Məhkəmə qərarları › İş №1(003)-391/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-391/2022

31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-391/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Malatkeşin kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi H.Cavid küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 198/2022 nömrəli 21 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd ağ kağıza bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,252 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Novxanı qəsəbəsindən əldə edib Binə qəsəbəsinə daşıyaraq üstündə saxlamışdır. 19 aprel 2022-ci il tarixdə Xəzər RPİ CAŞ-nin və Xəzər RPİ 3-cü PŞnin əməkdaşları tərəfindən X1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində axtarış aparılarkən saxlanılaraq Xəzər RPİ İstintaq Şöbəsinə təhvil verilmiş və həmin gün saat 18:45 radələrində Xəzər RPİ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,252 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 4 ay olar ki, narkotik vasitə olan kokos, yəni heroin istifadə edirmiş. 09 aprel 2022-ci il tarixdə Novxanı qəsəbəsində öz istifadəsi üçün adını və ünvanını bilmədiyi İran İslam Respublikası vətəndaşından 10 manata kakos almışdır. Lakin tərgitmək qərarına gəldiyi üçün istifadə etməmiş və yadından çıxıb həmin ağ kağıza bükülmüş halda olan narkotik vasitə heroin şalvarının sağ yan cibində qalmışdır. 18 aprel 2022-ci il tarixdə axşam saatlarında tanışı Şahid1 çay içmək üçün digər dostları ilə birlikdə harasa getməklərini təklif edərək ilk öncə onun işlədiyi Anara məxsus evə çağırmışdır. Həmin evə də Ceyhunun çağırmaqda məqsədi o idi ki, orada bir yerdə yığışıb harasa gedsinlər. O və digər dostları ilə Ceyhunla həmin ünvanda görüşən zaman Ceyhun bildirmişdir ki, onda narkotik vasitə var, kim istəsə verə bilər. Bu zaman onun yadına düşmüşdür ki, cibində narkotik vasitə var və buna görə də Ceyhuna bildirimişdir ki, özündə narkotik var, ehtiyacı deyil. X5 əlində olan böyük bükülüdən iki balaca büküm ayıraraq pul əvəzi olmadan vermişdir. Artıq 19 aprel 2022-ci il tarixi saat 01 radələrində həmin ünvanda olarkən polis əməkdaşları digər şəxslərlə birlikdə onu da tutub Xəzər RPİ İŞ-nə gətirib təhvil vermişlər. Üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən sözü gedən narkotik vasitə olan kakos aşkar olunaraq götürülmüş və zərfə qoyularaq üzəri möhürlənmişdir. Tərtib olunmuş protokolda və zərfdə imza edib təsdiqləmişdir. Narkotik vasitə aldığı şəxs barədə heç nə bilməmişdir. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, təxminən 4-5 ildir ki, narkotik vasitələrin istifadəçisidir, narkotik vasitələri müxtəlif şəxslərdən alırmış. Sosial şəbəkədən İran Respublikasının vətəndaşı kimi bildiyi şəxsdən narkottk vasitə almaq qərarırna gəlmiş və 18 aprel 2022-ci il tarixdə günorta saatlarında heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona zaklatka yolu ilə bildirdiyi yerdən 01 ədəd iri bükümdə, yəni politen sellofana bükülmüş nakotik vasitə heroini pulunu satdıqdan sonra verəcəyi ilə razılaşıb götürmüşdür. Yolda həmin narkotik vasitə olan heroindən bir balaca hissə götürərək siqaretin qızılı kağızına büküb özünə məxsus istifadə etdiyi “Samsung A32” markalı mobil telefonun üzlünyünün arxasında gizlətmişdir ki, özü az-az istifadə edər, böyük hissəni isə göz qabağına çıxartmaz. Bundan sonra həmin narkotik vasitəni usta kimi işlədiyi Suraxanı rayonu Yeni yaşayış sahəsində yerləşən Anarın təmir olunan evinə aparmış, həmin iri bükülüdə olan narkotik vasitəni isti gödəkçəsinin cibində gizlətmiş və gödəkçəni qatlayıb bir kənara qoymuşdur ki, həmin evdə usta işləyən Həmid, Mirağa görməsin. Onlar işlərini görüb artıq yekunlaşdırdıqlarından onunla birlikdə həmin evdə təmir işləri görən Elvinlə birlikdə Anarın ofis kimi işlətdiyi qonşuluqda yerləşən evinə gəlmiş və bükülü vəziyyətdə olan gödəkçəsinində özü ilə götürmüşdür. Həmin ofisdə hələ ki heç kim yox imiş, həmin vaxt Elvin onun əlindəki bükülünü görüb nə olduğunu soruşanda, o, Elvinə bildirmişdir ki, narkotik vasitətdir, pulunu sonradan ödəyəcəyini vəd eədərək İran İslam Respublikasının vətəndaşından götürmüşdür. Elvin narkotik vasitələrin istifadəçisi olmadığı üçün, o, ona narkotik vasitə təklif etməmişdir. Daha sonra düşünmüşdür ki, dostlarını bir yerə yığıb oradan çıxandan sonra çay içməyə harasa getsinlər. O, telefon vasitəsilə dostu Səbuhini, Sənanı, Ayəti və Etibarı Anarın ofis kimi işlətdiyi evinə çağırmışdır. Həmin şəxslər ora gəldikdən sonra o, həmin şəxslərə bildirmişdir ki, günorta saatlarında İran İslam Respublikasını vətəndaşından narkotik vasitə almış və pulunu verməyəcək, həmin İran vətəndaşına atacaqmış. Onlara təklif etmişdir ki, narkotik vasitə var, istəyirlərsə, versin. Elvin ümumiyyətlə narkotik vasitə istifadə edən deyilmiş. Ayət bildirmişdir ki, ancaq şüşə istifadə edir, yəni metamfetamin və təzəlikcə alıb, özündə varmış. Etibar bildirmişdir ki, özündə narkotik vasitə var və onun ehtiyacı yoxdur. Səbuhi ilə Sənana isə əvvəlcədən İran İslam Respublikasının vətəndaşından aldığı narkotik vasitə heroindən xırda bükümlər ayıraraq istifadə etmələri üçün vermişdir. Lakin, qeyd etdiyi kimi, ofisin sahibi Anar evdə olmamışdır. Həmidgil Anarı çağırmışlar ki, işlərini qurtarıblar, Anar gəlib pullarını versin. Bir qədər keçmiş Anar da ofisə gəlmişdir, artıq tarix 19 aprel 2022-ci il saat 13 radələri olmuşdur. Həmidlə Mirağa ofisin həyətində siqaret çəkirmişlər. Anarada onda olan narkotik vasitə barədə bildirmiş, Anar da narkotik vasitə istifadəçisi olduğundan, xırda bir hissədə, yəni 3 hissə olmaqla orada olan qəlyan falqasına bükərək 3 büküm olmaqla istifadə etməyi üçün Anara vermişdir. Lakin həmin böyük politelin sellefona bükülmüş bükülünü kimsə bilmədən evdə olan divanın altında qoyaraq gizlətmişdir. Artıq Həmidgil də evə gəlmişlər. Bir neçə dəqiqə kemişdir ki, onlar evdə olarkən Xəzər RPİ 3-cü PŞ-nin və Xəzər RPİ-nin əməkdaşları ora gəlmişlər. Polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmişlər. Polis İdarəsində hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına 8 saylı vəkil bürosunun vəkili X6 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Xəzər RPİ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının və onun hüquqlarını müdafiə edən vəkil Vaqif Qədirovun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra üzərində olan özünə məxsus “Samsung A 32” markalı mobil telefonun üzlüyünün arxa hissəsində gizlətdiyi siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. O, həmin gün törətdiyi cinayətin ağırlıq dərəcəsindən qorxduğundan, eləcə də həmin narkotikin aşkarlanmamasını düşüdüyündən, həmin külli miqdarda narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almağı, ona məxsus olması barədə heç kimə deməmişdir. Lakin sonradan o, bilmişdir ki, həmin divanın altından çıxan narkotikə görə Anar ittiham olunubmuş. Bir daha etiraf edərək bildirir ki, həmin 1 kiloqrama yaxın narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından Suraxanı rayonundan o, özü almış və ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru X3 göstərdi ki, X1 ofis kimi işlətdiyi və yaşadığı Binə qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində axtarış aparılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 5(003)-144/2022 nömrəli qərarı tərtib edilmişdir. Həmin ünvanda axtarış-baxış keçirilməsindən ötrü istintaq-əməliyyat qrupu yaradılaraq Anar İsmayılovun qeyd olunan ünvanına yollanmış, müşahidələr apardıqdan sonra videoçəkilişlə yaradılmış istintaq-əməliyyat qrupu tərkibində həmin ünvana daxil olmuşlar. Ünvana daxil olduqda evin həyətində bir neçə şəxs və evin içərisində bir neçə şəxs olmuşdur. Evdə olan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bildindiyi üçün ona onlarla birlikdə Xəzər RPİ-ə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Araşdırmanın aparılması Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılova həvalə edildiyindən Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra müstəntiq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Müdafiəçi və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq müstəntiq tərəfindən Etibara hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoyduğu ağ rəngli kağızıa bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Ağ kağıza bükülmüş bükülünü açıb içərisinə baxan zaman içərisində qəhvəyi rəngli toz şəkilli spesfik iyə malik narkotik vasitə heroinə bənzər maddə olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşmuşlar. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün 09 aprel 2022-ci il tarixdə Novxanı qəsəbəsindən anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunduqdan sonra zərfin üzəri və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 elan edilmiş ifadəsi ilə onun da şahid X2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 20 aprel 2022-ci il tarixli, 6/2253 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 43” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən…” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,252 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi - 0,252 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,202 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (bir yüz on) manatdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq ounmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 20 may 2022-ci il tarixli, 2660 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd zərfdə tədqiqata sərf edildikdən sonra qalan 0,202 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib saxlayaraq üzərində daşıması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 19 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq - 0,202 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə polisdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (bir yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 (otuz beş) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,202 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə polisdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110,00 (bir yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on)manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar