Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-395/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2009-cu ildə Cəlilabad rayonu, Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “valideynin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Tüklə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 01 avqust 2023-cü il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq tamaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları- yetikinlik yaşına çatmayan xx.xx.2009-cu il təvvəllüdlü Təqsirləndirilən şəxs2 və cinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid ilə cinayət əlaqəsinə girərək vahid niyyət ilə əhatə olunan qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «Malibu» adlı istirahət məkanında olan kölgəlikdəki masanın və stulun üzərində olan çantalardan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 5 manat olan ***-***-**-** sim nömrəli sim nömrə ilə birlikdə 01 ədəd **********73165 imei kodlu 2000 manat dəyərində açıq göy rəngli İphone 14 markalı mobil telefon, 17 manat nağd pulu, Zərərçəkmiş şəxs4 məxsus Rusiya federasiyasında 75000 rubula aldığı ekvivalenti 1440 manat olan 01 ədəd İphone 13 markalı mobil telefon, 700 rubula aldığı ekvivalenti 13 manat olan **********2 sim nömrə, 15 manat nağd pul, 30000 rubula aldığı ekvivalenti 576 manat olan gümüş sep, 781 rubula aldığı ekivalenti 15 manat olan gümüş üzük, Zərərçəkmiş şəxs3 məxsus 50 manata aldığı ***-***-**-** sim nömrə, 01 ədəd 660 manat dəyərində qara rəngli Redmi Not 10 markalı mobil telefon, 80 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakları öz aralarında bölüşdürərək oğurluq edib Zərərçəkmiş şəxs2 2022 (iki min iyirmi iki) manat, Zərərçəkmiş şəxs4 2059 (iki min əlli doqquz) manat, Zərərçəkmiş şəxs3 isə 790 (yeddi yüz doğsan) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 15 avqust 2023-cü il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq tamaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları- yetkinli yaşına çatmayan xx.xx.2009-cu il təvvəllüdlü Təqsirləndirilən şəxs2 və cinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid ilə cinayət əlaqəsinə girərək vahid niyyət ilə əhatə olunan qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «Dream Beach» adlı istirahət məkanında kölgəliydə olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 760 manat dəyərində **********68113 imei kodlu qara rəngli İphone 11 markalı mobil telefonu, həmin telefonun üzərində dəyəri 10 manat olan ***-***- **-** sim nömrə, 40 manat nağd pul və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 3300 manat dəyərində 09/2022-ci buraxılışlı İphone 13 Pro markalı mavi rəngli 256 GB yaddaşında olan **********08464 imey kodlu mobil telefonu, həmin telefonun üzərində dəyəri 7 manat olan 055 ***-**-** sim nömrə, 25 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakları öz aralarında bölüşdürərək oğurluq edib Zərərçəkmiş şəxs1 850 (səkiz yüz əlli) manat, Zərərçəkmiş şəxs5 isə 3332 (üç min üç yüz otuz iki) manat maddi ziyan vurmuşdur. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 01 avqust 2023-cü il tarixdə saat 21 radələrində özgənin əmlakını gizli olaraq tamaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları- Təqsirləndirilən şəxs1 və cinayətin subyekti sayılmayan yetkinlik yaşına yatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid ilə cinayət əlaqəsinə girərək vahid niyyət ilə əhatə olunan qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «Malibu» adlı istirahət məkanında olan kölgəlikdəki masanın və stulun üzərində olan çantalardan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 5 manat olan ***- ***-**-** sim nömrəli sim nömrə ilə birlikdə 01 ədəd **********73165 imei kodlu 2000 manat dəyərində açıq göy rəngli İphone 14 markalı mobil telefon, 17 manat nağd pulu, Zərərçəkmiş şəxs4 məxsus Rusiya federasiyasında 75000 rubula aldığı ekvivalenti 1440 manat olan 01 ədəd İphone 13 markalı mobil telefon, 700 rubula aldığı ekvivalenti 13 manat olan **********2 sim nömrə, 15 manat nağd pul, 30000 rubula aldığı ekvivalenti 576 manat olan gümüş sep, 781 rubula aldığı ekivalenti 15 manat olan gümüş üzük, Zərərçəkmiş şəxs3 məxsus 50 manata aldığı ***-***-**-** sim nömrə, 01 ədəd 660 manat dəyərində qara rəngli Redmi Not 10 markalı mobil telefon, 80 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakları öz aralarında bölüşdürərək oğurluq edib Zərərçəkmiş şəxs2 2022 (iki min iyirmi iki) manat, Zərərçəkmiş şəxs4 2059 (iki min əlli doqquz) manat, Zərərçəkmiş şəxs3 isə 790 (yeddi yüz doğsan) manat maddi ziyan vurmuşdur. Bundan başqa yetkinli yaşına çatmayan xx.xx.2009-cu il təvvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən 15 avqust 2023-cü il tarixdə saat 17 radələrində özgənin əmlakını gizli olaraq tamaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları- Təqsirləndirilən şəxs1 və cinayətin subyekti sayılmayan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Şahid ilə cinayət əlaqəsinə girərək vahid niyyət ilə əhatə olunan qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən «Dream Beach» adlı istirahət məkanında kölgəliydə olan masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 760 manat dəyərində **********68113 imei kodlu qara rəngli İphone 11 markalı mobil telefonu, həmin telefonun üzərində dəyəri 10 manat olan ***-***- **-** sim nömrə, 40 manat nağd pul və Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd 3300 manat dəyərində 09/2022-ci buraxılışlı İphone 13 Pro markalı mavi rəngli 256 GB yaddaşında olan **********08464 imey kodlu mobil telefonu, həmin telefonun üzərində dəyəri 7 manat olan 055 ***-**-** sim nömrə, 25 manat nağd pulu gizli olaraq talayıb əldə etdikləri əmlakları öz aralarında bölüşdürərək oğurluq edib Zərərçəkmiş şəxs1 850 (səkiz yüz əlli) manat, Zərərçəkmiş şəxs5 isə 3332 (üç min üç yüz otuz iki) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Şəhriyar ona 03 ədəd telefon vermişdir. O da hər 03 telefonu almıdır. Şəhriyara 300 manat pul vermişdir. Telefonlardan 02-si Samsung, digəri isə İphone olmuşdur. Ona qara rəngli Samsung J6, Samsung S23 Ultra və qırmızı rəngli İphone 11 telefon verilmişdir. O da onun əvəzində Şəhriyara 300 manat pul vermişdir. Pulu Şəhriyarın özünə vermişdir. Telefonları ona Şəhriyar gətirmişdir. Bilgəhdə isə Şəhriyar onunla qarşılaşmışdır. Həmin vaxtı Şəhriyar ona heç nə verməmişdir. Dəniz qırağında o, Şəhriyarla olmamışdır. Şəhriyar telefonları ona gətirib Binə qəsəbəsində vermişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, onun tərəfindən Mərdəkan ərazisindən 01 ədəd telefon götürülmüşdür, arxasında da 70 manat pul olmuşdur. Qalan epizodlardan xəbəri olmamış və heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu və yetkinlik yaşına çatmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, hadisə avqust ayında olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Dream Beach” istirahət mərkəzində istirahət edirmişlər. Dənizin kənarından istirahət etdikləri yerə gələn zaman görmüşdür ki, yerdə pul var. Yerə 20 manat pul düşmüşdür və hiss olunurdu ki, kimsə tələsik pul götürmüşdür. Pulun yerdə olmağı ona şübhəli gəlmişdir. O, özü ilə gətirdiyi çantanı açıb baxanda görmüşdür ki, telefonlar yoxdur. Həmçinin portmanatın içərisindəki pullar da yoxdur. Sonradan həmin ərazidə xidmət edən polis əməkdaşına hadisı ilə bağlı məlumat vermişdir. Daha sonra Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə yaxınlaşaraq oğurluq barədə məlumat vermişdir. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 810 (səkkiz yüz on) manat maddi məbləğində ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaq zamanı zərər çəkmiş şəxs qimsində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, avqustun 01-i idi. Saat 8-9 radələri olardı. Onlar 6 nəfər imişlər. 03 çanta götürmüşdülər. 20 dəqiqədən sonra dənizdə çimməkdən qayıdanda görmüşlər ki, 01 çanta yerdədir. Həmin çantanın içindən portmanat və sənədlər yerə düşmüşdür. Sonradan axtarsalar da, lakin oğurluq edən şəxsləri tapa bilməmişlər. Həmin ərazidə kameranın olub-olmaması ilə maraqlansalar da, ona bildirmişlər ki, həmin ərazidə kamera yoxdur. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 2019 (iki min on doqquz) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, cinayət nəticəsində onun Redmi Note 10 markalı telefonu və 120 manat məbləğində pulu oğlurlanmışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 790 (yeddi yüz doxsan) manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4048/49, ev 32, mənzil 13-də ailə üzvləri ilə birlikdə yaşasada hazırda Rusiya federasiyasındadır orada işləyir və orada qalır, sonuncu dəfə 03 avqust 2023-cü il tarixdə gəldim Rusiyaya gəldim. Mən Rusiya Federasiyası Rostov Vilayətində doğulsamda azərbaycanlıyam, Azərbaycan Respublikasının vətəndaşıyam və azərbaycan dilirdə sərbəst yazıb oxuya bilirəm. Başıma gəlmiş hadisə ilə bağlı qeyd edim ki, 01 avqust 2023-cü il tarixdə saat 17 radələrində qonşularım Zərərçəkmiş şəxs3, Xəzər Əliquliyev, Məhərəm Seyidov ilə birlikdə Xəzər rayonu Mərdəkan qəsəbəsi dəniz kənarında yerləşən «Malibu» istirahət mərkəzinə getmişdik. İstirahət üçün kirayə bisetka götürdük və orada əyləşdiyimiz üçün özümüzə məxsus əşyaları, aldığımız qidaları, suları və.s stolun üzərinə, stullara qoyduq. Təxminən saat 21 radələrində özümə məxsus İphone 13 markalı mobil telefonum, bank kartlarım, sürücülük vəsiqəm və 15 manat pulum olan əl çantamın içinə qoydum, eyni zamanda uşaqlarda hər kəs özünə məxsus əşyalarını çantalarını içinə qoymuşdur. Hava artıq qaralmış, onlar dəniz sahilinə gedib suda bir qədər gəzişmişlər ki çıxıb qayıdsınlar evə, təxminən 30 dəqiqə sonra masaya qayıdarkən masanın üzərində olan əşyalarının dağınıq vəziyyətdə olduğunu və ona, dostlarına məxsus əşyaların pulların oğurlandığını aşkar etmişdir. Həmin oğurluq nəticəsinə onun Rusiya federasiyasından 75000 rubula aldığım ekvivalenti 1440 manat olan İphone 13 markalı mobil telefonu mobil telefonu, daxilində 700 rubula aldığı ekvivalenti təxmini 13 manat olan **********2 sim nömrə, 15 manat nağd pulu, bank kartları, sürücülük vəsiqəsi, 30000 rubula aldığı ekvivalenti 576 manat olan gümüş sep və 781 rubula aldığı ekivalenti 15 manat olan gümüş üzük oğurlanmışdır. Bundan sonra onlar bu oğurluqla bağlı ətrafı axtarsalarda heç bir şey tapa bilməyib bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Lakin bir neçə dəqiqə sonra o, sənədləri, yəni sürücülük vəsiqəsi, bank kartı, qara idman bel çantasını tapsada, mobil telefonu və mobilil telefonun daxilində olan sim nömrəsi, 15 manat pulu, gümüş üzüyü və gümüş sepi tapa bilməmişdir. Xahiş edərək onun hazırda işləməyi ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənar olduğunu və sənədlərini tapdığını nəzərə almağı bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs1 onun sinif yoldaşı olub və onlar dostdular. Onun əmlakı ilə birlikdə Ülvinində əmlakı da oğurlanmışdır. Belə ki, 15 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs1 ilə birlikdə istirahət üçün Mərdəkan qəsəbəsində fəaliyyət göstərən «Dream Beach» istirahət mərkəzinə getmiş, əşyaları pullarını stolun üstündə çantaların içində olmuşdur. Ülvidə öz telefonunu və portmanatını ona vermişdir ki, o, suya girəndə saxlasın. Saat təxminən 17 radələrində Ülvi dənizdə çimərkən onda öz əşyaları ilə birlikdə onunda əşyalarını masanın üzərinə qoyub və özündə bir qədər kənarda əyləncə yerinə tərəf getmişdir. Təxminən 15- 20 dəqiqədən sonra masaya qayıdarkən ona məxsus 3300 manat dəyərində 09/2022-ci buraxılışlı İphone 13 Pro markalı mavi rəngli 256 GB yaddaşında olan **********08464 imey kodlu mobil telefonu üzərində 7 manata aldığı 055 ***-**-** sim nömrə ilə birlikdə və 25 manat nağd pulu və Ülvinin telefonu, portmanatının yerində olmadığını oğurlandığını aşkar etmişdir. Onlara sonradan məlum olmuşdur ki, onların əmlakını oralarda az öncə gəzişən təxmin etdiyi azyaşlı uşaqlar oğurlamışdır. Lakin buna baxmayaraq onlar həmin şəxsləri görə bilməmişdir. Bundan sonra bu barədə polisə məlumat vermişlər. Həmin oğurluq nəticəsində ümumilikdə ona 3332 manat maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, atası Kamil ilə anası ayrılıb, anasının adını bilmir, o, uşağkən atıb onu gedib, atasıda onu nənəsigilə qoyub Ukraniya respublikasına gedibmiş. Ona nənəsi ilə babası baxır, Təqsirləndirilən şəxs2la dostdur. Bildirmişdir ki, yay aylarında azyaşlı dostu Şəhriyar ilə birlikdə Orxanın verdiyi göstərişlə dəniz kənarından bir neçə ünvandan oğurluq etmiş və oğurladığı əşyanı, pulu gətirib Orxana verirmiş, Orxanda əvəzində onlara 10-20 manat arası pul verirmiş. Orxan onlardan böyükdür. 01 avqust 2023-cü il tarixdə axşam saatlarında Orxan onunla və Kənanla görüşüb Mərdəkan qəsəbəsinə dəniz kənarına getmişdir. «Malibu» adlı istirahət mərkəzinin içərisinə daxil olub Orxan onunla Şəhriyara göstəriş verərək əli ilə göstərdiyi bisetkaya yaxınlaşıb oradan oğurluq etməyinə və onları gözləyib nəzarət edəcəyini demişdir. Oda Şəhriyarla birlikdə Orxanın onlara göstərdiyi bisetkaya yaxınlaşıb orada olan bel çantaları və əl çantasını götürüb getmişlər Orxanın yanına. Həmin çantalardan Orxan ümumilikdə 03 ədəd telefon və pul götürüb cibinə qoymuş. Çantaları isə yol ilə gedə gedə atmış, çantalarda bank kartları sənədlər olsa da Orxan götürməmişdir. Həmin telefonları, gümüş üzüyü, gümüş sepi, Orxan götürüb cibinə qoymuş. Daha sonra isə onlar taksiya minib Binə qəsəbəsinə getmişdir. Orxan onlara demişdir ki, bir neçə satdan sonra görüşüb hər birinə 20 manat pul verəcək. Belədə olmuş Orxan onların hər birinə 20 manat vermişdir. Bundan başqa 15 avqust 2023-cü il tarixdə Orxan yenədə onunla Şəhriyara təklif etmişdir ki, oğurluq etmək üçün Mərdəkan qəsəbəsinə dəniz kənarına getsin, onlar razılaşıb birlikdə saat təxminən 14 radələrində Mərdəkan qəsəbəsi dəniz kənarında fəaliyyət göstərən Dream Beach çimərlyinə getmişdir. Orada Orxan yenədə ona və Şəhriyara masa göstərərək həmin masaya yaxınlaşıb orada olan pul, qızıl və telefonları oğurlamağı göstəriş vermişdir. Onlar Orxanın göstərdiyi masaya yaxınlaşıb orada olan bir ədəd göy rəngli İphone 13 markalı mobil telefonu, 25 manat pulu, digəri ağ rəngli olan İphone 11 markalı mobil telefonu və 40 manat nağd pul götürüb qaçaraq uzaqlaşıb Orxanın əvvəlcədən onları gözlədiyi yerə gəlmişdir. Həmin telefonu və pulu yenədə gətirib Orxana vermiş, daha sonra isə birlikdə Binə qəsəbəsinə qayıtmışlar. Sonradan yenədə Orxan oğurluq etdiyinə görə onlar pul vermiş, başqa oğurluq etməmiş, yalnız qeyd etmişlər. Oğurluq cinayətini törətməyi Orxanın təklifi ilə olmuş və onlarda razılaşmış, heç bir hədə-qorxu gəlməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2009-cu ildə Cəlilabad rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2005-ci ildə Cəlilabad rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə AR CM-nin 177.2.2-ci maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 yeri müəyyən edilib tutulanadək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 14 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, AR CM-nin 177.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli “cinayət əməlinin tövsif olunması haqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 16 noyabr 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 dekabr 2023-cü il tarixli “qətimkan tədbiri şərtlərini pozduğuna görə şəxsin tutulması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qətimkan tədbirinin şərtlərini pozduğu üçün onun barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yeri müəyyən edilib tutulanadək ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarına əlavə edilmiş 20 yanvar 2023-cü il tarixli “axtarışda olan şəxsin könüllü təslim olması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü şəkildə Xəzər RPi-yə gəlmişdir. İş materiallarında olan 20 yanvar 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylıə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işindən ayrıca icraata material ayrılması barədə” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət hadisəsi tam sübuta yetdiyindən ona AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham elan edilməsi və barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs ittiham elan etmək haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli “qətimkan tədbiri seçmək barədə” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onların şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş materiallarında olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X5 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın X5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “valideynin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat və təqsirləndirilən şəxs X2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat, ümumilikdə 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat və Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat, ümumilikdə 282 (iki yüz səksən iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-395/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-395/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver