəli bəyannamə ilə bəyan etmiş, həmçinin həmin bəyannamə sistemə düşdükdən sonra bəyannaməni çap edərək Zaurun özünə təqdim etmişdir. Zaur ona şəxsən malları özünün çıxaracağını bildirmişdir. Bundan 3 gün sonra isə Zaur yükün müvəqqəti saxlanca buraxılması barədə üzərinə dərkənar qoyulmuş ərizə və Rübabə Şixiyevanın ona verdiyi təmsilçilik barədə etibarnamə ilə birlikdə ona yaxınlaşaraq 26 aprel 2022-ci il tarixdə sərbəst dövriyyəyə bəyan edilmiş malların müvəqqəti saxlanc proseduru altında bəyan edilməsini xahiş etmişdir. O da eyni yük barəsində bu dəfə **********0828 saylı bəyannamə tərtib etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2023-cü il tarixli, 9/181 №-li rəyində göstərilmişdir ki, aparılmış tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən ticarət şəbəkələrində, bazarlarında, internet saytlarında, Mərkəzdə olan məlumatlardan və eləcə də Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin baş məsləhətçisi Şahin Xudaverdiyev tərəfindən tərtib edilmiş istehlak mallarının orta bazar dəyərinin müəyyən edilməsinə dair rəydən istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 176 adda malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 279.569,91 manat müəyyən edilmiş, təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 1-də qeyd edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Təqsirləndirilən şəxs sərhədkeçməsinə dair məlumatlardan görünür ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X10 ərazisində olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus **********3 (A60932) saylı aviaqaimə ilə Azərbaycan Respublikasına göndərilən yükə baxış keçirilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı yükün 57 ədəd 101 X39, 12 ədəd 22 piece brush set, 490 ədəd Airbrush legs, 10 ədəd AMC eyeliner gel, 12 ədəd Argan oil of morocco, 24 ədəd Arm hammer diş pastası, 32 ədəd Arm hammer essentials, 24 ədəd Arm Hammer spin brush pro+, 15 ədəd Balance active, 180 ədəd Batiste şampun, 130 ədəd Bed head, 25 ədəd BH cosmetics, 38 ədəd Bio oil skincare, 6 ədəd Bioderm Photoderm, 168 ədəd Bioderma (Photoderm Max 100), 323 ədəd Bioderma cream, 24 ədəd Bioderma Photoderm kid, 45 ədəd Bourjois healthy mix, 3 ədəd markası qeyd olunmayan çanta, 144 ədəd Carmex Assorted BP Tube, 72 ədəd Carmex care comfort, 72 ədəd Carmex classic lip balm, 252 ədəd Carmex lip balm, 360 ədəd Carmex, 36 ədəd Carolyn black gel, 12 ədəd Cerave acne foaming, 30 ədəd Character eye brush c401-black rose, 6 ədəd Character Glow and Blush, 1 ədəd Character studio artist make up, 18 ədəd Character studio focus, 11 ədəd Clarins 50, 100 ədəd Clarins stick solaive, 30 ədəd Clarins 50+, 51 ədəd Colgate optic white 4x, 182 ədəd Coty Airspun, 648 ədəd Crest disposable, 10 ədəd Curl curlpex oil, 138 ədəd Daily life showstopper, 180 ədəd Degree, 12 ədəd Delice de Poudre, 9 ədəd Derma peptides, 6 ədəd Dinc pro 13, 24 ədəd Dove regenerate, 216 ədəd Dreamcover, 564 ədəd Dry İdea (extra effective), 504 ədəd DRY ldea, 18 ədəd Ecotools, 16 ədəd Ecotools blenders, 12 ədəd Ecotools brush bag, 36 ədəd Ecotools clean b set, 32 ədəd Ecotools clean beauty, 6 ədəd Ecotools jade roller, 6 ədəd Ecotools oil, 8 ədəd Ecotools perfecting blender duo, 6 ədəd Ecotools textured facial roller, 12 ədəd Embryolisse, 144 ədəd X24, 18 ədəd Eucerin oil control, 131 ədəd Face head buff blend, 6 ədəd Fenty beauty, 18 ədəd Forever 52 daily life, 36 ədəd Forever 52 daily life karandaş, 2 ədəd Forever 52 çanta, 22 ədəd Forever 52 beauty sponges, 30 ədəd Garnier Bio antiage cream, 111 ədəd Garnier fructis, 6 ədəd X25, 96 ədəd Garnier Soap, 60 ədəd Garnier ultra doux, 12 ədəd Gilette venus, 6 ədəd Glambo forever 52, 368 ədəd Huda beauty, 120 ədəd İnsta conceal contour, 12 ədəd John frieda core restore, 32 ədəd John frieda frizz ease, 80 ədəd Lancaster sun sensitive, 34 ədəd Laroche Posay, 30 ədəd Loreal colorista remover, 24 ədəd Loreal ColoRista washout, 18 ədəd Loreal infaillible, 6 ədəd Loreal Men expert, 19 ədəd Loreal Paris 5 studio, 4 ədəd Loreal Paris bronze please, 96 ədəd Loreal Paris fix shine, 66 ədəd Loreal Paris invisi fix, 60 ədəd Loreal Paris magic shampoo, 6 ədəd Loreal Paris men expect, 12 ədəd Loreal Paris shopinsta, 102 ədəd Loreal Paris studio putty, 24 ədəd X26, 7 ədəd X19 Miss Mango, 6 ədəd Loreal Pro spray set, 6 ədəd Loreal studio line, 60 ədəd Loreal studious 5, 12 ədəd Loreal studious 5 max, 7 ədəd Loreal studious 7, 48 ədəd Macleans fresh mint, 942 ədəd Maybeline age effector, 186 ədəd Maybeline fit me, 306 ədəd Maybeline L.A.girls, 30 ədəd Maybeline pushup, 6 ədəd Maybelline master contour, 24 ədəd Maybelline Master fix, 54 ədəd X35 eraser, 6 ədəd X35 Master Contour, 12 ədəd X35 Master Bronze, 51 ədəd X35 X36, 48 ədəd X37 mineral, 8 ədəd NYX 3 steps, 12 ədəd NYX 3 steps to sculpt, 1 ədəd NYX X40, 1 ədəd NYX atto correcting concealer, 2 ədəd NYX conceal correct contour, 108 ədəd NYX face body glitter, 25 ədəd NYX make up, 30 ədəd NYX matte lip cannes, 130 ədəd NYX ten, 12 ədəd NYX wicked lashes, 48 ədəd Okeeffes healthy feet, 46 ədəd Ordinary direct acid, 28 ədəd Ordinary vitamin c, 96 ədəd X27, 120 ədəd X21, 24 ədəd Pantene Pro-v Volume multiplier, 64 ədəd Poreless perfection, 2 ədəd Proultra, 6 ədəd Real magnet, 128 ədəd Real technique sponge, 60 ədəd Real techniques, 12 ədəd Real techniques (face 1 ədədli), 4 ədəd Real techniques (face anti microbial), 48 ədəd Real techniques (face), 75 ədəd Real techniques (face+eye+cheek), 63 ədəd X28 color blend define, 200 ədəd X28 color blend kist, 9 ədəd Retinol power serum, 48 ədəd Revlon lashes, 345 ədəd Revlon saç boyası, 61 ədəd Revlon uniq one, 1 ədəd X8 London, 83 ədəd Revolution matte lipstick, 63 ədəd Revolution Pro HD, 3 ədəd Revolution protection, 60 ədəd Rexona clinical protection, 100 ədəd Rimmel London insta fıx 2 in 1, 73 ədəd X22 Eyes, 151 ədəd Rimmel London stay matle, 21 ədəd Rimmel London value pack, 65 ədəd Rimmel Match, 909 ədəd X29 legs, 107 ədəd X29 legs medium, 384 ədəd Secret lauder, 12 ədəd Sence beauty f system, 23 ədəd Sence Footcream, 24 ədəd Sensodyne pro, 28 ədəd Sephore black (tattoo liner), 12 ədəd Simple Clear pore, 12 ədəd Simple hydrating, 3 ədəd Simple spy 15 pro, 36 ədəd Smokers white gel, 120 ədəd Spinbrush Pro +, 88 ədəd Sponge, 72 ədəd St İves, 48 ədəd Suave saç kremi, 364 ədəd Tarfeta mist, 144 ədəd Terra daraq, 80 ədəd Tresemme dry shampoo, 60 ədəd Tresemme keratin, 6 ədəd TRESemme krem, 7 ədəd Vanish pfb, 128 ədəd Vaseline lip care, 72 ədəd Veet ready to use, 5 ədəd X18, 23 ədəd Vichy ideal 30spf, 13 ədəd Vichy ideal body, 12 ədəd Vitamin C markalı kosmetik təyinatlı məhsullardan ibarət olduğu müəyyən edilmiş, baxış iştirakçısı Təqsirləndirilən şəxs qeyd olunan yükün faktiki olaraq özünə məxsus olduğunu və BƏƏdən sifariş etdiyi məhsullar olmasını təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, 26 aprel 2022-ci il tarixli, **********6385 nömrəli bəyannamə ilə malların 4 adda olması, faktiki dəyərinin 33.454,5 manat təşkil etməsi və 676 ədəd Boujois markalı dəri üçün krem, 932 ədəd Alvin Dor markalı dəri üçün krem, 1317 ədəd Loreal markalı sprey dezodarant, 9573 ədəd Maybeline markalı makiyaj vasitələrindən, 18 ədəd kosmetik fırçalardan ibarət olması göstərilmişdir. Eyni zamanda 04 aprel 2022-ci il tarixli, 20/21 saylı invoysda malların 676 ədəd Boujois markalı dəri üçün krem, 932 ədəd Alvin Dor markalı dəri üçün krem, 1317 ədəd Loreal markalı sprey dezodarant, 9573 ədəd Maybeline markalı makiyaj vasitələrindən ibarət olmaqla faktiki dəyərinin 33.454,5 manat təşkil etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri X11 Baş İdarəsindən daxil olmuş 03 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən X14 xx.xx.2019-cu il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmış, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi, zona 3, sıra T/T, korpus 1, mağaza 101/120 ünvanında, **********-11001 kodlu təsərrüfat subyekti vardır, fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı”dır. İş materiallarında olan Şahid5 məxsus və özünün baxış üçün təqdim etdiyi, üzərindəki telefon nömrəsi ***-***-**-** olan “Samsung Galaxy” markalı smartfon tipli mobil telefona baxış keçirilməsi haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış başlandıqdan sonra telefonun əhəmiyyət kəsb edə biləcək yazışmaların yer aldığı “Whatsapp” mobil tətbiqinə daxil olduqdan sonra diqqət çəkən yazışmanın kitabçada “Vuqar Parfum” adı ilə qeyd olunmuş, ********** saylı mobil nömrə ilə həyata keçirildiyi müəyyən edilmişdir. Belə ki, səs yazılarından ibarət olan həmin yazışmada Vugar adlı şəxs Şahid5 hava limanında olan malların aqibətini soruşur. Növbəti səs yazısında Vugar adlı şəxs X1 bildirir. Şahid5 baxış gedişində qeyd olunan səs yazısı ilə əlaqədar bildirmişdir ki, Vugarın soruşduğu mallar 2022-ci ilin aprel ayının 26-da Azərbaycan Respublikasına Rübabə Şixiyevanın adına idxal olunmuş və gömrük əməkdaşları tərəfindən saxlanılmış kosmetik məhsullardır, həmin yükün faktiki sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarından görünür ki, 24 mart 2023-cü il tarixli qərarla 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə, 04 aprel 2022-ci il tarixli invoysla Azərbaycan Respublikasına idxal olunmuş və 26 aprel 2022-ci il tarixdə **********6385 nömrəli bəyannamə sərbəst dövriyyəyə buraxılma ilə bağlı bəyan edilmiş 57 ədəd 101 X39, 12 ədəd 22 piece brush set, 490 ədəd Airbrush legs, 10 ədəd AMC eyeliner gel, 12 ədəd Argan oil of morocco, 24 ədəd Arm hammer diş pastası, 32 ədəd Arm hammer essentials, 24 ədəd Arm Hammer spin brush pro+, 15 ədəd Balance active, 180 ədəd Batiste şampun, 130 ədəd Bed head, 25 ədəd BH cosmetics, 38 ədəd Bio oil skincare, 6 ədəd Bioderm Photoderm, 168 ədəd Bioderma (Photoderm Max 100), 323 ədəd Bioderma cream, 24 ədəd Bioderma Photoderm kid, 45 ədəd Bourjois healthy mix, 3 ədəd markası qeyd olunmayan çanta, 144 ədəd Carmex Assorted BP Tube, 72 ədəd Carmex care comfort, 72 ədəd Carmex classic lip balm, 252 ədəd Carmex lip balm, 360 ədəd Carmex, 36 ədəd Carolyn black gel, 12 ədəd Cerave acne foaming, 30 ədəd Character eye brush c401-black rose, 6 ədəd Character Glow and Blush, 1 ədəd Character studio artist make up, 18 ədəd Character studio focus, 11 ədəd Clarins 50, 100 ədəd Clarins stick solaive, 30 ədəd Clarins 50+, 51 ədəd Colgate optic white 4x, 182 ədəd Coty Airspun, 648 ədəd Crest disposable, 10 ədəd Curl curlpex oil, 138 ədəd Daily life showstopper, 180 ədəd Degree, 12 ədəd Delice de Poudre, 9 ədəd Derma peptides, 6 ədəd Dinc pro 13, 24 ədəd Dove regenerate, 216 ədəd Dreamcover, 564 ədəd Dry İdea (extra effective), 504 ədəd DRY ldea, 18 ədəd Ecotools, 16 ədəd Ecotools blenders, 12 ədəd Ecotools brush bag, 36 ədəd Ecotools clean b set, 32 ədəd Ecotools clean beauty, 6 ədəd Ecotools jade roller, 6 ədəd Ecotools oil, 8 ədəd Ecotools perfecting blender duo, 6 ədəd Ecotools textured facial roller, 12 ədəd Embryolisse, 144 ədəd X24, 18 ədəd Eucerin oil control, 131 ədəd Face head buff blend, 6 ədəd Fenty beauty, 18 ədəd Forever 52 daily life, 36 ədəd Forever 52 daily life karandaş, 2 ədəd Forever 52 çanta, 22 ədəd Forever 52 beauty sponges, 30 ədəd Garnier Bio antiage cream, 111 ədəd Garnier fructis, 6 ədəd X25, 96 ədəd Garnier Soap, 60 ədəd Garnier ultra doux, 12 ədəd Gilette venus, 6 ədəd Glambo forever 52, 368 ədəd Huda beauty, 120 ədəd İnsta conceal contour, 12 ədəd John frieda core restore, 32 ədəd John frieda frizz ease, 80 ədəd Lancaster sun sensitive, 34 ədəd Laroche Posay, 30 ədəd Loreal colorista remover, 24 ədəd Loreal ColoRista washout, 18 ədəd Loreal infaillible, 6 ədəd Loreal Men expert, 19 ədəd Loreal Paris 5 studio, 4 ədəd Loreal Paris bronze please, 96 ədəd Loreal Paris fix shine, 66 ədəd Loreal Paris invisi fix, 60 ədəd Loreal Paris magic shampoo, 6 ədəd Loreal Paris men expect, 12 ədəd Loreal Paris shopinsta, 102 ədəd Loreal Paris studio putty, 24 ədəd X26, 7 ədəd X19 Miss Mango, 6 ədəd Loreal Pro spray set, 6 ədəd Loreal studio line, 60 ədəd Loreal studious 5, 12 ədəd Loreal studious 5 max, 7 ədəd Loreal studious 7, 48 ədəd Macleans fresh mint, 942 ədəd Maybeline age effector, 186 ədəd Maybeline fit me, 306 ədəd Maybeline L.A.girls, 30 ədəd Maybeline pushup, 6 ədəd Maybelline master contour, 24 ədəd Maybelline Master fix, 54 ədəd X35 eraser, 6 ədəd X35 Master Contour, 12 ədəd X35 Master Bronze, 51 ədəd X35 X36, 48 ədəd X37 mineral, 8 ədəd NYX 3 steps, 12 ədəd NYX 3 steps to sculpt, 1 ədəd NYX X40, 1 ədəd NYX atto correcting concealer, 2 ədəd NYX conceal correct contour, 108 ədəd NYX face body glitter, 25 ədəd NYX make up, 30 ədəd NYX matte lip cannes, 130 ədəd NYX ten, 12 ədəd NYX wicked lashes, 48 ədəd Okeeffes healthy feet, 46 ədəd Ordinary direct acid, 28 ədəd Ordinary vitamin c, 96 ədəd X27, 120 ədəd X21, 24 ədəd Pantene Pro-v Volume multiplier, 64 ədəd Poreless perfection, 2 ədəd Proultra, 6 ədəd Real magnet, 128 ədəd Real technique sponge, 60 ədəd Real techniques, 12 ədəd Real techniques (face 1 ədədli), 4 ədəd Real techniques (face anti microbial), 48 ədəd Real techniques (face), 75 ədəd Real techniques (face+eye+cheek), 63 ədəd X28 color blend define, 200 ədəd X28 color blend kist, 9 ədəd Retinol power serum, 48 ədəd Revlon lashes, 345 ədəd Revlon saç boyası, 61 ədəd Revlon uniq one, 1 ədəd X8 London, 83 ədəd Revolution matte lipstick, 63 ədəd Revolution Pro HD, 3 ədəd Revolution protection, 60 ədəd Rexona clinical protection, 100 ədəd Rimmel London insta fıx 2 in 1, 73 ədəd X22 Eyes, 151 ədəd Rimmel London stay matle, 21 ədəd Rimmel London value pack, 65 ədəd Rimmel Match, 909 ədəd X29 legs, 107 ədəd X29 legs medium, 384 ədəd Secret lauder, 12 ədəd Sence beauty f system, 23 ədəd Sence Footcream, 24 ədəd Sensodyne pro, 28 ədəd Sephore black (tattoo liner), 12 ədəd Simple Clear pore, 12 ədəd Simple hydrating, 3 ədəd Simple spy 15 pro, 36 ədəd Smokers white gel, 120 ədəd Spinbrush Pro +, 88 ədəd Sponge, 72 ədəd St İves, 48 ədəd Suave saç kremi, 364 ədəd Tarfeta mist, 144 ədəd Terra daraq, 80 ədəd Tresemme dry shampoo, 60 ədəd Tresemme keratin, 6 ədəd TRESemme krem, 7 ədəd Vanish pfb, 128 ədəd Vaseline lip care, 72 ədəd Veet ready to use, 5 ədəd X18, 23 ədəd Vichy ideal 30spf, 13 ədəd Vichy ideal body, 12 ədəd Vitamin C markalı kosmetik təyinatlı məhsullardan ibarət yük, 04 aprel 2022-ci il tarixli, 20/21 saylı invoys, 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə, 26 aprel 2022-ci il tarixli **********6385 nömrəli bəyannamə maddi sübut qismində tanınmış, yükün X17 Baş İdarəsinin “Bakı Karqo Terminalı”nda, sənədlərin isə cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* saylı hazırkı cinayət işi X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən 14 mart 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi ilə ayrılmaqla icraata qəbul edilmiş və istintaqı aparılmışdır. İş materiallarında olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsinin Əməliyyat Təminatı şöbəsindən daxil olmuş 06 mart 2023-cü il tarixli məktubla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dindirilərkən özünü müdafiə üçün irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, o, özünü ona ittiham elan edilmiş maddə ilə təqsirli hesab etmir. Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməməsini məhkəməəmtəəşünaslıq ekspertizasının 09 fevral 2023-cü il tarixli rəyində məhsulların müəyyən edilmiş qiymətləri ilə razı olmadığını bildirsə də, bu dəlilini əsaslandıracaq və rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq, qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1- 1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir.Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində 2 uşağının olmasını, uşaqlarının və arvadının Azərbaycan Respubliaksı vətəndaşları olmasını, yaşadığı yerdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən “Cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki,CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində 2 uşağının olmasını, uşaqlarının və arvadının Azərbaycan Respubliaksı vətəndaşları olmasını, yaşadığı yerdə müsbət xarakterizə olunmasını məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Mövcüd qanunvericilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilmək növündə əlavə cəza nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırki cinayət işi üzrə cinayətin predmetinin dəyəri 485083,50 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza kimi cərimənin hətta minimum həddini (əlli faiz) tətbiq etdikdə həmin cərimənin miqdarı təxmini 240000 manat təşkil edəcəkdir. Bu cərimə cəzasının məbləği isə təqsirləndirilən şəxs üçün kifayət qədər maddi çətinliklər yarada bilər. Belə ki, onun himayəsində altı azyaşlı uşağı vardır. Cərimə tətbiq edildiyi təqdirdə həmin uşaqların maddi cəhətdən təmin edilməsi təqsirləndirilən şəxs tərəfindən mümkün olmaya bilər. Bu isə nəticədə uşaqların üstün mənafe hüquqlarının pozulmasına gətirib çıxara bilər. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq ediməklə əlavə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onuncəmiyyətdənxaricolunmadanvəazadlıqdanməhrumetmənövündəcəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbirişəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə cinayətin bilavasitə predmeti olan, X17 Baş İdarəsinin “Bakı Karqo Terminalı”nda saxlanılan və Təqsirləndirilən şəxs məxsus ümumi dəyəri təxminən 279.569,91 (iki yüz yetmiş doqquz min beş yüz altmış doqquz, doxsan bir) manat təşkil edən 176 adda kosmetik təyinatlı məhsullardan ibarət yük Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə saxlanılması üçün təhvil verilmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində maddi sübut kimi saxlanılan bəyan edilməmiş 10 sellofan bağlamada, ümimilikdə külli miqdarda, 279.569,91 manat dəyərində, 176 adda kosmetik təyinatlı məhsullardan ibarət yük prosedur qaydalarına riayət etdikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir.İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GMnin tələbləri nəzərə alınmalıdır.Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə bir neçə cəza növü müəyyən etmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza kimi nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə “Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.” Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmetinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edirki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Beləki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcədə “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və bir başa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual - hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallardada, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra bu Məcəllənin 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla tətbiq edilir. İş materiallarına əlavə olunan seriya AZE N 17588085 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu - X23 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə olunan seriya AA ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs qızı - X13 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə olunan seriya AA ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - X12 Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin İdarə Heyətinin sədri Ə.Ş.İsmayılovun xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında adları qeyd olunan ailə üzvləri ilə birlikdə yaşayır:
1. X12
2. X23
3. X13. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs tez-tez xarici ölkələrə gedib-gəlir. Yuxarıda göstərilən səbəblərə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq olunmamalıdır və o, hər zaman Azərbaycan Respublikasına giriş və çıxış edə bilər. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 100,00 (yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında göstərilən 12 saat hüquqi yardıma görə cəmi 72,00 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə ona 3 (üç) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və X17 Baş İdarəsinin “Bakı Karqo Terminalı”nda saxlanılan Təqsirləndirilən şəxs məxsus - 24 mart 2023-cü il tarixli qərarla 23 aprel 2022-ci il tarixli, **********3 saylı aviaqaimə, 04 aprel 2022-ci il tarixli invoysla Azərbaycan Respublikasına idxal olunmuş və 26 aprel 2022-ci il tarixdə **********6385 nömrəli bəyannamə sərbəst dövriyyəyə buraxılma ilə bağlı bəyan edilmiş 57 ədəd 101 X39, 12 ədəd 22 piece brush set, 490 ədəd Airbrush legs, 10 ədəd AMC eyeliner gel, 12 ədəd Argan oil of morocco, 24 ədəd Arm hammer diş pastası, 32 ədəd Arm hammer essentials, 24 ədəd Arm Hammer spin brush pro+, 15 ədəd Balance active, 180 ədəd Batiste şampun, 130 ədəd Bed head, 25 ədəd BH cosmetics, 38 ədəd Bio oil skincare, 6 ədəd Bioderm Photoderm, 168 ədəd Bioderma (Photoderm Max 100), 323 ədəd Bioderma cream, 24 ədəd Bioderma Photoderm kid, 45 ədəd Bourjois healthy mix, 3 ədəd markası qeyd olunmayan çanta, 144 ədəd Carmex Assorted BP Tube, 72 ədəd Carmex care comfort, 72 ədəd Carmex classic lip balm, 252 ədəd Carmex lip balm, 360 ədəd Carmex, 36 ədəd Carolyn black gel, 12 ədəd Cerave acne foaming, 30 ədəd Character eye brush c401-black rose, 6 ədəd Character Glow and Blush, 1 ədəd Character studio artist make up, 18 ədəd Character studio focus, 11 ədəd Clarins 50, 100 ədəd Clarins stick solaive, 30 ədəd Clarins 50+, 51 ədəd Colgate optic white 4x, 182 ədəd Coty Airspun, 648 ədəd Crest disposable, 10 ədəd Curl curlpex oil, 138 ədəd Daily life showstopper, 180 ədəd Degree, 12 ədəd Delice de Poudre, 9 ədəd Derma peptides, 6 ədəd Dinc pro 13, 24 ədəd Dove regenerate, 216 ədəd Dreamcover, 564 ədəd Dry İdea (extra effective), 504 ədəd DRY ldea, 18 ədəd Ecotools, 16 ədəd Ecotools blenders, 12 ədəd Ecotools brush bag, 36 ədəd Ecotools clean b set, 32 ədəd Ecotools clean beauty, 6 ədəd Ecotools jade roller, 6 ədəd Ecotools oil, 8 ədəd Ecotools perfecting blender duo, 6 ədəd Ecotools textured facial roller, 12 ədəd Embryolisse, 144 ədəd X24, 18 ədəd Eucerin oil control, 131 ədəd Face head buff blend, 6 ədəd Fenty beauty, 18 ədəd Forever 52 daily life, 36 ədəd Forever 52 daily life karandaş, 2 ədəd Forever 52 çanta, 22 ədəd Forever 52 beauty sponges, 30 ədəd Garnier Bio antiage cream, 111 ədəd Garnier fructis, 6 ədəd X25, 96 ədəd Garnier Soap, 60 ədəd Garnier ultra doux, 12 ədəd Gilette venus, 6 ədəd Glambo forever 52, 368 ədəd Huda beauty, 120 ədəd İnsta conceal contour, 12 ədəd John frieda core restore, 32 ədəd John frieda frizz ease, 80 ədəd Lancaster sun sensitive, 34 ədəd Laroche Posay, 30 ədəd Loreal colorista remover, 24 ədəd Loreal ColoRista washout, 18 ədəd Loreal infaillible, 6 ədəd Loreal Men expert, 19 ədəd Loreal Paris 5 studio, 4 ədəd Loreal Paris bronze please, 96 ədəd Loreal Paris fix shine, 66 ədəd Loreal Paris invisi fix, 60 ədəd Loreal Paris magic shampoo, 6 ədəd Loreal Paris men expect, 12 ədəd Loreal Paris shopinsta, 102 ədəd Loreal Paris studio putty, 24 ədəd X26, 7 ədəd X19 Miss Mango, 6 ədəd Loreal Pro spray set, 6 ədəd Loreal studio line, 60 ədəd Loreal studious 5, 12 ədəd Loreal studious 5 max, 7 ədəd Loreal studious 7, 48 ədəd Macleans fresh mint, 942 ədəd Maybeline age effector, 186 ədəd Maybeline fit me, 306 ədəd Maybeline L.A.girls, 30 ədəd Maybeline pushup, 6 ədəd Maybelline master contour, 24 ədəd Maybelline Master fix, 54 ədəd X35 eraser, 6 ədəd X35 Master Contour, 12 ədəd X35 Master Bronze, 51 ədəd X35 X36, 48 ədəd X37 mineral, 8 ədəd NYX 3 steps, 12 ədəd NYX 3 steps to sculpt, 1 ədəd NYX X40, 1 ədəd NYX atto correcting concealer, 2 ədəd NYX conceal correct contour, 108 ədəd NYX face body glitter, 25 ədəd NYX make up, 30 ədəd NYX matte lip cannes, 130 ədəd NYX ten, 12 ədəd NYX wicked lashes, 48 ədəd Okeeffes healthy feet, 46 ədəd Ordinary direct acid, 28 ədəd Ordinary vitamin c, 96 ədəd X27, 120 ədəd X21, 24 ədəd Pantene Pro-v Volume multiplier, 64 ədəd Poreless perfection, 2 ədəd Proultra, 6 ədəd Real magnet, 128 ədəd Real technique sponge, 60 ədəd Real techniques, 12 ədəd Real techniques (face 1 ədədli), 4 ədəd Real techniques (face anti microbial), 48 ədəd Real techniques (face), 75 ədəd Real techniques (face+eye+cheek), 63 ədəd X28 color blend define, 200 ədəd X28 color blend kist, 9 ədəd Retinol power serum, 48 ədəd Revlon lashes, 345 ədəd Revlon saç boyası, 61 ədəd Revlon uniq one, 1 ədəd X8 London, 83 ədəd Revolution matte lipstick, 63 ədəd Revolution Pro HD, 3 ədəd Revolution protection, 60 ədəd Rexona clinical protection, 100 ədəd Rimmel London insta fıx 2 in 1, 73 ədəd X22 Eyes, 151 ədəd Rimmel London stay matle, 21 ədəd Rimmel London value pack, 65 ədəd Rimmel Match, 909 ədəd X29 legs, 107 ədəd X29 legs medium, 384 ədəd Secret lauder, 12 ədəd Sence beauty f system, 23 ədəd Sence Footcream, 24 ədəd Sensodyne pro, 28 ədəd Sephore black (tattoo liner), 12 ədəd Simple Clear pore, 12 ədəd Simple hydrating, 3 ədəd Simple spy 15 pro, 36 ədəd Smokers white gel, 120 ədəd Spinbrush Pro +, 88 ədəd Sponge, 72 ədəd St İves, 48 ədəd Suave saç kremi, 364 ədəd Tarfeta mist, 144 ədəd Terra daraq, 80 ədəd Tresemme dry shampoo, 60 ədəd Tresemme keratin, 6 ədəd TRESemme krem, 7 ədəd Vanish pfb, 128 ədəd Vaseline lip care, 72 ədəd Veet ready to use, 5 ədəd X18, 23 ədəd Vichy ideal 30spf, 13 ədəd Vichy ideal body, 12 ədəd Vitamin C markalı - ümumi dəyəri təxminən 279.569,91 (iki yüz yetmiş doqquz min beş yüz altmış doqquz, doxsan bir) manat təşkil edən 176 adda kosmetik təyinatlı məhsullardan ibarət yük hökm qanuni qüvvəyə mindikdən sonra və gömrük prosedurları aparılandan sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 100,00 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş hüquqi şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 72,00 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov