Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-399/2025 30.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri N.Nərimanov küçəsində qeydiyyatda olmaqla yaşayan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin noyabr ayında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs “SOCAR” neftayırma zavoduna “boyaçı” işinə düzəlməsinə kömək edə biləcək şəxs axtardığını öyrənib bildikdən sonra özünü ona işgüzar şəxs kimi göstərib geniş əlaqələrinin olduğunu deyib 2.000 manat məbləğində pul verdiyi halda onu işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan sonra həmin məbləği vahid niyyətlə olmaqla hissə-hissə ödəməsini deyib ona vatsap vasitəsilə göndərdiyi X4 adına qeydə alınmaqla öz istifadəsində olan “Kapital Bank”a aid 4169-7388- 8115-2346 nömrəli bank kartının hesabına 15 noyabr 2023-cü il tarixdə saat 17:49-da Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən “Araz” marketdə quraşdırılmış 4134 nömrəli “MPay” ödəmə terminalı vastəsilə 950 manat məbləğində pul köçtirdüb Bəhrıız Hüseynovdan almaqla, eyni zamanda ona həmin gün eyni ünvandakı eyni ödəmə terminalı vastəsilə saat 17:52-də yenidən 950 manat məbləğində pulu əvvəlcədən vastap vastəsilə göndərdiyi X3 adına qeydə alınmaqla öz istifadəsində olan “Kapital Bank”a aid 4169-7388-4776-3442 nömrəli bank kartı hesabına köçürüb Zərərçəkmiş şəxs almaqla, bundan başqa ona eyni zamanda xx.xx.2023-cü il tarixdə eyni iinvandakı eyni ödəmə terminalı vastəsilə yenidən əvvəlcədən vastap vastəsilə göndərdiyi X3 adına qeydə alınmaqla öz istifadəsində olan “Kapital Bank”a aid 4169-7388-8115-2346 nömrəli bank kartının hesabına 100 manat məbləğində pul köçürüb Zərərçəkmiş şəxs almaqla nağdlaşdırıb onun cəmi 2.000 manat məbləğində pulunu götürərək verdiyi vədə əməl etməyib aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilkdə 2.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Vüqar adlı şəxsi “SOCAR” neftayırma zavoduna işə düzəltmişdir. 2023-cü ilin noyabr ayında həmin şəxsin qohumu olduğunu bildirən bir nəfər şəxs ona zəng vuraraq özünü Bəhruz kimi təqdim etmiş və “SOCAR” neftayırma zavoduna boyaçı vəzifəsinə onu işə düzəltməyini xahiş etmişdir. O da onu həmin zavoda 2.000 manat müqabilində işə düzəldəcəyini bildirmişdir. O, pulu verdikdən sonra təxminən 1 ay-1 ay yarımdan sonra işə başlayacağını bildirmişdir. O, da bu təkliflə razılaşmışdır. Sonra o, vatsap vasitəsilə istifadəsində olan 4169-7388- 8115-2346 nömrəli “Kapital Bank”a məxsus kartın şəklini göndərmiş və həmin kartın böyük məbləğdə pulu qəbul etmədiyini bildirib pulu hissə-hissə göndərməsini xahiş etmişdir. Bəhruz da pulları 950+950+100 manat olmaqla göndərmişdir. Pulu göndərdikdən sonra Bəhruzu “SOCAR”-da başqa vəzifəyə çağırsalar da Bəhruz yalnız boyaçı vəzifəsini istədiyini bildirib ona təklif olunan işə getməmiş və pulunu geri istəmşdir. Lakin, həmin vaxt o, Bəhruzun verdiyi pulları şəxsi ehtiyaclarına xərclədiyindən onun pulunu qaytara bilməmişdir.Hal-hazırda isə tam olaraq Bəhruza vurduğu maddi ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2023-cü ilin avqust ayında dayısı oğlu Vüqarı bir nəfərin tanışı Samir adlı şəxsin vastəsilə “SOCAR” neftayırma zavoduna işə düzəltmişdir. 2023-cü ilin noyabr ayında o, işsiz olduğundan həmin şəxslə tanış olub ondan “SOCAR” neftayırma zavoduna boyaçı vəzifəsinə düzəltməyi xahiş etmişdir. Həmin şəxs də onu həmin zavoda 2.000 manat müqabilində düzəldəcəyini bildirmişdir. Samir qeyd etmişdir ki, pulu ona verdikdən sonra o, təxminən 1 ay-1 ay yarımdan sonra işə başlayacaqdır. O da Samirlə razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs vatsap vasitəsilə ona plsatik kart göndərməsini xahiş etmişdir. O da istifadəsində olan 4169-7388- 8115-2346 nömrəli “Kapital Bank”a məxsus kartın şəklini göndərmiş və həmin kartın böyük məbləğdə pulu qəbul etmədiyini bildirmişdir. Ondan pulları 950+950+100 manat olmaqla göndərməyi xahiş etmişdir. O da Qala qəsəbəsində yerləşən “Araz” marketdəki ödəmə məntəqəsindən həmin karta 950 manat, 950 manat və 100 manat olmaqla ümumilkdə 2.000 manat pulu Təqsirləndirilən şəxs kartına göndərmişdir. Pulu göndərdikdən sonra 2 ay zaman keçsə də Samir onu işə düzəltməmişdir. Bu səbəbdən də Vüsalın onu aldatdığını başa düşərək polisə şikayət etmişdir. Sonradan Vüsal ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - Sənədlərə baxışın keçirilməsi haqqında 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 4169-7388-8115-2346 nömrəli “Kapital Bank”a məxsus karta 950 manat pul köçürülmüş və elə həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsində yerləşən “Grandmart” marketdə yerləşən bakomatdan kartda olan ümumi 1.350 manat məbləğ çıxarılmışdır. Bundan başqa həmin karta xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxs tərəfindən göndərilmiş 100 manat məbləğ də həmin gün həmin yerdən çıxarılmışdır. Bundan başqa təqdim olunmuş çıxarışa baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 4169-7388-4774-3442 nömrəli “Kapital Bank”a məxsus karta 950 manat pul köçürülmüş və elə həmin tarixdə həmin məbləğin 150 manatı digər bilinməyən “Kapital Bank” hesabına köçürülmüş, qalan 800 manat isə Bakı şəhəri, Sabunçu rayonu, Bəhruz Kəngərli küçəsində yerləşən “Araz” marketdə yerləşən bakomatdan çıxarılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin məbləğləri özü bankomatdan çıxararaq şəxsi ehtiyaclarına xərclədiyin bildirmişdir - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qərarı ilə X2 barəsində seçilmiş başqa yerə getmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və axtarış elan olunmuşdur; -- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 3-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-13-45/3/2-12104/2025 nömrəli məktubundan aydın olur ki, X5 xx.xx.2025-ci il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2025-ci il tarixində 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad edilməmiş, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-399/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-399/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver