Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-399/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, müdafiəçi- Zərərçəkmiş şəxs Əbülhəsən oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə saxta sənəddən istifadə etməklə təqdim etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi, yəni Abşeron rayonu, X12 üzrə 28 oktyabr 1989-cu il tarixli, 135 nömrəli əmrdən çıxarışı 17 dekabr 2021-ci il tarixində, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evində kustar üsulla istifadə etmək məqsədi ilə qanunsuz olarağ hazırlamış, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Əbülhəsən oğluna həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ağ saray şadlıq evinin qarşısında sənədi təqdim edib, Şahid məxus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 yerləşən 0.02 ha torpaq sahəsini sonuncuya satacağına inandırmaqla onun etibarından suiistifadə edərək aldatmaqla vahid niyyət ilə 15 dekabr 2021-ci il tarixində 2600 manat pulu Xəzər rayonu Binə qəsəbəsi X12 ərazisində, 17 dekabr 2023-cü il tarixində 2400 manat pulu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ağ saray şadlıq evinin qarşısında aldatma yolu ilə ələ keçirmiş, Zərərçəkmiş şəxs Əbülhəsən oğluna qəsdlə ümumilikdə 5000 manat məbləğində maddi zıyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178. 1, 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilmədi və göstərdi ki, bu işi İntiqam edib. Belə ki, İntiqam ona torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmağa köməklik göstərməsini demişdir. Onun müqabilində İntiqam ona sonda iki sot torpaq verəcəyinə dair söz vermişdir, lakin torpaq başqa adamına çıxmışdır. O, Ayazad şikayət etməməsini xahiş etmiş, ona pulu qaytaracağını demişdir. Lakin İntiqamdan pulu qaytarmasını tələb etsə də, İntiqam ona pul verməmişdir. O, Zərərçəkmiş şəxs aldığı pulu İntiqam İsmayılova vermişdir. İntiqam 1000 manat pulu müstəntiq Cavidana vermişdir. O, Zərərçəkmiş şəxs Əbülhəsən oğluna vurduğu zərərdən 2000 manatını ödədiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdi ki, hadisə 2021-ci ilin dekabr ayında baş vermişdir. Binə qəsəbəsində əvvəllər yaşadığı evin yaxınlığında boş torpağ sahəsinin olmasını maddi vəziyətinin aşağı olduğu üçün torpağı satmağ fikrinə gəldiyini bildirmişdir. Həmin torpağın kimə məxsus olmasını dəqiq bilməmiş, atası dünyasını dəyişməzdən öncə torpağın ona məxsus olmasını demişdir, lakin həmin torpağa heç bir hüqüq verən rəsmi sənədi olmamışdır. Elçin torpağı satmaq üçün tanışları arasında torpağın ona məxsus olmasını bildirmiş, tanışlarından torpağı satmaqda ona kömək etməsini xahiş etmişdir. Bundan sonra ona bir neçə dəfə mobil zənglər daxil olmuş və o, hamıya 0.2 ha torpağı 5000 manata satmışdır. Bundan sonra 2021-ci ilin dekabr ayında ona Ayaz adlı şəxs zəng etmiş torpağa baxmaq istədiyini bildirmişdir. Bundan sonra onlar 2021-ci ilin dekabr ayının 15 — də Xəzər rayonu, Binə qəsəbəsi Donuz kökəltmə savxozunda sözü gedən torpağ sahəsində görüşmüş, Ayaz torpağın yerini bəyənmişdir. Elçin qiymətdə ona endirim etməmiş və 5000 manata torpağı Ayaza satmışdır. O, həmin gün Ayazdan 2600 manat pul almış və bildirmişdir ki, 2 gün sonra torpağın sənədlərini ona vercək. Bundan 2 gün sonra Elçin Ayaza zəng etmiş, torpağın sənədinin 1989-cu ilə məxsus olmasını və həmin ildə Ayazın torpağa sahiblənmək üçün yaşının az olmasını sənədi ada keçirtmək üçün yaşı daha böyük adam axtarmasını bildirmişdir. Bundan sonra Ayaz Elçinə öz bacısın qaynatasının adına sənədi keçirməsini istəmişdir. Elçin sənədi öz evində kustar üsulla hazırlamış və 17 dekabr 2021-ci il tarixində Binə qəsəbəsi Ağ saray şadlıq sarayının yaxınlığında Ayazla görüşmüşdür. O, Ayaza bidlirmişdir ki, sənəd tam rəsmidir və torpaq artıq ona məxsusdur. Ayaz bundan sonra 2400 manat pulu ona vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, saxta sənədi öz evində kustar üsulla rəngli printer vasitəsi ilə düzəltmiş, işi hazır olduqdan sonra isə həmin printeri Binə qəsəbəsində yerləşən kanala atmışdır. Şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdiyi İntaqam adlı şəxsin kimliyini Elçindən sorusduqda isə o, ifadəsində İntiqam adlı şəxsi tanımadığını, elə bir adamın hadisədə iştirak etmədiyini bildirmişdir. O, özünü tam təqsirli bilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əbülhəsən oğlu ifadə verərək göstərmişdir ki, baş vermiş hadisədə zərərçəkmiş şəxsdir, dələduzluq ona qarşı olunmuş və 1500 manat maddi ziyan almış, həmin məbləğin 5000 manatını Təqsirləndirilən şəxs vermişdir. Əvvəllər tanıdığı Bilal adlı şəxs ona Binə qəsəbəsi X9 torpaq satıldığını və ucuz olduğunu ona bildirmişdir. Bundan sonra Ayaz Bilaldan satıcının mobil nömrəsini istəmişdir. Bilal ona Bildirmişdirki satıcının adı Elçindir və mobil nömrəni ayaza vermişdir. Bundan bir neçə gün sora X15 zəng etmiş və torpağ satdığını soruşmuş. Elçin cavabında ona həqiqətən torpağ satdığını torpağın 0.02 ha olduğu bildirmişdir. Ayaz həmin günün axşamı sözü gedən torpağ sahəsində Elçin ilə görüşmüş torpağı bəyəndiyi üçün Elçindən torpağın qiymətini soruşmuş Elçin isə torpağə 5000 manata satdığını bildirmişdir. Elçin Ayaza bildirmişdirki, bu başdan ona 2600 manat pul versin qalan pulu isə 2 gün sonra torpağın sənədini ona təqdim edəndə verər. Ayaz bununla razılaşmış ona 2600 manat pul vermiş və bildirmişdirki 2 gün sonra 2400 manatı gətirəcək. 2 gün sonra Elçin Ayaza zəng etmiş yaşının az olduğu üçün sənədi başqa bir adamın adına keçirmək lazım olduğunu bildirmişdir. Bundan sonra Ayaz Elçinə öz bacısının qaynatasının şəxsiyətini təsdiq edən sənədi vermiş və torpağı həmin şəxsin adına keçirməsini sitəmişdir. Bundan sonra həmin gün yəni 17 dekabr 2021-ci il tarixində X16 qəsəbəsi Ağ saray şadlığ evinin qarşısına görüşmüş ona 2400 manat geridə qalan pulu vermiş və ondan torpağın sənədlərini götürmüşdür. Ayaz 1 ay sonra həmin torpağda tikinti işlərinə başlayan zaman həmin tikintini Tural adlı şəxs saxlamış və bildirmişdirki torpağ ona məxsusdur. Bundan sonra Ayaz Elçinə dəfələrlə zəng etmiş və pulu geri istəsə də Elçin ona pulu geri verməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2000 manatı qaytarılmış, cəza təyin olunarkən nəzərə alınmasını xahiş etmiş və o, bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, sözü gedən torpaq sahəsi ona məxsusdur. 2005-ci ildə həmin torpağı almış və heç bir tikinti işləri aparmamışdır. 2022-ci ilin əvvələrində orada yaşayan onun tanışları ona zəng edərək bildirmişlər ki, ona məxsus olan torpaq sahəsində tikinti işləri aparılır. O, sözü güdən torpaq sahəsinə gəlmiş və tikintini saxlamışdır. Tikinti aparan şəxslərə torpağın sənədlərini təqdim etmiş və tikintini saxlamasını xahiş etmişdir. Bundan sonra o, Elçinə zəng etmiş və nə səbəbə ona məxsus olan torpağı satdığını soruşmuşdur. Elçinə ona əlindən nə gəlirsə etməsini demişdir. O, ifadəsinin sonunda bildirmişdir ki, torpağı satan şəxs Elçin və İntiqam adlı şəxslərdir və həmin şəxslərin onun torpağının satmasının qarşısı alınsın. O, bildirmişdir ki, onun cinayət işi üzrə heç bir mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid X8 ifadə verərək göstərmişdir ki, o, satılan torpağın yerini bilirdi. Həmin torpaqlar sənədsiz olmaqla İntiqam adlı şəxsə məxsusdur. Məsələ ona oğlu danışdığı vaxt məlum olmuşdur. Əvvəllər İntiqamı tanımamışdır. O, İntiqamı bölmədə görmüşdür. İntiqamın polis olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid X3 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilidir. O, Elçini 3-4 ildir ki, qeyri rəsmi məlumat verən şəxs kimi tanıyır. Onun Elçinlə heç bir ortaq torpağı olmamış, torpaq məsələsi ilə bağlı əlaqəsi olmamış, “İntiqam dedi ki, işini gör” söhbəti olmamış, alınmış 5000 manat pulun Elçin tərəfindən alınıb ona verilməsi səhv məlumatdır. Elçinin ona qarşı qərəzli mövqeyi axtarışla tutulduğuna görə olmuşdur. Elçinin onun haqqında dedikləri şər-böhtan xarakteri daşıyır. Qeyd olunan məsələ ilə bağlı DİN Baş Polis İdarəsində araşdırma aparılmış, lakin nəticəsi hələ hazır olmamışdır. Məhkəmə iclasında şahid X1 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Xəzər RPİ İŞnin müstəntiqi, polis baş leytenantıdır. İntiqam İsmayılovu əməliyyatçı kimi tanıyır, onun hər hansı torpaq alqı-satqısı ilə məşğul olması barədə məlumatı yoxdur. Elçindən ifadə alınan zaman orada İntiqam olmamış, İntiqam heç bir sorğuda iştirak etməmişdir. İntiqamın ona 1000 manat pul verməsi tamamilə yalan məlumatdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178. 1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndiriləməsi dair cinayət işi baxılması üçün xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-75/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 03 sentyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 1(bir) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Su Təsərrüfatı 23 saylı evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2005-ci il tarixli sərəncamdan görünür ki, Əzizbəyov Rayon Qala Bələdiyyəsi tərəfindən Şahid ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirlənidirlən şəxsə yenidən ittiham edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Zərərçəkmiş şəxs Əbülhəsən oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 2 000 manatı ödənilmişdir. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-75/2023 saylı, 17 fevral 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək 02 il 08 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 04 ay 24 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 03 ay 08 gün təşkil edir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittihamdan imtina etmiş və Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsi ilə xitam verilməsini təklif etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd verməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1 və 320.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyandan 2000 manatını ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittihamdan imtina etməsi qəbul edilməli və istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsi ilə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 320.1-ci maddələri ilə təqsirli bilinməli və ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 (iki) gün müddət, digər cinayət işi üzrə 03 sentyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 1(bir) ay 29 (iyirmi doqquz) gün müddət ümumilikdə 02 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət nəticəsində Zərərçəkmiş şəxs Əbülhəsən oğluna dəymiş 5.000 manat maddi ziyandan 2 000 manatı Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılması nəzərə alınmalıdır. Maddi sübut olan 01 ədəd xx.xx.1989-cu il tarixli, 135 nömrəli əmrdən çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittihamdan imtina etməsi qəbul edilsin və istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsi ilə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 320.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-75/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 01(il) il 06 (altı) ay azadlıqdan məhrum etməyə hesablanmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 01 (bir) il 08 (səkkiz) ay 15(on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun və birinci hökm üzrə cəzanın çəkilmiş hissəsi, yəni 04 (dörd) ay 24 (iyirmi dörd) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanıb, üzərində 01(bir) il 6(altı) ay 03(üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 02 (iki) gün müddət, digər cinayət işi üzrə 03 sentyabr 2022-ci il tarixdən 02 noyabr 2022ci il tarixə qədər həbsdə saxlanıldığı 1(bir) ay 29 (iyirmi doqquz) gün müddət ümumilikdə 02 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01(bir) il 4(dörd) ay 02(iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət nəticəsində Zərərçəkmiş şəxs Əbülhəsən oğluna dəymiş 5.000 (beş min) manat maddi ziyandan 2 000 (iki min) manatı Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılması nəzərə alınsın. Maddi sübut olan 01 (bir) ədəd xx.xx.1989-cu il tarixli, 135 nömrəli əmrdən çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 96 manat məbləğində vəsait məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 60 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-399/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-399/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver