Məhkəmə qərarları › İş №1(003)-394/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-394/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-394/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçi, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, onun müdafiəçi, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xətai Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz evdə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,335 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddə - metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən "Ülvi" inşaat materialları mağazasının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə 0,335 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1, xx.xx.2023-cü il tarixə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində kirayədə yaşadığı mənzilin sahibəsi Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan 0,322 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Xəzər RPİ-nin 3-cü polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Ülvi” adlı şadlıq sarayının yaxınlığında saxlanılıb, Xəzər RPİ-nin 3-cü polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 19:30-dan, 19:45-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən həmin bir ədəd üzərində “ERPOS” yazısızı olan kağıza bükülmüş 0,322 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq 6 ədəd şəffaf selofan və 1 ədəd üzərində "ERPOS" yazısı olan kağız bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” na (Siyahı İ) daxil olan ayrıayrılıqda çəkiləri 0,180 qram, 0,188 qram, 0,183 qram, 0,159 qram, 0,194 qram, 0,260 qram və 0,322 qram olmaqla ümumilikdə 1,486 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə 10 manat müqabilində 1 ədəd üzərində "ERPOS" yazısı olan kağız bükümdə 0,322 qram psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, qalan 6 ədəd bükümü satış məqsədi ilə üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Xəzər RPİ-nin, 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində faəliyyət göstərən “Ülvi” adlı şadlıq sarayının qarşısında saxlanılıb, 3cü polis şöbəsinə gətirilmiş, orada videoçəkilişlə həmin tarixdə saat 21:00-dan 21:15 dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirən zaman əynindəki ağ-qara xəttli şalvarın sağ cibindəki bir ədəd çəhrayı rəngli əl cüzdanında olan şəffaf dairəvi qutunun içərisindən 6 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,180 qram, 0,188 qram, 0,183 qram, 0,159 qram, 0,194 qram və 0,260 qram olmaqla ümumilikdə 1,164 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 evində kirayədə yaşamış və narkotik maddəni ondan götürmüşdür. Lakin, narkotik maddə üçün pul verməmişdir. Safuranı 2-3 ildir tanıyır, onun evində qalır. Safuranın narkotik maddə istifadəçisi olduğunu bilir. Safuradan bir dəfə narkotik maddə almış, lakin pul müqabilində almamışdır. Safura elə-belə ona narkotik maddəni vermişdir. Onları Safuranın evində götürüb aparmışlar. Həmin gün Safuragilə gəlmiş və Safuradan onda narkotik maddə olub-olmadığını soruşmuş, Safura cavabından narkotik maddənin olduğunu bildirmiş, o da istifadə etmək istədiyini bildirmiş və Safura narkotik maddəni ona vermişdir. Bundan sonra tualetə getmiş, çıxanda isə görmüşdür ki, polislər artıq evin içərisindədirlər. Polis şöbəsinə aparılanda aşkar edilmiş narkotik maddənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra orada olan mayor vəzifəsində polis əməkdaşı nə var düzünü danışmağını bildirmişdir. Bundan sonra Safuradan aldığını bildirmişdir. Həmin zaman ona hər hansı bir təzyiq olmamışdır. Birinci dəfə xx.xx.2023-cü il tarixdə “Ülvi İnşaat” mağazasının yanında kafedə olan zaman onu saxlamışlar. Həmin zaman onlar iki nəfər olmuş və onların hər ikisini saxlamışlar. Bu zaman onun üzərində narkotik maddə olmamışdır. Şöbədə ona təzyiq etmişlər, daha sonra isə ondan adam verilməsini tələb etmişlər. 2 gün müvəqqəti saxlama yerində qalmış, daha sonra prokuror onu buraxmışdır. Adam verməsi barədə söz vermiş, lakin aldatmışdır. Daha sonra isə yolda getdiyi zaman onu üçüncü dəfə saxlamışlar. “Ülvi İnşaat” mağazasının yanında onu Vüsal, Natiq və başqa adını bilmədiyi polis əməkdaşları saxlamışlar. Kafedə olan zaman üzərində falqanın içərisində narkotik maddə patı olmuş, lakin həmin zaman kafedə kabinetdə gizlətmişdir. Lakin, sonra polis əməkdaşları axtarıb həmin narkotik maddəni tapmışlar. Şöbədə həmin narkotik maddəni kağız bükümdə üzərinə qoymuşlar və çəkiliş zamanı çıxarıb təqdim etmişdir. Artıq yükləmək üçün onu döymüşlər, lakin o, üzərinə götürməmişdir. Həmin zaman xəsarət almamışdır. Həmçinin bildirmişdir ki, Safuradan narkotik maddəni götürəndə pul almamış, lakin o da buna görə evdə olan interneti açdıracaq və ya Safuraya kontur yükləyəcəkmiş. Aralarında bu barədə Safura ilə razılaşma olmamışdır. Safura ona narkotik maddə verdiyindən, o da öz növbəsində Safura üçün nəsə edəcəkdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, təxminan 2 il olar ki, "Patı" kimi tanıdığı psixotrop maddə metamfetamini çəkmək yolu ilə istifadə edir. Metamfetamini Bakı şəhərində, ayrı-ayrı yerlərdən müxtəlif şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Suraxanı qəsəbəsinda tanımadığı şəxsdən 25 (iyirmi beş) manata metamfetamin alıb bir qismini istifadə etmiş, qalan hissəsini də üzərində saxlamışdır ki, özü istifadə etsin. xx.xx.2023-cü il tarixdə, saat təxminən 17 radələrində Binə qəsəbəsində, mərkəzi küçədə yerləşən "Ülvi İnşaat" tikinti materialları mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra, onun da özünü təqdim etməsini tələb etmişlər. Özümü təqdim etmiş və bundan sonra onunla bir qədər sorğu-sual etmişlər. O, özünü itirmiş, fikirləşmişdir ki, polis əməkdaşları onun psixotrop maddə metamfetamin istifadə etməsi və ya üzərində psixotrop maddə olması barədə məlumatları vardır. Çünki həmin vaxt bir qədər psixotrop maddə metamfetamindən istifadə etmiş, onun təsiri altında olmuşdur. Bundan sonra narkotik vasitə istifadəsində şübhələndiklərini bildirmişlər və buna görə onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. O etiraz etmədən polis əməkdaşları ilə birlikdə 3-cü polis şöbəsinə getmişdir. Orada düşünmüşdür ki, polis əməkdaşlarına etiraf edib üzərində psixotrop maddə olduğunu desin. Bunu düşünmüş və polis əməkdaşlarına etiraf etmişdir. Bundan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim etsin. O da bu təklifdən sonra əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə "patı" kimi tanıdığı psixotrop maddə olan metamfetamindir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış götürmə keçirtmiş, axtarış nəticəsində üzərindən qanunla qadağan olunmuş digər əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra təqdim etdiyi psixotrop maddə olan metamfetamin qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O, müdafiəçisi və iştirakçılarla birlikdə qablaşdıraram imzalamış və bu barədə protokol tərtib olunduqdan sonra protokol ona ucadan oxunmuşdur. Protokol doğru yazıldığından o, protokolu imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, psixotrop maddə olan metamfetamin istifadəçisi olduğuna görə üzərindən aşkar edilmiş "patı" kimi tanıdığı psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün xx.xx.2023-cü tarixdə, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 25 manata almışdır. Bununla yanaşı bildişdir ki, əvvəllər metamfetamin əldə etdiyi şəxsləri tanımamış, həmin şəxslərlə Bakı şəhərində, müxtəlif yerlərdə görüşüb, onlardan psixotrop maddə almışdır. Sonuncu dəfə psixotrop maddə aldığı şəxs təxminən 40-45 yaşlarında olmuş, həmin şəxsin əynində boz rəngli şalvar, qara rəngli yun köynək və tünd mavi rəngli gödəkçə olmuşdur. Qeyd etdiyindən əlavə heç bir cinayət törətmədiyini və polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq tətbiq olunmadığını bildirmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Binə qəsəbəsində fəaliyyət göstərən “Ülvi” şadlıq sarayının yanı ilə kirayədə yaşadığı evin sahibi Safura ilə birlikdə mağazaya gedən zaman üç nəfər şəxs onlara yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olduqlarını demişlər. Onlar da polis əməkdaşlarına etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə 3-cü polis şöbəsinə getmişlər. Şöbənin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O da əynimdə olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd bükümü təqdim edib içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni evində kirayədə yaşadığı tanışı Safuradan 10 manat müqabilində aldığını bildirmişdir. Belə ki, onlar mağazaya gedəndə bilmişdir ki, Safuranın üzərində metamfetamin var. Üzərində pul olmadığı üçün Safuradan metamfetamini nisyə istəmiş, Safura da vermişdir. Ona bildirmişdir ki, bir neçə gün sonra 10 manat verəcək. Üzərindən aşkar olunmuş psixotrop maddə qablaşdırılıb möhürlənmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik maddədən heç kimə satmamış və ya heç kimə hədiyyə verməmiş, həmin maddəni öz istifadəsi üçün saxlamışdr. Heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamadığını, polis idarəsində olan zaman ona qarşı psixi və fiziki zor tətbiq olunmadığını, onunla yaxşı rəftar olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində olan ziddiyətlə bağlı bildirdi ki, polis şöbəsində ondan soruşanda ki, Safuraya nə qədər pul verəcəkdir, cavab olaraq bildirmişdir ki, burda nə var ki, ola bilsin internet açdıracaqdır, ya da kontur vuracaqdır. Soruşulanda ki, 15-20 manat verəcəkdirmi, cavab olaraq 10 manat verəcəyini bildirmişdir. Lakin, ibtidai istintaq zamanı verdiyi ifadəsində Safuraya narkotik maddə üçün 10 manat verəcəyi kimi qeyd edilmişdir. Safura üçün 10 manat kontur və ya internet açdırmaq barədə razılaşmaları olmamış, bu onun öz fikri olmuşdur. Təqsirləndirilən şəxs1 son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, günorta vaxtı saat 14:00-15:00 radələri olmuş, Mahir onlara yeni gəlmişdir. Oğlu isə otaqda kompyuterlə oynamışdır. Bu zaman evə 8 nəfər polis əməkdaşı daxil olmuşdur. Narkotik maddəni qoyduğu yerdən götürmüşlər və onu polis şöbəsinə aparmışlar. Orada narkotik maddənin ona məxsus olmasını bildirmiş, Mahirə isə satmadığını bildirmişdir. O, narkotik maddəni Mahirə satmamışdır. Mahir onların evində yaşayan bir şəxs kimi evin kommunal xidmətlərinə köməklik edə bilər. Mahir ondan narkotik maddə istifadə etmək üçün istəmiş, o da götürməsini bildirmişdir. Narkotik maddəni çarpayının altında saxlamış, 5-6 büküm olmuş, az-az istifadə etməsi üçün saxlamışdır. Polis şöbəsində özünün istifadə etməsi üçün saxladığını bildirmişdir. Mahirə 1 il ərzində 1-2 dəfə istifadə etməsi üçün vermişdir. Polis şöbəsində birinci bildirmişdir ki, aşkar edilmiş maddələr ona məxsus deyil, lakin ona təzyiq olunduğuna görə ona məxsus olduğunu etiraf etmişdir. Ona görə də hesab edir ki, ona psixoloji təzyiq olmuşdur. Yazıb-oxumağı bilir. Video çəkilişdə Mahirə satdığını bildirməmişdir. Üzərinə axtarış zamanı vəkil olmuşdur. Ondan soruşulanda ki, tərəzəsi var bildirmişdir ki, yoxdur. Mahirə özü açıb istifadə etdiyi narkotik maddədən vermişdir. Mahirlə aralarında narkotik maddənin verilməsi ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Üzərində aşkar edilmiş metamfetamin 1 qram olmuşdur. Narkotik vasitənin aşkar edilmiş çanta ona məxsus olmamış və onda 3 büküm metafetamin olmuşdur. Üzərinə axtarış keçirilən zaman isə Mahirin ona pul verəcəyi ilə bağlı dedikləri isə ona bu formada deməyi barədə təzyiq edildiyindən demişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binə qəsəbəsində fəaliyyət göstərən “Ülvi” şadlıq sarayının yanı ilə tanışı Mahir ilə birlikdə mağazaya gedən zaman üç nəfər şəxs onlara yaxınlaşmış, polis vəsiqələrini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olduqlarını bildirmişlər. Onlar polis əməkdaşlarına etiraz etmədən birlikdə 3-cü polis şöbəsinə getmişlər. Ona şöbənin xidməti otaqlarının birində hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üzərində saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O da üzərində saxladığı çəhrayı rəngli əl cüzdanının içərisində olan plastik qutunun içərisində 6 ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetamini təqdim etmişdir. Belə ki, 27 noyabr 2023cü il tarixdə, səhər saatlarında üzdən tanıdığı qadından 7 ədəd bükümdə metamfetamini 100 manat müqabilində almışdır. Həmin psixotrop maddədən həm özü istifadə etmək, həm də tanışlarına satmaq niyyətinin olduğunu bildirmişdir. Əvvəllər heç vaxt bu işlə məşğul olmamış, 1 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə etmişdir. Son zamanlar narkotik vasitə almaq üçün pul tapa bilmədiyinə görə satış edib qazanc əldə etmək istəmişdir. Bu səbəbdən onunla birlikdə mağazaya gedən və onunla birlikdə saxlanılmış Mahirə 1 ədəd bükümü 10 manata satmış, Mahir də bir neçə gün ərzində pulunu verəcəyinə söz vermişdir. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə qablaşdırılmış və möhürlənmişdir. Əlavə olaraq bildirmişdir ki, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış, polis idarəsində olan zaman ona psixi və fiziki zor tətbiq olunmamış, onunla yaxşı rəftar olunmuşdur Təqsirləndirilən şəxs2 ifadəsində olan ziddiyətlə bağlı bildirdi ki, ibtidai istintaq zamanı ifadəsində yazılanlarla bağlı məlumatı yoxdur. Belə ki, ona izahatını verərək imza etməsini demişlər, o da göstərilən yerə imza atmışdır. Təqsirləndirilən şəxs2 son sözündə iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, həmçinin müdafiəçisinin bildirdikləri ilə razı olduğunu, üzərində aşkar edilmiş maddənin satış niyyəti ilə üzərində saxlamadığını, ona irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü polis Şöbəsinin sahə inspektoru, polis mayoru Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 iki dəfə saxlamışlar. Birinci dəfə xx.xx.2023-cü il tarixdə saat 17:00 radələlərində Binə qəsəbəsində "Ülvi İnşaat" mağazasının yaxınlığında narkotik qəbul edən şəxs kimi özünü apardığından ona yaxınlaşmışlar və polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərində bir büküm narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitənin metamfetamin olduğunu və Suraxanı rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Əməliyyat müvəkkili Vüsala əməliyyat məlumatı daxil olmuş və ona görə təqsirləndirilən şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs kafedə olmamış, "Ülvi İnşaat" mağazasının yaxınlığında saxlamışlar. Narkotik vasitə şöbədə videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Onların üzərində təhqiqatçının otağında baxış keçirilmiş və üzərilərində narkotik maddə aşkar edilmişdir. Safuranın üzərinə 6 ədəd bükümdə narkotik maddə aşkar edilmiş, 100 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əməliyyat tədbirində iştirak etmiş və Binə qəsəbəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan qutudan 6 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxsləri axşam vaxtlarında saxlamışlar. Uzun müddət keçdiyindən hadisəni tam xatırlamır. Hazırda yadında olan Təqsirləndirilən şəxs2dır. Mahirin üzərində baxış keçirilən zaman iştirak edib-etmədiyini xatırlamır. Saxlanılan zaman Safura ilə Mahir bir yerdə olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət- axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin noyabr ayının axırlarında 3-cü PŞ-nin sahə inspektorları, Şahid3, Şahid2 və Şahid5la bir yerdə Binə qəsəbəsində xidmətdə olarkən “Ülvi” şadlıq sarayının yanında özünü şübhəli aparan iki nəfər şəxs görmüşlər. Biri Mahir olmuş, digəri isə Safura olmuşdur. Onlara yaxınlaşıb özlərini təqdim edəndə həmin şəxslər artıq özlərini itirmişlər. Onları sorğu-sual etdikdə onlarda şübhə yaranmış və bu səbəbdən polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onların üzərinə baxış keçirilmişdir. Baxış zamanı Mahirin üzərində "erpos" yazısı olan kağızın içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Mahir özü istifadə etmək üçün üzərində saxladığını və bir müddət əvvəl Safuradan aldığını bildirmişdir. Daha sonra Safuranın üzərinə baxış keçirilmiş və Safuranın üzərində 6 ədəd büküm aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şahid5la birlikdə xidmətdə olarkən Binə qəsəbəsində "Ülvi İnşaat" mağazasının yaxınlığında bir nəfər şəxs özünü şübhəli apardığından ona yaxınlaşmışlar və özlərini təqdim edərək şöbəyə dəvət etmişlər. Şöbədə üzərinə axtarış zamanı onun üzərində narkotik maddə aşkar edilmişdir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin saxlanıldığı vaxt saat 16:00-17:00 olmuşdur. Mahir saxlanıldığı vaxt tək olmuş, ona təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 28 noyabr 2023-cü il tarixdə işdə olan zaman bildirilmişdir ki, bir nəfə qız gətirmişlər və onun üzərinə baxış keçirilməlidir. O, həmin şəxsin üzərində axtarış keçirilməsində iştirak etmiş və axtarış zamanı həmin şəxsin üzərində 6 ədəd kristala bənzər maddə çıxmışdır. Üzərinə baxış keçirilmiş şəxsə psixi və ya fiziki təsir göstərilməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6/6199 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №244" dairəvi möhür əksi, "saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs1" yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,322 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr ”m İ siyahısına daxildir. -məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6/6200 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №244" dairəvi möhür əksi, "ş/şəxs: Tairova (imza)" yazısı və imzalar olan paketdəki bir ədəd plastik qabın içərisində ayrı-ayrılıqda təmiz təmiz çəkiləri 0,180 qram, 0,188 qram, 0,183 qram, 0,159 qram, 0,194 qram, 0,260 qram, ümumi təmiz çəkisi 1,164 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş metamfetamin (29 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6199 saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs2 aşkar edilmiş 6 (altı) ədəd bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrim İ siyahısına daxildir. - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-6/5914 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün №244" möhür əksi, "...Saxlanılan ş....Təqsirləndirilən şəxs1..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,335 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. -məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs tərəfindən keçirilmiş ambulator məcburinarkoloji tibbi yoxlamanın 8189 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs tərəfindən keçirilmiş ambulator məcburinarkoloji tibbi yoxlamanın 8322 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işin başlanması və icraatına qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:15-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, sahə inspektoru, polis kapitanı Şahid3, sahə inspektoru, polis kapitanı Şahid2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd üzərində “ERPOS” yazısı olan kağız bükümü təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində psixotrop maddə metanfetamin olduğunu və həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanıdığı Safura adlı şəxsin ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində olan narkotik maddəyə bənzər olan bir bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, sahə inspektoru, polis kapitanı Şahid3, sahə inspektoru, polis kapitanı Şahid2, Şahid6 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara və ağ xəttlər olan şalvarının sağ cibindən bir ədəd cəhrayı rəngli əl cüzdanını təqdim etmişdir. Təqdim olunan əl cüzdanın icərisində isə şəffaf dairəvi plastik qutu olmuşdur. Qutunun icərisində 6 ədəd səffaf sellofona bükülmüş bükümlər aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərin içərisində psixotrop vasitə metamfetamin olduğunu və həmin vasitələri xx.xx.2023-ci il tarixdə səhər saatlarında Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi ücün 100 manata aldığını bildirmişdır. Əlavə verilən suallara cavab olaraq aldığı psixotrop vasitədən tanıdığı və yaşadığı evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində psixotrop vasitəyə bənzər olan 6 ədəd bükülülər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X11 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X11 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. -Xəzər Rayon Məhkəməsinin 4(003)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından çıxarışdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntinin vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs1 məhkəmə zalından dərhal azad edilməsi barədə qərar qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD diskdə olan görüntü, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi haqqında “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. Həmçinin həmin CD diskdə olan videoçəkilişin məhkəmə iclasında tədiqi zamanı müəyyən edilmişdir ki, üzərinə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, Safuradan aldıqda ona pul verməmiş, lakin sonradan 10 manat pul verəcəkdir. Vəkilin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilmiş maddə ona məxsusdur, onu Binə qəsəbəsində saxlamışlar və ona polis əməkdaşları tərəfindən zor tədbiq edilməmişdir. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD diskdə olan görüntü, “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. Həmçinin həmin CD diskdə olan videoçəkilişin məhkəmə iclasında tədiqi zamanı müəyyən edilmişdir ki, üzərinə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş maddədən istifadəsi üçün tanıdığı bir nəfər şəxsə vermişdir. Metamfetamini Mahirə verdiyi doğrudur. Həmçinin metamfetaminə görə Mahirin sonradan ona 10 manat pul verəcəyi barədə halın doğru olduğunu etiraf etmişdir. Vəkilin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq olmadığını, aşkar edilmiş maddələrinin özünə məxsus olmasını, özünün istifadə etməsi üçün üzərində saxladığını və xeyli vaxtı istifadə etdiyini bildirmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X11 tərəfindən ********* nömrəli cinayət işinin icraatına qəbul edilməsi və ********* nömrəli cinayət işinə birləşdirilməklə sonuncu nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması barədə qərardan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nihad Mustafayev tərəfindən fakt üzrə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və aidiyyatı üzrə ibtidai araşdırmanın davam etdirilməsi üçün Xəzər RPİ-nin istintaq şöbəsinə göndərilməsi qərar qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis kapitanı X5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis polis baş leytenantı Şahid4, sahə inspektoru, polis mayoru Şahid5 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın sağ yan cibində olan 01 büküm şəffaf sellofana bükülmüş bükümun şüşə olduğunu bildirərək araşdırmaya təqdim etmiş, həmin 01 bükümü 4 noyabr 2023-cu il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 büküm psixotrop maddə metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD diskdə olan görüntü “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-394/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunması, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirlərinin dəyişdirilərək barələrində “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasnın xx.xx.2024-cü il və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutularaq istintaq təcridxanalarına təhvil verilmişlər. -məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Xətai Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3cü maddələri ilə 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - “Hökmün qanuni qüvvəyə minməsinə dair arayış”dan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon məhkəməsinin 1(009)-246/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək və 29 fevral 2024-cü il tarixdə həbsdə saxlanıldığı 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2024-cü il tarixdən hesablanmışdır. Hökm 25 iyul 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-536/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Səbail Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 1(009)-246/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyirişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərindı cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq və müvafiq qaydada Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır, özlərini müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yeganə cəza növü olan azadlıqdan məhrum etmə növündə cəzanın Təqsirləndirilən şəxs2 təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cu maddəsinə əsasə “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Taiq qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,272 qram, 0,984 qram, 0,285 qram kustar üsulla hazırlanmış psixotrop maddələrmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 03 (üç) disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, 1(003)-536/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 noyabr 2023-cü il tarixdən 06 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və digər cinayət işləri üzrə 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək, 29 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldığı cəmi 03 (üç ) gün müddət, 12 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki ) gün müddət və 12 aprel 2024-cü il tarixdən 13 aprel 2024-cü il tarixədək 24 (iyirmi dörd) saatdan artıq şübhəli şəxs qismində saxlanıldığı müddət 02 (iki) gün hesab edilərək, cəmi 11 (on bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 20 (iyirmi) gün müddət, cəmi 22 (iyirmi iki) gün bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmənin əvvəli 18 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlama yeri Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,272 qram, 0,984 qram, 0,285 qram kustar üsulla hazırlanmış psixotrop maddələrmetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1, 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 manat, ümumilikdə 624 (altı yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar