Məhkəmə qərarları › İş №1(003)-397/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-397/2025

29.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-397/2025 29.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1958-ci ildə Ermənistan Respublikası, Qarakilsə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 59b, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurub ələ keçirtməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2024-cü ilin avqust ayında görüşüb tanış olduqları Şahid4 və onun anası Zərərçəkmiş şəxs özlərini işgüzar və geniş əlaqələri olan şəxs kimi təqdim edib Azərbaycan Hava Yollarının H.Əliyev adına X4 yaxın tanışları olduğunu deyib onlara 9000 manat məbləğində pul verdikləri halda Şahid4 Amerika X2 şəhərinə getməsi üçün aidiyyəti qurumdan viza almalarına və onun həmin şəhərdə 2024-cü ilin oktyabr ayında işlə təmin olunmasına köməklik göstərəcəklərinə dair yalan vəd verib inandırmaqla aldadıb razılaşdıqdan sonra, həmin məbləği vahid niyyətlə olmaqla hissə-hissə ödəmələrini deyib ilk dəfə Şahid2 adına qeydə alınmaqla əvvəlcədən öyrənib mobil tətbiqlə özünə yönləndirdiyi “Kapital Bank”a aid 523915******6129 seriyalı bank kartın hesabına 30 avqust 2024-cü il tarixdə saat 12:43 radələrində ünvan 1 ünvanda yerləşən «Araz» marketdə quraşdırılmış 51111 nömrəli “Million” ödəmə terminalı vasitəsilə 2550 manat məbləğində pul köçürtdürüb digər şəxsin deməsi ilə Zərərçəkmiş şəxs almaqla, eyni zamanda ona həmin gün saat 19:25 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Spar” marketdə quraşdırılmış 00142 nömrəli “Million” ödəmə terminalı vasitəsilə yenidən 1700_manat məbləğində pulu əvvəlcədən vatsap vasitəsilə digər şəxsə göndərdiyi Şahid3 adına qeydə alınmaqla “Kapital'Bank”a aid 416973******6348 seriyalı bank kartın hesabına köçürtdürüb oğlu digər şəxsin deməsi ilə Zərərçəkmiş şəxs almaqla, bundan başqa, özünün adına qeydə alınmaqla şəxsi istifadəsində olan “Kapital Bank“a aid 416973******9349 nömrəli bank kartın hesabına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Spar” marketdə quraşdırılmış 00142 nömrəli “Million” ödəmə Terminalı vasitəsilə 05 sentyabr 2024-cü il tarixdə saat 13:03 radələrində 3060 manat məbləğində pul köçürtdürüb digər şəxsin deməsi ilə Zərərçəkmiş şəxs almaqla, bundan başqa, ona vatsap vasitəsilə göndərdiyi Şahid1 adına qeydə alınmaqla öz istifadəsində olan “Kapital Bank”a aid 523915******7166 nömrəli bank kartın hesabına Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Spar» marketdə quraşdırılmış 4520 nömrəli “Million” ödəmə Terminalı vasitəsilə 29 sentyabr 2024-cü il tarixdə saat 18:40 radələrində 1550 manat məbləğində pul köçürtdürüb digər şəxsin deməsi ilə Zərərçəkmiş şəxs almaqla, nağdlaşdırıb Zərərçəkmiş şəxs cəmi 8860 manat məbləğində pulunu götürərək əlbir olduğu digər şəxslə birlikdə verdikləri vədə əməl etməyib aldıqları pulları şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 8860 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 178.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihama uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurub ələ keçirtməklə dələduzluq etməsi özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahidlərin, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli CM-nin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, 68 yaşda qadın olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarını tətbiq etməklə cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 1.12-ci (qadınlar) və 1.14-cü (bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər) bəndlərində göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Belə olan halda, məhkəmə, təqsirləndirilən şəxsin 68 yaşında qadın olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına Qərarın 1.12, 1.14 və 5.1-ci bəndlərinə əsasən xitam verilməli, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləgv olunmalı, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 111 (bir yüz on bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və CPM-nin 43.3, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.12, 1.14 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 111 (bir yüz on bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar