Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-395/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Zeynulla qızının iştirakı ilə, xx.xx.1990-cı ildə Lerik rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Şinəban kəndində qeydiyyatda olub, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Zeynulla qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Zeynulla qızı zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərərvurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zeynulla qızı xx.xx.2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X5 yaşayış sahəsi, «Bakavtomat yolu» adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evininin qarşısına gəlmiş qayınanası- Zərərçəkmiş şəxs gəlni Təqsirləndirilən şəxs oğlu X3 ilə boşanmasını və Ramiz İbrahimovu sərbəst buraxmasını tələb etdikdən sonra Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən əlində olan taxta parçası ilə onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq Şahnz Fərəcliyə alının, bel nahiyəsinin, sağ sağnnın, sol və sağ dizin sıyrıqları, sol əlin qançın, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin İV barmağının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zeynulla qızı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zeynulla qızı ona qarşı irəli sürülmüş ittihamda əvvəl özünü təqsirli bilməsə də, daha sonra təqsirli hesab edərək, bildirmişdir ki, o, əvvəllər ailəli olmuş, 2018-ci ildə keçmiş həyat yoldaşı X1 rəsmi olaraq boşanmış, həmin evlilikdən bir övladı var. Hazırda o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində azyaşlı oğlu Şahid4la birlikdə yaşayır. 2022-ci ilin təxminən yanvar aylarında X3 ilə tanış olmuş, 2022-ci ilin may ayında rəsmi olaraq ailə həyatı qurmuşdur. O, Ramizlə tanış olan zaman Ramiz ona bir arvadı olduğunu və rəhmətə getdiyini, həmin arvadından iki övladı olduğunu bildirmişdir. O, Ramizin subay olmasını bilən zaman bu barədə valideynərinə demiş, valideyinlərinin razılığı ilə ailə həyatı qurmuşdur. Ramizlə münasibəti həmişə yaxşı olmuşdur. Lakin Ramizin anası Şahnaz, bacıları Könül, Aksana və qeyri rəsmi arvadı olan Pərişanə onun mobil telefonuna zənglər edərək onu və uşağını öldürməklə hədələmiş, onları söyüb təhqir etmişlər. xx.xx.2022-ci il tarixdən sonra Ramiz evə gəlməməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə Ramiz səhər saat 05:00 radələrində evə gəlmiş, təqribən saat 07:00 radələrində Ramizin qeyri rəsmi arvadı Pərişanə Ramizin mobil telefonuna zəng etmiş və o, telefona cavab vermişdir. Pərişanə Ramizin harada olduğunu ondan soruşduqda o, Pərişanəyə Ramizin onun yanında olduğunu bildirmişdir. Bunu görən Ramiz tez evdən çıxıb getmişdir. Həmin gün saat 12 radələrində Ramiz ona zəng edərək Ramizin qohumlarının onun evinə gələcəyinə görə o uşağı da götürüb evdən getməsini bildirmişdir. O isə evi tərk etməmişir. Həmin gün saat 14:00 radələrində o, öz evində oğlu İbrahimlə birlikdə olmuşdur. Həmin vaxt İbrahim həyətdə, o isə evdə olmuşdur. Bu vaxt küçədən səs eşitmiş, hasarın üzərinə çıxmış küçəyə baxdıqda Şahnaz, Pərişanə, baldızları Könül və Aksana onların evinin qarşısındakı küçədə onu söyüb təhqir etdiklərini görmüşdür. Onlar ondan qapını açmağı tələb etdikdə o, papını açmamış, bu vaxt baldızı Könül hasardan həyətə düşmüş və hasarın qapısını içəridən açmışdır. Daha sonra hamısı içəri daxil olaraq onu döymüşlər və küçəyə çıxararaq küçədədə vurmağa davam etmişlər. Onlar onu döyəndən sonra oradan uzaqlaşmışlar. Bundan sonra o, DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Daha sonra o, xalasının həyat yoldaşı Hüseynbabaya və qardaşı Ruslana məlumat vermişdir. Xalası Ramilə və qardaşı Ruslan oraya gəlmişlər. Həmin yerə gələn zaman artıq dava qutarmışdır. Hadisə xx.xx.2022-ci il tarixdə saat 14 radəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bakavtomat” yolu adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında küçədə baş vermişdir. Hadisə zamanı Şahnaz, Könül, Aksana və Pərişanə onu döymüşlər. Hadisə zamanı o, tək olmuş, digərləri isə dörd nəfər olmuşlar. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. Hadisə zamanı yaranmış səs küyə görə qonşular küşəyəçıxıblar, həmçinin, yoldan keçən tanımadığı adamlar da, hadisəni müşahidə ediblər. Ona əsas xəsarət yetirən Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, hadisə zamanı əsas Zərərçəkmiş şəxs ona zərbələr yetirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, X3 onun oğludur. O, Sabunçu qəsəbəsində yaşayır, Ramiz də ailəsi ilə birgə onunla bir ünvanda yaşayır. Ramiz əvvəllər iki dəfə ailəli olmuşdur. Ramizin 2 övladı var. Təqribən 6 ay olar ki, Ramiz Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Zeynulla qızı ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Ramiz təxminən 6 aydır ki, Binə qəsəbəsində yaşayır. xx.xx.2022-ci il tarixdə Ramiz evə gəlmiş və ona Könüldən ayrılıb evə gəlmək istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təqribən 09:00 radələrində Təqsirləndirilən şəxs mobil telefon vasitəsindən istifadə etməklə onunla mübahisə etmiş, Könül onun ünvanına nalayiq küçə söyüşləri söyüb, onu hədələmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs sözlərindən əsəbləşərək qızı Şahid1 ilə birlikdə Binə qəsəbəsinə gəlmiş, Təqsirləndirilən şəxs evini tapmış və Təqsirləndirilən şəxs yaşadığı küçənin başında dayanıb uzaqdan Könülün azyaşlı övladı İbrahimi hasarın üzərində görmüş və Könülü çağırmasını demişdir. Bu vaxt Könül hasara çıxmış və onu söyərək təhqir etmişdir. Həmin vaxt Könülün xalası Ramilə ona tərəf gəlmiş, onunla mübahisə etmiş, onun saçından tutaraq yerə yıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs xalasının gəldiyini görmüş, küçəyə çıxmış və onun üzərinə gələrək onu vurmağa başlamışdır. O, yerdə olan zaman Təqsirləndirilən şəxs azyaşlı oğlu İbrahim onun qol nahiyyəsinə dəmirlə vurmuş, bu zaman oraya gələn Təqsirləndirilən şəxs əlində olan taxta parçası ilə onun qoluna vuraraq xəsarət yetirmişdir. Hadisə zaman qızı Şahid1 oraya yaxınlaşmış, onu həmin şəxslərin əlindən almaq istəmiş, lakin Təqsirləndirilən şəxs əlindəki taxta ilə qızı Şahid1 başına vuraraq xəsarət yetirmişdir. Bundan sonra onun gəlini Pərişanə, digər qızı Aksana və polis əməkdaşları gəlmişlər. Onlar təcili yardım avtomaşını ilə xəstəxanaya getmişlər. Onun Təqsirləndirilən şəxs evinə getməkdə məqsədi Təqsirləndirilən şəxs ilə söhbət edib oğlu Ramizdən ayrılmasını xahiş etmək olmuş, çünki Ramizin iki az yaşlı uşağı və ailəsi vardır. Onların Təqsirləndirilən şəxs ilə münaqişə yaratmaq niyyəti olmayıb. Təqsirləndirilən şəxs heç bir əsas və səbəb olmadan oğlu İbrahim ilə onları söyərək təhqir etməyə başlamışdır. Bundan sonra aralarında mübahisə yaranmışdır. Onun qızı hasardan aşmamış və həyətə daxil olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həyətinin hasarı çox hündürdür. Hazırda ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs Zeynulla qızı ilə barışmışlar və ona qarşı şikayət və tələbi yoxdur. Həmin halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, X3 onun qardaşıdır. Ramiz əvvəllər iki dəfə ailəli olmuşdur. Ramizin 2 övladı var. Təqribən 6 ay olar ki, Ramiz Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Zeynulla qızı ilə rəsmi olaraq ailə həyatı qurmuş və onunla birlikdə Binə qəsəbəsində yaşayır. xx.xx.2022-ci il tarixdə o, anası Zərərçəkmiş şəxs evində olan zaman Ramiz evə gəlmiş, Könüldən ayrılıb evə gəlmək istədiyini bildirmişdir. Bundan bir neçə gün sonra yəni, xx.xx.2022-ci il tarixdə saat təqribən 09:00 radələrində Təqsirləndirilən şəxs anasının mobil telefonuna Ramizin mobil telefonu ilə zəng edərək hazırda Ramizin onun yanında olmasını demişdir. Bundan sonra anası Şahnaz ilə Təqsirləndirilən şəxs arasında telefonda mübahisə düşmüşdür. Bundan sonra anası Təqsirləndirilən şəxs sözlərindən əsəbləşmiş və onlar, yəni anası- Zərərçəkmiş şəxs, o, bacısı Aksana və Ramizin əvvəlki arvadı Pərişanə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs evini tapmışlar. Onlar Təqsirləndirilən şəxs yaşadığı küçənin başında dayanmışlar, uzaqdan Könülün azyaşlı övladı İbrahimi hasarın üzərində görüb anasını çağırmasını demişlər. Bu vaxt Könül hasara çıxmış və onları söyüb təhqir etmişdir. Həmin vaxt Könül küçəyə çıxmadan, hasardan onları söymüşdür. Təqsirləndirilən şəxs xalası Ramilənin gəldiyini görmüş qapını açaraq küçəyə çıxmışdır. Ramilə anasına tərəf gəlmiş, mübahisə etmiş və anasını yumruqla bir neçə dəfə vuraraq saçından tutmuş və yerə yıxmışdır. Anası yerdə olan zaman azyaşlı İbrahim əlində olan dəmirlə anasının qol nahiyyəsinə vurmuşdur, bu zaman oraya gələn Təqsirləndirilən şəxs əlində olan taxta parçası ilə anasının qoluna vuraraq xəsarət yetirmişdir. O, həmin yerə yaxınlaşaraq anasını onların əlindən almaq istədikdə Təqsirləndirilən şəxs onun başına taxta ilə vuraraq xəsarət yetirmişdir. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra həmin yerə polisəməkdaşları gəlmişlər. Hadisə zamanı Ramilə anasının üzərinə gələrək anasını yumruqla üz nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Daha sonra isə anasının saçından tutaraq yerə yıxmışdır. Bunun nəticəsində anası sol gözaltı nahiyənin, boyunun və sağ dizin sıyırıqları xəsarətlərini almışdır. Bu zaman Təqsirləndirilən şəxs və İbrahim qapıdan küçəyə çıxaraq anasının üzərinə gəlmişlər və həmin şəxslər də, anasını dəmir parçası və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışlar. Bu zaman anası sağ dizin sıyrıqları, sol dirsəyin, sol sağırın, sol dizin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi kimi xəsarətləri almışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı Şahid2 və Şahid3 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmələri müəyyən edildi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 bildirmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anası Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. 2022-ci ilin may ayında anası Təqsirləndirilən şəxs ilə X3 rəsmi olaraq ailə həyatı qurmuşlar. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində anası ilə birlikdə olmuş, yaşadıqları evin həyətində oynamışdır. Bu vaxt küçədən səs eşitmiş, hasarın üzərinə çıxıb küçəyə baxdıqda Şahnaz, Pərişanə, Könül və Aksanın onların evinin qarşısındakı küçədə onu və anasını söyüb təhqir etdiklərini görmüşdür. Onlar anasından qapını açmağı tələb etmişlər. Anası onlara papını açmamış, bu vaxt Könül hasardan həyətə aşmış və hasarın qapısını içəridən açmışdır. Onlar hamısı içəri daxil olaraq onu və anasını döymüşlər. Daha sonra küçəyə çıxararaq küçədə də vurmağa davam etmişlər. Onlar anasını və onu döyəndən sonra oradan uzaqlaşmışlar. Bundan sonra anası DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra Ramilə xala və qardaşı Ruslan hadisə yerinə gəlmişlər. Onlar həmin yerə gələn zaman artıq dava qutrmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 1405 saylı rəydə göstərilmişdir ki, 1.Ş.F.Fərəcovanın bədənində aşkar edilmiş xəsarətlər — sol gözaltı nahiyənin, boynun, dizin sıyrıqları, sol dirsəyin, sol sağrının, sol dizin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun "X7” X9 müraciətindən az olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ş.F.Fərəcovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zeynulla qızının əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zeynulla qızı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zeynulla qızının barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zeynulla qızınun əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyəti yaradır. Təqsirləndirilən şəxs Zeynulla qızının zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2.-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan ərizədən və verilən ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zeynulla qızı ilə Zərərçəkmiş şəxs barışmışlar, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs Zeynulla qızına qarşı şikayət, tələbi yoxdur. Təqsirləndirilən şəxs Zeynulla qızı və Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zeynulla qızı zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyindən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmadığından, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə razılıq verdiyindən onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Zeynulla qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Zeynulla qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Zeynulla qızının hüquqlarının ibtidai istintaqda (60 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-395/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-395/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver