Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-392/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvələr məhkum olunmuş lakin məhkumluğu ödənilmiş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyat olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında, özünə məxsus «Toyota Prius» markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonunda borclu pul səbəbindən aralarında baş vermiş mübahisə zamanı silah qismində istifadə etdiyi açılıb qatlanan cib bıçağı ilə sonuncunun sağ qoluna qəsdən bir dəfə zərbə endirərək, Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağ dirsək arteriyasının kəsilməsi ilə müşayiət olunansağ saidin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yaşar adlı şəxsi ümumiyyətlə tanımamış, onunla heç bir ədavəti düşmənçiliyi olmamışdır. O, Yaşarı ümumi dostları olan Bəhruzun vastəsi ilə tanımışdır, belə ki, xx.xx.2020-ci il tarixdə axşam 23 radələrində dostu Bəhruz ondan xahiş etmişdir ki, Bəhruzu dostu olan Xəzər rayonu Xaşaxuna bağlar massivində yaşayan Yaşarın yaşadığı ünvana aparsın. O, günü 25 manata olmaqla icarəyə götürüb idarə etdiyi Toyota Prius markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomaşınla Bəhruzu Xəzər rayonu Xaşa Xuna bağlar massivində yaşayan dostu Yaşarın yaşadığı ünvana aparmışdır. Bundan sonra yaşadığı ünvana qayıtmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bəhruz onun telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, gəl görüşək, Bəhruzla Sabunçu rayonu ərazisində görüşmüşlər. Bəhruzla söhbət edən zaman Bəhruza pula ehtiyacı olduğunu bildirmiş və əlində təzə telefonunun olduğunu və satmaq istədiyini demişdir. Bu zaman Bəhruz ona bildirmişdir ki, dostu Yaşar ailəsi üçün telefon almaq istəyir və telefonu Yaşara sata biləcəklərini demişdir. Bəhruzla birlikdə Yaşarın yaşadığı Xaşaxuna bağlar massivinə getmişlər. Yaşarın yaşadığı evə girmiş, həyətdə Yaşar onları qarşılamışdır, orada Bəhruz dostu Yaşarla onu tanış etmişdir. Həmin vaxt Yaşarın həyətində digər dostu Çingizdə olmuşdur. Onlar oturub həyətdə çay içmişlər, Yaşarla bir qədər söhbət etmiş və o, yeni aldığı Xiaomi Note 8 markalı mobil telefonu Yaşara vermişdir. Yaşarda ona söz vermişdir ki, axşama pulu ona verəcək, onlar Bəhruzla oradan çıxıb getmişlər. Həmin günün axşamı saat 21 radələrində o, Yaşara zəng vurub bildirmişdir ki, «mən pulun arxasınca gəlirəm». Yaşarda ona gözlədiyini və gəlməsini bildirmişdir. O, Yaşarın evinin yolunu tam xatırlamadığı üçün yeni tanış olduğu Yaşarın öz dostu Çingizin telefonu ilə əlaqə saxlamış, ondan xahiş etmişdir ki, onu yolda qarşılasın və ona Yaşarın yaşadığı evin yolunu göstərsin. O, Çingizlə Xaşa-Xuna bağlar massivində yolun kənarında keçid də görüşmüş və Çingiz onun idarə etdiyi maşına əyləşmişdir. Onlar birlikdə Yaşarın yaşadığı evə getmişlər. Belə ki, o, yolu tam yaxşı tanımadığından Çingizin yanına gec gəlib çıxmış və həmin zaman artıq saat 23:30 radələri olmuşdur. Yaşar qapının qarşısına çıxmış və onun maşınına əyləşmiş və onlar yaxınlıqda çayxana axtarmağa başlamışlar. Yolda Yaşardan telefonun pulunu istədikdə Yaşar ona pulu səhər çatdıracağını bildirmişdir. O, təkrarən Yaşardan telefonun pulunu bu gün verməsini istətikdə, Yaşar əlləri ilə onun boğazından tutmuşdur. Həmin an Yaşar maşında qabaqda oturmuş, o, maşının əyləcini basıb saxlamış və maşında qapının cibində olan özünə məxsus açılıb bağlanan bıçağı çıxarıb Yaşarın qolundan bir zərbə vurmuşdur. Bu zaman arxada oturan Çingiz maşından düşüb qaçmışdır. Yaşarda maşından düşüb yaşadığı evə tərəf qaçmışdır. O da avtomaşınını idarə edib oradan uzaqlaşıb evə getmiş yolda bıçağı xatırlamadığı yerdə tullamışdır. Bundan təqribən 15-20 gün sonra ona məlum olmuşdur ki, polis onu axtarır. Lakin o, gizlənməyə üstünlük vermişdir. Aralarında olan mübahisə təqribən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2019-cu ilin fevral ayında azadlığa buraxılmışdır. O, azadlığa buraxılandan sonra tam islah olmuş və narkotik vastəsinin istifadəçisi deyildir. Əvvəlcədən Ağalar adlı şəxsi tanımamışdır, həmin şəxsi ilk dəfə xx xxxx 2020-ci il tarixdə dostu Bəhruzla birlikdə onlara gələrkən tanımışdır. Belə ki, yoldaşına telefon almaq istəmiş, elə bu barədə Bəhruza da bildirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bəhruz həmin Ağalar adlı şəxslə birlikdə, Ağaların idarə etdiyi Toyota Prius markalı avtomaşınla onun yaşadığı Xaşa-xuna qəsəbəsinə gəlmişlər. Onların yaşadığı evin həyətində Bəhruz həmin Təqsirləndirilən şəxs onunla tanış etmişdir. Həmin zaman onun yanında digər dostu Çingizdə olmuşdur. Onlar oturub birlikdə çay içmiş və söhbət zamanı Bəhruz ona bildirmişdir ki, Ağalar özünə məxsus Xiaomi Note 8 markalı mobil telefonunu pul lazım olduğu üçün satır. Bir qədər telefon haqqında danışdıqdan sonra həmin mobil telefonu almaq qərarına gəlmiş və həmin telefonu Ağalar ona uzatmışdır, o da söz vermişdir ki, pulu axşama Ağalara çatdıracaq. Bundan sonra Ağalar Bəhruzla birlikdə çıxıb getmişlər. Həmin günün axşamı təxminən saat 21 radələrində Ağalar ona zəng vurub bildirmişdir ki, pulun arxasınca gəlir. O da Ağalara bildirmişdir ki, «gəl evdəyəm gözləyirəm səni». O, həmin günü pul tapa bilmədiyi üçün Ağalara demək istəmişdir ki, bir neçə gün vaxt versin və o, pulu tapa bilsin. Təxminən saat 23:30 radələrində Ağalar onun dostu olan Çingizlə birlikdə onların evinə gəlmişlər. O da avtomaşına qabaq oturacaqda əyləşmiş və çay içmək üçün açıq çayxana axtarmağa başlamışlar. Ağalar yol gedərək ondan telefon pulunu istəmiş, o da hazırda pulu düzəldə bilmədiyini və pulu ona səhər çatdıracağını bildirmişdir. Həmin vaxt Ağalar onunla əsəbi halda danışmış, o, əsəblərini cilovlaya bilməmiş Ağaların boğazından əlləri ilə tutmuşdur. Həmin an Ağalar avtomaşının əyləcini basıb avtomaşını saxlamış və əlini atıb maşının qapısından bıçaq götürərək qəfildən onun sağ əlinə bıçaqla bir zərbə vurmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs təqribən 2-3 ildir ki, qonşu kimi tanımış, onunla aralarında normal münasibətləri olmuşdur. Ağalar adlı şəxsi də Yaşarın sayəsində tanımışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında o, Yaşarla birlikdə onların həyətində olmuş. Bu zaman dostu Bəhruzla birlikdə adını sonradan bildiyi Ağalar adlı şəxs gəlmişlər, onlar Ağaların idarə etdiyi avtomaşın ilə gəlmişdilər. Tanış olub bir qədər söhbət etmiş, oturub birlikdə çay içərək söhbət etmişlər, söhbət əsasında Bəhruz Yaşara bildirmişdir ki, Ağalara pul lazım olduğu üçün telefonunu satırmış. Telefon ilə bağlı söhbətləşdikdən sonra Yaşar həmin telefonu almağı razılaşmış və Ağalar telefonu Yaşara vermiş, Yaşar Ağalara bildirmişdir ki, pulu axşam verəcəkmiş. Həmin tanışlıq zamanı onlar Ağalar ilə bir-birlərinin əlaqə nömrələrinidə götürmüşlər ki, hərdən əlaqə saxlasınlar. Sonra isə Ağalarla Bəhruz birlikdə çıxıb getmişlər. Həmin günün axşamı Ağalar onunla əlaqə saxlamış və ondan xahiş etmişdir ki, Yaşargilin qapısını ona göstərsin. Oda Ağalara gəlib onu götürdükdən sonra göstərə biləcəyini demişdir, Ağalar onu götürdükdən sonra birlikdə Yaşargilə getmişlər. Həmin zaman saat 23:30 radələri olarmış. Yaşar qapıda onları gözləyirmiş, o, arxa oturacaqda Yaşar isə qabaqda oturmuşdur. Birlikdə Ağaların idarə etdiyi avtomaşın ilə gedərkən Ağalar Yaşardan telefonun pulunu istəmişdir. Yaşarda bu gün pulu düzəldə bilmədiyini və sabah verəcəyini bildirdikdə, Ağalar əsəbi halda Yaşara həmin pulu bu gün çatdırmasını bildirmişdir. Bu zaman Yaşarda əlləri ilə Ağaların boğazından tutmuş və Ağalar avtomaşının əyləcini basaraq avtomaşını saxlamışdır. Ağalar qəfildən dəstəyi qara rəngli bıçağı əlinə götürüb Yaşarın sağ əlindən zərbə vurmuşdur. O, həmin anda qorxub avtomaşından düşərək oradan uzaqlaşmışdır. Daha sonra isə nələr baş verməsindən heç bir məlumatı olmamışdır. Onuda bildirmişdir ki, baş vermiş hadisə xx xxxx 2020-ci il tarixdə saat 01 radələrində baş vermişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 728 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ dirsək arteriyasının kəsilməsi ilə müşayiət olunan sağ saidin deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)): sağ bazunun qançırı isə küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun Akademik M.A.Topçubaşov adına X4 müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ dirsək arteryasının kəsiməsi ilə müşayiət olunan sağ saidin deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir; sağ bazunun qançırı isə sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterianə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Ağalar tərəfindən ona dəymiş ziyanın ödənildiyi, Ağalara qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 263.1-ci maddəsinə əsasən təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. X3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-392/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-392/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver