Məhkəmə qərarları › İş №1(003)-397/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-397/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-397/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-297/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi əməklə məşğul, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbsi, Hövsan Südçülük savxozu ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin PX- nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yaşayış massivində yerləşən yaşayış evinin həyətinə hasardan aşmaqla həyətə keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini sıxıb açaraq evə qanunsuz daxil olmuş, evdə qızıl qablarının içində və kamotun siyirməsindəki məxməri qabdan 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq qızıl üzüyü, 01 ədəd 200 manat dəyərində qızılı rəngdə Samsung markalı mobil telefonu gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 (min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən evin həyətinə hasardan keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini açaraq evə qanunsuz daxil olmaqla yataq otağından bir cüt 25 manat dəyərində ayaqqabını, bir ədəd 25 manat dəyərində məktəbli koftasını, bir ədəd 10 manat dəyərində saatı, beş ədəd hər biri 50 manat dəyərində olmaqla 250 manatlıq ətiri, bir ədəd 80 manat dəyərində gümüş sepi, bir cüt 20 manat dəyərində bjuteriya sırğanı, bir cüt 350 manat dəyərində qızıl sırğanı, bir ədəd 25 manat dəyərində çamadanı, içərisində 150 manat pul olan daxılı və evin padvalından isə iki ədəd hər biri 150 manat dəyərində olmaqla 300 manatlıq laqondanı gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Şəbinə Əskərova ümumilikdə 1235 manat manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.799 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və 11 sentyabr 2023-cü il tarixdə saat 11:15-də Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən 160 saylı marşutun sonuncu dayanacağının yaxınlığında saxlanılaraq Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-ə gətirilərək orada üzərində şəxsi axtrarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.799 qram kustar üsulla hazırlanmış narkotik vastə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,492 qram çəkidə narkotik vasitə heroin əldə edib Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi «İrşad Telecom»un yaxınlığına qədər saxlamaqla daşımış, 18 sentyabr 2023-cü il tarixdə saat 15:10 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi «İrşad Telecom»un yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,492 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,612 qram ağ kristallardan maddə, kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən psixotrop maddə- metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində Xəzər RPİ-nin 3-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Araz Markef’in yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə 0,612 qram psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah məqsədi ilə etibardan sui istifadə edərək aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 icarəyə verdiyi tikinti alətlərini istifadə etdikdən sonra qaytaracağı barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş müxtəlif bəhanələr gətirməklə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozu nömrəsiz evdən 01 ədəd 350 manat dəyərində işlək vəziyyətdə olan işlənmiş peraparatoru, xx.xx.2023-cü il tarixdə də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz evdən 01 ədəd 350 manat dəyərində işlək vəziyyətdə olan işlənmiş peraparatoru ələ keçirməklə vədinə əməl etməyərək ümumilikdə 700 manat dəyərində maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs1a qarşı dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,576 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üstündə saxlamış, 23 noyabr 2023-ci il tarixdə saat 10:00-də Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində fəaliyyət göstərən «İrşad Telecom» mağazasının yaxınılığında olan zaman Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış 0,576 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs1 verərək ondan iki ədəd preparator götürmüş, işlətmək üçün almışdır, lakin sonra ehtiyacı olduğu üçün satmış, əvvəlcədən satmaq niyyəti olmamışdır. Əldə etmiş pulu isə xərcləmişdir. Zərərçəkmiş şəxs1a vurduğu ziyanı ödəməmişdir. xx.xx.2023-cü il tarixdə evdə olduğu zaman arvadı 102 xidməti zəng vuraraq ondan şikayət etmiş və polis əməkdaşları onu evindən gəlib aparmışlar. Bu zaman onun üzərində aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Onun evdə olduğu zaman gəlib aparıldıqdan sonra üzərində narkotik vasitənin və sırğaların onun üzərindən çıxması ağlabatan deyil. Ona görə həmin ittihamı qəbul etmir. Daha sonra isə başqa oğurluqla bağlı ona qarşı ittiham irəli sürülmüşdür. O, saxlanıldığı vaxtı ona psixoloji təsir olmuşdur. Onu xx.xx.2023-cü il tarixdə saat 10:00-da evdən aparmışlar. Narkotik maddəni və sırğanı ona üzdən tanımadığı şəxs tərəfindən verilərək cibinə qoymasını və çəkiliş zamanı ona məxsus olmasını bildirilməsi deyilmişdir. xx.xx.2023-cü il tarixdə üzərində narkotik maddə heroin olmuşdur. Həmin ittihamı qəbul edir. xx.xx.2023-cü il tarixdə onu sahə rəisi Fərid çağırdığından şöbəyə getmişdir. Həmin tarixdə üzərində metamfetamin olmamış, psixoloji təsir olmuş ona görə üzərində aşkar edilmiş maddənin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə də sahə rəisi çağırdığından özü şöbəyə getmiş, saat 08:30-da şöbədə olmuş, inzibati qaydada həbs olunmaq istəmişdir. Sonra isə psixoloji təsir olduğundan üzərində aşkar edilmiş narkotik maddənin ona məxsus olduğunu bildirmişdir. Daha əvvəl xx.xx.2023-cü il tarixdə inzibati həbs olunmuşdur, ona görə də təkrar inzibati qaydada həbs olunması üçün şöbəyə getmişdir. Oğurluq ümumiyyətlə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli zidiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, 01 sentyabr 2023-cü il tarixdə Binə qəsəbəsi Donuzkökəltmə Savxozunda olan zaman bir həyət evinin qapısında qıfıl olduğunu görüb mənzildə heç kəsin yaşamadığını dəqiqləşdirmiş, səhəri günü, yəni 02 sentyabr 2023-cü il tarixdə saat 23:30 radələrində həmin ünvana gəlmişdir, mənzilin qapısında hələ də qıfıl olduğunu görüb ətrafa nəzər yetirib heç kimin olmadığından tam əmin olaraq daş hasardan həyətə aşmış, evin plastik pəncərəsini bərk sıxıb açaraq pəncərədən evin içinə girmişdir. Evin otaqları böyük olmuş, orada karopkalar, paletlər ev əşyaları olmuş, yerə düzülmüşdür. Orada əşyaların içindən qızıl qablarında olan 3 ədəd qızıl üzüyü və o, dayanmış, otaqla üzbə-üz otaqda olan kamotun siyirməsindəki məxməri qabda olan qızıl üzüyü də götürmüşdür. Daha sonra mənzilin əsas giriş hissəsi olan dəhlizdə olan əşyaların üstündə qızılı rəngli Samsung markalı mobil telefonuda özü ilə götürmüşdür. Orada yerdə olan bir ədəd üzərində Socarın silinmiş yazısı yəni cırığı olan paltarıda əyninə geyinib evdən girdiyi qayda ilə çıxaraq uzaqlaşmışdır. Səhəri günü həmin 4 ədəd qızılı satmaq üçün Laçın ticarət mərkəzinə getsədə orada ondan sənəd istədiklərindən sata bilməmişdir. Çıxarkən tanımadığı bir şəxs ona yaxınlaşıb qızıl üzük satdığını gördüyündən ondan almaq istədiyini demiş və oda həmin qızılları həmin şəxs ümumilikdə 300 manata satmışdır. Daha sonra isə oğurladığı telefonu satmaq istəsə də sənəd istəmişlər və o da həmin telefonu özü ilə qaytarıb Binə qəsəbəsində yerini göstərdiyi yerə zibil qabına atmışdır. xx.xx.2023-cü il tarixdə oğurluq etmək məqsədi ilə saat təxminən gecə 02 radələrində küçə ilə gəzərkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda ara küçələrlə hərəkət edərkən işıqları sönülü ev görmüş, ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsinə hasardan aşaraq həyətə daxil olmuşdur. Həyətyanı sahəyə göz gəzdirdikdən sonra evin yan tərəfində olan plastik pəncərəni əli ilə itələyərək açmışdır. Evə daxil olub zala keçmiş, zalda olan termonun üstündən 5 ədəd ətiri, gümüşü qabın içərisində olan bir cüt sırğanı, gümüş sepi, bir cüt bjuteriya sırğanı, selofan torbada olan məktəbli geyimlərini otaqdakı şkafın üzərində olan çamadana yığıb evdən girdiyi qayda ilə çıxmışdır. Evin padvalının qapısına yaxınlaşıb açaraq orada olan iki ədəd laqondanı da özü ilə götürüb gəldiyi yol ilə geri qayıtmışdır. Oğurladığı əşyaların bir qismini səhər tezdən Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” adlanan ərazidə dəyər dəyməzinə satmış, üzərində olan bir cüt bjuteriya sırğanı isə qızıl olmadığı üçün almamışlar, cibində qalmışdır. Həmin pulla Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən narkotik vastə alıb istifadə etməyi üçün üzərində saxlamış və yaşadığı Binə qəsəbəsinə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. 11 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu,Yeni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən cəmi 20 manat ödəməklə 01 ədəd büküm narkotik vastə heroini öz şəxsi istifadəsi üçün almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Elə həmin gün saat 11:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 160 saylı marşurutun sonuncu dayanacağının yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xəzər RPİ-nin 3-cü PŞ-ə dəvət etmişlər. Qeyd edmişdir ki, bir gün öncə oğurladığı bujiterya sırğa cütü də cibində olmuşdur. Polis əməkdaşları ilə birlikdə 3-cü PŞ-ə gəlmiş, PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkili ilə görüşdükdən sonra isə polis əməkdaşları xidməti otaqarın birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümə baxış keçirmiş və sorğu zamanı bildirmişdir ki, həmin bükümdə olan maddə “kakos” kimi tanıdığı narkotik vastədir, onu öz şəxsi istifadəsi üçün alıb əldə edərək sonra istifadə etməyi üçün üzərində saxlamışdır Bundan sonra əynində olan qara rəngli şalvarın sol yan cibindən bir cüt sırğanı çıxarıb təqdim etmiş və həmin sırğaları Binə qəsəbəsi, Bakavtomat yolundakı evdən etdiyi oğurluq nəticəsində əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş narkotik vastə olan həmin bir ədəd büküm və bir cüt sırğa polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərflərə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərflər möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərflər o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmur. Oğurladığı əşyaların böyük bir qismini narkotik vasitə əldə etmək üçün xərcləmişdir. Digərlərini isə şəxsi ehtiyacı üçün xərcləmişdir. Narkotik maddələrin müxtəlif növündən istifadə edir, Suraxanı qəsəbəsində ayrı-ayrı yerlərdən müxtəlif şəxslərdən alırmış. Son vaxtlar isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edirmiş. Sonuncu dəfə xx.xx.2023-ü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən psixotrop maddə olan metamfetamini 20 (iyirmi) manata alıb bir qismini istifadə edib, qalan hissəsini də üzərində saxlamışdır ki, başqa vaxt istifadə edər. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Araz marketin yaxınlığında piyada hərəkətdə olduğum zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra, onun da özünü təqdim etməyini tələb etmiş, o, özünü təqdim etmiş və bundan sonra onunla bir qədər sorğu-sual etmişlər, o, özünü itirmiş, fikirləşmişdir ki, polis əməkdaşları onun “şüşə” istifadə etməyini və ya üzərində psixotrop maddə olması barədə məlumatları olmuşdur. Ona görə də o, qaçmaq istədikdə onu tutmuşlar və Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı və videoçəkilişlə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və gəzdirilməsi qadağan olan hər hansı bir əşya və ya maddə varsa könüllü təqdim edsin. O da bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış götürmə keçirmiş, axtarış nəticəsində üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi psixotrop maddə olan metamfetamin qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O, müdafiəçi və içtirakçılar qablaşdırmanı imzalamış, bu barədə protokol tərtib olunduqdan sonra ona ucadan oxunmuş, doğru yazıldığından imza ilə təsdiqlənmişdir. Üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almışdır, əvvəllər narkotik vasitə və ya psixotrop maddə aldığı şəxsləri tanımır, yalnız üzdən tanıyır, sonuncu dəfə psixotrop maddə aldığı şəxsin təxminən 35-40 yaşı olarmış, həmin gün ondan metamfetamin alanda əynində qara rəngli şalvar və qəhvəyi rəngli düyməli köynək olmuşdur. Yaşadığı ünvanda narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə yoxdur. Həmçinin xx.xx.2023-cü il tarixdə bir büküm psixotrop maddə olan metamfetamini Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümünü 10 manata almışdır. Aldığı psixotrop maddəni əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixində, səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən «İrşad» telekomun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmişdir. PŞdə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuşdur, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı içərisində şüşə, patı kimi tanıdığı maddə olan şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan bir ədəd bükümü təqdim etmişdir. Sonradan bükülü açılmış və həmin şəffaf rəngli sellofana bükülmüş halda olan şüşə, patı aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə şüşə, patı kimi tanıdığı psixotrop maddədir. Aşkar edilmiş psixotrop maddəni Suraxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsində yerləşən «İrşad» telekomun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb 3-cü PŞ-nə aparılmışdır. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun, iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs son sözündə oğurluq etmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər vaxtı mağazanın qarşısında dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq icarəyə preparator lazım olduğunu bildirmişdir. O da onda olduğunu bildirmiş və evə gələrək preparatoru Teymura vermişdir. Teymur ona şəxsiyyət vəsiqəsini vermiş, axşam preparatoru qaytaracağını və icarə haqqını da verəcəyini bildirmişdir. Sonrakı gün onunla əlaqə saxlayaraq 2 quyu qazmaq üçün preparator lazım olduğunu bildirmişdir. Həmin preparatoru da qonşuluqda olan mağazaya qoyulmuşdur. Şəxsiyyət vəsiqəsi onda olduğundan oradan götürməsini demişdir. Teymur ikinci preparatoru da oradan götürmüşdür. Axşam olmuş Teymur gəlib çıxmamışdır. Zəng vurmuş zəng çatmamışdır. Daha sonra isə Teymur preparatorları ona qaytarmadığından polisə şikayət etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Ona yaxınlaşanda yaxınlıqda olan məktəbdə usta işlədiyini və direlinin yandığını bildirmişdir. Ona dəymiş ziyan 700 manatdan yuxarıdır. O, hazırda şikayətçidir və ondan aldığı instrumentlərin qaytarılmasını tələb edir. Teymurun şəxsiyyət vəsiqəsinin hazırda onda olduğunu bildirmiş və şəxsiyyət vəsiqəni məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, oğruluq hadisəni 2023-cü ilin sentyabr ayının 3-də müəyyən etmişdir. Belə ki, həmin tarixdə evə gələn zaman evin pəncərəsindən evə daxil olmuşdur. Evdən qızıl-zinət əşyalar və paltarlar oğurlanmışdır. Oğurlanmış əşyalar qaytarılmamış, dəymiş ziyan ödənilməmişdir. Sonralar evdə baxış keçirilən zaman Teymur oğurlanmış əşyaların yerlərini səhv göstərmişdir. Teymuru əvvəllər tanımamışdır. O, oğurluqla bağlı məlumat verdikdən sonra polis əməkdaşları gəlmiş, təxminən 3 saat ərzində evə baxış keçirilmiş, əl izləri götürülmüşdür. Hazırda onda olan məlumat əsasında hesab edir ki, oğurluğu başqa şəxs etmiş və həmin məlumatın yoxlanılmasını istəyir. Onun evində qızıl əşyalar, üzüksırğalar oğurlanmışdır. Polis əməkdaşları özləri pəncərəni göstərərək ordan evə daxil olmasını soruşmuşlar. Hazırda Teymur tərəfindən onun evindən oğurluq etməsinə şübhə ilə yanaşır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Etibar qızı bildirmişdir ki, əri Qarabağ ərazisində işlədiyinə görə gecə vaxtı anası gildə qalmış, gündüzlər isə öz övlərində olmuşdur. Tarix dəqiq yadında deyil, lakin təxminən 2023-cü ilin sentyabr ayının 9-10-da səhər saat 12:00 radələrində evə gələndə evin dağınıq olduğunu görmüşdür. Evdən qızıl sırğa, sep, 7-8 ədəd ətiri, bijuteriyaları, içərisinə pul yığdığını daxıl, qırmızı çamadan, uşağının məktəb paltarı, saat, ayaqqabısı oğurlanmışdır. Həmçinin bildirdi ki, Teymuru polis əməkdaşları onun evinə gətirəndə evdən oğurluq etdiyini etiraf etmiş və götürülmüş əşyaların yerlərini düzgün demişdir. Hətta üç mərtəbəli polkadan oğurlanmış əşyaların yerlərini dəqiqliklə göstərdiyini görmüşdür. Polis tərəfindən istiqamətləndirici sözlər deyilməmiş, Teymur özü sərbəst şəkildə oğurlanmış əşyaların yerlərini göstərmişdir. Hazırda ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid1 Talib oğlu bildirmişdir ki, 23 noyabr 2023-cü il tarixdə saat 10:00 radələrində 3-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Aqil Əsgərzadə ilə Binə qəsəbəsində «İrşad Telecom» mağazasının yaxınlığında xidmət aparan zaman Binə qəsəbəsində özünü şübhəli apardığından həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Bükülünün içərisində olan maddənin kristallardan ibarət forma psixotrop maddə metamfetamin olduğu aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsi soruşulduqda Teymur həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 22 noyabr 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat ödəməklə aldığını bildirmişdir. Aşkar olunmuş psixotrop maddə metamfetamin qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili X4 bildirmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə Binə qəsəbəsi, Südçülük sovxozunda Təqsirləndirilən şəxs yaxınlaşmış və şöbəyə dəvət etmişlər. dur. Şöbədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülümş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Bükülü açılıb içərisinə baxılan zaman qəhvəyi rəngli toz şəkilli heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Teymur həmin maddənin narkotik vasitə heroin olduğunu və 11 sentyabr 2023cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat ödəməklə aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, onlar tərəfindən də imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid5 bildirmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində Ə.İsazadə küçəsində, “Araz” marketin yaxınlığında əməliyyat müvəkkili Şahid6la birlikdə xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər və həmin şəxsi saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. X15 tərəfindən onların və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Bükülünün içərisində ağ rəngli kristallardan ibarət maddə olmuş, Teymur həmin maddənin patı (metamfetamin) olduğunu və 23 oktyabr 2023-cü il tarixdə Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat ödəməklə aldığını bildirmişdir. Aşkar olunmuş psixotrop maddə qablaşdırılaraq möhürlənmiş və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı ona qarşı hər hansı bir təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsi iki dəfə tutmuşdur. Birinci dəfə xx.xx.2023-cü il tarixdə Rəfayıl Rəcəbovla birlikdə Binə qəsəbəsi, Südçülük sovxozunda Təqsirləndirilən şəxs özünü şübhəli apardığından saxlamışlar. Daha sonra şöbədə üzərinə baxış keçirilmiş və üzərində heroinə bənzər maddə aşkar edilmişdir. 18 sentyabr 2023-cü il tarixdə Aqil Əsgərzadə ilə birlikdə Binə qəsəbəsində mərkəz adlanan yerdə xidmət aparan zaman Təqsirləndirilən şəxs saxlamışlar. Şöbəyə gətirilmiş və təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin zamanda üzərində heroinə bənzər maddə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid6 iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyat müvəkkili X11 ifadəsində bildirmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə sahə inspektoru Şahid3 ilə Binə qəsəbəsi, mərkəz adlanan yerdə Binə qəsəbəsində baş vermiş oğurluq cinayətləri ilə bağlı xidmət aparan zaman Teymurla rastlaşmışlar və əvvəllər dəfələrlə oğurluqla bağlı məhkum olunduğundan onlarda şübhə yaratmışdır. Teymuru saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Teymurun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərində heroinə bənzər maddə aşkar edilmişdir. Teymur həmin maddənin Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6137 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №244» möhür əksi, «vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,576 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4918 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №244» dairəvi möhür əksləri, «..4) Şübhəli şəxs(imza) T. Əliyev..» yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,492 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4837 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №244» möhür əksi, «..təqsirli şəxs...Təqsirləndirilən şəxs..» və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,799 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5704 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №244» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs- imza, iştirak etdilər: üç- imza; tərtib etdi: S.Usubov- imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,612 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 sentyabr 2023-ci il tarixli, 6043 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X7, sahə inspektoru, polis kapitanı Şahid1 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffav rəngli sellofana bükülümüş, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddə olan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda o, təqdim etdiyi bükülünün psixotrop maddə metamfetamin (şüşə, patı) olduğunu, xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümünü 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. - 24 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-548/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X7, sahə inspektoru, polis kapitanı Şahid3 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffav selofana bükülmüş büküm təqdim etmişdir. Həmin bükülü açıldıqda o, təqdim etdiyi 1 ədəd şəffav selofana bükülmüş içərisində narkotik maddə heroin olan büküm olduğunu, narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımdığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat pula almış, bir qismini istifadə etmiş qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan əlavə olaraq xx.xx.2023-cü il tarixdə saat 15:10 radələrində Binə qəsəbəsi, Ə.İsazadə küçəsində "İrşad Telekom"un yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər maddə olan bir bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən X8 ərizəsi əsasında araşdırması aparılan HK-1 2363 saylı materialın icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən Zərərçəkmiş şəxs1 ərizəsi əsasında araşdırması aparılan HK-1 2996 saylı materialın icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən ********* saylı cinayət işin icraatına qəbul olunması, tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi, ********* saylı nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru X2, sahə inspektoru, polis kapitanı Şahid3 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffav selofana bükülmüş büküm təqdim etmişdir. Həmin bükülü açıldıqda o, təqdim etdiyi 1 ədəd şəffav selofana bükülmüş içərisində narkotik maddə heroin olan büküm olduğunu, narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tammdaığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat pula aldığımı, bir qismini istifadə etdiyini, qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə olaraq xx.xx.2023-cü il tarixdə saat 11:15 radələrində Binə qəsəbəsi, Südçülük Savxozu, 160 nömrəli avtobusun son dayanacağında piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər maddə olan bir bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq sol yan cibindən 1 cüt zinyət əşyasına bənzər sırğanı təqdim etmişdir. Təqdim etdiyi sırğanı xx.xx.2023-cü il tarixdə gecə saatlarında Xəzər rayonu, Zavod yolu adlanan ərazidə yerləşən ünvansız evdən oğurladığını bildirmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elmir Ələsgərov tərəfindən Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış HK-1/2421 saylı materialın icraatında olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd DVD diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. -xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 177.2.3-cü maddələrinə dövsif edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elmir Ələsgərov tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-449/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin təmin edilməməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməlidir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm İsmayılov tərəfindən ********* saylı cinayət işinin icraatına qəbul edilməsi və tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi, ********* saylı nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, sahə rəisi, polis mayoru Şahid5 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülümüş, ağ rəngli maddə olan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda o, təqdim etdiyi bükülünün patı olduğunu, xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümü 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixli Xəzər rayon prokuroru Fəxri Ələsgərovun qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və saxlandığı müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərar qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. -xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs oğla təklif olunmuşdur ki, istintaqın gedişində ifadələrində qeyd etdiyi xüsusatları bir daha təkrar edərək istiqamətləndirici əl işarələri ilə göstərərək bildirsin. Bundan sonra Təqsirləndirilən şəxs 02 sentyabr 2023-cü il tarixdə təqribən saat 23:30 radələrində hazırda ünvanı göstəridi və evin həyətinə hasardan aşdığını, evin plastik pəncərəsini bərk sıxıb açaraq pəncərədən evə girib əşyaların içindən qızıl qablarında olan 3 ədəd qızıl üzüyü, digər otaqla kamotun siyirməsindəki məxməri qabda olan qızıl üzüyü, mənzilin əsas giriş hissəsi olan dəhlizdə olan əşyaların üstündə qızılı rəngli Samsung markalı mobil telefonu götürdüyünü, yerdə olan bir ədəd üzərində SOCARın silinmiş yazısı, yəni cırığı olan paltarı əyninə geyinib evdən girdiyi qayda ilə çıxaraq uzaqlaşmış aparıb satdığını bildirdi. Digər əşyaları satsada telefonu satmadığı üçün Binə qəsəbəsində zibil qabına atmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Bakavtomat yolunda hazırda əl işarəsi ilə istiqamətləndirib göstərdiyi ünvanın həyətinə də hasardan aşaraq daxil olub, evin yan tərəfində olan plastik pəncərəni əli ilə itələyərək açdığını, evdən 5 ədəd ətiri, gümüşü qabın içərisində olan bir cüt sırğanı, gümüş sepi, bir cüt bjuteriya sırğanı, selofan torbada olan məktəbli geyimlərini otaqdakı şkafın üzərində olan çamadana yığıb evdən girdiyim qayda ilə çıxdığını, evin padvalından isə iki ədəd laqondanıda götürüb girdiyi yol ilə geri qayıtdığını bildirmişdir. Oğurladığı əşyaların bir qismini səhər tezdən Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” adlanan ərazidə dəyər dəyməzinə satmışdır. Üzərində olan bir cüt bjuteriya sırğanı isə qızıl olmadığı üçün almamış, cibində qalmış və daha sonra isə polisə təqdim etmişdir. Hadisə yerini istiqamətləndirici əl işarələri ilə göstərmiş və fotoşəkillər çəkilmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işin icraatına qəbul olunması tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməsi, ********* saylı nömrə altında istintaqının davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Məmməd Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin icraatına qəbul edilməsi və istintaq etdirilməsi qərara alınmışdır. --xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yenilən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Etibar qızının ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, ona qarşı şikayətçi olduğunu, zərərin ödənilməsini istədiyini və Təqsirləndirilən şəxs verilən cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, həmçinin cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan xx.xx.2023-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yaşayış massivində yerləşən yaşayış evinin həyətinə hasardan aşmaqla həyətə keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini sıxıb açaraq evə qanunsuz daxil olmaqla evdə qızıl qablarının içində və kamotun siyirməsindəki məxməri qabdan 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq qızıl üzüyü, 01 ədəd 200 manat dəyərində qızılı rəngdə Samsung markalı mobil telefonu gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı hissə çıxarılmalı, həmin hissə çıxarıldığı üçün isə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələrindən Həmin Məcəllənin 177.2.3, 178.2.2 və 234.1-ci maddələrinə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yaşayış massivində yerləşən yaşayış evinin həyətinə hasardan aşmaqla həyətə keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini sıxıb açaraq evə qanunsuz daxil olmaqla evdə qızıl qablarının içində və kamotun siyirməsindəki məxməri qabdan 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq qızıl üzüyü, 01 ədəd 200 manat dəyərində qızılı rəngdə Samsung markalı mobil telefonu gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapmamışdır. Ona görə də həmin hissə ona verilmiş ittihamdan xaric edilməlidir. Təqirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən ünvandan oğurluq etmədiyini bildirmiş, bunun əksini təsdiq edən hər hansı bir subut isə cinayət işinin materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə bu məzmunda ittiham verilməsinə əsas isə yalnız özünün ibtidai istintaqı zamanı verdiyi ifadəsi olmuşdur. Digər maddələrlə verilmiş ittiham isə öz təsdiqini tapdığından həmin maddələr ilə barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin təkrar törədilməsi və residivi cəzanı ağırlaşdıran hallardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-297/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 02 il 06 ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş narkotik vasitərin və psixotrop maddələrin ona məxsus olmaması, həmçinin xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus evdən oğurluq etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir və hesab edir ki, həmin ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və əldə edilmə halları şübhə doğurmayan, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,526 qram, 0,562 qram psixotrop maddə-metamfetamin və qalıq 0,442 və 0,749 qram narkotik vasitələr olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 392 (üç yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan xx.xx.2023-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu, yaşayış massivində yerləşən yaşayış evinin həyətinə hasardan aşmaqla həyətə keçib yaşayış sahəsi olan evin plastik pəncərəsini sıxıb açaraq evə qanunsuz daxil olmaqla evdə qızıl qablarının içində və kamotun siyirməsindəki məxməri qabdan 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 300 manat dəyərində 583 əyyar olan 4 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq, 01 ədəd 200 manat dəyərində 750 əyyar olan 2 qramlıq qızıl üzüyü, 01 ədəd 200 manat dəyərində qızılı rəngdə Samsung markalı mobil telefonu gizli olaraq talayıb ordan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı hissə çıxarılsın. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələrindən Həmin Məcəllənin 177.2.3, 178.2.2 və 234.1-ci maddələrinə tövsif edilsin və o, həmin maddələr ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 24 (iyirmi dörd) saatdan artıq şübhəli şəxs qismində saxlanıldığı cəmi 06 (altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il, 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,526 qram, 0,562 qram psixotrop maddə-metamfetamin və qalıq 0,442 və 0,749 qram narkotik vasitələr olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 392 (üç yüz doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, cəmi 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar