Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-398/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Bəgəmir oğlunun, müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahə-5/33 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 4(003)-295/2022 saylı qərarı ilə həbs qətimkan seçilmiş, həbsetmənin əvvəli tutulduğu 28 iyun 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 fevral 2022-ci il tarixdə təxminən gecə saat 05 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 Bəgəmir oğluna məxsus “VAZ-2104” markalı **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisindəki qiyməti 400 manat olan bir ədəd “Pioneer 9650” markalı maqnitafonu quraşdırıldığı yerdən söküb çıxartmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 20 fevral 2022-ci il tarixdə təxminən gecə saat 05 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “VAZ-2106” markalı **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisindəki qiyməti 550 manat olan bir ədəd “Pioneer 7150” markalı maqnitafonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, maddi vəziyyətilə əlaqədar olaraq Xəzər rayonu ərazisində iki dəfə oğurluq etmişdr. Belə ki, 16 fevral 2022-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 21 radələrində usta işləyən sinif yoldaşı Şahid2 həyətində olan atasına məxsus “QAZ-31” markalı avtomobili ustadan götürüb müxtəlif yerlərə sürərək gecənin düşməsi üçün vaxt keçirmiş, beləcə vaxt keçmiş və 17 fevral 2022-ci il tarixdə təxminən gecə saat 05 radələrində həmin avtomobillə Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsinə gəlmişdir. Orada evin həyət darvazasının qarşısında saxlanılmış vəziyyətdə olan “VAZ-2104” markalı avtomobil diqqətini çəkmiş, yaxınlaşıb içərisinə baxarkən avtomobilin içərisində şitə quraşdırılmış vəziyyətdə olan bir ədəd “Pioneer-9650” markalı maqnitafonun olduğunu görmüş, avtomobilin sol qabaq qapısını açıb avtomobilə daxil olaraq həmin maqnitafonu quraşdırıldığı yerdən söküb çıxartmışdır. Həmin maqnitafonu həmin gün təxminən saat 12 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında əvvəllər tanımadığı 30-35 yaşlı kişiyə 60 manata satmış, ona maqnitafonun özünə məxsus olduğunu və maddi vəziyyətilə bağlı satdığını bildirmişdir. Bundan sonra ikinci dəfə 20 fevral 2022-ci il tarixdə yenə də atasına məxsus avtomobili sürmək üçün götürmüş, həmin vaxt sinif yoldaşı İlkin də yanında olmuşdur. Avtomobili o idarə etməklə hərəkət edə-edə Buzovna qəsəbəsinə gəlmişlər. Buzovna qəsəbəsinə gələndən sonra İlkinə maqnitafon oğurlamaq istədiyini bildirmiş, İlkin də ona özünü problemə salacağını demiş, o isə ona narahat olmamasını bildirmişdir. 20 fevral 2022-ci il tarixdə təxminən gecə saat 05 radələrində Buzovna qəsəbəsi H.İsgəndərov küçəsində olarkən evin giriş darvazasının qarşısında saxlanılmış vəziyyətdə olan “VAZ- 2106” markalı avtomobil diqqətini çəkmiş, o, avtomobili bir qədər aralıda saxlayıb avtomobildən yerə düşmüş, İlkin də onunla birlikdə avtomobildən düşmüş və birlikdə oğurluq edəcəyi avtomobilə doğru yaxınlaşmışlar. İlkin kənarda dayanmış, o isə avtomobilə yaxınlaşıb içərisinə baxıb həmin avtomobilin içərisində şitə quraşdırılmış vəziyyətdə bir ədəd “Pioneer-7150” markalı maqnitafonun olduğunu görmüşdür. Həmin avtomobilin sol qabaq qapısını açıb avtomobilə daxil olaraq maqnitafonu quraşdırıldığı yerdən söküb çıxartmış və onu həmin gün təxminən saat 15 radələrində Qala qəsəbəsində “Rahat” marketin yaxınlığında tanımadığı 20-25 yaşlı oğlana 55 manata satmışdır. Həmin şəxsə maqnitafonun özünə məxsus olduğunu və maddi vəziyyətilə bağlı satdığını bildirmişdir. Törətdiyi əməllərdən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 Bəgəmir oğlu göstərdi ki, ailəsilə birlikdə Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsi döngə 1 ev 53 ünvanda yaşayır. 17 fevral 2022-ci il tarixdə təxminən gecə saat 05 radələrində yaşadığı evin həyətinin giriş darvazasının qarşısında küçədə saxladığı ona məxsus “VAZ-2104” markalı **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sol qapısının açılması yolu ilə naməlum şəxs avtomobilinə daxil olaraq avtomobilin üzərindən qiyməti 400 manat olan bir ədəd “Pioneer-9650” markalı maqnitafonu quraşdırıldığı yerdən söküb çıxartmaqla oğurlayıb aparmışdır. O, həmin gün bu barədə polisə müraciət etmiş, sonradan müəyyən olunmuşdur ki, ona məxsus maqnitafonu Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ailəsilə birlikdə Buzovna qəsəbəsi H.İsgəndərov küçəsi dalan 4 ünvanda yaşayır. Naməlum şəxs və ya şəxslər 20 fevral 2022-ci il tarixdə təxminən gecə saat 05 radələrində yaşadığı evin həyətinin giriş darvazasının qarşısında küçədə saxladığı ona məxsus “VAZ-2106” markalı **-KX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sol qapısını açma yolu ilə avtomobilə daxil olub avtomobilin üzərindən qiyməti 550 manat olan bir ədəd “Pioneer-7150” markalı maqnitafonu quraşdırıldığı yerdən söküb çıxartmaqla oğurlayıb aparmışdır. O, həmin gün bu barədə polisə müraciət etmiş, sonradan müəyyən olunmuşdur ki, ona məxsus maqnitafonu Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ailəsilə birlikdə Mərdəkan qəsəbəsi Sahə-5/33 ünvanda qeydiyyatda olmaqla yaşayır. Əli onun oğludur, Əlidən əvvəl onun beş qız övladı olmuş və Əlini ərkəsöyün böyütmüşdür. “QAZ-31020” minik markalı **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmuş, Əlinin sürücülük vəsiqəsi olmasa da, uşaqlıq vaxtlarından o, ona avtomobil sürməyi öyrətmiş və çox yaxşı sürücülük qabiliyyəti vardır. Əliyə ona məxsus “QAZ-31020” minik markalı **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etməyə o, icazə vermiş, Əlinin ona məxsus avtomobili idarə etməyi ilə bağlı heç bir şikayəti və ya tələbi olmamışdır. Buna baxmayaraq, Əlinin ona məxsus avtomobillə oğurluq etməyə getməyindən məlumatı olmamış, sonradan xəbər tutmuşdur ki, Əli iki nəfər şəxsə məxsus avtomobildən maqnitafon oğurlamışdır. Həmin vaxtdan sonra Əliyə ona məxsus avtomobili idarə etməyi qadağan etmişdir. Zərərçəkmiş şəxslərlə görüşərək onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Əli onun məktəb yoldaşı olmuşdur. 2022-ci ilin fevral ayında o, Əlinin atası Ehtibarın “QAZ-31020” minik markalı **-NS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yaşadığı evin həyətindəki qarajda təmir edirmiş və avtomobil onların həyətində qalırmış. 20 fevral 2022-ci il tarixdə Əli yaşadığı evin həyətinə gələrək atasına məxsus avtomobili sürmək üçün götürüb Buzovna qəsəbəsinə gedəcəyini bildirmiş, o da Buzovna qəsəbəsində yaşayan xalasıgilə getmək istədiyini bildirmiş və onu da aparmasını istəmiş, Əli də onunla razılaşmışdır. Bundan sonra onlar avtomobilə əyləşmişlər, avtomobili Əli idarə etmiş və hərəkət edəedə Buzovna qəsəbəsinə gəlmişlər. Buzovna qəsəbəsinə gələndən sonra Əli ona maqnitafon oğurlamaq istədiyini bildirmiş, o da ona özünü problemə salacağını bildirərək oğurluq etməməsini demiş, Əli isə ona narahat olmamağını bildirmiş və oğurluq edəcəyini demişdir. Həmin gecə saat 05 radələrində Buzovna qəsəbəsi H.İsgəndərov küçəsində olarkən evin giriş darvazasının qarşısında saxlanılmış vəziyyətdə olan “VAZ- 2106” markalı avtomobil Əlinin diqqətini çəkmişdir. Əli avtomobili bir qədər aralıda saxlayıb avtomobildən yerə düşmüş, həmin vaxt gecə saat 5 olduğuna görə o da məcbur qalıb onunla birlikdə avtomobildən yerə düşərək avtomobilin yaxınlığında dayanmışdır. Bundan sonra Əli oğurluq edəcəyi avtomobilə doğru yaxınlaşıb qapısını açaraq həmin avtomobilin içərisində şitə quraşdırılmış vəziyyətdə olan bir ədəd maqnitafonu quraşdırıldığı yerdən söküb çıxartmışdır. Daha sonra avtomobilə geri qayıtmış və oradan uzaqlaşmışlar. Bundan sonra Əli onu Buzovna qəsəbəsində yaşayan xalasıgilin evinə aparıb qoyaraq çıxıb getmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişlər. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Bəgəmir oğlu və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 17 avqust 2022-ci il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmişdir. Buna görə də onların təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 08 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 06 (altı) ay çərti sınaq müddəti müəyyən edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 22 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında qərarının 1.8-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmiş, barəsində Suraxanı RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 12 mart 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* saylı cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün 12 mart 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və hal-hazırda həmin məhkəmənin icraatında olmaqla yekun qərar çıxarılmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahə-5/33 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərədəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahə-5/33 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-398/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-398/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver