Məhkəmə qərarları › İş №1(003)-391/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-391/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-391/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Qurbanəli oğlunun, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1364 saylı sərəncamı ilə X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 1487 saylı, 1200 kv.metr bağ sahəsinə 2015-ci ildə X2 adına ləğv olunmuş dövlət orqanlarının - Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativin adından tarixi xx.xx.1993-cü il kimi qeyd olunmuş 300 nömrəli saxta order hazırlamasında, həmin order əsasında ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Əfazi İdarəsinin vəzifəli şəxsləri tərəfindən Y.İsgəndərovun adma Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışın verilməsində təqsirləndirilir. 17 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Qurbanəli oğlu vəsatət ilə məhkəməyə müraciət edərək cinayət işinin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan da görünür kimi o, həmin cinayəti xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin inzibati binasındakı xidməti otağında həyata keçirmişdir. Bu səbəbdən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətin təmin edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Qurbanəli oğlu vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proeses iştirakçılarını dinləyib, vəsatət və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aid deyil və vəsatət təmin edilərək iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, təqsirləndirilən şəxs cinayət əməlini xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin inzibati binasındakı xidməti otağında həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, müdafiəçinin vəsatəti əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhərinin Nərimanov rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar