Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-394/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, xüsusi ittihamçı X8, onun nümayəndəsi və vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 və onun vəkili Müdafiəçi1 iştirakları ilə X13 25 iyun 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasını CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Xüsusi ittihamçı X14 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X13 Azərbaycan Respublikasını CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəisndə 6 ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 ittiham olunduğu cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun öz ifadəsi, xüsusi ittihamçının ifadəsi və iş materialları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmədə xüsusi ittihamçı X14 məhkəmə iclasında xüsusi ittihamı müdafiə edərək göstərdi ki, o, 10 mart 1981-ci ildə Şamaxı rayonu, Göylər kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 2008-ci ildə Qarabağ müharibəsi veteranı, birinci qrup əlil X17 ilə ailə həyatı qurmuş və birgə nikahdan 06 mart 2009-cu il təvəllüdlü bir övladları X16 dünyaya gəlmişdir. Onlar bir ailə olaraq övladlarını çox çətinliklərlə böyütmüşlər. Həyat yoldaşı Sahib Bağırov birinci Qarabağ döyüşlərində ağır xəsarətlər almışdır. O, bu xəstəliklər səbəbindən 11 oktyabr 2018-ci ildə vəfat etmişdir. Həmin vaxtı qızlarının hələ 9 yaşı olmuşdur. Həyat yoldaşının vəfatından sonra azyaşlı qızının bütün qayğıları onun üzərində qalmış və onu çox çətinliklərlə böyütmüşdür. Hazırkı şikayətinə gəldikdə isə məhkəməyə onu bildirmək istəyir ki, Azərbaycan Respublikası vətəndaşı, yuxarıda qeyd olunan ünvanda yaşayan X19 tərəfindən Qarabağ müharibəsi veteranı, birinci qrup əlil X11 yeganə qızı və yadigarı (azyaşlı) X16 barəsində internet facebook sosial şəbəkələrdə böhtan və təhqir olunmasına görədir. Belə ki, 2020-ci ildə İlham Hüseynovla ailə həyatı qurmaq məqsədi ilə tanış olmuşlar Bir müddətdən sonra onun aqressiv və çətin bir insan olduğunu anlamışdır. Hətta özünün deməsinə görə əvvəllər məhkumluq həyatı da, yaşamışdır. Bundan başqa ona o, da məlum oldu ki, İlham rəsmi olaraq ailəlidir və bir övladı vardır. Bu və ya digər bunabənzər səbəblərə görə ona normal şəkildə və dəfələrlə bildirmişdir ki, ondan uzaqlaşsın və onunla ailə həyatı qurmağı mümkün deyildir. İlham isə onun dediklərinə əhəmiyyət verməyərək ona tabe olmağını və nə deyirsə ona əməl etməyini tələb etmişdir. Hətta onu ölümlə də, hədə qorxu gəlmişdir. İlham Hüseynovun bu davranışı günü gündən daha da, artmağa başlamışdır. İlham onun fikrindən dönməyəcəyini başa düşüb öz çirkin niyyətlərini daha iyrənc şəkildə onun azyaşlı qızına qarşı həyata keçirməyə əl atmışdır. Belə ki, 04 iyul 2022-ci il tarixində İlham Hüseynov onun adına saxta profil açaraq qızı Şəbnəmin foto şəkillərini çox tərbiyyəsiz və iyrənc şəkildə paylaşmışdır. 13 yaşlı azyaşlı qızının adına nalayiq ifadələrlə onun foto şəkillərini, başlığında əxlaqsızlığa dəvət edən ifadələrlə onun barəsində böhtan atmışdır. X32 özünün istifadə etdiyi (***-***-**-**) mobil telefonun whatsapp proqramı ilə ona yazaraq bildirmişdir ki, “gir facebooka gör qızının barəsində necə şərhlər yazırlar” kimi ifadələrlə onu hədə qorxu gəlmiş və ondan ona tabe olmağını tələb etmişdir. Həmin foto şəkilləri də, telefonuna göndərmişdir. İlham Hüseynov böhtan və təhqir xarakterli şəkilləri Binə qəsəbəsindəki evindən paylaşmışdır. O, həmin cinayət əməlini məhz yaşadığı evində olarkən törətmişdir. İlham Hüseynov əvvəllər onu başqa formada da, təhqirlər etmişdir. Lakin, bu dəfə azyaşlı qızına qarşı edilən bu iyrənc hərəkətlərinə dözə bilməzdi. Həmin anlar hələ də, gözümün önündən getmir. O gündən bəri gecələr gözünə yuxu da, gəlməyir, əsəbləri tamamilə pozulmuşdur. Artıq həkim novropatolqa da, müraciət etmiş və hazırda psixoloji müalicələr olunur. 04 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının DİN-nin 102 qaynar xəttinə şikayətlər etmişdir ki, bu hadisəni hüquq mühafizə orqanları qeydə alsın və cinayətkarın əməlinə hüquqi qiymət verilsin. Həmin günü Binəqədi RPİ-nin 43-cü PB-də ərizə və izahat da, yazmışdır. Sözügedən polis bölməsinin təhqiqatçısı polis leytenantı Elçin Zeynalov tərəfindən İlham Hüseynovun da, izahatı alınmışdır. İlham Hüseynov polisə yazdığı izahatında özü də, etiraf etmişdir ki, guya onu təhqir etdiyi üçün o, da ona və qızına qarşı bu şəkildə böhtan atmışdır. Amma o, İlhamı heç vaxt təhqir etməmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin 14 iyul 2022-ci il tarixində “Cinayət işinin rədd edilməsi barədə qərar” qəbul edilmiş və həmin qərarda İlham Hüseynovun barəsində xüsusi ittham qaydasında şikayət etmək üçün məhkəməyə müraciət etməyim bildirilmişdir. O, bir Azərbaycan xanımı olaraq belə bir şəxs tərəfindən təhqir olunmağına dözə bilmir. Onun bu hərəkətləri onun və qızının gələcək həyatında ciddi şəkildə mənfi təsir göstərir. Belə ki, bütün yayımlanan şəkilləri onları tanıyan və tanımayan insanlar görmüş və tərbiyyəsiz şərhlər də, yazılmışdır. Bu hal onu çox sarsıdır. Onu tanıyan bəzi yaxınları bu xoşagəlməz hallara əhəmiyyət verməməyini, öz işi ilə, övladıyla həyatına davam etməyini tövsiyyə etsə də, bu vəziyyət ona çox ağır gəlir. Övladı hələ həmin görüntüləri görməyibdir. O, bu hadisələrdən xəbər bilərsə çox böyük psixoloji travma ala bilər. O, bu gün qız övladı böyüdür. Hər dəqiqə həyacan içərisindədir ki, birdən kimsə qızına sosial şəbəkədə bu qədər əxlaqsız yazılar getdiyini deyər. Övladının utancından özünə qəsd edəcəyindən çox qorxur. Qeyd olunanlara əsasən X13 Azərbaycan Respublikasını CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəisndə 6 ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə xüsusi ittihamçı X8 nümayəndəsi və vəkili Nümayəndə xüsusi ittihamçının ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində qeyd olunan əməli törətməkdə təqsirli bilərək onun cinayət məsuliyyətinə cəlb edilməsini və onun barəisndə 6 ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin X4 Sevinc İnşallah qızının adına onun razılığı olmadan internet informasiya ehtiyatında ad, profil və ya hesab yaradaraq X8 və onun qızının barəsində böhtan atdığından xüsusi qərardad qəbul edərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 özünü ona qarşı sürülmüş xüsusi ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, X14 ilə qeyri-rəsmi olaraq yaşasa da, onunla heç vaxt ailə qurmaq niyyəti olmamışdır. belə ki, özü ailəlidir və üç qız uşağı vardır. X22 ilə münasibətlərinin pozulmasına baxmayaraq sonuncu onun ailəli olmasını bilməsinə baxmayaraq onu rahat buraxmamış, mütəmadi olaraq onu narah etmişdir. Hətta arvadı Sevinc Bağırovanın zənglərinə cavab vermişdir ki, Sevinc ondan əl çəksin, lakin yenə də, ondan əl çəkməmişdir. O, da məcbur olub Sevinc Bağırovanın qızının adına saxta profil açaraq onun adından düzgün olmayan yazılar paylaşmışdır. Lakin o, Sevinc Bağırovanın adına saxta profil açmamış və ona böhtan atmamışdır. Şikayətin əsassız olduğunu bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 vəkili Müdafiəçi1 göstərdi ki, ilk növbədə X23 Hüseynovla ailə qurmaq məqsədilə tanış olması barədə dedikləri həqiqətə uyğun deyildir. Belə ki, bunu təsdiq edən vastap yazışmaları mövcuddur. Bundan başqa İlham X1 adına saxta profil açaraq onun adından düzgün olmayan yazılar paylaşsa da, ona böhtan atmamışdır. X31 Bağırovanın adına isə ümiyyətlə saxta profil açmamış və ona böhtan atmamışdır. Bundan başqa İlham X1 adına saxta profil açsa da, xüsusi ittiham qaydasında şikayəti Şəbnəm Bağırzadə yox, anası Sevinc Bağırova vermişdir. Halbuki xüsusi ittiham qaydasında şikayəti Şəbnəm Bağırzadə verməli, anası Sevinc Bağırova isə onun nümayəndəsi qismində tanınmalı idi. Bundan başqa Sevinc X3 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etsə də, CM-nin 147.1 və ya 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını qeyd etməmişdir. X25 şikayətində qeyd etmişdir ki, İlham Hüseynov onun adına onun razılığı olmadan internet informasiya ehtiyatında ad, profil və ya hesab yaradaraq onun və qızının barəsində böhtan atmışdır. Bu səbəbdən xüsusi qərardad qəbul edərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Bu isə onu göstərir ki, Sevinc Bağırovanın şikayətinə xüsusi ittiham qaydasında baxılmalı deyildir və X13 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Şikayətin əsassız olduğunu bildirərək X13 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Elçin Zeynalovun 14 iyul 2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X10 əvvəllər qeyri-rəsmi münasibətdə olduğu X19 tərəfindən onun və qızı şəbnəmin təhqir olunması xüsusatı ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən - Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat ximət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət kollektiv və yaxud ayrı–ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi cinayət əməlinin törədilməsi üç üsulla məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması və ya başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaldılması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli 7 saylı qərarına əsasən, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələyən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi CM-nin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, - Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarla məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148- 1, 149.1, 150.1, 151, 156-158, 163, 169-1, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Məhkəmədə müəyyən olundu ki, X6 Bağırovanın qızı Şəbnəmin adına saxta profil açaraq onun adından həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. Həmin məlumatların X12 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar hesab edilib-edilməməsi, yəni böhtan xarakterli məlumatlar olduğunu müəyyən etmək üçün məhkəmə-linqvistik ekspertizası təyin edilərək rəy alınmalıdır. X26 şikayətinə xüsusi ittiham qaydasında baxılması mümkün olmadığından bunun hazırki işdə müəyyən edilməsi mümkün deyildir. Belə ki, Sevinc Bağırovanın şikayətində qeyd etdiyi kimi İlham Hüseynov onun adına onun razılığı olmadan internet informasiya ehtiyatında ad, profil və ya hesab yaradaraq onun və qızının barəsində böhtan atmışdır. Bu səbəbdən xüsusi qərardad qəbul edərək X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Bu isə onu göstərir ki, X13 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. X13 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət təqibi məsələsi isə zərər çəkmiş şəxsin şikayəti əsasında və ya prokurorun təşəbbüsü ilə ictimai-xüsusi ittiham qaydasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 32.2.7-ci maddəsinə əsasən məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217 A (İİİ) nömrəli qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəsi üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Azərbaycan Respublikası CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən X15 Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsi ilə bəraət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-394/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-394/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver